Məhkəmə qərarları › İş №2(005)-2522/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2522/2022

27.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2522/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı hüquqi varisi X4 iştirakı ilə, İddiaçı Cavabdehna ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna ərizənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.11.2020-ci il tarixdə verdiyi ərizənin etibarsız yaxud ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 27.11.2020-ci il tarixdə verdiyi ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X5 31.10.2020-ci il tarixdə rəhmətə getmişdir. Ölümündən bir neçə gün sonra, daha dəqiq 27.11.2020-ci il tarixdə miras məsələləri ilə bağlı hazırki gəlini Zərifə Tağıyeva ilə birlikdə 9 saylı notariat kontoruna getmişdir. Hansı səbəbdən getdiyini soruşduqda, Zərifə ona oğlunun vərəsəsi kimi ərizə verməli olduğunu bildirmiş və bundan sonra ona bir neçə sənəd verdilər və o da latın hərflərini bilmədiyinə görə oxumadan imzalamışdır. Sonra birlikdə evə qayıtmışlar. Oğlunun yasının qırx mərasimindən sonra bir neçə qohumlarla məsləhətləşəndə bu notariusda imzaladığı sənədi göstərəndə qohumlarından bir neçə nəfəri ona bu sənədin oğlundan ona qalası mirası nəvəsi X1 xeyrinə imtina etməyi barədə olduğunu bildirdilər. O, isə bunun belə olmadığını, gəlini onu notariusa varis kimi qəbul edilməyi barədə müraciət etməli olduğunu bildirərək şəxsən özü apardığını bildirmişdir. Vəziyyətin belə olduğunu bildikdə dərhal cavabdeh 9 saylı Notariat kontoruna müraciət etmiş ki, latın hərflərini bilmədiyindən ərizənin mahiyyətini başa düşmədən imzalamışdır. Cavabdeh orqan isə bunun üçün yalnız məhkəməyə müraciət etməli olduğunu elan etdilər. Məhkəmə iclasında İddiaçı hüquqi varisi X6 iddia ərizəsinə və ona əlavəyə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, şahid ifadəsin dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, tibb bacısıdır və mərhum İddiaçı uzun müddət qulluq etmişdir. İddiaçı xəstə idi, son zamanlar yaddaşında problemlər var idi və həmçinin bir gözü görmürdü. Bundan başqa İddiaçı latın həriflərin bilmirdi, yalnız kiril qrafikasını bilidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri 9 saylı notariat ofisində tərtib edilmiş 27.11.2020-ci il tarixli, **********725 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı 31.10.2020 ildə ölmüş X2 irs qalmış (yaşayış (ev. mənzil və otaq), qeyri yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qızı X1 xeyrinə imtina etmişdir. İmza qrafasında soyadı kiril həriflərlə yazılmışdır. Abşeron 2 saylı Notariat Ofisinin arayışından görünür ki, İddiaçı vərəsəlik işi ilə əlaqədar olaraq X6 mirasın qəbulu ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 15.12.2021-ci il taridə ölmüşdür. Məhkəmə mülki işin materiallarında müəyyən edir ki, İddiaçı oğlu Rövşən Səfərov 31.10.2020-ci il tarixdə rəhmətə getmişdir. Ölümündən sonra 27.11.2020-ci il tarixdə miras məsələləri ilə bağlı gəlini Zərifə Tağıyeva ilə birlikdə 9 saylı notariat kontoruna getmişdir. Hansı səbəbdən getdiyini soruşduqda, Zərifə ona oğlunun vərəsəsi kimi ərizə verməli olduğunu bildirmiş və bundan sonra ona bir neçə sənəd verdilər və o, da imzalamışdır. Oğlunun yasının qırx mərasimindən sonra bir neçə qohumlarla məsləhətləşəndə bu notariusda imzaladığı sənədi göstərəndə qohumlarından bir neçə nəfəri ona bu sənədin oğlundan ona qalası mirası nəvəsi X1 xeyrinə imtina etməyi barədə olduğunu bildirdilər. Vəziyyətin belə olduğunu bildikdə dərhal cavabdeh 9 saylı Notariat kontoruna müraciət etmiş ki, latın hərflərini bilmədiyindən ərizənin mahiyyətini başa düşmədən imzalamışdır. Cavabdeh orqan isə bunun üçün yalnız məhkəməyə müraciət etməli olduğunu elan etdilər. Məhkəmə qeyd edir ki, şahid ifadəsində İddiaçı latın qrafikasın bilmədiyini qeyd etmiş və Bakı şəhəri 9 saylı notariat ofisində tərtib edilmiş 27.11.2020-ci il tarixli ərizənin surətindən görünür ki, mərhum İddiaçı imza qrafasında soyadını kiril həriflərlə yazmışdır. Məhkəmə qeyd edir ki, notariat ofisində ərizə latın qrafikasında tərtib olunduğundan və mərhum İddiaçı latın qrafikasını bilmədiyi üçün tərcümə dəvət olunaraq mərhum İddiaçı ərizənin mətni tərcümə edilərək, izah edilməli idi. Göründüyü kimi, mərhum İddiaçı latın qrafikasını bilməməyindən və həmçinin ahıl yaşda olmasından istifadə edilərək, mərhum İddiaçı güman etdiyi ərizəyə deyil, digər ərizəyə imza atmışdır. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.https://www.e-qanun.az/framework/46944 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı notariat ofisində tərtib edilmiş və İddiaçı tərəfindən imzalanmış 27.11.2020-ci il tarixli, **********725 nömrəli ərizə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar