Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-241/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Cavabdeh X6 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-ya, X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləgvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-ya, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən 14 saylı mənzilə dair (MTK-REAL'-MTK tərəfindən inşa edilmiş binanın 1A blokunun 6-cı mərtəbəsində, 4 otaq, 170 kv.m-dən ibarət olan) "MTK-REAL” MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilə etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı “MTK-RHAL" ilə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə yerləşən 14 saylı mənzilə dair (“M İ K- REAL '-M l K tərəfindən inşa edilmiş binanın 1A blokunun 6-cı mərtəbəsində, 4 otaq, 170 kv.m-dən ibarət olan) 08 may 2009-cu il tarixdə 74№-li alqı-satqı müqaviləsi bağlanmış, həmin tarixdə mənzilin dəyərini tam ödəniş etmiş və borcun olmaması barədə ona 09/53 savlı 08 may 2009-cu il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı həmin mənzilə dair hüquqlarını qeydiyyata aldırmaq məqsədi ilə DƏDRX-nə mürəciət edərkən məlum olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə yerləşən 14 saylı mənzil Cavabdeh2 adına (maliyyə arayışı və protokoldan çıxarış əsasında) qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Lakin bu barədə bizə hər-hansı sənəd təqdin edilmədi. Bu barədə X19 tərəfimizdən sorğu verildi və cavabı 29 sentyabr 2021 -ci il tarixdə hazır olacaq. Aşağıda qeyd olunan əsaslara görə hesab edirik ki, mübahisəli mənzilə dair ilkin müqavilə MTK-REAL ilə İddiaçı arasında bağlanmış və üstünlük hüququ ona verilməlidir, ondan sonra bağlanmış hər-hansı əqd etibarsız hesab edilməli və verilmiş müvafiq çıxarış ləğv edilməlidir. Mübahisəli mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Lakin həmin bina 2009-cu ildə ümumilikdə istismara qəbul olunmadığından iddiaçı müqavilə ilə əldə etdiyi mənzilə dair hüquqlarını həmin tarixlərdə Dövlət qeydiyyatına aldırilmasına nail ola bilməmişdir. Belə olan halda, “MTK-REAL" MTK başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin Cavabdeh2 satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Cavabdeh X6 nümayəndəsi və vəkili X9 məhkəmə iclasında 28.10.2021-ci il tarixdə verdiyi vəsatəti müdafiə edərək bildirmişdir ki, iddiaçı X5 cavabdehlər Cavabdeh1-ya, X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən 14 saylı mənzilə dair (Cavabdeh1 tərəfindən inşa edilmiş binanın 1A blokunun 6-cı mərtəbəsində, 4 otaq, 170 kvm-dən ibarət olan) MTK-REAL” MTK ilə X14 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov rayon Məhkəməsi tərəfindən mülki iş üzrə ilkin sübutlar, o cümlədən qeyd edilən əmlak ilə əlaqədar X10 adma olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verildiyi araşdırılmamışdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən X7 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1A blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvın olan 4 otaqlı 14 nömrəli, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvm olan 4 otaqlı 23 nömrəli və 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvm olan 4 otaqlı 32 nömrəli mənzilin “MTK-REAL" Mənzil Tikinti Kooperativi tərəfindən X7 hüquqi varisi X16ma təhvil verilməsi və həmin mənzillərdən istifadə ilə bağlı Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh1 Mənzil Tikinti X1 qarşı "Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsindəki 20 mərtəbəli yaşayış evinin 1A blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvm olan 4 otaqlı 14 saylı mənzil üzrə Cavabdeh1 ilə X15 arasında bağlanmış 16.11.2007-ci il tarixli 86 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2013 saylı 17 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-4798/2013 saylı 17 dekabr 2013-cü il tarixli qətnaməsindən tərəflər kassasiya şikayəti vermədikləri üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Binəqədi rayon Məhkəməsində işə baxılarkən X15 vəfat etmiş və Bakı şəhəri 9 saylı notariat Kontorunun Xüsusi X2 tərəfindən verilmiş 14.03.2013-cü il tarixli 807 saylı məktuba əsasən onun hüquq varisi kimi arvadı X6 tanındığı mtiəyyən olunmaqla mülki prosesdə E.Zülfüqarovun hüquq varisi kimi X. S.Sadıqova tanınmışdır. Bundan sonra 29.06.21-ci il tarixdə adıçəkilən 14 saylı mənzil üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4798/2013 saylı,17.12.2013-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar E.İ.Zülfüqarovun hüquqi varisi kimi X.S.Sadıqova ilə Cavabdeh1MTK arasında yeni 29 iyun 2021-ci il tarixli müqavilə bağlanmışdır. Bunların əsasında ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X.S.Sadıqovaya 27.07.21-ci il tarixli Çıxarış verilmişdir. 29.06.21-ci il tarixli müqavilənin 1.8-ci bəndində göstərilir ki, Mənzil Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4798/2013 saylı ,17.12.2013-cü il tarixli Qətnaməsinin icra olunması ilə əlaqədar olaraq ödənişsiz verilir. Qeyd edir ki, İddiaçı iddia ərizəsində onunla Cavabdeh1MTK arasında bağlanmış 08.05.2009-cu il tarixli ,74 saylı müqavilə E.İ.Zülfüqarovun hüquq varisi X.S.Sadıqova ilə “MTK-REAL"MTK arasında bağlanmış müqavilədən əvvəl bağlanmış ilkin müqavilə deyildir. E.İ.Zülfliqarovla Cavabdeh1 arasında bağlanmış 86 saylı müqavilə 16 noyabr 2007-ci il tarixlidir. Məhkəmə isə tələskənliyə yol vermiş, məsələni tam, hərtərəfli araşdırmamışdır. Yuxarıda qeyd etdiyi kimi Binəqədi Rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı 21 iyun 2013-cii il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən "Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsindəki 20 mərtəbəli yaşayış evinin 1 A blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvm olan 4 otaqlı 14 saylı mənzil üzrə “MTK-REAL" MTK ilə X15 arasında bağlanmış 16.11.2007-ci il tarixli 86 nömrəli müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia təmin olunmamışdır. Hazırki mülki iş üzrə iddia tələbinin "Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən 14 saylı mənzilə dair (“MTK-REAL" MTK tərəfindən inşa edilmiş binanın 1 A blokunun 6-cı mərtəbəsində, 4 otaq, 170 kvm-dən ibarət olan) Cavabdeh1 ilə X14 arasında bağlanmış 16.11.2007-ci il tarixli 86 nömrəli müqavilənin etibarsız hesab edilməsi” hissəsi Binəqədi Rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə təmin olunmamış qeyd olunan iddia tələbi ilə eynilik təşkil edir. Odur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin qeyd olunan hissəsi hazırki mübahisə ilə eynilik təşkil edən hissədə işə baxan Nərimanov Rayon Məhkəməsi üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Binəqədi Rayon Məhkəməsinin 2(001 )-3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X15 arasında bağlanmış 16.11.2007-ci il tarixli 86 nömrəli müqavilə bağlayaraq müqavilə ilə nəzərdə tutulmuş tam pay haqqı olan 170.000 ABŞ dollarını Cavabdeh1-nın xəzinəsinə ödəməklə Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsindəki 20 mərtəbəli yaşayış evinin 1A blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 170 kvm olan 4 otaqlı 14 saylı mənzili alması və MTK tərəfindən həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək mənzili təhvil verməməsi və hazırda mənzildən istifadəyə maneələr yaratması təsdiq olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 həmin MTK ilə X15 arasında bağlanmış 16.11.2007-ci il tarixli 86 nömrəli müqavilənin görünüş üçün bağlanmış əqd olmasına dair göstərdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)3353/2013 saylı 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş yuxarıda sadalanan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən hazırki məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin isdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində miibahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1, X14 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının və digər cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3353/2013 saylı 21.06.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh "MTK-Real” Mənzil kimi Kooperativinə qarşı “mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək, “MTK-Real Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, X Şuşinski küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1A blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvadrat metr olan 4 otaqlı 14 nömrəli, 9-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvadrat metr olan 4 otaqlı 23 nömrəli və 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kvadrat metr olan 4 otaqlı 32 nömrəli mənzil "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən X7 hüquqi varisi Cavabdeh2 təhvil verilməsi və həmin mənzillərdən istifadə ilo bağlı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən törədilən maneələr aradan qaldırılması, iddiaçı “MTK-Real Mənzil Tikinti Kooperativinin cavabdeh X11 qarşı '‘müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunması, X15 tərəfindən dövlət rüsumu kimi artıq ödənilmiş 17(on yeddi) manat Azərbaycan Respublikası Dövlən Büdcəsindən iddiaçı X7 hüquq varisi Cavabdeh2 ödənilməsi, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən ödənilmiş 3(üç) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X7 varisi X8 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4798/2013 saylı, 17.12.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli qətnaməsi apellyasiya şikayəti vermiş tərəfə münasibətdə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 80 (səksən) manat və 74 (yetmiş dörd) manat cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən çıxarış məhkəmə qətnaməsi əsasında verilmişdir. Məhkəmə hesab edir ki, iddaçı İddiaçı cavabdehlər Cavabdeh1-ya, X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildir, mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1-ya, X8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləgvi.” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-241/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-241/2022
25.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver