Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2346/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti "Azəriqaz"' İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda tərtib etdikləri ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən əsassız və qeyri-qanuni hesablanmış 1069 manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1988-ci il tarixdən ünvan 1 ünvanda yaşayır, ali təhsillidir. 45 illik əmək stajı var, əmək veteranıdır, hal-hazırda təqaüddədir, 2-ci qrup şəkərli diabet xəstəsidir, əmək fəaliyyətinin 32 ili neft sənayesi sistemi ilə bağlıdır ki, onun da 23 ilini kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. Qaz İdarəsinin Bakı X9 Departamentinin və onun əməkdaşlarının qaz sayğacı quraşdırmalarının və onun texniki sazlığına nəzarət edən işçilərinin səhlənkarlığı səbəbindən ona böyük məbləğdə borc yazılmışdır. Smart tipli qaz sayğacı yaşadığı evə 2011-ci il tarixdə quraşdırılmışdır. Mütəxəsislər yaxşı bilirlər ki, bu tip sayğaclar əvvəlcədən pul ödənildikdə işləyir və o da qaz sayğacından bu qaydada istifadə etmiş, yəni əvvəlcədən karta pul yükləmiş və sonra isə karta yüklədiyi pula münasib qazdan istifadə etmişdir. Pul qurtarana yaxın yenə də karta pul yükləmiş və bu minvanla qazdan istifadə etmişdir. Lakin son vaxtlar qaz sayğacının düzgün işləmədiyini müşahidə etmişdir. Nərimanov rayon Qaz İstismar İdarəsinə bununla əlaqədar zəng etmiş, oradan ona bildirmişlər ki, «yəqin qaz sayğacının bateriyası zəifləyib, ona görə də klapan bağlanmır, fərq etməz, siz pulu ödəyin və istifadə edin». Qeyd edir ki, o, qaz istehlakına görə həmişə pulu vaxtından əvvəl,demək olar ki, hər ayı artıqlaması ilə ödəmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Qaz İdarəsinin əməkdaşları Əliyev Elçin və Əhmədov Ruhin onun evinin smart tipli qaz sayğacını dəyişdirmişlər və ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib etmişlər və ona bildirmişlər ki, onun Qaz İdarəsinə 1070 m/3 - görə 120 manat borcu var. Səbəbini soruşanda bildirmişlər ki, «sayğacınız düz işləməyib, mənfiyə doğru işləyib, klapan bağlanmayıb və s.». İddiaçı onlara nəyə görə vaxtında gəlib sayğacı dəyişdirmədiklərini, nəticədə onların səhlənkarlığı və məsuliyyətsizliyi və sayğacın texniki nasazlığından ona bu qədər maddi ziyan dəydiyini bildirdikdə, dedilər ki, bizə göstəriş verilməyib. Nəticədə yeni smart kartını aktivləşdirmək üçün onu 28 May metrosunun yaxınlığında yerləşən «ASAN» Kommunal Xidmət Mərkəzinə yönəltmişlər. Həmin gün qeyd edilən Xidmət Mərkəzində 20-30 dəqiqəlik araşdırmadan sonra xidmətin əməkdaşı ona borcun 120 manat deyil, 1069 manat olduğunu bildirdilər. «ASAN» Kommunal Xidmət Mərkəzində ona bildirilmişdir ki, həmin borc sayğacın «elektron göstəricisi ilə mexaniki göstəricisi» arasında yaranan fərqə görə hesablanır. Oradan onu Bakı X9 Departamentinə yönəltmişlər. Elə həmin gün Departamentin müştəri xidmətinin rəis müavini Qafarov Vüsalın qəbulunda olmuşdur. Onlar da «günahı» sayğacın üstünə yıxmış və uzun müddət araşdırmaladan sonra ona bildirmişlər ki, sayğacın «elektron göstəricisi ilə mexaniki göstəricisi» arasında yaranan fərqə görə onun borcu 1069 manatdır. Bildirmişdir ki, sayğacdakı bu texniki nasazlıq onun təqsirindən deyil, Departamentin təsirindəndir və onların işçiləri tərəfindən vaxtında sayğaca baxış keçirilməli və sayğac dəyişdirilməli idi. Əlavə olaraq bildirilmişdir ki, Departamentin əməkdaşları yaranmış həmin saxta borcu ödəməyi öhtəsinə götürməyi və hər ay hissə-hissə ödəmək şərti ilə, ondan ərizə aldıqdan sonra kartı aktivləşdirmişlər. Bütün yuxarıda göstərilənləri əsas götürərək ona qanunsuz olaraq hesablanmış 1069 manat məbləğində əsassız borcun silinməsi aşağıda qeyd etdiyi qanunvericiliyin tələblərinə tamamilə müvafiqdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh İB-yə qarşı **********10000 nömrəli istehlakçı hesabına hesablanmış 1069 manat borcun silinməsini xahiş etmişdir. Hazırki mülki işdə iddiaçı sayğac göstəricisi üzrə sərf etdiyi qaza görə yaranan borcunun silinməsini tələb edir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, İddiaçı iştirakı ilə Aşıq Qərib, ev 51 a ünvanına yeni sayğac quraşdırılan zaman əvvəlki Smart G-4 İTRON markalı, 1002AQ**********8 nömrəli sayğacın mənfiyə işlədiyi, sayğacın mexaniki göstəricisinin 40659 kub metr qaz sərf edildiyini qeyd etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirildikdən sonra iddiaçının iştirakı ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir Aktdan göründüyü kimi iddiaçı sayğacın mexaniki göstəricisində 40659 m3 qazın sərf edildiyi göstərilmiş, lakin iddiaçı həmin qazın yalnız 36382 m3 hissəsinə görə ödəniş etmiş, 4277 m3 sərf etdiyi qaza görə ödəniş etməmişdir. (40659- 36382=4277). Nəticədə iddiaçının 1069,25 manat borcu yaranmışdır (4277x0,25=1069,25 X7 uyğun olaraq iddiaçı illik sərfiyyat üzrə 2500 m3 limiti keçdiyi üçün 0,25 qəpikdən hesablanmışdır.) Bununla bərabər iddiaçı iddia ərizəsinə əlavə etdiyi Smart G-4 İTRON markalı, 1002AQ**********8 nömrəli sayğacın fotoşəkilindən də sayğacın mexaniki göstəricisinin 40659 m3 qaz sərf edildiyini göstərir və bu da aktda olan məlumatların düzgünlüyünü təsdiq edir. Eyni zamanda iddiaçı xx.xx.2022-ci il tarixdə X1 ünvanladığı ərizədə sayğac göstəricisi üzrə dəyəri ödənilməyən 4277 m3 qaza görə hesablanan 1069,25 manat borcunu qəbul etmiş, hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir. Beləliklə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın iddiaçı tərəfindən də imzalanması, eyni zamanda iddia ərizəsinə əlavə edilən fotoşəkil iddiaçının sayğac göstəricisi üzrə 40659 m3 qaz sərf etdiyini təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X6nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 1069 manat borcun silinməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 16 yanvar 2022-ci il tarixli aktın məzmunundan və surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, 51a nömrəli evdə sayğaq mənfiyə işləyir. Cavabdehnə İddiaçı ünvanladığı müraciətdən görünür ki, ******* nömrəli, 16 yanvar 2022-ci il tarixli akta əsasən sayğacda 4277 m3 dəyəri ödənilməyən qaz sərfiyyatı göstərilmişdir. Göstərilən borcun 4277 m3=1069 manat borcu qəbul edir. Həmin borcun (1069,25 manat) hissə-hissə ödənilməsini öhdəsinə götürür. Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2011-ci il tarixli aktın məzmunundan və surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, 51a nömrəli evdə yeni qaz sayğacı quraşdırılmışdır. Göründüyü kimi iddiaçı X4 Bakı Reqional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2022ci il tarixdə ünvan 1 ünvanda tərtib edilmiş ******* saylı aktın ləğv edilməsini və həmin akta əsasən əsassız hesablanmış 1069 manat məbləğində pulun silinməsini tələb edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X6”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydalammın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Göründüyü kimi, İddiaçı yaşadığı ünvanda “Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın mənfiyə işlədiyi müəyyən edilmişdir. Buna dair ******* nömrəli, 16 yanvar 2022-ci il tarixli akt tərtib edilmişdir. Qeyd edilən akta əsasən İddiaçı 4277 m3 qaz sərfiyyatına görə 1069 manat borcu olduğu müəyyən edilmişdir. Qeyd edilən borc məbləği iddiaçının iş materiallarında olan Cavabdehnə İddiaçı ünvanladığı müraciətlə iddiaçı tərəfindən etiraf edilmişdir. Belə ki, müraciətdə İddiaçı 4277 m3 qaz sərfiyyatına görə yaranmış 1069 manat borcu etiraf etmiş və hissə-hissə ödəməyə razılıq vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2346/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2346/2022
23.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver