Məhkəmə qərarları › İş №2(005)-2421/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2421/2025

09.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2421/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 dekabr 2019-cu il tarixli 4Ə- 273 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız olunması və 26 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək, digər məhkəmənin icraatında iddiaçıya qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə baxılmaqdadır. Digər cavabdehlər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmiş, lakin onlar məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, Cavabdeh3 X2 qarşı evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə baxılmaqdadır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-2421/2025 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan Cavabdeh3 X2 qarşı evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair məhkəmənin icraatında olan 2(005)-1386/2025 nömrəli mülki işlər bir-biri ilə əlaqədar olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən, məhkəmə işi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda, başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-2421/2025 saylı mülki iş Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin icraatında olan Cavabdeh3 X2 qarşı evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə birləşdirilməli, hər iki mülki işə e-2(011)-1386/2025 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2421/2025 qeydiyyat nömrəsində olan mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan Cavabdeh3 X2 qarşı evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə 2(011)-1386/2025 saylı qeydiyyat nömrəsində olmuş mülki işə birləşdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar