Məhkəmə qərarları › İş №2(005)-2439/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2439/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2439/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı “X9 Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X9 Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X9 Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 13,690.00 manat ödənilməyən xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 13,720.00 manat məbləğində pulun tutularaq iddiaçı ‘SABİS Sun Beynəlxalq məktəbi” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Məktəb”) ilə cavabdeh X12 arasında 16.05.2019-cu il tarixdə 468-AY19/20 “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu X11 Azərbaycan Respublikasının qanunvericiliyinə və Məktəbin Nizamnaməsinə uyğun olaraq ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində məktəbə müqaviləyə və onun əlavələrinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə üzərinə düşən öhdəliyini tam şəkildə icra edərək, cavabdehə 2019-2020 tədris ilində ümumi dəyəri 14,392.00 manat təşkil edən təhsil xidmətləri göstərmişdir. Lakin cavabdeh tərəfindən Müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının göstərdiyi xidmətlərin dəyərini qismən ödəmiş və nəticədə onun Məktəbə 13,690.00 manat məbləğində təhsil haqqı borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi, yəni iddiaçıya olan xidmət haqqı borcunun ödənilməsi məqsədilə, cavabdehə pretenziya/tələb məktubu göndərilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilənin 5.1 -ci bəndinə görə, ödəməni Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən qaydada və müddətdə aparmaq cavabdehin öhdəliklərinə aiddir. Müqavilənin 1 saylı Əlavəsinin 1 -ci bəndində əks olunan cədvəldə ödəniş tarixi və məbləğləri qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən Məktəbin xeyrinə 13,690.00 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında iddiaçı “X9 Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X10 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı “X9 Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 16.05.2019-cu il tarixli 468-AY19/20 nömrəli “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu X11 Azərbaycan Respublikasının qanunvericiliyinə və Məktəbin Nizamnaməsinə uyğun olaraq ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində məktəbə müqaviləyə və onun əlavələrinə uyğun olaraq dəyərini, 14805 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 iyul 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 5 avqust 2020-ci il tarixədək yaranmış borc məbləğini ödəmədiyi təqdirdə məktəbdə şagird üçün ayrılmış yeri saxlamamaq məcburiyyətində qalacaqları, eyni zamanda məhkəmə müdafiə hüququndan istifadə etmək hüququnu özündə saxlayacaqları barədə xəbərdar edilmişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X6 14392 manat pul məbləğindən cəmi 702 manat pul məbləği ödənilmişdir.Qalıq məbləğ 13690 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən “…öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X7 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəflər arasındakı razılaşma ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini razılaşma ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, qanunvericiliklə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, götürdüyü borc pul məbləğini iddiaçıya ödəməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X3rşı pul tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X8 13690 (on üç min altı yüz doxsan) manat pul məbləği və 30 (otuz) manat dövlət rüsumu “X9 Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh Atcıoğlu Sermi Ana qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar