Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2538/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 oglunun cavabdeh "Cavabdeh" MTK-ya və müstəqil tələblər irəli sürməyən 3-cü şəxs “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh" MTK-ya və müstəqil tələblət irəli sürən 3-cü şəxs “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı1 arasında 28 yanvar 2019-cu il tarixli bağlanmış A- 215/11 saylı alqı-satqı müqaviləsi üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,67m2, yaşayış sahəsi 60,80 m2 izolə olunmuş 2 (iki) otaqdan ibarət A04 saylı mənzilin cavabdeh tərəfindən dərhal və qeyd-şərtsiz İddiaçı1; Cavabdeh MTK ilə İddiaçı2 arasında 04 fevral 2019-cu il tarixdə bağlanmış A-167/11 saylı alqı-satqı müqaviləsi üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97m2, yaşayış sahəsi 66,40 m2 izolə olunmuş 2 (iki) otaqdan ibarət A04 saylı mənzilin İddiaçı2 naturada təhvil verilmələri, ödənilmiş ümumilikdə 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq hər bir iddiaçıya ayrılıqda 30 və 30 manat pulun ödənilməsi eləcədə etibarnamələrə ödənilmiş ümumilikdə 23 manat rüsumun cavabdehdən tutularaq hər bir iddiaçılara ayrılıqda 11,5 və 11,5 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə 12.07.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh" MTK-ya və müstəqil tələblət irəli sürən 3-cü şəxs “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2538/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2538/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver