Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2343/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası Cavabdeh-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxs və LPO QSC “Bank Standard” KB cəlb edilməklə) “hərrac protokollarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxs və LPO QSC “Bank Standard” KB cəlb edilməklə) “hərrac protokollarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzilin qiymətləndirilməsi haqqında 25/03 nömrəli, 26.02.2021-ci il tarixli və 29/01-1 nömrəli, 17.03.2021 tarixli protokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-171/2020-005 saylı, 27.02.2020-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 54968,89 ABŞ dolları əsas, 493,39 ABŞ dolları faiz borcu olmaqla 55462,28 ABŞ dolları kredit borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 55 manat "xxxx" QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına banka olan borc ödənilməsi və s. qərara alınmışdır. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında iddiaçıya (istər poçt vasitəsi ilə istərsə də, şəxsən) bildiriş təqdim edilməmiş və nəticə etibarı ilə "İcra haqqında” Qanunun 8.2 və 44.1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qeyd etdiyim qanun pozuntularının davamı olaraq icra məmuru tərəfindən iddiaçıya tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzilin qiymətləndirilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edilmiş, habelə həmin qərar icra olunması üçün Cavabdeh-yə göndərilmiş, lakin iddiaçıya yenə bu barədə məlumat verilməmişdir. Bundan başqa icra məmurunun müvafiq qərarı olduqdan sonra iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzil iddiaçının iştirakı olmadan və fikri öyrənilmədən 102000 manat dəyərində qiymətləndirilmiş və qiymətləndirmə rəyi iddiaçıya təqdim edilməmişdir. Həmin əmlakın real bazar qiyməti 140000-150000 manat civarındadır. Lakin Cavabdeh tərəfindən həmin evi göstərilən məbləğdə qiymətləndirilməsi, həmin əmlakın hazırki real bazar qiymətini əks etdirməyərək, reallığa uyğun olmayan məbləğdir. Bildirir ki, hərrac barədə ümumiyyətlə məlumatı olmamış iddiaçıya rəsmi qaydada məhkəməyə ərizə ilə müraciət etdikdən sonra hər iki protokol 05.04.2021-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İddiaçıya hərracın keçirilməsi barədə bildirişin göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac "İpoteka haqqında" Qanun ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2343/2021 saylı, 19.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh-yə və Bakı şəhəri Maraqlı şəxsnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxs və LPO QSC “Bank Standard” KB cəlb edilməklə) “mənzilin qiymətləndirilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nın nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən "xxxx" MMC-yə, LPO QSC “Bank Standard” KB-yə, İddiaçı və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə ünvanlanmış 02.03.2021-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-171/2020 nömrəli, 27.02.2020-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzilə yönəldilməsi, hərracda 120000 manat ilkin, təkrar hərracda 102.000 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 17.03.2021-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 25/03 nömrəli, 26.02.2021-ci il tarixli və 29/01-1 nömrəli, 17.03.2021-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-171/2020 nömrəli, 27.02.2020-ci il tarixli icra vərəqəsinin, Bakı şəhəri Maraqlı şəxs 17/68-22904216 nömrəli, 28.01.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 120000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 102000 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 76500 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-171/2020 nömrəli, 27.02.2020-ci il icra vərəqəsinə əsasən,iddia qismən təmin edilmiş, borclular İddiaçı və "xxxx";MMC-dən müştərək qaydada 54 968,89 (əlli dörd min doqquz yüz altmış səkkiz dollar 89 sent) ABŞ dolları əsas və 493,39 (dörd yüz doxsan üç dollar 39 sent) ABŞ dolları faiz.borcu olmaqla cəmi 55462,28 (elli beş min dörd yüz altmış iki dollar iyirmi səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) kredit borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 55 manat "xxxx" QSC-nin xeyrinə tutulması, tələb ipoteka predmeti olan İddiaçı Hacı-D^adaş qızına məxsus ünvan 3 ünvanında yerləşən 50 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və mənzilin ilkin satış qiyməti 120 000 manat müəyyən edilsin. Hərrac üzrə xərclər -satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbin satılmiŞ; əml%k hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, qaytarılsın, İpoteka p.redmeti olan - ünvan 4 ünvanında yerləşən 50 nömrəli mənzilə tutma yönəldikdə və satıldıqda, ən geci ay ərzində həmin yaşayış sahəsindən İddiaçı və X3 çıxan Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatın xərci olan 100 (yüz) mşnätın 50 (elli) manatı "Bank Standart” QSC-dən, 50 (əlli) manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası sənədinə aid olan tələblər Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövl= Xəzinədarlığı Agentliyi, Kod 2TÜ005, VÖEN **********, M/l A285NABZ********************, SWİFTBİK CTREAZ22) köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-171/2020 nömrəli, 27.02.2020-ci il tarixli icra vərəqəsinin, Bakı şəhəri Maraqlı şəxs 17/68-22904216 nömrəli, 28.01.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 120000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 102000 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 76500 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar LPO QSC “Bank Standard” KB-ya təklif olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 ünvanda yerləşən mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi mənzil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 5, mənzil 50 kimi qeyd etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hərracın yekunları barədə 25/03 nömrəli, 26.02.2021-ci il tarixli və 29/01-1 nömrəli, 17.03.2021 tarixli Protokolların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxs və LPO QSC “Bank Standard” KB cəlb edilməklə) “hərrac protokollarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Maraqlı şəxs və LPO QSC “Bank Standard” KB cəlb edilməklə) “hərrac protokollarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2343/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2343/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver