Məhkəmə qərarları › İş №2(005)-2366/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2366/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2366/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh-yə (Capitals Auction” MMC) qarşı ("xxxx" (Azərbaycan) ASC, X9, X6 və Yasamal rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən təşkil olunan “hərracın yekunları barədə 05/1 saylı protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bank VTB" ASC İddiaçı qarşı “avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon məhkəməsinin 2(004)- 8620/16 saylı, 10.08.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 20 may 2013-cü il tarixli, 113141-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 7201.81 ABŞ dolları əsas, 815.72 ABŞ dolları faiz borcu, 03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8020.53 ABŞ dolları məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun “Bank VTB" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı “KİA-RİO” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin saxlanılaraq DİN Baş Dövlət Yol Polis idarəsinin cərimə meydançasında yerləşdirilməsi, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Qətnamə Maraqlı şəxs1 icraatında olmuşdur. Maraqlı şəxs1 tərəfindən ilkin satış qiyməti 6000 manat olmaqla əmlak realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Hərrac cavabdeh "xxxx" MMC tərəfindən təşkil edilmişdir. Avtomobil 23 oktyabr 2017-ci il tarixində keçirilmiş hərracda ilkin satış qiyməti 6000 manat olmaqla, İpoteka haqqında Qanununun 43.5-ci maddəsinə əsasən 04 dekabr 2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 5100 manat olmaqla hərraca çıxarılsa da. sifarişçi olmadığından hərrac baş tutmamışdır. Hərracın yekunları barədə 05/1 nömrəli, 06.01.2018-ci il tarixli protokola əsasən ipoteka haqqında Qanununun 43.7-ci maddəsinə əsasən avtomobil ’‘Bank VTB” ASC tərəfindən təkrar hərrac qiymətindən 25 % endirimlə 3825 manata Bank tərəfindən əldə edilmişdir. İddiaçının keçirilən hərraclardan ümumiyyətlə xəbəri olmamışdır, keçirilən hərrac barədə ona hər hansı bildiriş daxil olmamışdır. İddiaçının xəbəri olmadan avtomobil Banka satılmışdır, "xxxx" ASC həmin avtomobili kənar şəxsə satmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banka daxil olmuş siyahıya əsasən İddiaçı 113145-1- 6709 saylı, 20.05.2013-cü il tarixli “avtomobil krediti müqaviləsi" həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 29.07.2015-ci il tarixli Razılaşma üzrə banka olan kredit borcunun restrukturizasiya olunması nəzərdə tutulmuşdur. İddiaçı bu əsasla Yasamal Rayon Məhkəməsinin 2(004)- 8620/16 saylı, 10.08.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12658/19 saylı, 14.10.2019cu il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmişdir. “Bank VTB" ASC-nin İddiaçı qarşı “avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra "xxxx" ASC-nin nümayəndəsi iddianın təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Sözügedən mülki iş üzrə iddiaçının banka olan kredit borcunun restrukturizasiyası nəzərdə tutulduğu üçün iddianın təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/2016 saylı, 20.12.2019-cu il tarixli qərardadı ilə Bank VTB ASCnin ərizəsi təmin edilmişdir. İddiaçı mülkiyyətində olan KİA-RİO ininik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs və qadağaların götürülməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC məhkəmənin dəftərxana vasitəsi ilə 20.04.2021-ci il tarixində iddia müddətinin tətbiqi və yazılı izahat təqdim edərək, bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 ASC-nin cavabdeh İddiaçı qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutma ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 20.05.2013-cü il tarixli 113145-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 7.201,81 ABŞ dolları məbləğində əsas borc, 815,72 ABŞ dolları məbləğində faiz borcu, 3 ABŞ dolları məbləğində cərimə, cəmi 8.020,53 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla) məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pulun Bankın xeyrinə tutulması, tutma cavabdeh İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı, qara rəngli, “KİA Rio minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməsi, avtomobilin saxlanılaraq AR DİN Baş Dövlət Yol Polis İdarəsinin cərimə meydançasına yerləşdirilməsi və açıq hərracda satılması; avtomobilin satışından əldə olunmuş məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini almış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.08.2016-cı il tarixli 2(004)-8620/2016 saylı icra sənədi icra olunması üçün icra qurumuna göndərilmişdir. Maraqlı şəxs1 08.09.2017-ci il tarixli 17/72-15191/5 saylı sifariş məktubuna əsasən İddiaçı məxsus “K.İA Rio minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı Cavabdeh vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı Cavabdeh-nin 06 yanvar 2018-ci il tarixli 05/1 saylı hərracın yekunları barədə protokoluna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, İddiaçı məxsus “K.İA Rio minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan Maraqlı şəxs2 ASC tərəfindən əldə edilmişdir. Daha sonra, avtomobil üçüncü şəxsə satılmış və 18 sentyabr 2018-ci il tarixdən avtomobilin yeni mülkiyyətçisi və istifadəçisi X6 olmuşdur. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 oktyabr 2019-cu il tarixli 2(103)- 12658/2019 saylı qərardadı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(004)-8620/2016 saylı qətnaməsi ləğv edilmiş; iddiaçı Maraqlı şəxs2 ASC-nin cavabdeh İddiaçı qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutma ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanını rəhbər tutaraq, xarici valyutada olan kredit borcunun güzəştli şərtlərlə restrukturizasiya olunması məqsədi ilə İddiaçı kredit müqailəsinin restrukturizasiyasına dəvət olunmuş, lakin o, bundan imtina edərək kredit borcunu restrukturizasiya etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(006)- 676/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Maraqlı şəxs2 ASC-nə qarşı avtomobilin qaytarılması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-1136/2021 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 ASC-nin cavabdeh İddiaçı qarşı avtomobil krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh İddiaçı 20.05.2013-cti il tarixli 113145-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 1.236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1.462,99 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Maraqlı şəxs2 ASC-nə ödənilməsi qət edilmişdir. Baxılan məhkəmə prosesləri zamanı İddiaçı izahatlarında bildirmişdir ki, o, qeydiyyatda olduğu ünvanda yaşamır, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər onun qeydiyyatda olduğu ünvanına göndərilmiş, həmin bildirişlər onun ailə üzvü - qardaşı tərəfindən xəbərnaməyə imza etməklə alınmış, lakin bu barədə ona məlumat verilməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər tələbkar olan Banka göndərilmiş və Bank tərəfindən alınmışdır. Bununla əlaqədar hərrac təşkilatçısı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, qüvvədə olan mülki və mülki-prosessual hüquq qanunvericiliyinin tələblərinə tam əməl olunmuşdur. Hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə iddiaçı R.Q. Mustafayev ə məlumatın verilməməsi və bu səbəbdən hərrac protokolunun və hərrac nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi tam əsassızdır. Əlavə olaraq bildirmişdir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi, hərrac təşkilatçısı Cavabdeh-nin 06 yanvar 2018-ci il tarixli 05/1 saylı hərracın yekunları barədə protokoldan 3 il 3 ay keçdikdən sonra İddiaçı hərrac protokolunu və hərracın nəticələrini məhkəmədə mübahisələndirmişdir. Hazırki iş üzrə iddiaçı bildiyi və bilməli olduğu hallarla bağlı ağlabatan müddət ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Halbuki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, iddia tələbini uzun müddət keçdikdən sonra irəli sürmüşdür. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi, İddiaçı hərracın nəticələrini mübahisələndirilməsinə dair iddiam verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da, hazırki iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Cavabdeh (Capitals Auction” MMC) dəftərxana vasitəsi ilə 30.04.2021 və 27.05.2021-ci il tarixlərində iddia müddətinin tətbiqi barədə ərizə və iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hərracın keçirilmə vaxtı 23 oktyabr 2017-ci il tarix göstərilməklə, 23 sentyabr 2017-ci il tarixdə 04/107 nömrəli bildiriş İddiaçı təqdim etdiyi ünvana göndərilmişdir, bildiriş imtina edilməklə geri göndərilmişdir. Sənədi qəbul etməkdən imtina onun rəsmi şəkildə qəbul edilməsinə bərabər tutulur. Həmçinin, "Kaspi" qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, "hərracın keçirilməsi barədə bildirişləri almamışıq" bəhanəsini ortadan qaldırılması məqsədilə "İpoteka haqqında" qanuna dəyişikliklər edildi. Belə ki, (qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bu da onu göstərir ki, qanunvericilik süni şəkildə yaranmış problemləri ortadan qaldırmaq məqsədilə təkmilləşdirilməkdədir. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan protokol və müqavilə 01.06.2018-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında keçirilməklə 22.04.2021-ci il tarixinə hazırlığa təyin edilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə 05/1 saylı protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair” iddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq bu qurumlar heç bir səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hərracın yekunları barədə 06.01.2018-ci il tarixli, 05/1 nömrəli protokolunun surətinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-8620/2016 saylı, 10.08.2016-cı il tarixli icra vərəqəsinin və Maraqlı şəxs1 17/72-15191/5 saylı 08.09.2017-ci il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 6.000 (altı min) manat olan İddiaçı məxsus olan “Kia-Rio minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili 3825 manata (alıcı) "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X7 əldə etmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 06.01.2018-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus “Kia-Rio minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: Cavabdeh tərəfindən tələbkar Maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyətinə (etibarnamə əsasında nümayəndəsi X7) 3825,00 manata satılmışdır; Bakı Şəhəri Yasamal Rayon məhkəməsinin 2(004)-8620/16 saylı, 10.08.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 20 may 2013-cü il tarixli, 113145-1-6709 saylı Avtomobil krediti müqaviləsi üzrə 7201 81 (yeddi min iki yüz bir dollar səksən bir sent) ABŞ dolları əsas borc, 815.72 (səkkiz yüz on beş dollar yetmiş iki sent) ABŞ dolları faiz borcu, 03(üç) ABŞ dolları cərimə borcu, cəmi 8 020.53(səkkiz min iyirmi dollar əlli üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) məbləğində pul. ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğində pul iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbi cavabdeh İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı, “Kia-Rio minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə yönəldilməsi, “Kia-Rio minik" markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil saxlanılaraq AR DİN Baş Dövlət Yol Polis İdarəsinin cərimə meydançasında yerləşdirilməsi və açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12658/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs2 ASC-nin İddiaçı qarşı “avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/16 saylı, 10 avqust 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfimdən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/16 saylı, 10 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi, iddiaçı Maraqlı şəxs2 ASC-nin İddiaçı qarşı “avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası baxılmamış saxlanılmışdır; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(006)-676/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Maraqlı şəxs2 ASC-nə qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsinin rədd olunması qət edilmişdir; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-1136/2021 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 ASC-nin cavabdeh İddiaçı qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh İddiaçı 20.05.2013-cü il tarixli 113145-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 1.236,43 ABŞ dolları məbləğində əsas borc, 226,56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1.462,99 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutularaq Maraqlı şəxs2 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6302/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Maraqlı şəxs2 ASC-nin cavabdeh İddiaçı qarşı “kredit” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-1136/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 24.04.2021ci il tarixli İddiaçı müraciətinə cavab məktubunun surətinə əsasən DİN Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində 27 aprel 2021-ci il tarixinə olan məlumata əsasən “Kia Rio” markalı, **-VT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18.09.2018-ci il tarixdə iddiaçının adınızdan qeydiyyatdan çıxarılaraq üzərinə **-FF-*** dövlət qeydiyyat nişanları təhkim olunmaqla əvvəlcə X3 adına, 15.01.2020-ci il tarixdən isə X5 adına rəsmiləşdirilməklə hazırda həmin şəxsin mülkiyyətindədir; Cavabdeh-nin 23.09.2017-ci il tarixli, 04/107 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən ipoteka predmetini təşkil edən “Kia Rio” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6.000 manat olmaqla hərraca çıxarılması və hərracın 23 oktyabr 2017-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi göstərilmiş və bu barədə borcluya və tələbkara qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. “Kaspi” Qəzetinin 2017 və 2018-ci ilə aid olan 185, 133, 142, 156 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən hərracın 23.10.2017, 04.12.2017, 27.08.2018-ci il tarixlərdə hərraca çıxarılması, habelə hərracın baş tutmaması barədə məlumatlar dərc edilmişdir; 08.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Kia Rio” markalı, **- VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6.000 manat müəyyən edilməklə Yasamal rayon Məhkəməsinin 2(004)-8620/2016 saylı, 10.08.2016-cı il tarixli icra vərəqəsinin və Maraqlı şəxs1 17/72-15191/5 saylı 08.09.2017-ci il tarixli məktubuna əsasən Cavabdeh hərraca çıxarılmışdır. Cavabdeh (Capitals Auction” MMC) tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş və mənzil hərracdan satılmadığından, avtomobilin ilkin satış qiymətindən 25 % aşağı qiymətlə, yəni 3825 manat olmaqla tələbkar Maraqlı şəxs2 ASC təklif edilmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh (Capitals Auction” MMC) iddianı qəbul etmir, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan Bakı “Kia-Rio minik" markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən Cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar “Kaspi” Qəzetinin 2017 və 2018ci ilə aid olan 185, 133, 142, 156 nömrəli buraxılışlarında dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh-yə qarşı ("xxxx" (Azərbaycan) ASC, X9, X6 və Yasamal rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh-yə qarşı ("xxxx" (Azərbaycan) ASC, X9, X6 və Yasamal rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar