Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2505/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 1937 nömrəli məhəllə, Əliyar Əliyev küçəsi, 8 nömrəli evin 200 nömrəli mənzilinə köçürülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, 1937 nömrəli məhəllə, Əliyar Əliyev küçəsi 8 nömrəli evin 200 nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937 nömrəli məhəllə, Əliyar Əliyev küçəsi 8 nömrəli evin 200 nömrəli mənzili (KOSMOS yaşayış kompleksi) X2 məxsus olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1129/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X3 ilə onun arasında barışıq sazişi təsdiq olunmuşdur. Barışıq sazişinin şərtlərinə əsasən o X1 150.000 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin tələb edilməsindən imtina edir, X3 isə 9632 nömrəli xx xxxxx 2009-cu il tarixli müqavilə əsasında ona məxsus olan ümumi sahəsi 135.02 kv.metr olan 3 otaqlı Bakı şəhəri, Nərimanov rayonu, 1937 nömrəli məhəllə, Əliyar Əliyev küçəsi 8 nömrəli evin 221 nömrəli mənzilini (yeni ünvan 200 nömrəli mənzil) (KOSMOS yaşayış kompleksi) onun adına rəsmiləşdirməyi öhdəsinə götürür. Qərardad icraya yönəldilmiş və xx xxxx 2020-ci il tarixli akta əsasən mənzil ona təhvil verilmişdir. Əslində, akt imzalanarkən X3 həmin mənzildə heç kəsin yaşamadığını bildirmiş, ona görə də o mənzilin təhvil-təslimi barədə akta imza etmişdir. Lakin sonradan mənzili təhvil almaq üçün getdikdə binanın komendantı həmin mənzilin etibarnamə əsasında Cavabdeh məxsus olduğunu bildirmişdir. Bundan sonra o qeyd olunan məsələni aydınlaşdırmaq üçün X3 ilə əlaqə saxlamaq istədikdə, onun telefonuna zəng çatmamışdır. Beləliklə, o müqavilə əsasında ona məxsus olan mənzilə köçə bilmir. Cavabdeh da həmin mənzilin guya X3 tərəfindən ona satıldığını bildirərək, həmin mənzildən çıxmaqdan imtina edir. Lakin cavabdehin mənzilin ona məxsus olması barədə heç bir sübutu yoxdur. Cavabdeh hazırda ona məxsus olan mənzildən çıxmaqdan imtina edir. Cavabdeh şəxsin ona məxsus mənzildə qalması və tərk etməməsi onun hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi, qanunvericilik normaları da mülkiyyətçinin hüquqlarının müdafiə edir. Hesab edir ki, cavabdehin mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə ona mane törətməsi qanunsuzdur. Bu onun mülkiyyət hüquqlarını pozur. Ona görə də hesab edir ki, o müqavilə əsasında ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 1937 nömrəli məhəllə, Əliyar Əliyev küçəsi 8 nömrəli evin 200 nömrəli mənzilinə köçürülməli və Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina edərək, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan İmtina etmə yazılı formada ifadə edilməlidir; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir, iddiaçının iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddia tələbindən imtina edilmə məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtinanın qanuna zidd olması, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilmədiyindən qəbul edilməli və mülki işin icraatına xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2505/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2505/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver