Məhkəmə qərarları › İş №2(005)-2502/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2502/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2502/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi, yeni ekspertizanın keçirilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak Ekspert Mərkəzi "Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qiymətləndirmənin nəticəsinin ləğv edilməsi, yeni ekspertiza keçirilməsi, hərracın yenidən müəyyən edilmiş qiymət əsasında həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsinə əsasən, cavabdehlər "xxxx" MMC-dən, İddiaçı1 və X1 müştərək qaydada 52512 ABŞ dolları əsas borc, 5773,94 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 59285.84 ABŞ dolları və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ünvan 1 ünvanında, 8-ci mərtəbədə yerləşən 47,92 kv.m ümumi, 28,82 kv.m yaşayış, 19.1 kv.m yardımçı sahəsi olan 2 otaqlı, 56 nömrəli mənzilə, yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə edilən məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir. Qətnaməyə əsasən, 117375-1-9051 saylı, xx.xx.2013-cü il tarixli “Baş kredit razılaşması və 117375-1-9051/2 saylı xx.xx.2014-cü il tarxili “Kommersiya krediti müqavilələri ləğv edimişdir. Qətnamə icra edilməsi üçün Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İpoteka predmeti olan və ünvan 1 ünvanında, 8-ci mərtəbədə yerləşən 47,92 KV.M ümumi, 28,82 kv.m yaşayış, 19.1 kv.m yardımçı sahəsi olan 2 otaqlı, 56 nömrəli mənzilin cavabdeh tərəfindən qiymətləndirilməsi zamanı real bazar qiymətləri nəzərə alınmamışdır. Belə ki, qeyd edilən ərazidə, eyni otaqlı və şəraitli mənzillərin bazar qiyməti 85000 (səksən beş min) manat deyil, qat-qat çoxdur. Mənzilin bazar qiyməti ən azından 160000 (yüz altmış min) manat təşkil edir. Görünən budur ki, mənzilin dəyəri süni şəkildə azaldılıb ki, mənzil tez satılsın. Belə olduğu halda hüquqları pozulur və onlar demək olar ki, pulsuz və mənzilsiz qalırlar. Məhz bu səbəbdən həmin qiymətləndirmə rəyini qanunsuz və əsassız hesab edir. “Əmlak Ekspert Mərkəzi MMC tərəfindən aparılmış qiymətləndirmənin nəticəsi ləğv edilməli, yenidən ekspertiza təyin edilməli, hərrac mənzilin bu günə olan real bazar qiymətlərini əks etdirən qiymət əsasında davam etdirilməlidir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçılara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X5 bildirmişdir ki, iddiaçının məhkəmə iclasında iştirak etməməsi səbəbindən iddianın baxılmamış saxlanılmasına etiraz edir, işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, hazırki iddia tələbinin nə hüquqi, nə də ki, faktiki baxımından heç bir əsası yoxdur və bu səbəbdən hazırki iddia tələbi təmin oluna bilməz. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-8509/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı3 apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-786/2018 saylı qərarı ilə cavabdeh İddiaçı3 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-8509/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən 47,92 kv.m. ümumi, 28,82 kv.m. yaşayış, 19,1 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 56 nömrəli mənzilin ilkin satış qiyməti məhkəmə qərarları ilə artıq müəyyən olunmuşdur. Müstəqil qiymətləndirici uƏmlak Ekspert Mərkəzi" MMC-nin 04 aprel 2017-ci il tarixli ƏEM/A 07-452/17 saylı qiymətləndirmə rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 47.92 kv.m. ümumi, 28,82 kv.m. yaşayış, 19,1 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 56 nömrəli mənzilin real bazar dəyəri 85.000 manat təşkil edir. Borclu tərəf apellyasiya və kassasiya şikayətləri verərək, ipoteka predmetinin ilkin satış qiymətini məhkəmə qaydasında artıq mübahisələndirmiş, lakin şikayətləri təmin olunmamış ve mehkeme qerarı qanuni qüvvəsini alaraq icraya yönoldilmişdir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qaydasında artıq müəyyən olunmuş, borclular tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və bununla əlaqədar olan məhkəmə qərarı qanuni qüvvədədir. Hazırki iddia tələbinin əsasını ipoteka predmeti olan və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən 47.92 kv.m. ümumi. 28,82 kv.m. yaşayış, 19,1 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 56 nömrəli mənzilin qiymətləndirilməsi zamanı cavabdeh "Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən daşınmaz əmlakın real bazar qiymətinin nəzərə alınmaması təşkil edir. İddiaçılar hesab edir ki, mənzilin bazar qiyməti ən azı 160.000 manat olduğundan ilkin satış qiyməti də həmin məbləğdə müəyyən olunmalıdır. Birincisi, iddiaçıların iddia ərizəsində qeyd etdikləri kimi ipoteka predmetinin real bazar qiymətinin 160.000 manat dəyərində olması iş materialları ilə sübut olunmur və buna dair iş materiallarında heç bir sübut mövcud deyil. İş materiallarında olan və sübut kimi məhkəmələr tərəfindən qəbul olunmuş müstəqil qiymətləndirici "xxxx" MMC-nin 04 aprel 2017-ci il tarixli ƏEM/A 07-452/17 saylı qiymətləndirmə rəyinə əsasən mübahisəli mənzil 85.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin iddiaçılar iddia ərizəsində qeyd etdikləri kimi, guya ipoteka predmetinin real bazar qiymətinin 160.000 manat dəyərində olmasını təsdiq edən hər hansı sübut belə iddia ərizəsinə əlavə etməmişdilər. İkincisi, iddiaçıların iddia ərizəsində qeyd etdikləri kimi ipoteka predmetinin ilkin satış qiymətinin real bazar qiyməti ilə müəyyən olunması həm hüquqi, həm də ki, faktiki baxımından tam əsassız və qanunsuzdur. Göründüyü kimi, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyinə əsasən açıq hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən aparılmış qiymətləndirmənin nəticəsinin ləğv edilməsi" hissəsində iddia qeyri-müəyyəndir. Belə ki, iddia tələbinin həmin hissəsindən iddiaçıların Cavabdeh1 MMC-nin hansı tarixli və hansı nömrəli qiymətləndirmə rəyinin ləğv edilməsinin məhkəmədən xahiş etmələri müəyyən olunmur. Eyni zamanda, iddiaçılar tərəfindən mübahisələndirilən qiymətləndirmə rəyi, həmçinin iddia tələbinin əsası kimi istinad etdiyi faktlar və hallar, onları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunmamışdır. İkincisi, hazırki iddia tələbinin əsas məqsədi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qərarının icrasının və ümumilikdə, ədalət mühakiməsinin həyata keçirilməsinin qarşısını alınmasından ibarətdir. Belə ki, iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə məhkəmə baxışı zamanı cavabdeh tərəf iddianı qismən qəbul edilməsinə baxmayaraq, müxtəlif əsassız ərizə, vəsatətlər, şikayətlər verərək, prosessual hüquqlarından sui-istifasə edərək, məhkəmə prosesinin süni şəkildə uzadılmasına çalışmış və bu qanunsuz hərəkətləri nəticəsində, birinci instansiya məhkəməsi tərəfindən cərimələnmişdir. Bütün bunlar onu göstərir ki, hazırki iddia həm hüquqi, həm faktiki cəhddən əsassızdır, ədalət mühakiməsinin həyata keçirilməsinin süni şəkildə uzadılması məqsədini daşıyır və bu da öz növbəsində, kreditor olan Bankın və məhkəmələrin əlavə vaxt itkisi ilə nəticələnir. Göstərilənlərə əsasən hesab edirik ki, iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur, iddia tam əsassızdır, ona görə də, təmin oluna bilməz. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsinə əsasən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Ağabkbər oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMCdən, İddiaçı1 və X1 müştərək qaydada 52512 ABŞ dolları əsas borc, 5773,94 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 59285.84 ABŞ dolları və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ünvan 1 ünvanında, 8-ci mərtəbədə yerləşən 47,92 kv.m ümumi, 28,82 kv.m yaşayış, 19.1 kv.m yardımçı sahəsi olan 2 otaqlı, 56 nömrəli mənzilə, yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə edilən məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8509/2017 nömrəli, 12 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətinə əsasən cavabdeh İddiaçı3 apelyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-786/2018 nömrəli, 12 fevral 2018-ci il tarixli qərarın surətinə əsasən cavabdeh İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8509/2017 nömrəli, 12 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsinin surətindən görünür ki, Əmlak Ekspert Mərkəzinin 04 aprel 2017-ci il tarixli ƏEM/A 07-452/17 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında, 8-ci mərtəbədə yerləşən 47.92 kv.m ümumi, 28,82 kv.m yaşayış, 19.1 kv.m yardımçı sahəsi olan 2 otaqlı, 56 nömrəli mənzilin 04 aprel 2017-ci il tarixə real bazar dəyəri 85000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Ağabkbər oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, İddiaçı1 və X1 müştərək qaydada 52512 ABŞ dolları əsas borc, 5773,94 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 59285.84 ABŞ dolları və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ünvan 1 ünvanında, 8-ci mərtəbədə yerləşən 47,92 kv.m ümumi, 28,82 kv.m yaşayış, 19.1 kv.m yardımçı sahəsi olan 2 otaqlı, 56 nömrəli mənzilə, yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə edilən məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin məcburi qaydada boşaldılması qət edilmiş, bu qətnamədən verilmiş apellyasiya və kassasiya şikaytləri təmin edilməmişdir. Bu da öz növbəsində qeyd edilən halın preyudisial əhəmiyyət daşıdığını dəlalət edir və bu səbəbdən hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-902/2017 saylı qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən ekspert rəyi həmin qətnamə ilə mötəbər sübut kimi qiymətləndirilmiş və mübahisəli fərdi yaşayış evinin ilkin satış qiyməti 85.000 manat məbləğində müəyyən edilmişdir. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən ekspert rəyinə, o cümlədən onun əsaslı olub-olmamasına hüquqi qiymət verilmiş və mübahisəli mənzilin ilkin satış qiyməti müəyyən edilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi, yeni ekspertizanın keçirilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi, yeni ekspertizanın keçirilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar