Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2392/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı1, İddiaçı3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X11 Departamenti tərəfindən iddiaçılar İddiaçı1 529,69 manat, İddiaçı2 793,66 manat və İddiaçı3 633,36 manat hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə stansiyası, Yük vurma və boşaltmanın həyətində məskunlaşmışlar və ailələri ilə birlikdə orada yaşayırlar. 2017-ci il 1 yanvar tarixinə kimi kommunal xidmətlərin ödənilməsində məcburi köçkünlər güzəştli şəxslər hesab edilir və ödənişlər dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilirdi. Həmin güzəşt 2017-ci il yanvar ayından etibarən aylıq müavinətlə əvəz edildi. Həmin tarixdən etibarən o kommunal ödənişi Cavabdeh tərəfindən verilən “smart kartlar”vasitəsi ilə ödəyir. 13 iyun 2017-cı il tarixdə “Azəriqaz’' İB X11 Departamenti ilə qazı alqı-satqısı barədə müqavilə bağlamışdırlar. Həmin tarixdə də onlara fərdi sayğac quraşdırılması barədə AKT tərtib olunmuşdur. Bütün o ərazidə yaşayanlar kimi ona da fərdi sayğac quraşdırılıb. Qeyd edir ki, fərdi sayğac quraşdırılan gündən bütün kommunal xərcləri vaxtı-vaxtında ödəmiş və bu günə kimi heç bir borcu olmamışdır. Fərdi sayğac çəkilənə kimi ümümi hamının istifadə etdiyi bir sayğac olmuşdur. Bu sayğacdan bütöv məhəllə istifadə etmişdir. Sayğac başqa bir məhəllədə yerləşdiyi üçün kimlərin istifadə etdiyini bilmirlər. Onlar, X10 Satışı Departamentinə ərizə ilə müraciət etmişdir. Cavabdan məlum olur ki, onların istifadə etdiyi sayğac başqa bir məhəllədə yaşayan Sarı İskəndərovun adına olan G-65 markalı 75018852 saylı ümümi qaz sayğacı vasitəsi ilə bizə ayrılmış limitdən əlavə istehlak edilmiş qaza görə bizə borc yazılmışdır. Prezdient 14 Fevral 2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanında köçkünlər üçün aylıq müaviniət müəyyən edilmiş və fərdi sayğaclar çəkilmişdir. Yeni sayğac quraşdırılarkən borcun olması barədə heç kimə məlumat verilməmişdir. Onlarda elə abonentlər var ki, limitini qənaətlə işlətmiş, ona görə xeyli limiti qalmışdır. Borcu necə ola bilərdi. Həmin Fərmana olan dəyişiklikdə deyilir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Cavabdeh tərəfindən 8 yanvar 2016-cı il tarixində yaşadığımız mənzilə fərdi sayğac quraşdırılana qədər həmin ünvanda birgə istifadə üçün kollektiv sayğacdan istifadə etmişi və kommunal xərcləri dövlət tərəfindən ödənmişdir. Məcburi köçkünlərin kommunal xidmət haqları fərdi şəkildə deyil, kollektiv şəkildə ödənilirdi. Bu isə hansısa xidmət qurumunun məcburi köçkündən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onu borclu olmaqda suçlamasının yolverilməz olduğunu göstərir. Məcburi köçkünlərin istifadə etdikləri bütün növ kommunal xidmətlərin, o cümlədən təbii qazın dəyəri Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarına əsasən, “Dövlətqaçqınkom” tərərfındən ayrı-ayrı müəssisə və obyektlərə yox, mərkəzləşdirilmiş qaydada hər ayın sonunda aidiyyatı xidmət təşkilatlarına ödənilirdi. Əgər limitə müvafiq olaraq aidiyyatı qurumlara ödənişlər edilirsə, həmin təşkilatların məcburi köçkünlərdən istehlak etdikləri kommunal xidmətlərə görə əlavə vəsait tələb etməsi qanunsuzluqdur. Asan Xidmətdən əldə etdiyi abonent saldosu haqqında arayışda fərdi sayğac quraşdırılana qədər olan müddət ərzində ona yazılmış borc öz əksini tapır: İddiaçılar İddiaçı1 529,69 manat, İddiaçı2 793,66 manat və İddiaçı3 633,36 manat məbləğində borc hesablanmışdır. Qeyd edir ki, borc yazıldığı tarixlərdə istifadə etdiyimiz qazın həcmindən asılı olmayaraq bütün ödənişlər dövlət tərəfindən ödənilirdi.Bu səbəbdən həmin məbləğin borc kimi adına yazılması ilə razılaşmır. Hazırda həmin məbləğin ödənilməsi maddi cəhətdən imkanı xaricindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq İddiaçı2 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən İddiaçı2 və cavabdehin nümayəndəsi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AA seriyalı 423300 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qənbərov X6 rayonundan məcburi köçkündür; Nərimanov rayonu, Keşlə, Yük həyətində müvəqqəti məskunlaşmışdır. AA seriyalı 383569 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Zəngilan rayonundan məcburi köçkündür; Nərimanov rayonu, Keşlə, Yük həyətində müvəqqəti məskunlaşmışdır. AA seriyalı 200144 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Zəngilan rayonundan məcburi köçkündür; Nərimanov rayonu, Keşlə, Yük həyətində müvəqqəti məskunlaşmışdır. GPG14027098 smart sayğaclı abonent İddiaçı1 qalıq xx.xx.2016-cı il tarixə 793,66 manat təşkil edir. GPG14027082 smart sayğaclı abonent İddiaçı2 qalıq xx.xx.2016-cı il tarixə 529,69 manat təşkil edir. GPG18039619 smart sayğaclı abonent X1 qalıq xx.xx.2018-ci il tarixə 633,36 manat təşkil edir. xx.xx.2022-ci il tarixli borcun hesablanması barədə Cavabdeh İB tərəfindən tərtib edilmiş arayışdan görünür ki, İddiaçı1 qalıq borcu 1027,57 manat, İddiaçı2 qalıq borcun 830,24 manat və İddiaçı3 1072,35 manat qalıq borcu hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar məcburi köçkün olaraq Bakı şəhəri, Nərimanov rayonu, Keşlə stansiyası, Yük həyətində məskunlaşmışdırlar. 2017-ci il 01 yanvar tarixinə kimi kommunal xidmətlərin ödənilməsində məcburi köçkünlər üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən istifadə edirdilər və ödənişlər dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilirdi. Həmin güzəşt 2017-ci il yanvar ayından etibarən aylıq müavinətlə əvəz edilmiş, həmin tarixdən etibarən iddiaçılar kommunal ödənişi cavabdeh tərəfindən verilən “smart kartlar” vasitəsi ilə ödəməyə başlamışdır. Fərdi sayğac çəkilənə kimi ümumi olan hamının istifadə etdiyi bir sayğac olmuş, həmin sayğacdan bütöv məhəllə, hamılıqla istifadə etmişlər. İddiaçılar yazılmış mübahisələndirilən borc məbləği ilə bağlı cavabdehə müraciət ediləndə məlum olmuşdur ki, iddiaçıların istifadə etdikləri sayğac başqa bir məhəllədə yaşayan şəxsin adına olan ümümi qaz sayğacı vasitəsi ilə onlara ayrılmış limitdən əlavə istehlak edilmiş qaza görə müəyyən edilmiş borc məbləğidir. İddiaçılar müvafiq borc məbləğlini əsassız hesab edərək, onun silinməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli fərmanına əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınmışdır: 1.Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 01 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. 1-1.Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 01 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. 1-2.Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 01 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin. 1-3.Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 01 fevral tarixdən 22 (iyirmi iki) manat məbləğində müəyyən edilsin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yeni sayğaclar quraşdırılarkən iddiaçının əvvəlki ümumi sayğacdan istifadə zamanı yaranmış borcun olması barədə müvafiq məlumatın qeyd edilən şəxsə verilməsi iş materiallarında və məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Eyni zamanda, məcburi köçkünlərin kommunal xidmət haqları fərdi şəkildə deyil, kollektiv şəkildə ödənildiyindən, mübahisələndirilən borc məbləğlərinin hər bir iddiaçı şəxsə münasibətdə konkret olaraq müəyyən edilməsi hansı hesablama metodları və qaydası əsasında aparılması da qeyri-müəyyən olaraq qalmışdır. Bu da öz növbəsində hansısa xidmət qurumunun məcburi köçkündən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onun fərdi qaydada borclu olmaqda yolverilməz olduğunu göstərir. Eyni zamanda qeyd edilməlidir ki, borc məbləği yazıldığı tarixlərdə iddiaçının istifadə etdiyi qazın həcmindən asılı olmayaraq bütün ödənişlərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin məbləğin borc olaraq iddiaçının adına yazılmasının da heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 3.1.Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün__manat məbləğində müəyyən edilir. 3.2.Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. 3.3.Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. Hesab istelakçıya tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5.İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X11 Departamenti tərəfindən iddiaçılar İddiaçı1 (**********00360) 529,69 (beş yüz iyirmi doqquz manat altmış doqquz qəpik) manat, İddiaçı2 (**********00000) 793,66 (yeddi yüz doxsan üç manat altmış altı qəpik) manat və İddiaçı3 (**********00000) 633,36 (altı yüz otuz üç manat otuz altı qəpik) manat hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh X11 Departamenti tərəfindən iddiaçılar İddiaçı1 (**********00360) 529,69 (beş yüz iyirmi doqquz manat altmış doqquz qəpik) manat, İddiaçı2 (**********00000) 793,66 manat (yeddi yüz doxsan üç manat altmış altı qəpik) və İddiaçı3 (**********00000) 633,36 (altı yüz otuz üç manat otuz altı qəpik) manat hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2392/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2392/2022
27.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver