Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2421/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı1, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2-yə qarşı “hərracın yekunları barədə protokolların (müqavilələrin) etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2-yə qarşı “hərracın yekunları barədə protokolların (müqavilələrin) etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus Gəncə şəhəri , Kəpəz rayonu X9 prospekti 2B ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə aid 25.04.2019-cu ildə keçirilən hərracın yekunları barədə 22/01-1 nömrəli protokolun, Gəncə şəhəri, Kəpəz rayonu DOS-6, 5C ünvanda 0,0699 ha torpaq sahəsində yerləşən əmlak kompleksi- "xxxx" MMC-yə məxsus 25.04.2019-cu ildə keçirilən hərracın yekunları barədə 22/01-2 nömrəli protokolun, İddiaçı1 məxsus Kəpəz rayonu İ.Əliyev küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə aid 25.04.2019-cu ildə keçirilən hərracın yekunları barədə 22/01-3nömrəli protokolun, İddiaçı2 məxsus Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsində olan 40A nömrəli evin, 24 saylı mənzilinə aid 25.04.2019-cu ildə keçirilən hərracın yekunları barədə 22/01-4 nömrəli protokolun, İddiaçı1 məxsus Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19,20 ünvanda olan 0,08 ha torpaq sahəsinə aid 25.04.2019-cu ildə keçirilən hərracın yekunları barədə 22/01- 6 nömrəli protokolun, İddiaçı1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 39 saylı fərdi yaşayış evinə aid 25.04.2019-cu ildə keçirilən hərracın yekunları barədə 22/01-7 nömrəli protokolunun (müqavilələrin) etibarsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, min bir zəhmətlə əldə etdiyikləri daşınmaz əmlakları "xxxx" QSC tərəfindən hərraca çıxarılmış və üç dəfə qiyməti azaldılaraq 713753 manat qiymətləndirilmiş, elə hərracdada borclarının əvəzi olaraq bankın mülkiyyətinə qanunsuz olaraq keçirilmişdir. 2011-2015-ci illərdə 7 ədəd daşınmaz əmlaklarını banka ******* manat ipoteka müqaviləsi əsasında (girov) ipotekaya qoyularaq qiymətləndirilmiş və bankdan 7 dəfəyə kredit müqaviləsinin razılaşmasına əsasən ******* ABŞ dollar kredit götürülmüşdür. Kredit razılaşmasına əsasən bankdan götürüdükləri kreditləri qanuna uyğun olaraq vaxtı-vaxtında ödəyiridilər, lakin 2015-ci ilin fevral ayında manatın qiymətdən düşməsi-devolvasiyası nəticəsində bankdan götürdükləri kreditləri vaxtlı-vaxtında ödəyə bilməmişdilər. Onlar (mülkiyyətçilər) daşınmaz əmlaklarının hərracda hərraca çıxarılarkən iştirak etməmişlər. Eyni zamanda hərracın keçirilməsi barədə heç bir göndəriş göndərilməmişdir. Onları xüsusi mülkiyyət sahibi kimi hərracın keçirildiyi yerə dəvət etməli idilər. Lakin bank qərəzli olaraq onu həbsxanaya saldırmış və sonra isə həyat yoldaşını məcbur etmişlər ki , hər ikisinin adına olan daşınmaz əmlaklar bankın mülkiyyətinə qanunsuz verilsin. Bundan sonra bank özü hərracı təşkil edərək daşınmaz əmlaklarını qanunsuz olaraq mülkiyyətinə keçirmiş və beləliklə də qanunu pozaraq qanunda nəzərdə tutulduğu kimi mülkiyyətçilərlə müsahibə aparmamış, əmlaklarının yerləşdiyi rayonda tələb və təklif obyektiv müəyyənləşdirilmədən dəfələrlə aşağı salınaraq bankın mülkiyyətinə verilmişdir. Daşınmaz əmlakları dəfələrlə qiyməti aşağı salınaraq bankın mülkiyyətinə keçmişdir. Mülkiyyətçilərlə müsahibə aparılmamışdır. Əmlakları bankın mülkiyyətinə keçirilməsinə baxmayaraq, bank indiyinədək Goranboy rayon İcra və Probasiya şöbəsinə qanunda nəzərdə tutulan 7% əmlakların faizi keçirilməmiş və icra idarəsi qeyd edilən prosessə razılıq verməmişdir. Bankın balansında olan Gəncə şəhəri Kəpəz rayonu DOS.6 , 5C yerləşən "Turay MMC"xxxx"Karvansaray Turay MMC" borca görə Vergilər Nazirliyinin balansında olarkən və qeyd edilən daşınmaz əmlak Vergilər Nazirliyinin icazəsi olmadan bankın mülkiyyətinə necə qanunsuz olaraq keçirilmişdir? Bundan başqa əmlakları Goranboy Rayon Məhkəməsində bankın mülkiyyətinə verilərkən onlar məhkəmə prosessində iştirak etməmişdilər. Məhkəmə iclasında İddiaçı1 bildirmişdir ki, rəy ilə razı deyil və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, rəy ilə razıdır və əvvəllər 2019-cu il tarixdə eyni predmet üzrə məhkəməyə müraciət etmiş, lakin sonra ərizəsin baxılmamış saxlanmasını xahiş etmişdir. Odur ki, iddianın əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin 16.04.2021-ci il tarixli 2(005)-2421/2021 nömrəli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Xammal və X7 Mərkəzi Cavabdeh2 tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan: 06.02.2008-ci il tarixli, Seriya MH ******* nömrəli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A- 4 sahəsi 19, 20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. 25.02.2009-cu il tarixli, Seriya MH ******* nömrəli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. 04.10.2013-cü il tarixli, Seriya RX ******* nömrəli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. 20.05.2011-ci il tarixli, Seriya MA ******* nömrəli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 40A, mənzil 24 İddiaçı2 mülkiyyətindədir. 03.12.2011-ci il tarixli, Seriya MA ******* nömrəli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C ünvanındakı əmlak kompleksi "xxxx" MMC-nin mülkiyyətindədir. 09.09.2011-ci il tarixli, Seriya MA ******* nömrəli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 propekti, 2B ünvanındakı 0.15 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. 11.12.2019-cu il tarixli, Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 propekti, 2B ünvanındakı 0.15 ha torpaq sahəsi "xxxx" QSC-nin mülkiyyətindədir. 11.12.2019-cu il tarixli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" QSC-nin mülkiyyətindədir. 11.12.2019-cu il tarixli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 40A, mənzil 24 "xxxx" QSC-nin mülkiyyətindədir. 11.12.2019-cu il tarixli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi "xxxx" QSC-nin mülkiyyətindədir. 11.12.2019-cu il tarixli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4 sahəsi 19, 20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi "xxxx" QSC-nin mülkiyyətindədir. 11.12.2019-cu il tarixli Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C ünvanındakı əmlak kompleksi "xxxx" QSC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Xammal və X7 Mərkəzi Cavabdeh2-nin 25.04.2019-cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 22/01-1 saylı protokolununun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsi ilkin satış qiyməti 125000 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 79687,50 manat, lıcı "xxxx" QSC-dir. Azərbaycan Respublikası Xammal və X7 Mərkəzi Cavabdeh2-nin 25.04.2019-cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 22/01-2 saylı protokolununun surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C ünvanında yerləşən 0.0699 ha torpaq sahəsi ilkin satış qiyməti 650000 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 414375 manat, alıcı "xxxx" QSC-dir. Azərbaycan Respublikası Xammal və X7 Mərkəzi Cavabdeh2-nin 25.04.2019-cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 22/01-3 saylı protokolununun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 23 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 100000 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 63750 manat, alıcı "xxxx" QSC-dir. Azərbaycan Respublikası Xammal və X7 Mərkəzi Cavabdeh2-nin 25.04.2019-cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 22/01-4 saylı protokolununun surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində olan 40A nömrəli üvin, 24 saylı mənzilin ilkin satış qiyməti 55000 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 35062,50 manat, alıcı "xxxx" QSC-dir. Azərbaycan Respublikası Xammal və X7 Mərkəzi Cavabdeh2-nin 25.04.2019-cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 22/01-6 saylı protokolununun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4 sahəsi 19, 20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 38250 manat, alıcı "xxxx" QSC-dir. Azərbaycan Respublikası Xammal və X7 Mərkəzi Cavabdeh2-nin 25.04.2019-cu il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 22/01-7 saylı protokolununun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 130000 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 82875 manat, alıcı "xxxx" QSC-dir. Cavabdeh2 tərəfindən Goranboy rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı1 (ünvan: Goranboy rayonu, Borsulu kəndi), İddiaçı2 (ünvan: Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, ev 1, mənzil 4), X4 (ünvan: ünvan 11OS-6, ev 5-6-cı binaların arası) ünvanlanmış 15.02.2019-cu il tarixli, № 01 nömrəli bildirişin surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-656/2018 saylı, 09.01.2018-ci il tarixli icra qeydi üzrə Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C-də yerləşən əmlak kompleksi, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzili, ünvan 15 ünvanında yerləşən 4 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, həmçinin hərracın 18.03.2019cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İddiaçı2 göndərilmiş zərfdən görünür ki, zərf Gəncə şəhəri, N.ünvan 18 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. "xxxx" MMC-yə göndərilmiş zərfdən görünür ki, zərf ünvan 27ndərilmiş, lakin “Obyekt bağlıdır, işləmir” poçt qeydi ilə geri qaytarılmışdır. İddiaçı1 göndərilmiş zərfdən görünür ki, zərf Goranboy rayonu, Borsulu kəndinə göndərilmiş, lakin “Bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Cavabdeh2 tərəfindən Goranboy rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı1 (ünvan: Goranboy rayonu, Borsulu kəndi), İddiaçı2 (ünvan: Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, ev 1, mənzil 4), X4 (ünvan: ünvan 11OS-6, ev 5-6-cı binaların arası) ünvanlanmış 01.03.2019-cu il tarixli, № 01/2 nömrəli bildirişin surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-656/2018 saylı, 09.01.2018-ci il tarixli icra qeydi üzrə Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C-də yerləşən əmlak kompleksi, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzili, ünvan 15 ünvanında yerləşən 4 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, həmçinin hərracın 18.03.2019cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Cavabdeh2 tərəfindən Goranboy rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı1 (ünvan: Goranboy rayonu, Borsulu kəndi), İddiaçı2 (ünvan: Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, ev 1, mənzil 4), X4 (ünvan: ünvan 11OS-6, ev 5-6-cı binaların arası) ünvanlanmış 19.03.2019-cu il tarixli, № 02 nömrəli bildirişin surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-656/2018 saylı, 09.01.2018-ci il tarixli icra qeydi üzrə Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C-də yerləşən əmlak kompleksi, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzili, ünvan 15 ünvanında yerləşən 4 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, həmçinin hərracın 08.04.2019cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Goranboy rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" QSC-yə, İddiaçı1 (ünvan: Goranboy rayonu, Borsulu kəndi), İddiaçı2 (ünvan: Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, ev 1, mənzil 4), X4 (ünvan: ünvan 11OS-6, ev 5-6-cı binaların arası) ünvanlanmış 12.04.2019-cu il tarixli, 01/1364 nömrəli İpoteka predmetinin əldə olunmasına dair təklif məktubunun surətindən görünür ki, Goranboy rayon İcra və Probasiya Şöbəsinin 97102/2017 saylı, 04.02.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka yuklü Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C-də yerləşən əmlak kompleksi, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzili, ünvan 15 ünvanında yerləşən 4 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evi təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 12.04.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayana təklif olunur. İddiaçı2 göndərilmiş zərfdən görünür ki, zərf Gəncə şəhəri, N.ünvan 18 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. "xxxx" MMC-yə göndərilmiş zərfdən görünür ki, zərf ünvan 27ndərilmiş, lakin “Obyekt bağlıdır, işləmir” poçt qeydi ilə geri qaytarılmışdır. İddiaçı1 göndərilmiş zərfdən görünür ki, zərf Goranboy rayonu, Borsulu kəndinə göndərilmiş, lakin “Bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. 15-21.02.2019-cu il tarixli 154 nömrəli və 01.03.2019-cu il tarixli 156 nömrəli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5Cdə yerləşən əmlak kompleksi, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evi, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzili, ünvan 15 ünvanında yerləşən 4 saylı mənzili, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. 28.12.2018-ci il tarixli, 200/4 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C ünvanda yerləşən əmlak kompleksi 650000 manat dəyərində qiymətləndirilmişdir. 28.12.2018-ci il tarixli, 200/5 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanda yerləşən 0.15 ha torpaq sahəsi 125000 manat dəyərində qiymətləndirilmişdir. 28.12.2018-ci il tarixli, 200/6 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi 60000 manat dəyərində qiymətləndirilmişdir. 28.12.2018-ci il tarixli, 200/3 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı mənzili 55000 manat dəyərində qiymətləndirilmişdir. 28.12.2018-ci il tarixli, 200 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 1-ci döngə, 1 saylı evin, 4 saylı mənzili 35000 manat dəyərində qiymətləndirilmişdir. 28.12.2018-ci il tarixli, 200/1 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı1 məxsus ünvan 24 ünvanda yerləşən fərdi yaşayış evi 100000 manat dəyərində qiymətləndirilmişdir. 28.12.2018-ci il tarixli, 200/2 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi 130000 manat dəyərində qiymətləndirilmişdir. 02.08.2021-ci il tarixli, Qiymətləndirmə ilə bağlı rəydən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsinin qiyməti- 79600 manat, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C-də yerləşən əmlak kompleksinin qiyməti-414000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evinin qiyməti-63700 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzilin qiyməti-35000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin qiyməti-38000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evinin qiyməti-82000 manat müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılara uyğun olaraq əsaslandırılmasını məqbul hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən,auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, "xxxx" QSC-ilə 2011-2015-ci illərdə 7 ədəd daşınmaz əmlaklarını banka ******* manat ipoteka müqaviləsi əsasında (girov) ipotekaya qoyularaq qiymətləndirilmiş və bankdan 7 dəfəyə kredit müqaviləsinin razılaşmasına əsasən ******* ABŞ dollar kredit götürülmüşdür. Kredit razılaşmasına əsasən bankdan götürüdükləri kreditləri qanuna uyğun olaraq vaxtıvaxtında ödəyiridilər, lakin 2015-ci ilin fevral ayında manatın qiymətdən düşməsidevolvasiyası nəticəsində bankdan götürdükləri kreditləri vaxtlı-vaxtında ödəyə bilməmişdilər. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-656/2018 saylı, 09.01.2018-ci il tarixli icra qeydinin icrası nəticəsində ərizədə qeyd olunan əmlaklar haqlı olaraq hərraca çıxarılmış və qanuna müvafiq qaydada "xxxx" QSC-yə təklif olunmuşdur. İddiaçı qiymətləndirmə ilə bağlı rəydən narazıdır. Bununla belə 02.08.2021-ci il tarixli, Qiymətləndirmə ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən aydın olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsinin qiyməti-79600 manat, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C-də yerləşən əmlak kompleksinin qiyməti-414000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evinin qiyməti-63700 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzilin qiyməti-35000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin qiyməti-38000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evinin qiyməti-82000 manat müəyyən edilmişdir. Sadalanan “İcra haqqında” Qanunun tələblərindən göründüyü kimi əmlakların həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin İddiaçı1 yaşayış ünvanı olan Goranboy rayonu, Borsulu kəndinə, İddiaçı2 yaşayış ünvanı ünvan 26y” MMC-yə ünvan 27ndərilməsində Cavabdeh2 haqlı olmuşdur. Əmlakın düzgün qiymətləndirilməməsinə dair mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı qiymətləndirmə ilə bağlı rəydən narazıdır. Bununla belə 02.08.2021-ci il tarixli, Qiymətləndirmə ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən aydın olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti 2B ünvanında yerləşən 0.15 ha torpaq sahəsinin qiyməti-79600 manat, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, 5C-də yerləşən əmlak kompleksinin qiyməti-414000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 23 saylı fərdi yaşayış evinin qiyməti-63700 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 40A ünvanında yerləşən 24 saylı mənzilin qiyməti-35000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə A-4, sahə 19.20 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin qiyməti-38000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 39 saylı fərdi yaşayış evinin qiyməti-82000 manat müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi mübahisəli əmlakların müəyyən edilmiş qiyməti 02.08.2021-ci il tarixli, Qiymətləndirmə ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyilə müəyyən edilmiş qiymətlərdən aşağı deyildir. Qeyd edilənlərə əsasən protokolun və müqavilənin etibarsız hesab edilməsi, hərracın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 500 (beş yüz) manat məbləğində pul VÖEN **********, Bankın adı: "xxxx" QSC, Bankın kodu: 503949, Bankın VÖEN-i **********, M/h AZ10NABZ********************, H/h: AZ76ACAB********************, SWİFT ACABAZ22 "xxxx" MMC-nin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2-yə qarşı “hərracın yekunları barədə protokolların (müqavilələrin) etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 500 (beş yüz) manat məbləğində pul VÖEN **********, Bankın adı: "xxxx" QSC, Bankın kodu: 503949, Bankın VÖEN-i **********, M/h AZ10NABZ********************, H/h: AZ76ACAB********************, SWİFT ACABAZ22 "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2421/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2421/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver