Məhkəmə qərarları › İş №2(005)-2478/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2478/2020

02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2478/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X8 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi xx xxx 2013-cü il tarixdə rəsmi nikahı dövlət qeydiyyatına alınmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxx 2014-cü il təvəllüdlü X13 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş və Cavabdeh 150 manat alimentin tutulması qərara alınmışdır. Oğlu X1, hidroçefaliya Şuntirovanie xəstəlikləri vardır, yəni oğlu gəzə bilmir, kənar şəxsin köməyi olmadan özü heç nə edə bilmir, daima qulluğa ehtiyacı vardır. 2014-cü ildə oğlu 4 aylıq olanda iki dəfə onurğa və başından əməliyyat olunmuş və başına beyninə su yığılmaması üçün aparat qoyulmuşdur. xx.xx.2015-ci il tarixdə X17 “sağ tərəfli hernioplastika" əməliyyatı edilmişdir. xx.xx.2019-cu il tarixdə X4 Həsənov müayinədə olmuş və müayinəyə 50 (əlli) manat ödəmişdir. Hazırda oğlu Amin Həsənovun yenidən əməliyyat edilməsi zəruridir. Lakin, Cavabdeh indiyə qədər oğlu Aminlə maraqlanmayıb, məhkəmə qərarı ilə kəsilmiş alimentdən başqa heç bir maddi yardım göstərmir, indiyə qədər uşağına edilmiş əməliyyatların heç birinin xərclərində, dərmanların alınmasında ona nə maddi, nə də mənəvi dəstək olmamışdır. Cavabdeh dəfələrlə oğlunun “hər iki ayaqda vətər uzadılması əməliyyatı” təyin olunmuş və təcili əməliyyat olunmalı olduğunu, əməliyyatın yubandığını, əməliyyata çəkiləcək xərcin yarısını onun tərəfindən yarısının digər tərəfdən qarşılanmasını bildirsə də, ona yalan dediyini, heç bir xərclərdə iştirak etməyəcəyini bildirmişdir. Bildirir ki, 6 ildir oğlu 2-3 aydan bir X15 2 həftəlik müalicə (fizioterapiya, elektrofarez, tok. maqnit, masaj, idman) olunur və bu müalicə daima davam edəcəkdir. Bu müalicə və digər müayinələr üçün, həmçinin uşaqlarının səhhəti ilə bağlı uzaq yol gəlməməsi üçün o, Bakı şəhərində kirayə yaşamağa məcburdur. Oğlunun xəstəliyi ilə əlaqədar daima qayğıya ehtiyacı olduğundan heç bir yerdə işləyə bilmir, oğlunun 2-3 aydan bir müalicə və müayinə olunması üçün Bakı şəhərində kirayə yaşayır, maddi vəziyyəti ağırdır. Uşağı təcili əməliyyat olunmalıdır lakin, cavabdehin uşağına qarşı laqeydliyi, uşağa çəkilən xərclərdə iştirak etməməsi, onun işləməməsi, maddi vəziyyətinin ağır olması səbəbindən o, uşağı əməliyyat etdirə bilmir və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh oğlunun müalicəsi ilə bağlı xərclərdə iştirak etməli, oğlunun müalicəsi ilə bağlı çəkilmiş xərclərin, əməliyyatı üçün lazım olan məbləğin yarısı ondan tutulmalı, həmçinin uşağın sağlamlığını, iddiaçının uşağa baxmağı ilə əlaqədar işləyə bilməməyini nəzərə alaraq, cavabdehdən hər ay sabit pul məbləğində əlavə pul tutulmalı və təyin edilmiş aliment məbləği artırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh oğlu X11 xəstəliyi ilə əlaqədar çəkilmiş xərclərin yarısı 25 (iyirmi beş) manat, oğlunun əməliyyatı üçün lazım olan məbləğin yarısı, cavabdehdən X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat alimentin, həmçinin sağlamlıq imkanları məhdud uşağı Cavabdeh daimi qulluq edilməsi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb edilməsi və bu məqsədlə ondan hər ay uşaq üçün 400 (dörd yüz) manat sabit pul məbləğinin tutulması və 50 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Cavabdeh oğlu X11 xəstəliyi ilə əlaqədar müayinə xərci-100 (yüz) manat məbləğin, oğlu Aminin əməliyyatı üçün lazım olan 3000 (üç min) manat məbləğin, cavabdehdən X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat alimentin, həmçinin sağlamlıq imkanları məhdud uşaqları X11 daimi qulluq edilməsi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb edilməsi və bu məqsədlə ondan hər ay uşaq üçün 400 (dörd yüz) manat sabit pul məbləğinin tutulması, cavabdehdən 200(iki yüz)manat məbləğində vəkilə ödədiyim vəsait və30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X8 ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Astara RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, Həsənov Amin xx.xx.2014-cü il tarixdə Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdür. İş materiallarında olan Nərimanov VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 238511 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi akt qeydləri kitabında xx.xx.2016-cı ildə 119 № ilə qeyd aparılmışdır. İş materiallarında olan X16 xx.xx.2020-ci il tarixli, 5221/20 №-li arayışından görünür ki, Amin Həsənov X6 - Bakı” MMC-nin tabeçiliyində olan “X19” klinikasında həkim müayinəsində olmuşdur. Spina bifida diaqnozu ilə xəstəyə hər iki ayaqda vətər uzadılması əməliyyatı təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin X2 sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 imkanları məhdud uşaqdır. İş materiallarına əlavə edilmiş X16 xx.xx.2020-ci il tarixli, 10956/20 №-li arayışından görünür ki,Amin Fuad oğluna ondan ötürüki o“X6 - Bakı” MMC-nin tabeçiliyində olan “X20” klinikasında hər iki ayaqda axil vətərinin, medial və lateral hemtringlərin uzadılması, sol ayaq biləyinin talonavikulyar artrodezi əməliyyatları olunmalıdır. Əməliyyat məbləği 3000(üç min ) manatdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsinə görə 200 manat məbləğində İsmayılbəyli və Partnyorları vəkil bürosuna ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş X16 ödəniş qəbzindən görünür ki, X11 həkim qəbulu üçün 50 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ciil tarixdən başlayaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməlidir. İddiaçının digər tələbi X11 müalicə xərci kimi 100 manat, ona daimi qulluq edilməsi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb edilməsi, əməliyyat üçün lazım olan 3000 (üç min) manat məbləğində pulun və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə iş materiallarında olan X11 həkim müayinəsinə dair sənədləri nəzərdən keçirərək hesab edir ki, Cavabdeh 50 manat məbləğində müayinə xərci, həmçinin hər ay sağlamlıq imkanları məhdud uşağa daimi qulluq edilməsi məqsədilə 50 manat əlavə xərc İddiaçı xeyrinə tutulmalıdır. Bundan əlavə hüquqi yardıma görə ödənilmiş məbləğin yarısı, yəni 100 manat və 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə,şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilsin, X11 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə xərc və müayinə xərci 50 (əlli) manat İddiaçı xeyrinə tutulsun. Hüquqi yardıma görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar