Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2523/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “xxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı “iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və “xxxxxxxxx” MMC-yə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019- cu il tarixli, B-266/19 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi və onun Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m. yaşayış sahəsi 156,50 kv.m. olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.100 manat olmaq şərti ilə, cəmi 189.409 manatı xx.xx.2019-cu il tarixdə Cavabdeh2 Mənzil Tikinti Kooperativinin hesabına tam məbləğdə ödəməsi və həmin mənzil üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsi, ”Cavabdeh2” Mənzil Tikinti Kooperativinin “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi, bu əmrin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh2 Mənzil Tikinti Kooperativinin xx.xx.2019-cu il tarixli 02 əmrinin 1-ci bəndinin də qüvvəsini itirmiş hesab edilməsi, “xxxxxxxxx” MMC və Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, B-266/19 müqavilə şərtlərinə (öhdəliyinə) əməl edilməsi və ünvan 1 ünvanında inşa olunan girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilin İddiaçı (tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsi, “xxxxxxxxx” MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeniyaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirməsi və bu hüququn maneəsiz, sərbəst şəkildə realizə edilməsinin təmin edilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehlərdən alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı “İddiaçı cavabdehler Cavabdeh2 MTK-ya və “xxxxxxxxx” MMC-yə qarşı iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli, 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi tələbinə dairiş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək, 2(005)- 2523/2020 saylı mülki işin hakim V.Quliyevin icraatında olan 2(005)-2458/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-2523/2020 nömrəlimülkiişhəmin Məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMCyə və Cavabdeh2nə qarşı “iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırkimülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə şin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-2523/2020 nömrəliişhəmin Məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı “iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırkimülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(005)-2458/2020 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı “iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2523/2020 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan 2(005)-2458/2020 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin, birləşdirilmiş iş üzrə 2(005)-2458/2020 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2523/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2523/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver