Məhkəmə qərarları › İş №2(005)-2377/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2377/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2377/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin (hazırda “xxxx” MMC) nümayəndəsi X6 oglunun və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə (hazırda “xxxx” MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı “hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə (hazırda “xxxx” MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı “hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 19 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1 D saylı evin 40-cı mənzilinin satılması ilə bağlı 02 aprel 2019-cu il tarixli, 37 saylı hərracın keçirilməsinin qanunusuz və həmin hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlərə İddiaçı və X3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 24.09.2014-cü il tarixli 67B8/11 saylı əsas kredit müqaviləsinin çərçivəsindən bağlanılmış 26.09.2014-cü il tarixli 67B8/14- saylı əlavə kredit müqaviləsi üzrə 28.917 ABŞ dolları əsas borc, 3050.48 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu və 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanılmış 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 11.755,63 ABŞ dolları əsas borc, 1.231.40 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 45,004,51 ABŞ dolları mobləğındə pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1D saylı evin 40 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 45.004,51 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət fiTsümü kirtfi-ödəniln i«. 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun «xxxx» KB ASC-nın hesabına ödənilməsi, qalan məbləğin cavabdeh İddiaçı verilməsi, ipoteka predmeti olan qeyd oluna əmlaka hərrac yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı və X2 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, məhkəmə tikinti texnıkı ekspertizasının tədqiqat dəyəri olan 150 manatın cavabdeh İddiaçı alınaraq “xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiva Məhkəməsinin 2(103)-9975/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X2 və onun apellyasiya şikayəti təmin ediməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2018 saylı iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və X3 nisbətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə iclasından onun məlumatı olmamış, ona telefon vasitəsi ilə əlaqə saxlanılıb mənzilin hərraca çıxıldığı bildirildikən sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət edib 17 yanvar 2019-cu il tarixdə qətnaməni ədə etdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. O cümlədən Nəsimi rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9975/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti verildiyini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 mart 2018-ci il tarix.i 2(006)-131/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Eyni məzmunlu ərizə ilə də ’”xxxx" Qrupu MMC-ə müraciət edərək icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılması xahiş olunmuşdur. “Cavabdeh" MMC qeyd olunan müraciətləri nəzərə alıb hərracların dayandırılacağını bildirmiş, o cümlədən hərracın dayandırılmasına dair ünvan 1 ünvanlanmışdır. Qeyd olunanlar nəzərə alınmamış onun iştirakı və məlumatı olmadan hərrac keçirilmiş, hərracın nəticələrinə dair ona məlumat verilməmişdir. Daha sonra İddiaçı 18 noyabr 2020-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək “Cavabdeh" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1 D saylı evin 40-cı mənzilinin satılması ilə bağlı hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 02 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-137/2021 saylı qərardadı ilə İddiaçı Nəsimi rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə (yeni adı ilə “xxxx” MMC) qarşı “hərracın keçirilməsinin qanunsuz hesab olunması, hərracla bağlı protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı 21 may 2021-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək “Cavabdeh" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki, 1 D saylı evin 40-cı mənzilinin satılması ilə bağlı hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019cu il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin, o cümlədən onların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin (hazırda “xxxx” MMC) nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatın və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh MMC-nin Nəsimi rayon İcra Şöbəsinin Rəis Ədliyyə müşaviri cənab Yavər Allahverdiyeva 18 mart 2019-cu il tarixli, 34 №-li məktubdan görünür ki, Cavabdeh MMC-yə daxil olan 695-122115/18-5-22 e lı, 16 yanvar 2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1d, 40 nömrəli mənzilin satışı üçün elan verilmiş və ilkin hərrac tarixi 15 fevral 20 cu il tarixdə keçirilmiş, təkrar hərrac isə 05 mart 2019-cu il tarixə təyin edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-131/2018 saylı 09.03.2018 tarixli icra vərəqəsinə əsas olan qətnamədən Kassasiya Şikayəti verildiyindən etibarnamə üzrə Vəkil tərəfindən hərracın dayandırılması barədə hərrac mərkəzinə ünvanlanmış 05 marı 2019-cu il tarixli ərizəyə əsasən hərrac dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 2(004)-1313/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddia qismən təmin edilərək, 24.09.2014-cü il tarixli 67B8/11 saylı əsas kredit müqaviləsinin çərçivəsindən bağlanılmış 26.09.2014-cü il tarixli 67B8/14- saylı əlavə kredit müqaviləsi üzrə 28.917 ABŞ dolları əsas borc, 3050.48 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu və 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanılmış 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 11.755,63 ABŞ dolları əsas borc, 1.231.40 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 45,004,51 ABŞ dolları mobləğındə pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1D saylı evin 40 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 45.004,51 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun «xxxx» KB ASC-nın hesabına ödənilməsi, qalan məbləğin cavabdeh İddiaçı verilməsi, ipoteka predmeti olan qeyd oluna əmlaka hərrac yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı və X2 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, məhkəmə tikinti exnıkı ekspertizasının tədqiqat dəyəri olan 150 manatın cavabdeh İddiaçı alınaraq “xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiva Məhkəməsinin 2(103)-9975/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən və məzmunundan görünür ki, cavabdehlər X2 və onun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2018 saylı iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və X3 nisbətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-nin 25 yanvar 2019-cu il tarixli 03/16 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 148000 (bir yüz qırx səkkiz) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 15 fevral 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Kaspi” qəzetinin qəzetinin 25 yanvar 2019-cu il tarixli 016 nömrəli buraxılışında elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 07 dekabr 2020-ci il tarixdə Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir; Cavabdeh MMC-nin 21 fevral 2019-cu il tarixli 03/16-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 125800 (bir yüz iyirmi beş min səkkiz yüz) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 05 mart 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Kaspi” qəzetinin qəzetinin 21 fevral 2019-cu il tarixli 016 nömrəli buraxılışında elan dərc edilmişdir. Cavabdeh MMC-nin 02 aprel 2019-cu il tarixli 37 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzili üzrə hərrac başa çatmış və ev “xxxx” ASC-yə alıcı qismində təklif olunmuşdur. Cavabdeh MMC-nin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 02 aprel 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzilini 94350 (doxsan död min üç yüz əlli) manat dəyərində “xxxx” Açıq Səhmdar Cəmiyyəti almışdır; Cavabdeh MMC-nin 08 avqust 2019-cu il tarixli 47 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzili üzrə hərrac başa çatmış və ev “xxxx” ASC-yə alıcı qismində təklif olunmuşdur. Cavabdeh MMC-nin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08 avqust 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzilini 94350 (doxsan död min üç yüz əlli) manat dəyərində “xxxx” Açıq Səhmdar Cəmiyyəti almışdır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beç) faizi məbləğində beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 saylı evin 40 saylı mənzilə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş bir-birinə zidd olan 02 aprel 2019-cu il tarixli və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunlarına dair alqı-satqı müqavilələr mövcuddur. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh MMC 21 fevral 2019-cu il tarixli 03/16-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlə hərracın keçirilməsinin 05 mart 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə İddiaçı məlumat verilmişdir. Daha sonra İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)-131/2018 saylı 09.03.2018 tarixli qətnaməsindən kassasiya şikayəti verməsi ilə əlaqədar olaraq hərracın dayandırılması barədə hərrac şirkətinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən ərizə əsasında hərrac dayandırılmış və bu barədə 18 mart 2019-cu il tarixli məktubla Nəsimi Rayon İcra şöbəsinə məlumat verilmişdir. Lakin 05 mart 2019-cu il tarixli ərizə əsasında hərrac dayandırılmış olsa da, 02 aprel 2019-cu il tarixdə daha sonra isə 08 avqust 2019cu il tarixdə hərracın keçirilməsinə dair tərəflərə rəsmi formada məlumat verilmədən hərrac keçirilmiş və alqı-satqı müqavilələri bağlanmışdır. Məhkəmə hesab edir ki, 05 mart 2019-cu il tarixə təyin edilmiş hərracın həmin tarixdə dayandırılması hərracın baş tutmaması kimi qəbul edilir. Bu səbəbdən növbəti hərracın tərəflərə məlumat verilmədən keçirilməsi məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki dəfə (hərrac və təkrar hərrac) hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Qeyd edilən qərarda həm də qeyd edilmişdir ki, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Qeyd edilən qərarda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia tələbi əsaslıdır, iddiaçı şəxs iddia tələblərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair Cavabdeh MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələri və onların nəticələri etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair Cavabdeh MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələri onların nəticələri etibarsız hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar