Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2387/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyət hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən müvafiq sənədlərin ona verilməsi barədə üzərinə öhdəliyin qoyulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “cavabdeh şəxsdən razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların pay bölgüsü ilə hesablanan dəyəri, binanın saxlanması məqsədilə çəkilmiş xərclər, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün hesablanmış gecikdirilmə faizlərinin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mülkiyyət hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən müvafiq sənədlərin ona verilməsi barədə üzərinə öhdəliyin qoyulması” tələbinə dair xx xxxx 2020-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, sonradan “Nərimanov-21” Mənzil Mülküyyətçilərinin Müştərək Cəmiyyətini təsis edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Nərimanov-21” adı ilə qeydiyyata alınmış Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış” “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin İstismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” ona verməsi barədə üzərinə öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 52 nömrəli xx xxxx 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh Mənzil-Tikinti Kooperativi sonradan “Nərimanov-21” Mənzil Mülküyyətçilərinin Müştərək Cəmiyyətini təsis edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Nərimanov-21” adı ilə qeydiyyata alınmışdır. O, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh Mənzil-Tikinti Kooperativinin idarə heyətinin sədri X4 ilə həmin yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra kompleksin dördüncü binasının 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr təşkil edən üç otaqlı 76 nömrəli mənzilin ona verilməsi üçün müqavilə bağlamışdır. Müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirərək Cavabdeh Mənzil Tikinti Kooperativinə mənzilin dəyəri olan 96.824 (doxsan altı min səkkiz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini tam şəkildə ödəmişdir. Hal-hazırda həmin mənzili dövlət reysterində qeydiyyata aldıraraq çıxarış almaq istəyir və bunun üçün Azərbaycan Respublika Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətinə təqdim etməkdən ötrü Cavabdeh Mənzil-Tikinti Kooperativindən “iclas protokulundan çıxarış”, “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “forma 2”, “tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” bir neçə dəfə şifahi, xx xxxx 2020-ci il tarixdə yazılı müraciət edərək istəsə də, həmin tarixdə ünvanlamış olduğu müraciət ümumiyyətlə cavablandırılmamışdır. Bundan başqa cavabdeh tərəfindən mülkiyyətində olan mənzildən sərbəst istifadə etməyə maneələr yaradılır. Mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdeh Mənzil-Tikinti Kooperativi iddia ərizəsinə xx xxxx 2020-ci il tarixdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı müvafiq iddia ərizəsini əsassız hesab edir. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən qanuna və hüquqazidd hərəkətlər edilmir və iddiaçı şəxsin mülkiyyət hüququnu almaq üçün heç bir məhdudlaşdırma tətbiq edilmir. İlk növbədə, qeyd edilməlidir ki, “Nərimanov-21” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən təsis edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50% çoxuna mülkiyyət hüququ alındıqda kooperativ ləğv edilir və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, Mənzil-Tikinti Kooperativi bu məsələyə baxmamışdır. Hal-hazırda Cavabdeh Mənzil-Tikinti Kooperativi binaların kommunal məsələləri ilə bağlı da müəyyən işlər görür. Cavabdeh Mənzil-Tikinti Kooperativi xx xxxxxx 2013-cü il tarixində İddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.metr təşkil edən üç otaqlı, 76 nömrəli mənzilin iddiaçıya verilməsi barədə müqavilə bağlamışdır. Qeyd etmək lazımdır ki, inşa edilmiş yaşayış kompleksinin layihəsi xx xxxxx 2014-cü il tarixində dəyişdirilmişdir. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Layihəyə dəyişiklik edilən zaman binalar istismara qəbul edilməmişdir və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğının baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 (on səkkiz) manat düşür. Beləliklə, iddiaçı şəxsin Cavabdeh Mənzil-Tikinti Kooperativinə olan borcu 2.179 (iki min bir yüz yetmiş doqquz) manat təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Bu baxımdan, hazırki iş üzrə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı olan iddiası əsassız olduğundan təmin edilməməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh Mənzil-Tikinti Kooperativi İddiaçı qarşı “cavabdeh şəxsdən razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların pay bölgüsü ilə hesablanan dəyəri, binanın saxlanması məqsədilə çəkilmiş xərclər, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün hesablanmış gecikdirilmə faizlərinin tutulması” tələbinə dair xx xxxxxx 2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx xxxxx 2013-cü il tarixində 18/04-131 nömrəli razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların (mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat, cavabdeh şəxsdən binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 2.578 (iki min beş yüz yetmiş səkkiz) manat, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı xx xxxxxx 2013-cü il tarixində Cavabdeh Mənzil-Tikinti Kooperativinə üzvlüklə bağlı müraciət edib və tərəflər arasında həmin tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Mənzil-Tikinti Kooperativi payçıya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.metr təşkil edən üç otaqlı, 76 nömrəli mənzili dəyəri müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsini və payçı isə mənzili qəbul etməyə öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə hər kv.metr üçün 800 (səkkiz yüz) manat təyin edilmişdir. Qeyd edildiyi kimi, payçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvüdür. İnşa edilmiş yaşayış kompleksinin layihəsi xx xxxxx 2014-cü il tarixində dəyişdirilmişdir. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Qeyd edilməlidir ki, layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdir və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğın baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 (on səkkiz) manat düşür. Həmin məbləğ 121,03 kv.metr üçün 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat təşkil edir. Cavabdeh Mənzil-Tikinti Kooperativi qanunun tələbinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50% çoxuna mülkiyyət hüququ alındıqda ləğv edilir və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, Mənzil-Tikinti Kooperativi kommunal məsələlərlə bağlı da müəyyən işlər görür. Kommunal işlər deyildikdə dəhlizlərin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması üçün nasosxananın işinin təmin olunması, liftlərin işlək vəziyyətdə saxlanması, təhlükəsizik tədbirlərinin və digər işlərin görülməsi nəzərdə tutulur. Bu həcmdə olan işlərin görülməsi üçün Mənzil-Tikinti Kooperativi hesablama aparmışdır və müəyyən etmişdir ki, bu xərclər yaşayış olmayan mənzil sahələrinə hər kvadrat metr üçün 0,30 (otuz qəpik) manat və yaşayış olan mənzil sahələrinə 0,40 (qırx qəpik) manat təşkil edir. Nəzərə alınsa ki, cavabdeh xx xxxxxx 2014-xx xxxxxx 2017-ci il tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1.198 (bir min bir yüz doxsan səkkiz) manat və xx xxxxxx 2017-xx xxxx 2020-ci il tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1.646 (bir min altı yüz qırx altı) manat təşkil edir. Cavabdeh göstərilən xidmətlər üçün xx xxxxxxxx 2017-ci il tarixində 266 (iki yüz altmış altı) manat məbləğində ödəniş həyata keçirmişdir. Hal-hazırda cavabdehin Cavabdeh Mənzil-Tikinti Kooperativinə kommunal xidmətlərlə bağlı 2.578 (iki min beş yüz yetmiş səkkiz) manat məbləğində borcu vardır. Bununla bağlı olaraq, yəni tikilmiş qazanxananın və ora daxil olan qurğuların alınmasına çəkilmiş xərcin və cavabdehin üzərinə düşən 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat, binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 2.578 (iki min beş yüz yetmiş səkkiz) manat, ümumilikdə isə cavabdeh şəxsin Cavabdeh Mənzil- Tikinti Kooperativinə 4.756,54 (dörd min yedid yüz əlli altı manat əlli dörd qəpik) manat məbləğində borcunun ödənilməsi barədə pretenziya məktubu da göndərilmişdir, lakin cavabdeh tərəfindən ona məhəl qoyulmamışdır. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, ona mahiyyəti üzrə baxıb, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh Mənzil-Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi təqdim edərək, ondan mərkəzi qazanxana və istilik sistemi quraşdırılmasına çəkilmiş xərc üçün 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat və kommunal xərclərə görə 2.578 (iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tələb edir. İlkin olaraq qeyd edilməlidir ki, qazanxana və istilik sistemi quraşdırılması müqavilə bağlanan zaman qarşı tərəf artıq istilik sistemi quraşdırıldığını bildirmişdir. Həmin vaxt müqavilə bağlan zaman və ondan sorakı müddətdə hər hansı razılaşma və ya ödəniş tələbləri olmamışdır. Bundan başqa, Mənzil-Tikinti Kooperativi ondan 2013-cü ildən hazıradək kommunal ödənişləri tələb edir, halbuki onun həmin mənzildə yaşamağı iki ildən çox müddət deyildir. Yaşamadığı müddət üçün kommunal ödəməli deyildir. Bundan başqa Mənzil- Tikinti Kooperativi ilə onun arasında hər hansı müqavilə yoxdur ki, kommunal xidmətlər göstərəcək və ya o Mənzil-Tikinti Kooperativinə kommunal ödənişi etməlidir. Bundan başqa tələb olunan iddia üzrə iddia müddəti də ötürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X5 ilkin iddia ərizəsini müdafiə edərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Mənzil-Tikinti Kooperativi 2014-cü ildə istilik sistemi, internet, TV, binaya daxilolma, telefon və videogörüntü avadanlığının alınması və quraşdırılması üçün 720.000 (yeddi yüz iyirmi min) manat məbləğində pul vəsaiti xərcləmişdir. Hesablamaya əsasən, payçıların üzərinə hər kv.metr üçün 18 (on səkkiz) manat məbləğində pul vəsaiti düşür. Payçı İddiaçı qızı xx xxxxxx 2014-cü il tarixdən mənzilə sahiblik edir. Bir daha qeyd edilməlidir ki, sözügedən qurğular və avadanlıq qurularkən, payçı tərəfindən heç bir etiraz bildirilməmişdir. Əksinə, İddiaçı qızı bu gün də həmin qurğulardan istifadə edir və faydalanır. İddiaçı qızı istinad edir ki, yuxarıda göstərilən avadanlıq və qurğular müqavilədə nəzərdə tutulmamışdır və məhz buna görə də onun Mənzil-Tikinti Kooperativi qarşısında heç bir borcu yoxdur və payçıların razılığı olmamışdır. Lakin, onu bildirmək lazımdır ki, payçıların əksəriyyəti öz paylarına uyğun olaraq ödənişlər ediblər. Onlar öz tələblərini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1087-ci, 1090-cı və 235-ci maddələrinə uyğun olaraq əsaslandırmışdır. Nəticə etibarı ilə hesab edir ki, Mənzil-Tikinti Kooperativi tərəfindən görülmüş işlər İddiaçı qızının mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlir, ondan ötrü ki, o, bu günə kimi heç bir etirazla çıxış etməyib və görülən işləri istifadə etdiyi üçün bəyənmişdir. Hətta payçı İddiaçı bildirsə ki, bu qurğular və avadanlıqlar onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmir, o, hər bir halda varlanmış hesab edilir, çünkü ən azından aldığı mənzilin dəyəri artmışdır. Sonda isə onu qeyd etmək lazımdır ki, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Kommunal xərclərin ödənilməsi ilə bağlı bildirmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1 (c) bəndində qeyd edilir ki, kooperativ binanın tikintisi başa çatdıqda və bina “Kooperativin” balansına alındıqdan sonra binanın idarəçiliyə götürülməsini və sakinlərə xidmət göstərilməsini təşkil etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci (c) bəndində qeyd edilmişdir ki, payçı tikintisi başa çatdıqdan sonra tikiləcək bina “Kooperativin” balansına alınan tarixdən etibarən “Payçı”ya ayrılmış mənzilin və binanın ümumi sahəsində onu payına düşən hissəsinə proporsional olaraq idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidmət xərclərinin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Mənzil-Tikinti Kooperativi bu gün də həmin xidmətləri sakinlərə göstərir. X11 Abbas oğlunun kommunal ödənişlərlə bağlı borcu göstərilən kimidir: xx xxxxxx 2014-xx xxxx 2017-ci il tarixi üçün 1.197,90 (bir min bir yüz doxsan yeddi manat doxsan qəpik) manat və xx xxxxxx 2017-xx xxx 2020-ci il tarixi üçün 1.645,60 (bir min altı yüz qırx beş manat altmış qəpik) manat məbləğindədir. Yuxarıda göstərilənlərdən görünür ki, mənzil xx xxxxxx 2014-cü il tarixindən İddiaçı istifadəsinə verilmişdir. Lakin, o, ancaq xx xxxxxx 2017-ci il tarixindən evdə yaşayır. xx xxxxxxxx 2017-ci il tarixli kassa mədaxil orderinə əsasən, payçı İddiaçı 266 (iki yüz altmış altı) manat məbləğində kommunal borc qismində Mənzil-Tikinti Kooperativinə ödəmişdir. Hesablamaya əsasən, (1.197,90+1.645,60-266=2.577,50) payçı İddiaçı Mənzil-Tikinti Kooperativinə kommunal xidmətlər üçün 2.577,50 (iki min beş yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 52 nömrəli xx xxxx 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Bu ünvanda tikiləçək çoxmərtəbəli yaşayış binasının tikintisi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvlərinin vəsaitləri hesabına həyata keçiriləcək və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir (1.1-ci bənd). Müqavilənin 1.1-ci bəndində göstərilənə əsaslanaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 4 binanın, 11 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr ləşkil edən 3 otaqlı 76 nömrəli mənzili kooperativ payçıya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin mənzili qəbul etməyə öz öhdələrini götürmüşlər (1.2-ci bənd). Təhvil veriləcək 1 ədəd 3 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 121,03 kv.metr təşkil edir və faktiki dəyəri 96.824 (doxsan altı min səkkiz yüz iyirmi dörd) manat məbləğində müəyyən edilmişdir. Hər 1 (bir) kv.metr 800 (səkkiz yüz) manat qiymət layihə-smeta sənədlərinə uyğun müəyyən edilmişdir (5.1-ci bənd). Payçı tikinti başladığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 73,37% təşkil edən 71.042 (yetmiş bir min qırx iki) manat məbləğində vəsait ilk ödənişi kooperativin xəzinəsinə ödəmişdir (5.2-ci bənd). Təhvil veriləcək sahənin ümumi dəyərinin qalan hissəsi 25.782 (iyirmi beş min yeddi yüz səxsən iki) manat məbləğində təşkil edir. Bu məbləği payçı tikinti müddətinə uyğun olaraq 12 ay bərabər hissəyə bölüb hər ay kooperativin hesabına, ya da xəzinəsinə nəğd pula ödəməlidir. Hər ayın ödəmə məbləği 2.149 (iki min bir yüz qırx doqquz) manat məbləğində təşkil edir və payçı tərəfindən hər ayın 5 (beşi) tarixdən geç olmayaraq kooperativin hesabına, ya da xəzinəsinə nəğd pula ödənməlidir (5.3-cü bənd); Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxxxx 2013-cü il tarixli 829 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksi Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu kompleksin 4 nömrəli binasının, 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr ləşkil edən 3 otaqlı 76 nömrəli mənzilin dəyərinin hissə pay ödənişi kimi 71.042 (yetmiş bir min qırx iki) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxx 2015-ci il tarixli 1444 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksi Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu kompleksin 4 nömrəli binasının, 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr ləşkil edən 3 otaqlı 76 nömrəli mənzilin dəyərinin hissə pay ödənişi kimi 5.000 (beş min) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxx 2015-ci il tarixli 1450 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksi Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu kompleksin 4 nömrəli binasının, 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr ləşkil edən 3 otaqlı 76 nömrəli mənzilin dəyərinin hissə pay ödənişi kimi 10.000 (on min) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxxxxxx 2015-ci il tarixli 1486 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksi Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu kompleksin 4 nömrəli binasının, 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr ləşkil edən 3 otaqlı 76 nömrəli mənzilin dəyərinin hissə pay ödənişi kimi 10.000 (on min) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxxxx 2017-ci il tarixli 1 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4 nömrəli binasının, 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr ləşkil edən 3 otaqlı 76 nömrəli mənzil İddiaçı məxsusdur; Cavabdeh Mənzil-Tikinti Kooperativinin xx xxxx 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4 nömrəli binasının, 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 121,03 kv.metr ləşkil edən 3 otaqlı 76 nömrəli mənzilin dəyərinin hissə pay ödənişi kimi 782 (yeddi yüz səksən iki) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-X1 Ələkbər Abbas oğluna ünvanladığı xx xxxx 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, payçı İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh Mənzil-Tikinti Kooperativinə üzvlüklə bağlı müraciət edib və tərəflər arasında həmin tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Mənzil-Tikinti Kooperativi payçıya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.metr təşkil edən 3 otaqlı, 76 nömrəli mənzili dəyəri müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra verilməsini və payçı isə mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilə üzrə hər kv.metr üçün 800 (səkkiz yüz) manat məbləğində təyin edilmişdir. Qeyd edildiyi kimi, payçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvüdür. İnşa edilmiş yaşayış kompleksinin layihəsi xx xxxxx 2014-cü il tarixdə dəyişdirilmişdir. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Nəzərə almaq lazımdır ki, layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdir və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğın baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 (on səkkiz) manat məbləğində pul vəsaiti düşür. Həmin məbləğ 121,03 kv.metr üçün 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat təşkil edir. Cavabdeh Mənzil-Tikinti Kooperativi qanunun tələbinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50% çoxuna mülkiyyət hüququ alındıqda ləğv edilir və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, Mənzil-Tikinti Kooperativi kommunal məsələlərlə bağlı da müəyyən işlər görür. Kommunal işlər deyildikdə dəhlizlərin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması üçün nasosxananın işinin təmin olunması, liftlərin işlək vəziyyətdə saxlanması, təhlükəsizik tədbirlərinin və digər işlərin görülməsi nəzərdə tutulur. Bu həcmdə olan işlərin görülməsi üçün Mənzil-Tikinti Kooperativi hesablama aparmışdır və müəyyən etmişdir ki, bu xərclər yaşayış olmayan mənzil sahələrinə hər kvadrat metr üçün 0,30 (otuz qəpik) manat və yaşayış olan mənzil sahələrinə 0,40 (qırx qəpik) manat təşkil edir. Nəzərə alsına ki, payçı xx xxxxxx 2014-xx xxxxxx 2017-ci tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1.198 (bir min bir yüz doxsan səkkiz) manat və xx xxxxxx 2017-xx xxxx 2020-ci tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1.646 (bir min altı yüz altı yüz qırx altı) manat təşkil edir. Payçı göstərilən xidmətlər üçün xx xxxxxxxx 2017 tarixdə 266 (iki yüz altmış altı) manat ödəmişdir. Hal-hazırda, payçının Cavabdeh Mənzil- Tikinti Kooperativinə kommunal xidmətlərlə bağlı 2.578 (iki min beş yüz səkkiz) manat məbləğində borcu vardır. Bununla bağlı olaraq, tikilmiş qazanxananın və ora daxil olan qurğuların alınmasına çəkilmiş xərcin və onun üzərinə düşən 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat, binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 2.578 (iki min beş yüz yetmiş səkkiz) manat olmaqla, ümumilikdə Cavabdeh Mənzil-Tikinti Kooperativinə 4.756,54 (dörd min yeddi yüz əlli altı manat əlli dörd qəpik) manat məbləğində olan borcunu 1 (bir) həftə ərzində ödənilməsi xahiş olunmuşdur. Hazırki pretenziya məktubuna 1 (bir) həftə ərzində cavab verilmədikdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; Xətai RPİ tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1958ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi müvafiq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, o, İddiaçı qonşusudur. Onun özü Cavabdeh Mənzil-Tikinti Kooperativinin tikdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksindəki müvafiq binaya 2017-ci ilin sonunda köçmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.metr təşkil edən 3 otaqlı, 76 nömrəli mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Cavabdeh Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin 3.2-ci maddəsinin c bəndinə əsasən payçı tikintisi başa çatdıqdan sonra tikiləcək bina kooperativin balansına alınan tarixdən etibarən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsində onu payına düşən hissəsinə proporsional olaraq idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal istismar və xidmət xərclərinin (ilk dəfə 12 ay qabaqcadan) vaxtli-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi, maneələrin aradan qaldırılması, sonradan “Nərimanov-21” Mənzil Mülküyyətçilərinin Müştərək Cəmiyyətini təsis edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Nərimanov-21” adı ilə qeydiyyata alınmış Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış” “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin İstismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” ona verməsi barədə üzərinə öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx xxxxx 2013-cü il tarixində 18/04-131 nömrəli razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların (mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat, cavabdeh şəxsdən binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 2.578 (iki min beş yüz yetmiş səkkiz) manat, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121,03 kv.metr təşkil edən 3 otaqlı, 76 nömrəli mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. - 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. - 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. - 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. - 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. - 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. - 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. - 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, -çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); -mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); -kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); -yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. -141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. - 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilişdir ki, çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 nömrəli sərəncamı barədə” xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: -binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; -mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; -idarəedici təşkilat tərəfindən idarə edilməsi, Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Azərbaycan Respublikası mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İşin materiallarından görünür ki, çoxmənzilli binada mülkiyyət sahibi olan iddiaçı ilə cavabdeh arasında ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə yazılı müqavilə mövcuddur. İddiaçı cavabdeh tərəfi müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “iclas protokulundan çıxarış” “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin İstismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” ona verməməsində günahlandırır, cavabdeh isə qarşılıqlı iddia ərizəsini tərəflər arasında bağlanmış qeyd edilən müqavilə üzrə iddiaçı şəxsin hələ də müvafiq məbləğdə kommunal və digər borcunun olması ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış” “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin İstismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi sənədlər sırasında kooperativin daxili kommunal xərclərinə daxil olanlar sadalanmışdır. Belə ki, onlara elektrik enerjisinin dəyəri - dəhlizlərin və həyətin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması, liftlərin və ventilyasiya sisteminin işləməsi, televiziya, internet və binalara daxil olma şəbəkələrinin işləməsi, yanğından mühafizə sisteminin işləməsi; soyuq suyun dəyəri - daxili dəhlizlərin və pilləkən zolaqlarının təmizlənməsi; servis xidmətlərinin dəyəri - soyuq su nasosxanasının avadanlığının, liftlərin, ventilyasiya qurğularının və yanğından mühafizə qurğularının, şəbəkə avadanlığlarının (soyuq su, elektrik enerjisi, video müşahidə, TV, internet, binaya daxil olma və yanğından mühafizə) işlək vəziyyətdə saxlanılması və məişət tullantılarının aparılması; sıradan çıxmış avadanlıqların və ehtiyat hissələrinin yenilərinin alınma dəyəri; təhlükəsizlik tədbirlərinin dəyəri - video müşahidənin aparılması, binalara və həyətə şəxslərin və nəqliyyat vasitələrinin daxil olmasının nəzarəti; amortizasiya xərcləri; yuxarıda qeyd edilən tədbirlərin təmin olunmasında iştirak edən işçilərin (kommendant, mühafizəçilər, elektrik, santexnik, şəbəkə bələdçisi, xadimələr və təmizlik işçiləri) əmək haqları və onlara hesablanan sosial ödənişlər daxildir. Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı iddia ərizəsinin “İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx xxxxx 2013-cü il tarixində 18/04-131 nömrəli razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların (mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2.178,54 (iki min bir yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin məzmununda belə bir öhdəlik nəzərdə tutulmamışdır və bu baxımdan həmin məbləğin tutulmasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı iddia ərizəsinin “İddiaçı binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 2.578 (iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, həmin məbləğ xx xxxxxx 2014-xx xxxxxx 2017-ci il tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1.197,90 (bir min bir yüz doxsan yeddi manat doxsan qəpik) manat və xx xxxxxx 2017-xx xxxx 2020-ci il tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1.645,60 (bir min altı yüz qırx beş manat altmış qəpik) manat təşkil edir. İddiaçı göstərilən xidmətlər üçün xx xxxxxxxx 2017-ci il tarixində 266 (iki yüz altmış altı) manat məbləğində ödəniş həyata keçirmiş və hal-hazırda onun Cavabdeh Mənzil-Tikinti Kooperativinə kommunal xidmətlərlə bağlı 2.577,50 (iki min beş yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcu olduğunu kooperativ iddia edir. Məhkəmə həmin məbləğin xx xxxxxx 2014-xx xxxxxx 2017-ci il tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1.197,90 (bir min bir yüz doxsan yeddi manat doxsan qəpik) manat hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. X9 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X7 üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qeyd edilən müddət üçün hesablanmış kommunal borcla bağlı müvafiq öhdəliyin icra müddətindən 3 (üç) ildən artıq müddətin keçdiyini əsas gətirərək iddia müddətinin tətbiq edilməsini və bu əsasla qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hazırki qarşılıqlı iddia ərizəsi üzrə mübahisənin vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisə olduğunu, belə mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edildiyini nəzərə alıb belə qənaətə gəlir ki, iddia müddətinin axımı başladığı tarixdən 3 (üç) il ərzində qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmədiyindən, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilməli, onun ərizəsi əsasında xx xxxxxx 2014-xx xxxxxx 2017-ci il tarixlərində hesablanmış 1.197,90 (bir min bir yüz doxsan yeddi manat doxsan qəpik) manat məbləğində pul vəsaiti ilə bağlı qarşılıqlı iddia ərizəsinin müvafiq hissəsinə (belə ki, qarşılıqlı iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə verilmiş və bununla da üç illik iddia müddəti kooperativ tərəfindən ötürülmüşdür) iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia ərizəsi həmin hissədə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “xx xxxxxx 2017-xx xxxx 2020-ci il tarixlərində həmin mənzildə yaşadığından, həmin müddət üçün hesablanmış 1.645,60 (bir min altı yüz qırx beş manat altmış qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı tutulması” hissəsi ilə bağlı qeyd edir ki, xx xxxxxx 2017-xx xxxx 2020-ci il tarixləri üçün hesablanmış 1.645,60 (bir min altı yüz qırx beş manat altmış qəpik) manat məbləğində borc vəsaitindən İddiaçı göstərilən xidmətlər üçün xx xxxxxxxx 2017-ci il tarixində 266 (iki yüz altmış altı) manat məbləğində etdiyi ödəniş çıxıldıqdan sonra yaranmış məbləğ olan 1.379,60 (bir min üç yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması” ilə bağlı hissəsi ilə də heç bir hüquqi əsasa söykənmədiyindən müvafiq qarşılıqlı iddia ərizəsi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış”ın, “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”nın, “Forma 2” arayışının, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı”nın və “mənzilin texniki pasportu (sxemi)”nun İddiaçı verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalı, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, 1.379,60 (bir min üç yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində kommunal borc İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilkin iddia ərizəsi təmin edilməsinə baxmayaraq, müvafiq tələb üzrə tələb edilmədiyindən ilkin iddia tələbi üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “Nərimanov-21” Mənzil Mülküyyətçilərinin Müştərək Cəmiyyətini təsis edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Nərimanov-21” adı ilə qeydiyyata alınmış Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış”ın, “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”nın, “Forma 2” arayışının, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı”nın və “mənzilin texniki pasportu (sxemi)”nun İddiaçı verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı 1.379,60 (bir min üç yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2387/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2387/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver