Məhkəmə qərarları › İş №2(005)-2371/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2371/2020

23.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2371/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-153/12 saylı müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət 1312-4 saylı, "İddiaçı" MTK ilə Cavabdeh2 arasında bağlanmış x xxxxxx 2019-cu il tarixli B-137/11 saylı müqavilə üzrə ünvan 2 ünvanında inşa olunan 3- girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən iimumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136.40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda xx xxxxxx 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X9- 50 mant, 50 pay haqqı, 50%. 2. X19 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X13 5 manat, 5 pay haqqı, 5%, 4. X8 5 manat, 5 pay haqqı, 5% və X20 20 manat, 20 pay haqqı, 20%) "İddiaçı ” Mənzil-Tikinti Kooperatini təsis etmişlər. "İddiaçı” Mənzil-Tikinti Kooperati ünvan 4 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx" MMC' Hə "İddiaçı" MTK arasında xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx" MMC ilə "İddiaçı " MTK arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda xx xxxxxxx 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "Şəhər İncisi" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri X10, X17 və onun qardaşı X16, X19 tərəfindən aparılması X5 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X6 verilməsi iiçün Kooperativin digər üzvlərinin razılığı ilə Abbas!ı Bəsrəl Bəhram oğlu tərəfindən kooperativin digər üzvü X6 xx xxxxxx 2018-ci i/ tarixli 7F-1466 nömrə ilə qeydə alınmış Etibarnamə verilmişdir. "İddiaçı " MTK-пт üzvü X14 tərəfindən “İddiaçı ” MTK-rmı digər üzvü X6 verilən xx xxxxxx 2018-ci il tarixli 7E- 1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" MMC-уə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X3 qeyri qanuni hərəkətlərindən xəbər tutan X14 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X12 qohumu və MTK-nın digər üzvü X17, onun qardaşı X16 və X19 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra qeyd edir ki, X12 qohumu və MTK- nın digər üzvü X17, onun qardaşı X16 və X19 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra olmayan mənzillərin saxta müqavilələrini əmlak sahiblərinə vermişlər. Qeyd edir ki, “İddiaçı" MTK ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələr qeyri-qanunidir, ona görə ki, müqavilədə olan imzanın kimə məxsusluğu bilinmir, yəni həmin imzalar icaraçı direktora aid deyil və ən əsası odur ki, olmayan mənzillərə necə müqavilə bağlanması bu hissədə sual doğurur. Bildirir ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-ctı il tarixli B- 153/12 saylı müqavilə üzrə ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət В12-4 saylı, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış x xxxxxx 2019-cu i! tarixli B-137/11 saylı müqavilə üzrə ünvan 6 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.metr olan izo/ə olunmuş 3 otaqdan ibarət B02 saylı müqavilələr qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilələrdir. Belə olan halda yuxarıda göstərilən müqavilələr etibarsız hesab edilməlidir. İddiaçı “İddiaçı" MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-153/12 saylı müqavilə üzrə ünvan 7 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B/2-4 saylı, “İddiaçı ” MTK ilə Cavabdeh2 arasında bağlanmış x xxxxxx 2019-cu il tarixli B-137/11 saylı müqavilə üzrə ünvan 7 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən iimumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136.40 kwmctr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Daha sonra Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı mənzillərin təhvil verilməsi tələbinə dair məhkəmə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m. yaşayış sahəsi 136,40 kv.m. izolə olunmuş 3 otaqdan ibarət mənzilin Cavabdeh2 qızma və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m. yaşayış sahəsi 71,80 kv.m. izolə olunmuş 2 otaqdan ibarət mənzilin Cavabdeh1 cavabdeh tərəfindən qeyd-şərtsiz və dərhal təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin İddiaçı MTK məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-153/12 saylı müqavilə üzrə ünvan 8 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.ffi. yaşayış sahəsi 71,80 kv.m. izolə olunmuş 2 otaqdan ibarət Bİ2-4 saylı, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-137/11 saylı müqavilə üzrə ünvan 8 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m. yaşayış sahəsi 136,40 kv.m. izolə olunmuş 3 otaqdan ibarət B02 saylı müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia əsassız və qanunsuzdur. Qəbul etmir və etiraz edirlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, qeyd olunan müqavilələr əsasında biz həmin mənzillərin tam dəyərini ödəməklə əldə etmişlər. İlkin iddiaçı isə öz öhdəliyini yerinə yetirməmiş və hər yolla bunu etməkdən yayınır. İlk iddia üzrə İddiaçı MTK-ya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iştirak edərək ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan İddiaçı MTK tərəfindən “xxxx” MMC-nin direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx”xxxx“İddiaçı MTK” xx xxxx 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirlmiş X7 (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 Yanvar, 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-ınm”, habelə tərəflər arasında 21 Yanvar, 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-ının” müddəalarına uyğun olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MTK-nın xx.xx.2019-cu il tarixli 125№-li maliyyə arayışından görünür ki, Cavabdeh1 həqiqətən İddiaçı MTK-nın ünvan 9 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 12-ci mərtəbəsində yerləşən Bİ2- 04 mənzil, ümumi sahəsi 84,27m2, yaşayış sahəsi 71,80 m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. İddiaçı MTK şirkətinə B-153/12 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, B-153/12 saylı müqavilədən görünür ki, “Kooperativ” ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 m2 yaşayış sahəsi 71,80m2 olan izolə olunmuş 2 otaqdan ibarət B12-4 saylı mənzilin “Payçı”ya verilməsini, “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İş materiallarında olan İddiaçı MTK tərəfindən “xxxx” MMC-nin direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx”xxxx“İddiaçı MTK” xx xxxx 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirlmiş X7 (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 Yanvar, 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-ımn”, habelə tərəflər arasında 21 Yanvar, 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-ımn” müddəalarına uyğun olaraq, Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MTK-nın xx.xx.2019-cu il tarixli 109 №-li maliyyə arayışından görünür ki, Cavabdeh2 həqiqətən İddiaçı MTK-nın ünvan 9 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 11 -ci mərtəbəsində yerləşən B02 mənzil, ümumi sahəsi 152,43m2, yaşayış sahəsi 136,40 m2 olan 3 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. İddiaçı MTK şirkətinə B-137/011 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, B-137/11 saylı müqavilədən görünür ki, “Kooperativ” ünvan 10 ünvanında inşa olunan 3 girişi i, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 m2 yaşayış sahəsi 136,40ırr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin “Payçf’ya verilməsini, “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə ilk iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi tərəflər öz iradə ifadələri ilə müqavilə bağlamış və hər bir tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Məhkəmə hesab edir ki, etibarsız hesab edilməsi tələb edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası MPM-nin şərtlərinə əməl olunmuşdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı MTK ilə ayrı-ayrılıqda müqavilə bağlamış və müqavilələrə əsasən ödənişlər etmişlər. İş materiallarında olan maliyyə arayışları ilə sübut olunur ki, hazırda Cavabdeh1 və Cavabdeh2 mənzilə görə heç bir borcları yoxdur. Yəni, müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirmişlər. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razıalşdırılmış mənzillər onlara təhvil verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməli, mübahisəli mənzillər Cavabdeh1 və Cavabdeh2 təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m. yaşayış sahəsi 136,40 kv.m. izolə olunmuş 3 otaqdan ibarət mənzil Cavabdeh2 və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m. yaşayış sahəsi 71,80 kv.m. izolə olunmuş 2 otaqdan ibarət mənzili Cavabdeh1 cavabdeh İddiaçı MTK tərəfindən təhvil verilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar