Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2369/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Beynəlxalq Lizinq QSC-nin cavabdehlər Cavabdeh1 və “Azbeton İnşaat LTD” MMCyə oğluna qarşı pul məbləginin və lizinq obyektinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Beynəlxalq Lizinq QSC cavabdehlər Cavabdeh1 və “Azbeton İnşaat LTD” MMC-yə oğluna qarşı pul məbləginin və lizinq obyektinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3484/2015 nömrəli, 24 avqust 2015-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğluna və “Azbeton İnşaat LTD” MMC-dən 7263 (yeddimin iki yüz altmış üç) manat əsas borc, 5763 (beş min yeddi yez altmış üç ) manat faiz olmaqla, cəmi 13026(on üç min iyirmi altı) manat tutulması, İddiaçı-yə məxsus olan 1 ədəd Howo ZZ3317S3261 W markalı özüboşaldan yük avtomobilinin cavabdeh “Azbeton İnşaat LTD” MMC-dən alınaraq«X1»-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3484/2015 nömrəli, 24 avqust 2015-ci il tarixli qiyabi qətnaməsindən xəbəri olmamış, ümumiyyətlə məhkəmə iclasından xəbəri olmamış, yalnız icra mərhələsində məlumatı olmuşdur. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3484/2015 nömrəli, 24 avqust 2015-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3484/2015 nömrəli, 08 aprel 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3484/2015 nömrəli, 24 avqust 2015-ci ol tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı Beynəlxalq Lizinq QSC 14.06.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh “Azbeton İnşaat LTD” MMC-nin direktoru və eyni zamanda Cavabdeh1 oğlu 10.06.2021-ci il tarixdə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçı Beynəlxalq Lizinq QSC-nin iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Beynəlxalq Lizinq QSC-nin cavabdehlər Cavabdeh1 oğluna və “Azbeton İnşaat LTD” MMC-yə oğluna qarşı pul məbləginin və lizinq obyektinin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2369/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2369/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver