Məhkəmə qərarları › İş №2(005)-2499/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2499/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2499/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Kəmalə Əmirxanovanın sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Ərizəçi X5 nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi X5 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 1983-cü ildə ünvan 3-ə dair verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə X3 və Qiymətləndirməsinə aid pasportdakı X11 20.08.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindəki X10 ilə eyni şəxs olması faktınin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə İmişli rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1983-cü il tarixli Şəxsi Mülkiyyət Hüququ ilə X3 və Qiymətləndirməsinə aid pasporta əsasən ünvan 3 ona məxsus olmuşdur, həmin fərdi yaşayış evi 200,4 kv. metr torpaq sahəsinin üzərində yerləşməklə, 128,4 kv. metr olmuşdur, bununla belə həmin texniki pasportda qaralama olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İ saylı Bakı ərazi idarəsinə həmin sənədin əslinin ərizəçiyə göndərilməsi üçün müraciət etmişdir. Həmin İdarə tərəfindən verilmiş cavabdan görünür ki, ünvan 1 ünvanına dair X11 adına 1983-cü il tarixdə tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. Ərizəçi ilə X14 arasında qohumluq əlaqəsini təsdiq edən sənədlər (və yaxud alqı-satqı bağışlanma müqaviləsi vərəsəlik hüquq haqqında şəhadətnamə və s.) təqdim edildikdən sonra müraciətə yenidən baxılacaq. Bununla bağlı olaraq bildirmək istəyir ki, qeyd edilən texpasport ona verilmiş, onda olan nüsxəsində adın yazılan hissədə qaralama olmuşdur. Həmin əmlaka çıxarışın alınması üçün müraciət etmək üçün lazım olan sənədləri toplayarkən yuxarıda qeyd etdiyi qaralamaya diqqət yetirmişdir. Bununla bağlı olaraq qeyd etmək istəyir ki, heç bir notarius da Şəxsi Mülkiyyət Hüququ ilə X3 və Qiymətləndirməsinə aid pasportu təsdiq etmədiyindən təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilmir. Qeyd edilən texniki pasportda göstərilmiş X14 ilə o, X10 eyni şəxsdir. Qeyd edilən texniki pasport ondadır. Bununla belə özü də həmin ünvanda qeydiyyatdadır. Qeyd edilən texniki pasportun əsli elə ondadır. Həmin halı təsdiq edən sənədi başqa yolla ala bilmir, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi. Daş Karxanası, ev 168 -ə çıxarış almaq istəyir. 1983-cü ildə verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə X3 və Qiymətləndirməsinə aid pasportdakı X11 20.08.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindəki X10 ilə eyni şəxs olması faktınin müəyyən edilməsi əmlaka sənəd almaq üçün lazımdır. Məhkəmə iclasında ərizəçi X5 nümayəndəsi X4 ərizəsinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında ifadə verən şahid X7 Cəfərov Nüşrəvanın qonşusu olduğunu , onu 1967-ci ildən bəri tanıdığını onun ünvan 3 saylı evdə yaşadığını ifadəsində bildirdi. Şahid X1 ərizəçinin adının Nüşrəvan olduğunu, ünvan 3 saylı mənzildə həyat yoldaşı və 3 uşağı ilə birgə yaşadıqlarını, hal-hazırda isə Cəfərov Nüşrəvanın həmin mənzildə tək yaşadığını bildirdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X8 ünvanlanan məktubun surətindən görünür ki, ünvan 3 ünvanına dair X11 adına 1983-cü il tarixdə tərtib edilmiş texniki pasport İdarənin arxvində mövcuddur. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşdırılması və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, həmin texniki pasport X11 adınadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Ərizənin məzmunundan, habelə iş materiallarından aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün lazımdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi X5 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, ərizəçinin yuxarıda qeyd edilən ünvanda yaşaması həmin evə verilmiş texniki pasportun onun adına olması anlamına gəlmir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-310, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi X5 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar