Məhkəmə qərarları › İş №2(005)-243/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-243/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-243/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd-zadə Ceyhun Elşən oğlunun iştirakları ilə, İddiaçı2 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd-zadə Ceyhun Elşən oğlu) qarşı “X3 üzrə borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd-zadə Ceyhun Elşən oğluna qarşı “X2 xitam verilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 1801/0514 saylı X2 xitam verilməsi, Cavabdeh İddiaçı2 MMC-nin xeyrinə 12347,00 (on iki min üç yüz qırx yeddi) manat əsas məbləğ üzrə lizinq borcu, 6430,00 (altı min dörd yüz otuz) manat vaxtı keçmiş faiz borcu, 16840,00 (on altı min səkkiz yüz qırx) manat hesablanmış penya(cərimə), cəmi 35617,00 (otuz beş min altı yüz on yeddi) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə 24 fevral 2022-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, İddiaçı2 MMC-nin mülkiyyətində olan “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı2 MMC-yə qaytarılması, Cavabdeh İddiaçı2 MMC-nin xeyrinə 12347,00 (on iki min üç yüz qırx yeddi) manat əsas lizinq borcu, 6430,00 (altı min dörd yüz otuz) manat vaxtı keçmiş faiz borcu, 16840,00 (on altı min səkkiz yüz qırx) manat hesablanmış penya, cəmi 35617,00 (otuz beş min altı yüz on yeddi) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 MMC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 18070514 saylı X2 əsasən, İddiaçı2 MMC Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1də göstərilən və ümumi dəyəri 21500,00(iyirmi bir min beş yüz) manat olan 1 ədəd “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsində 15050,00 (on beş min əlli) manat məbləğində borcu illik 26% faiz dərəcəsi ilə hesablanmaqla, 36 ay müddətinə İddiaçı2 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq müaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə .İllik 26% faiz olmaqla mütəmadi olaraq hər ay 607 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda 03 oktyabr 2019-cu il tarixindən etibarən lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh 13 Sentyabr 2021-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 12347,00 (on iki min iiç yüz qırx yeddi) manat əsas məbləğ üzrə lizinq borcu, 6430,00 (altı min dörd yüz otuz) manat vaxtı keçmiş faiz borcu, 16840,00 (on altı min səkkiz yüz qırx) manat hesablanmış penya(cərimə), cəmi 35617,00 (otuz beş min altı yüz on yeddi) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 10 dekabr 2018-ci il tarixli 1801/0514 saylı X1 7.9-cu bəndinə əsasən, Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin aecikdirildiyi hər ızün üçün gecikdirilmis əsas borc məbləğinin 0,5% .sıfır tam onda beş faiz) məbləğində cərimə (penya) pulunun ödənilməsini tələb edin Lizinq alan isə onu ödəməvi öhdəsinə götürür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, pcniva) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək əmlakın qaytarılması hissəsində iddianı əsaslı hesab etmədiyini bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd-zadə Ceyhun Elşən oğlu məhkəmə iclasında iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, hazırda lizinq obyekti olan 1 ədəd “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomobil onun istifadəsindədir. Həmin avtomobilə dair cavabdehlə aralarında alqı-satqı münasibətləri olmuş, lakin avtomobili öz adına qeydiyyatdan keçirməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Lizinq verən”- İddiaçı2, “Satıcı”- X4 və “Lizinq alan” Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X1 müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı2 Cavabdeh tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və ümumi dəyəri 21500 (iyirmi bir min beş yüz) manat məbləğində olan 1 ədəd “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh onun müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Cavabdeh isə 21500 manat məbləğində borcu illik 26% hesablanmaqla, 36 (otuz altı) ay müddətinə İddiaçı2nə ödəməyi öz öhdəsinə götürmüşdür; İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X1 ayrılmaz hissəsi olan 2 nömrəli əlavənin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh 36 (otuz altı) ay ərzində hər ay 607 (altı yüz yeddi) manat (sonuncu ay 575 (beş yüz yetmiş beş) manat) məbləğində pul vəsaitini İddiaçı2 xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür; İddiaçı2 tərəfindən təqdim edilmiş 13 sentyabr 2021-ci il tarixli lizinq borcu haqqında arayışın məzmunundan görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X3 üzrə 13 sentyabr 2021-ci il tarixə cavabdeh şəxsin iddiaçı təşkilata 12347 manat məbləğində əsas lizinq borcu, 6430 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 16840 manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 35617 (otuz beş min altı yüz on yeddi) manat məbləğində borcu yaranmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyat və İmtahan İdarəsi tərəfindən 10.12.2018-ci il tarixdə verilmiş AD seriyalı 359552 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomobili İddiaçı2nə məxsusdur; 09.07.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh 31.910 (otuz bir min doqquz yüz on) manat əsas və ona hesablanmış faiz borcunuzun 10 gün müddətində ödəməyinizi təklif edilmiş, əks təqdirdə İddiaçı2 MMC 10 Dcakbr 2018-ci U tarixli 1801/0514 saylı X1 14.1-ci bəndinin tələblərinə əsasən lizinq müqaviləsinə birtərəfli qaydada xitam verəcək və həmin bənddə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri alacaq. Bundan əlavə İddiaçı2 MMC tərəfindən müvafiq məhkəmə orqanına müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə qeyd edilən məbləğlə yanaşı, vurulmuş zərər məbləği məhkəmə icraatının başlanmasına sərf olunan məsrəflərin də Ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 yanvar 2022ci il tarixli 9/7749 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh İddiaçı2 MMC-ə ödənilmiş pul vəsaitlərinə hesabdan çıxarış (hesablar göstərilməyib) məlumatları, 03.11.2021 -ci il tarixli, 9/7749 saylı X1 və ödəniş cədvəlinin (əlavə 2) şərtləri nəzərə alınmaqla Cavabdeh 13.09.2021-ci il tarixə (sualda göstərilən tarix) İddiaçı2 MMC olan əsas və mükafat borcu 16.072,50 manat məbləğində və 27.01.2022-ci il tarixə (ekspert rəyinin yazıldığı tarix) İddiaçı2 MMC olan əsas və mükafat borcu 16.144,49 manat məbləğində müəyyən edilir, o cümlədən: 13.09.2021-ci il tarixə əsas borc 12080,50 manat, mükafat borcu üzrə 3992 manat; 27.01.2022-ci il tarixə əsas borc üzrə 12080,50 manat, mükafat borcu üzrə 4063,99 manat təşkil edir. İddiaçı2 tərəfindən Məmməd-zadə Ceyhun Elşən oğluna verilmiş 09.09.2019-cu il tarixli, 20.12.2019-ci il tarixli, 04.03.2020-ci il tarixli etibarnamələrdən görünür ki, Məmməd-zadə Ceyhun Elşən oğluna 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X2 əsasən nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə verilmişdir. 11.08.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı2 MMC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir; 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İddiaçı2 nümayəndəsinin izahatı və təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X2 əsasən, İddiaçı2 Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və ümumi dəyəri 21500 manat məbləğində olan 1 ədəd “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh onun müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Cavabdeh isə 21500 (on iki min üç yüz doxsan) manat məbləğində borcu illik 26% hesablanmaqla, 36 (otuz altı) ay müddətinə İddiaçı2nə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh lizinq müaviləsinə 2 nömrəli əlavədə (lizinq ödənişləri cədvəli üzrə) 36 (otuz altı) ay müddətinə illik 26% olaraq mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər lizinq təşkilatı tərəfindən Cavabdeh şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh 12347,00 (on iki min üç yüz qırx yeddi) manat əsas lizinq borcu, 6430,00 (altı min dörd yüz otuz) manat vaxtı keçmiş faiz borcu, 16840,00 (on altı min səkkiz yüz qırx) manat hesablanmış penya, cəmi 35617,00 (otuz beş min altı yüz on yeddi) manat borcu yaranmışdır. İddiaçı2 Cavabdeh qarşı “X3 üzrə borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı2nə qaytarılması və qeyd edilən borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, cavabdeh lizinqi müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinqi müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 12080,50 manat əsas borc və 3992 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının 12347,00 manat əsas və lizinqdən istifadəyə görə 6430 manat faiz borcunun olmasına dair sübutu mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 yanvar 2022-ci il tarixli 9/7749 nömrəli ekspert rəyinə əsasən 13.09.2021-ci il tarixə Cavabdeh İddiaçı2nə əsas borcu 12080,50 manat, mükafat borcu 3992 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli Daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 16840 manat hesablanmış penya borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin tələbin lizinq obyektlərinin iddiaçıya qaytarılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslı deyil. Belə ki, cavabdeh tərəfin, həmçinin üçüncü şəxs kimi işə cəlb edilmiş Məmməd-zadə Ceyhun Elşən oğlunun vermiş olduğu izahatlarla müəyyən edilmişdir ki, hazırda lizinq obyekti olan “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli avtomobil hazırda Məmməd-zadə Ceyhun Elşən oğlunun istifadə və sahibliyindədir. Bu hal iş materiallarına əlavə edilmiş İddiaçı2 tərəfindən Məmməd-zadə Ceyhun Elşən oğluna verilmiş etibarnamələrlə də öz təsdiqini tapır. Belə ki, qeyd edilən etibarnamələr əsasında Məmməd-zadə Ceyhun Elşən oğluna 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X2 əsasən 1 ədəd “Kia” markalı “Optima” modelli **-PZ-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsini istifadə etmək (idarə etmək) hüququ verilmişdir. Bu isə o deməkdir ki, cavabdeh nə lizinq obyektini qaytarmaq vəzifəsi daşıyır, nə də hazırda onda olmayan avtomobilin faktiki olaraq qaytarılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Lakin göründüyü kimi hazırda avtomobil lizinq verənin razılığı ilə iş üzrə üçüncü şəxs Məmməd-zadə Ceyhun Elşən oğlunun istifadəsinə verilmiş olduğundan, həmin avtomobilin Cavabdeh geri tələb edilməsini mümkünsüz edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X2 xitam verilməli, Cavabdeh İddiaçı2 xeyrinə 12080,50 manat məbləğində əsas lizinq borcu, 3992 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 500 manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 16572,5 manat məbləğində borc tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 200 manat ekspertiza xərci Cavabdeh İddiaçı2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli 1801/0514 nömrəli X3 üzrə Cavabdeh 12080,50 manat məbləğində əsas lizinq borcu, 3992 manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 500 manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 16572,5 (on altı min beş yüz yetmiş iki manat, əlli qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 200 manat məbləğində pul məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar