Məhkəmə qərarları › İş №2(005)-2380/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2380/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2380/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2nə qarşı “keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və hərracda bağlanmış müqavilələrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2nə qarşı “keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və hərracda bağlanmış müqavilələrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekunları barədə 20.02.2020-ci il tarixli 09/02, 09/03, 09/04, 09/05, 09/06, 09/07 saylı protokollar və onların əsasında bağlanmış müqavilələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(049)-72/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-non cavabdehlər İddiaçı, Salmanova Hicran Qulammirzə qızına və X3 qarşı kredit müqaviləsi üzrə əsasə borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 07.10.2015-ci il tarixli K1736 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 765988,72 manat, faiz borcu üzrə 253602,74 manat, cərimə borcu üzrə 65415,56 manat, cəmi 1085007,02 manat kredit borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat dövlət rüsumu və 210 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdeh İddiaçı ipoteka pretmetinin qiymətləndirilməsi üçün ödənilmiş 1400 manat məbləğində xitməd haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı və X1 "xxxx" ASC-nin xeyrinə tutulmalı olan cəmi 1085007,02 manat məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat dövlət rüsumu və 210 manat xidmət haqqı və cavabdeh İddiaçı ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənilmiş 1400 manat məbləğində xidmət haqqı üzrə tutmanın "xxxx" ASC qaşısında ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan Salmanova Hicran Qulammirzə qızının mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinə, ipoteka qoyan İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinə, Lənkəran rayonu Şilavər kəndində 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Lənkəran şəhəri X6 küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 1 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində qeyri yaşayış binası (mağazaya) yönəldilməsi, ipoteka predmeti Lənkəran şəhəri X6 küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinin hərracda ilkin satış qiymətinin 440000 manat məbləğində, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinin hərracda ilkin satış qiymətinin 112000 manat məbləğində, Lənkəran rayonu Şilavar kəndində 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 170000 manat məbləğində, Lənkəran şəhəri X6 küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 120000 manat məbləğində, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 360000 manat məbləğində, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 71000 manat məbləğində və Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində qeyri yaşayış binası (mağaza) hərracda ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan əmlakların hərracda satılması, əmlaklara yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlaklar boşaldılması və iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli 2(049)-72/2018 əlavə qətnaməsi ilə ipoteka pretmetinin satışından əldə olunan məbləğ İddiaçı və X2 iddiaçı "xxxx" ASC-yə öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin İddiaçı X1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən Lənkəran Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamə dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər İddiaçı və X4 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilərək, həmin qətnamənin dəyişdirilməsini xahiş etmişlər. Cavabdeh Salmanova Hicran Qulammirzə qızı Lənkəran Rayon Məhkəməsinin 24.05.2018ci il tarixli 2(049)-72/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(106)-215/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar olaraq 28.02.2019-cu il tarixdə Şirvan Apelyasiya Məhkəməsi icra vərəqəsi vermişdir. Lənkəran İcra və probasiya şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasına hərracın keçirilməsi barədə sifariş verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 28.02.2019-cu il tarixli 2(106)-215/2019 saylı icra vərəqəsindən görünür ki, ------ X5 keçirilməsi haqqında sifarişdən görünür ki, ipoteka ilə yüklü olunmuş əmlakların açıq hərracda satılması Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasına sifariş edilmişdir. 29.11.2019-cu il tarixli Hərracın keçirilməsinə dair 01 №-li bildirişdən görünür ki, hərracın keçirilmə vaxtı və tarixi İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına göndərilmiş, lakin “bu ünvanda yaşamır” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. 13.12.2019-cu il tarixli Hərracın keçirilməsinə dair 01/2 №-li bildirişdən görünür ki, hərracın keçirilmə vaxtı və tarixi İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına göndərilmiş, lakin “bu ünvanda yaşamır” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. 10.01.2020-ci il tarixli Hərracın keçirilməsinə dair 02 №-li bildirişdən görünür ki, hərracın keçirilmə vaxtı və tarixi İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına göndərilmiş, lakin “bu ünvan tam deyil” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. 24.01.2020-ci il tarixli təklifdən görünür ki, ipoteka predmetinin əldə olunmasına dair təklif İddiaçı Lənkəran ş. məhəllə 43 ünvanına təklif göndərilmiş, lakin “bu ünvan tam deyil” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 29.11.2019-cu il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 30.12.2019-cu il tarixdə keçiriləcək hərracda əmlakların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 13.12.2019-cu il tarixli 01/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 30.12.2019-cu il tarixdə keçiriləcək hərracda əmlakların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manat müəyyən olunmuşdur. 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 17.01.2020-ci il tarixdə keçiriləcək hərracda əmlakların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manatdan 15% azaldılaraq müəyyən olunmuşdur. 24.01.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Cavabdeh2 9917/09 saylı, 18.10.2019-cu il tarixli sifariş məktubuna əsasən Lənkəran şəhəri, X6 küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 8 saylı yaşayış evinə, Lənkəran şəhəri, 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 7 saylı yaşayış evinə, Lənkəran rayonu Şilavər kəndində 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə, Lənkəran şəhəri X6 küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 4 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə birlikdə 1 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri 28 May küçəsində yerləşən 0,05 ha torpaq sahəsi ilə birlikdə 3 saylı fərdi yaşayış evinə, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində qeyri yaşayış sahəsi təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 24.01.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur. 24-30.01.2020-ci il tarixli “Birja yenilikləri” qəzetinin surətindən görünür ki, ünvan 3 ünvanında keçiriləcək hərrac barədə elan dərc edilmişdir. 13-19.12.2019-cu il tarixli “Birja yenilikləri” qəzetinin surətindən görünür ki, ünvan 3 ünvanında keçirləcək hərrac barədə elan dərc edilmişdir. İddiaçı ünvanlanmış poçt qəbzinin surətindən görünür ki, hərraca dair bildirişlər iddiaçının qeydiyyatda olduğu Lənkəran şəhəri, məhəllə 43 ünvanına göndərilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Lənkəran şəhəri, məhəllə 43 ünvanı onun son qeydiyyatı və yaşayış yeridir. Bu səbəbdən hərracın keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. ünvan 4kların ilkin satış qiyməti 440000 manat, 112000 manat, 170000 manat, 360000 manat, 71000 manat və 120000 manat müəyyən olunmuşdur. 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, keçiriləcək hərrac zamanı ünvan 4kların ilkin satış qiyməti 15% azaldılmışdır. 24.01.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Cavabdeh2 9917/09 saylı, 18.10.2019-cu il tarixli sifariş məktubuna əsasən əmlakların təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 24.01.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Eyni zamanda hərracın keçrilməsi vaxtı barədə iddiaçıya poçt vasitəsi ilə məlumat verilmişdir. Hərracla bağlı “Birja Yenilikləri” qəzetində elan dərc edilmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iclasında iddiaçı tərəfin verdiyi ifadədən və hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçı öz ünvanının Lənkəran şəhəri, məhəllə 43 olduğunu qeyd etmişdir. Hərracla bağlı bildirilişlər də qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin İddiaçı yaşayış ünvanı olan Lənkəran şəhəri, məhəllə 43 ünvanına göndərməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də o öz yaşayış yerini Lənkəran şəhəri, məhəllə 43 kimi qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər də bu ünvana göndərilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin qeyd edilən ünvan üzrə göndərilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2nə qarşı “keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və hərracda bağlanmış müqavilələrin ləğvi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar