Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2513/2020 16.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi İsmayılova Zəhraxanım Şahin qızının katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb edilməklə fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində təyin edilmiş qəyyumun dəyişdirilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb edilməklə fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində təyin edilmiş qəyyumun dəyişdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalı, iddiaçıya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2005-ci il tarixli 2-3499/05 saylı qətnaməsi ilə 14.03.1978-ci ildə Ermənistan SSR Spitak rayonunda anadan olmuş fəaliyyət qabiliyyəti olmayan şəxs x1 üzərində təyin edilmiş qəyyumu-qardaşı Ərizəçi1 dəyişdirilərək, bacısı Ərizəçi2 onun üzərində qəyyum təyin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MM-nin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası MM-nin 35.3-cü maddəsinə əsasən qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən məsələyə baxılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb edilməklə fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində təyin edilmiş qəyyumun dəyişdirilməsi tələbinə dair ərizənin qəbulundan imtina edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Nərimanov İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməyi və müraciətə baxılmaqdan imtina edildiyi halda həmin orqanın hərəkətlərindən İnzibati Məhkəməyə şikayət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2513/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2513/2020
16.07.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver