Məhkəmə qərarları › İş №2(005)-2349/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2349/2020

14.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2349/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2015-ci il tarixli K\M-01 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında və xx xxxxxxx 2015-ci il tarixli K\M-02 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış kredit müqavilələri üzrə xx xxxxxxxx 2015-ci il tarixli xx xxxxxxxx 2012-ci il 02Xİ/12 nömrəli ipotekaya İM-01 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə və xx xxxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi 01 müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, xx xxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mallar (işlər və xidmətlər) üzrə satınalma 92/T-13 nömrəli müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində mini futbol meydançasının və idman zalının bir mərhələ üzrə tikinti işlərini yerinə yetirməyi “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəsinə götürmüş, həmin tikinti işlərinin aparılması üçün tərəflər arasında 1.555.000 (bir milyon beş yüz əlli beş min) manat məbləğində müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən ayrılmış pul vəsaitinin bir hissəsi “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilmişdir və həmin vəsait tikintiyə xərclənmişdir, vəsaitin digər hissəsi hələlik keçirilməmişdir. xx xxxxxxxx 2012-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətii arasında 90.000 (doxsan min) manat məbləğində kredit xəttinin açılması üçün 02X/12 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır. xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30.000 (otuz min) manat məbləğində kredit xəttinin açılması üçün 01X/13 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır. xx xxxx 2013-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 85.000 (səksən beş min) manat məbləğində kredit xəttinin açılması üçün 03X/13 nömrəli kredit xətti müqaviləsi bağlanılmışdır. xx xxxxxxxx 2013-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 200.000 (iki yüz min) manat məbləğində 01H/13 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilələr əsasında “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti əldə etdiyi vəsaitləri yuxarıda qeyd etdiyi tikintiyə xərcləmişdir. Eyni zamanda, müqavilələrə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə onlar tərəfindən ödənişlər edilmişdir. Bundan sonra təxminən 2015-ci ilin avqust ayında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd edilən müqavilələrə əsasən borcu tələb etmişdir. Lakin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tikinti üçün ayrılmış vəsaiti “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirmədiyindən qeyd edilən müqavilələr əsasında borcları “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəməyə imkanı olmamışdır. Buna görə də, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti həmin müqavilələr əsasında “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyi pul vəsaitini manatdan ABŞ dollarına çevirməsini tələb etmiş və demək olar ki, onları məcbur edərək xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 194.000 (bir yüz doxsan dörd min) ABŞ dolları məbləğində K\M- 01 nömrəli və xx xxxxxxx 2015-ci il tarixdə 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində K\M-02 nömrəli kredit müqavilələri bağlanılmışdır. Qeyd edilməlidir ki, “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə guya cavabdeh tərəfindən verdiyi ABŞ dolları faktiki olaraq onlara verilməmişdir. Cavabdeh bank demək olar ki, onları ABŞ dolları olan kredit müqavilələri bağlamağa məcbur etmişdir və bununla da onları asılı və pis vəziyyətə salmışdır. Bundan sonra onların cavabdeh bank ilə məhkəmədə mülki mübahisələri olmuş, iddiaçılar “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti və xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)-3327/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı şəxslər tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət ilə müraciət edilmiş, qeyd edilən mülki iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə icraatına qəbul edilmiş və işin baxılması xx xxxx 2018-ci il tarixə təyin edilmişdir. Həmin iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxıldığı zaman tərəflərin arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda xx xxxxx 2018-ci il tarixli borcun ödənilməsinə dair barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin 384.000 (üç yüz səksən dörd min) manat pul vəsaitini Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə saziş bağlanılmışdır. Qeyd edilməlidir ki, göstərilən kredit müqavilələri üzrə tərəflər arasında ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair sonrakı ipoteka müqavilələri bağlanılmışdır. Lakin barışıq sazişi “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bank arasında imzalanmışdır, bundan ipoteka qoyanların hər hansı bir qaydada xəbərləri belə olmamışdır. Onlar həmin barışıq sazişini imzalamamışlar və həmin barışıq sazişində ipotekaya aid hər hansı bir mövqe bildirməmişlər. Bu isə onu göstərir ki, ipoteka qoyanların xəbəri olmadan müqavilənin mühüm şərtləri ilə bağlı razılıq əldə edilmiş, şərtlər dəyişdirilmiş və hətta müqavilə formasında rəsmiləşdirilmişdir. Hesab edirlər ki, bank tərəfindən kredit müqavilələrinin etibarsızlığı tələbi üzrə qaldırılan iddiaların nəticələri üzrə imzalanan barışıq sazişləri mühüm şərtlərin dəyişdirilməsi kimi qəbul edilməlidir və bu səbəbdən də bank ilə iddiaçı şəxslər arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Beləliklə, xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 194.000 (bir yüz doxsan dörd min) ABŞ dolları məbləğində K\M- 01 nömrəli və xx xxxxxxx 2015-ci il tarixdə 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində K\M-02 nömrəli kredit müqavilələri üzrə ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair ipoteka müqavilələri etibarsız sayılmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, hazırki iddianın iddia müddəti ötürülməklə verildiyinə görə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün borc alana illik 16% (on altı faiz) olmaqla 12 (on iki) ay müddətinə ilk 6 (altı) ay güzəşt müddəti olmaq şərtilə 194.000 (bir yüz doxsan dörd min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür (1.2-ci bənd). Bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği borc alanın dövriyyə vəsaitinin artırılması məqsədləri üçün nəzərdə tutulmuşdur (2.1-ci bənd). Borc alan müqavilə ilə ona ayrılmış krediti bu müqavilənin 2.1-ci bəndində göstərilmiş təyinat üzrə xərcləmədikdə və yaxud həmin kredit məbləğinin bir hissəsini təyinat üzrə xərdəmədikdə ona ayrılmış krediti vaxtından qabaq borc verənə qaytarmalıdır (2.2-ci bənd). Bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması xx xxxxxxxx 2012-ci il tarixli 02Xİ/12 nömrəli ipotekamüqaviləsinə İM-01 nömrəli əlavə ipoteka (girov) müqaviləsində göstərilən ipoteka (girov) predmeti ilə təmin olunur (3.1-ci bənd); Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-ipoteka saxlayan ilə İddiaçı1-ipoteka qoyan və “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli 02Xİ/12 nömrəli ipotekaya İM-01 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli əlavə ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli kredit müqaviləsinə əsasən veriləcək kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (2.1-ci bənd); Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün borc alana illik 16% (on altı faiz) olmaqla 12 (on iki) ay müddətinə ilk 6 (altı) ay güzəşt müddəti olmaq şərtilə 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür (1.2-ci bənd). Bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği borc alanın dövriyyə vəsaitinin artırılması məqsədləri üçün nəzərdə tutulmuşdur (2.1-ci bənd). Borc alan müqavilə ilə ona ayrılmış krediti bu müqavilənin 2.1-ci bəndində göstərilmiş təyinat üzrə xərcləmədikdə və yaxud həmin kredit məbləğinin bir hissəsini təyinat üzrə xərdəmədikdə ona ayrılmış krediti vaxtından qabaq borc verənə qaytarmalıdır (2.2-ci bənd). Bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması xx xxxxxxx 2015-ci il tarixli 01 nömrəli sonrakı ipoteka müqaviləsində göstərilən ipoteka (girov) predmeti ilə təmin olunur (3.1-ci bənd); Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-ipoteka saxlayan ilə İddiaçı2-ipoteka qoyan və “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 01 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli kredit müqaviləsinə əsasən veriləcək kreditin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir (2.1-ci bənd); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsinin məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçılar “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)- 3327/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsindən iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(102)-6291/2017 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)- 3327/2017 nömrəli qətnaməsindən iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1, İddiaçı2 və onların vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx xxxxxx 2018-ci il tarixli qərardadının surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(102)-6291/2017 nömrəli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 verdikləri şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş və işin baxılması xx xxxx 2018-ci il tarixə təyin edilmişdir; Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti adından İddiaçı1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli borcun ödənilməsinə dair barışıq sazişinin surətindən və məzmunundan görünür ki, “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 647.465,25 (altı yüz qırx yeddi min dörd yüz altmış beş manat iyirmi beş qəpik) manat məbləğində kredit borcu vardır. X6 Cəmiyyəti və bank qarşılıqlı razılaşmaya əsasən göstərilən borcu silərək 384.000 (üç yüz səksən dörd min) manat məbləğində müəyyən edir. Banka olan 384.000 (üç yüz səksən dörd min) manat məbləğində ümumi borcundan borclu 70.000 (yetmiş min) manat məbləğində vəsaiti xx xxx 2018ci il tarixinədək, yerdə qalan 314.000 (üç yüz qırx bir min) manat məbləği isə xx xxxxx 2019-cu il tarixədək tam şəkildə gecikdirməmək şərti ilə banka ödəməyi öhdəliyinə götürür. Öhdəlik tam icra edildikdən sonra həmin öhdəliklə bağlı olan ipoteka müqavilələri ləğv edilir (1.1-ci bənd). Eyni zamanda, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti gələcəkdə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərini tam yerinə yetirdiyi halda mövcud kredit müqavilələri üzrə bank tərəfindən məhkəmə instansiyalarında heç bir iddia tələbi irəli sürməyəcəyi və mövcud qətnamələr üzrə tələblərini icra mərhələsindən geri çəkəcəyi barədə öhdəlik götürür (1.2-ci bənd). Hazırki sazişlə öhdəlik götürmüş tərəflər, bu sazişin 1.1-ci və 1.2-ci bəndlərində qeyd edilmiş şərtlər üzrə öhdəliklərinin olmasını təsdiq edirlər və borcun icrasına dair öhdəlik götürürlər (2.2-ci bənd); xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətiborc alan arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün borc alana illik 16% (on altı faiz) olmaqla 12 (on iki) ay müddətinə ilk 6 (altı) ay güzəşt müddəti olmaq şərtilə 194.000 (bir yüz doxsan dörd min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması xx xxxxxxxx 2012-ci il tarixli 02Xİ/12 nömrəli ipotekamüqaviləsinə İM- 01 nömrəli əlavə ipoteka (girov) müqaviləsində göstərilən ipoteka (girov) predmeti ilə təmin olunur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-ipoteka saxlayan ilə İddiaçı1-ipoteka qoyan və “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli 02Xİ/12 nömrəli ipotekaya İM-01 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli əlavə ipoteka müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli K/M-01 nömrəli kredit müqaviləsinə əsasən veriləcək kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün borc alana illik 16% (on altı faiz) olmaqla 12 (on iki) ay müddətinə ilk 6 (altı) ay güzəşt müddəti olmaq şərtilə 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması xx xxxxxxx 2015-ci il tarixli 01 nömrəli sonrakı ipoteka müqaviləsində göstərilən ipoteka (girov) predmeti ilə təmin olunur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialıipoteka saxlayan ilə İddiaçı2-ipoteka qoyan və “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 01 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı-borc verən ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti-borc alan arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli K/M-02 nömrəli kredit müqaviləsinə əsasən veriləcək kreditin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsi ilə iddiaçılar “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)-3327/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsindən iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(102)-6291/2017 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)-3327/2017 nömrəli qətnaməsindən iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1, İddiaçı2 və onların vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2(102)-6291/2017 nömrəli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair iddiaçı şəxslər “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 verdikləri şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş və işin baxılması xx xxxx 2018-ci il tarixə təyin edilmişdir. Eləcə də müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti adından İddiaçı1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli borcun ödənilməsinə dair barışıq sazişi ilə “Manar-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 647.465,25 (altı yüz qırx yeddi min dörd yüz altmış beş manat iyirmi beş qəpik) manat məbləğində kredit borcu tərəflərin qarşılıqlı razılaşmasına əsasən silinərək 384.000 (üç yüz səksən dörd min) manat məbləğində müəyyən edilmiş, banka olan 384.000 (üç yüz səksən dörd min) manat məbləğində ümumi borcundan borclu 70.000 (yetmiş min) manat məbləğində vəsaiti xx xxx 2018-ci il tarixinədək, yerdə qalan 314.000 (üç yüz qırx bir min) manat məbləği isə xx xxxxx 2019-cu il tarixədək tam şəkildə gecikdirməmək şərti ilə banka ödəməyi öhdəliyinə götürür. Öhdəlik tam icra edildikdən sonra həmin öhdəliklə bağlı olan ipoteka müqavilələri ləğv edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2015-ci il tarixli K\M-01 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında və xx xxxxxxx 2015-ci il tarixli K\M-02 nömrəli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Manar Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış kredit müqavilələri üzrə xx xxxxxxxx 2015-ci il tarixli xx xxxxxxxx 2012-ci il 02Xİ/12 nömrəli ipotekaya İM-01 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə və xx xxxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi 01 müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyinə görə onun rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ipoteka müqavilələrinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə münasibət bildirməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq ipoteka müqavilələri bağlanarkən İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan müvafiq mənzillərinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xeyrinə ipoteka ilə yüklülüyə salınmasına etiraz etmədikləri müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı1 və İddiaçı2 hazırkı iddia tələbləri əsassızdır, iddiaçı şəxslər iddia tələblərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar