Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-235/2021 26.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “MASERATİ” markalı “QUATTROPORTE” modelli, **-AF-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 84108 (səksən dörd min yüz səkkiz) manat əsas lizinq borcu, 65650 (altmış beş min altı yüz əlli) manat lizinqdən istifadəyə görə faiz borcu, 125300 (bir yüz iyirmi beş min üç yüz) manat hesablanmış penya, cəmi 275058 (iki yüz yetmiş beş min ətli səkkiz) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 1701/0336 saylı X5 əsasən İddiaçı MMC Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1də göstərilən və ümumi dəyəri 130000 (bir yüz otuz min) manat olan 1 ədəd MASERATİ” markalı “QUATTROPORTE” modelli **-AF-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsinə əsasən 87100 (səksən yeddi min yüz) manat məbləğində borcu illik 32% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq müaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 32% faiz mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 84108 (səksən dörd min yüz səkkiz) manat əsas lizinq borcu, 65650 (altmış beş min altı yüz əlli) manat lizinqdən istifadəyə görə faiz borcu, 125300(bir yüz iyirmi beş min üç yüz) manat hesablanmış penya, cəmi 275058 (iki yüz yetmiş beş min əlli səkkiz) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Ona görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “MASERATİ” markalı “QUATTROPORTE” modelli, **-AF-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 84108 (səksən dörd min yüz səkkiz) manat əsas lizinq borcu, 82485 (səksən iki min dörd yüz səksən beş) manat lizinqdən istifadəyə görə faiz borcu, 213000 (iki yüz on üç min) manat hesablanmış penya, cəmi 379593 (üç yüz yetmiş doqquz min beş yüz doxsan üç) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan “MASERATİ” markalı “QUATTROPORTE” modelli, **-AF-*** qeydiyyat nömrəli avtomaşın cavabdeh tərəfindən yararsız halına salınmış, hazırda iddiaçı tərəfdədir. Avtomobil Cavabdeh geri alınmış, çünki cavabdeh tərəfindən avtomobilə zərər vurulmuşdur. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyil, rədd olunmasını xahiş edir, belə ki, onun istifadəsinə verilmiş “MASERATİ” markalı “QUATTROPORTE” modelli, **-AF-*** qeydiyyat nömrəli avtomaşınla yol nəqliyyat hadisəsi törətmişdir. Həmin avtomobil hazırda iddiaçı tərəfdədir. Avtomobilin təmiri üçün ehtiyat hissələri olmadığından qəzalı vəziyyətdə qalmaqdadır. Hazırda mübahisə predmeti olan avtomobil onun istifədəsində olmadığından İddiaçı MMC-nin tələb etdiyi əsas, faiz və penya borcunu qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1701/0336 saylı X5 əsasən Lizinq verən İddiaçı MMC 130.000 (yüz otuz min) manat dəyərində lizinq obyektini Lizinq alan Cavabdeh 36 ay müddətinə lizinqə (icarəyə) vermiş, Cavabdeh isə lizinq obyektini qəbul etməklə öhdəliyə uyğun olaraq 130.000 manat məbləğində pulu illik 32% lizinq mükafatı hesablanmaq şərti ilə 36 ay müddətinə İddiaçı MMC-yə ödəməsini öhdəsinə götürmüşdür; İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli, 1701/0336 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixinə 84108 manat əsas lizinq borcu, 65650 manat faiz borcu, 125300 manat hesablanmış penya, cəmi 275058 manat məbləğində borcu var; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1701/0336 saylı Daxili maliyyə lizinqi müqaviləsinin 1 saylı əlavənin surətinə əsasən Lizinq verən İddiaçı MMC 130.000 manat dəyərində lizinq obyekti olan “MASERATİ” markalı “QUATTROPORTE” modelli, **-AF-*** dövlət qeydiyyat nömrəli maşını Lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir; Lizinq ödənişləri cədvəlinin surətinə (müqaviləyə əlavə) Cavabdeh 36 ay ərzində hər ay 3794 manat məbləğində ödəniş etməli idi; Nəqliyyat vasitəsinin AD seriyalı, 110080 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “MASERATİ QUATTROPORTE” minik markalı, (buraxılış ili – 2013, rəngi ağ, ban – ZAMPP56F1E1070431), **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur; xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 1701/0336 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Lizinqverən İddiaçı MMC lizinq obyekti olan “MASERATİ QUATTROPORTE” minik markalı, (buraxılış ili – 2013, rəngi ağ, ban – ZAMPP56F1E1070431), **- AF-*** dövlət qeydiyyat nişanlı avtomobili Lizinq alan Cavabdeh 36 ay müddətinə lizinqə (icarəyə) vermiş, lizinqalan Cavabdeh isə lizinq müqaviləsi ilə müəyyən edilmiş ödənişləri ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəməsi, habelə lizinq ödənişlərinin müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hesablanacaq dəbbə pulu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, nəticədə onun iddiaçıya (lizinqverənə) borcu yaranmışdır. İddiaçı (lizinqverən) Cavabdeh xx.xx.2020-ci il tarixinə 84108 manat əsas lizinq borcu, 65650 manat faiz borcu, 125300 manat hesablanmış penya, cəmi 275058 manat məbləğində borcunun yarandığını iddia edir, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı MMCnin xeyrinə 84108 (səksən dörd min yüz səkkiz) manat əsas lizinq borcu, 82485 (səksən iki min dörd yüz səksən beş) manat lizinqdən istifadəyə görə faiz borcu, 213000 (iki yüz on üç min) manat hesablanmış penya, cəmi 379593 (üç yüz yetmiş doqquz min beş yüz doxsan üç) manat borcu, eyni zamanda, lizinq obyekti olan «MASERATİ QUATTROPORTE” minik markalı, (buraxılış ili – 2013, rəngi ağ, ban – ZAMPP56F1E1070431), **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdən alınaraq ona qaytarılmasını cavabdehdən tələb edir. Göründüyü kimi, cavabdeh lizinqi müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinqi müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas borc hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 65650 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının 82485 (səksən iki min dörd yüz səksən beş) manat lizinqdən istifadəyə görə faiz borcunun olmasına dair sübutu mövcud deyildir. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixinə 84108 manat əsas lizinq borcu, 65650 manat faiz borcu, 125300 manat hesablanmış penya, cəmi 275058 manat məbləğində borcu var. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, 1701/0336 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 213000 (iki yüz on üç min) manat hesablanmış penya borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 8000 (səkkiz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin tələbin lizinq obyektlərinin iddiaçıya qaytarılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslı deyil. Belə ki, iddiaçı və cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilir ki, MASERATİ QUATTROPORTE” minik markalı, (buraxılış ili – 2013, rəngi ağ, ban – ZAMPP56F1E1070431), **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehdən alınaraq iddiaçı tərəfə təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsində qismən əsaslıdır. Digər tərəfdən, iddiaçı lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etsə də, iddiaçı tərəf artıq bu vəziyyəti məhkəmədə iddia qaldırmamışdan əvvəl bərpa etmiş, lizinq obyekti artıq cavabdehin sahibliyindən və istifadəsindən alınaraq iddiaçıya verilmişdir. Buna görə də, iddia tələbi bu hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli, 1701/0336 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh 84108 (səksən dörd min yüz səkkiz) manat əsas lizinq borcu, lizinqdən istifadəyə görə 65650 (altmış beş min altı yüz əlli) manat faiz borcu, 8000 (səkkiz min) manat hesablanmış penya borcu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, 1701/0336 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 84108 (səksən dörd min yüz səkkiz) manat əsas lizinq borcu, lizinqdən istifadəyə görə 65650 (altmış beş min altı yüz əlli) manat faiz borcu, 8000 (səkkiz min) manat hesablanmış penya, cəmi 157758 (yüz əlli yeddi min yeddi yüz əlli səkkiz) manat borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu «İddiaçı” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-235/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-235/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver