Məhkəmə qərarları › İş №2(005)-2546/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2546/2021

30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2546/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MTK Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə, Cavabdeh ilə bağlanmış 12 mart 2018-ci il tarixli müqavilənin etibarsız sayılması, etibarsızlığı ilə bağlı nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətinin bərpa edilməsi, yəni əsassız olaraq əldə edilmiş mənzillərdən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK iddia tələbini onunla əsaslandırmışdır ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma qaydalarına cavab verməyən Nərimanov rayonu üzrə 11301 nəfərin yaşadığı 3028 mənzildən ibarət 210 yaşayış binasının sökülməsi və yenidən qurulmasını ərazi və ya ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə torpağın tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarayə verilməsi müəyyənləşdirilmişdir. Bu məqsədlə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma qaydalarına cavab verməyən binalardan biri olan Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən tikili Nərimanov Rayon İcra Hakimiyyəti ilə “Qaranti-İnşaat 2012" MMC (iddiaçının hüquqi varisi) arasında bağlanmış 18.08.2017-ci il tarixli müqavilə və 11.08.2017-ci il tarixli 340 saylı Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə iddiaçı hüquqi şəxsə həvalə edilmişdir. Bununla əlaqədar olaraq Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin sökülməsi məqsədi ilə həmin mənzildə yaşayan şəxslərə məlumat verilmiş və özünü mülkiyyətçi kimi təqdim edən Cavabdeh ilə 12 mart 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə, cavabdehə məxsus olduğu iddia edilən 2 otaqlı, 58 kv.m sahəsi olan mənzil üçün cavabdehə 20% əlavə sahə verilməklə, XİV mərtəbədə tam təmirli, bir ədəd 63,4 kv.m sahəsi olan 2 otaqlı və XV mərtəbədə yenə 63,4 kv.m sahəsi olan 2 otaqdan ibarət mənzillərin verilməsi öhdəliyi iddiaçı tərəfindən öz üzərinə götürülmüşdür. Cavabdeh də öz növbəsində qəzalı vəziyyətdə elan mənzilini sökülməsi üçün iddiaçıya vermişdir. Lakin cavabdeh ilə müqavilə bağlanan zaman o, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən. Mil seriyalı ******* nömrəli çıxarışın surətini təqdim etmiş və əslinisonradan təqdim edəcəyi əsası ilə iddiaçıda inam yaratmış və qazanılan etibardan istifadə edərək müqavilənin bağlanmasına nail olmuşdur. Bu prosesdən sonra, X7 adlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus mənzilin qanunsuz olaraq sökülməsinə görə iddiaçıdan kompensasiyanın tutulmasını xahiş etmişdir. Həmin iş üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus olduğu iddia edilən mənzil cavabdehin kredit öhdəliyinin təminatı kimi “NİKOYL” X3 ipoteka yüklülüyündə olmuşdur. Cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etmədiyindən kredit borcunun tutulması mənzilə yönəldilməklə həyata keçirilmiş və sözügedən mənzil hərracda bank tərəfindən alınmışdır, bu fakt hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-457 nömrəli yekun Protokol ilə də təsdiqlənir. Bankın mənzil üzərində mülkiyyət hüququ 17 mart 2015-ci il tarixdə qeydə alınmış və RX seriyalı ******* nömrəli çıxarışla da müəyyən olunur. Daha sonradan bank mənzili 09 iyul 2015-ci il tarixdə X1 və sonuncunun mənzilə dair mülkiyyət hüququ 14 iyul 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, mülkiyyət hüququna dair RX seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Yuxarıda da qeyd etdiyim kimi “Qaranti-İnşaat 2012’' MMC-nin (VÖEN:**********) Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin mülkiyyətçisinin X7 olması barədə məlumat yalnız məhkəmə prosesi zamanı iddiaçıya məlum olmuşdur.X5 iddiası üzrə başlanmış mülki işdə "xxxx" MMC qarşılıqlı iddiaçı kimi, X6 və Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, M.Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə Cavabdeh ilə bağlanmış 12 mart 2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqavilənin yeni mülkiyyətçi X7 ilə bağlanılaraq, ona 72 kv.m sahəsi olan mənzil və aylıq 350 manat kirayə haqqı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(005)-1307/2019 saylı qətnaməsi ilə X5 iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. Həmin qətnamədən həm ilkin iddiaçı, həm də qarşılıqlı iddia üzrə cavabdeh olan Cavabdeh ayrılıqda apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)- 667/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019- cu il tarixli 2(005)-1307/2019 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddianın ilkin iddiaçıdan başqa, əlavə olaraq Cavabdeh qızma qarşı verilməsini əsas gətirərək ərizəni baxılmamış saxlamışdır. Eyni zamanda, məhkəmə kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)- 667/2020 saylı qətnaməsi ilə X5 apelyasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia qismən təmin edilərək “Qaranti-İnşaat 2012“ MMC-dən 154675 manat məbləğində pulun ilkin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilkin iddiaçı X7 və qarşılıqlı iddiaçı "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmiş, lakin AR Ali Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(102)-5756/2020 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddiaçı "xxxx" MMC-nin iddiasını əsaslı hesab etsə də, ilkin iddiaçıdan əlavə şəxsə qarşı yönəldiyindən baxılmamış saxlamışdır. Buna görə də, hazırda iddiaçını aldatmaqla müqavilə bağlanmasına nail olmuş, Cavabdeh qarşı eyni tələblə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd etdiyi kimi mənzilin faktiki və hüquqi olaraq X6 məxsusluğu sonuncunun iddiası ilə başlanmış məhkəmə mübahisəsindən sonra bəlli olmuşdur. Həmin mülki iş üzrə yekun məhkəmə aktı 23 noyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Nəticədə, hazırki iddiaçı "xxxx" MTK üçün yenidən iddia ərizəsi ilə müraciət etmə imkanı yaranmışdır. Bir daha qeyd edir ki, cavabdeh sökülməli olan mənzilin ona məxsusluğu barədə çıxarış təqdim etməklə iddiaçını aldatmış və müqavilənin onunla bağlanmasına nail olmuşdur. Mənzilin hüquqi və faktiki mülkiyyətçisi həmin mənzildə olmadığından və yalnız mənzil söküldükdən sonra məhkəməyə müraciət edən zaman ortaya çıxdığından həqiqət sonradan müəyyən olmuşdur. Bundan başqa araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin əsas tutduğu Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 12.07.2006-cı il tarixli 347 nömrəli sərəncamı da AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilməmiş və həmin sərəncam əsasında 08.08.2006-cı il tarixi Çıxarışla mənzilin sahəsi 60 kvm müəyyən edilmişdir. Bu fakt özü də sübut edir ki, cavabdehin yalnız 60 kvm sahəsi olmuş, həmin sahə isə sonrada Orxan Məmmədova məxsus olmuşdur. Bu halın özü də onların aldadılmamığına sübut edir. Tərəflər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmişlər, lakin Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 24 sentyabr 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh nümayəndəsi və və vəkili Vəkil2 08 iyul 2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı "Qaranti-İnşaat-2012” MTK Cavabdeh qarşı iddia ilə məkhəməyə müraciət edərək 12.03.2018-ci il tarixli müqavilənin etibarsız sayılması və mənzildən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə tanış olduqdan sonra belə qənaətə gəlir ki, iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, ünvan 1 ünvanda yerləşən həyət evi cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Daha sonra həmin ev "Nikoyl" İKB-də ipoteka ilə yüklü edildiyinə görə məhkəmə qətnaməsi ilə 29 12.2014-cü il tarixdə açıq hərracda banka satılmış və 09.06.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətinə keçmişdir Bu məsələ vaxtında tərəfindən və həmin mənzildə yaşayan digər bacıları tərəfindən mubahisələndirilsə də heç bir nəticə əldə olunmamışdır. Yalnız sonuncu dəfə bacısı X2 məhkəməyə müraciətinin nəticəsi olaraq Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 11847/2017 saylı 13.12.2017-ci il tarixli qətnaməsi ilə o, ünvan 3liyə köçürülmüşdür. Həmin qətnamədən kassasiya şikayəti verilsə də dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, həmin qətnamə icra olunmuş və bacısı həmin ünvana köçürülmüşdür. Qətnamə icra edildikdən sonra bacısı Xavər Mustafayevadan başqa həmin ünvanda digər bacıları İlhamə Mustafayeva, Zivər Mustafayeva və cavabdeh özü ailəliklə köçüb yaşamışlar. Onu da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11847/2017 saylı, 13.12.2017-ci il tarixli qətnaməsi ilə köçürüldükləri ünvan, yəni ünvan 3linin X5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı həyət evinə heç bir aidiyyəti yoxdur. Belə ki, qanuni qüvvəyə minmiş həmin qətnamədə qeyd olunur ki, 2 otaqlı tikiliyə köçürülmə barədə tələb əsaslıdır. Belə ki, ipoteka predmeti 31 nömrəli yaşayış evidir, həmin ev 3 otaqlıdır. 2 otaqlı tikili 31 nömrəli evin tərkib hissəsi deyil, ondan kənarda yerləşir. Əgər tərkib hissəsi olsaydı cavabdehlər bunu təsdiq edən texniki pasportu və ya digər sənədi məhkəməyə təqdim edərdilər. Cavabdeh “Nikoyl” İKB apelyasiya şikayətində 2 otaqlı tikilini “qanunsuz tikili" adlandırıb, bununla da etiraf edib ki, 2 otaqlı tikili 31 nömrəli evin tərkib hissəsi deyil”. Məhkəmə qətnaməsində, həmçinin qeyd olunur ki, “1-ci instansiya məhkəməsində yerində müayinə zamanı müəyyən olunmuşdur ki, 31 nömrəli 3 otaqlı fərdi yaşayış evi ilə 2 otaqlı tikili eyni həyətdə yerləşir, həyətə giriş ümumi olmaqla bir yerdəndir. Onların eyni həyətdə yerləşməsi 2 otaqlı tikilinin 31 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsində yerləşməsi mənasını vermir. Hər hansı tikilinin yerləşdiyit yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi həmin tikilinin texniki pasportu və digər bu kimi sənədlərlə müəyyən olunur. Cavabdeh tərəf məhkəməyə belə sənəd təqdim etməyib”. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, 2 otaqlı tikilinin ipoteka predmeti olan və X5 mülkiyyətində olan 31 nömrəli yaşayış evinə heç bir aidiyyəti yoxdur. Hətta 2 otaqlı tikili 31 nömrəli yaşayış evinə aid olan torpaq sahəsində də yerləşmir. Bundan başqa, Nərimanov Rayon İcra Hakimiyyətinin 12 07.2006-cı il tarixli 347 saylı sərəncamı ilə təsdiq olunmuş və 53 saylı MKİS tərəfindən tərtib olunmuş eskiz planından da görünür ki, 2 otaqlı tikilinin Orxan Məmmədovun mülkiyyətində olan 31 nömrəli 3 otaqlı yaşayış evinə heç bir aidiyyəti yoxdur. Həmin sərəncamda Cavabdeh yaşadığı ünvan ünvan 2unmuşdur. X9 çıxarışında isə 31 saylı ev qeyd olunub. Sərəncamda, həmçinin yaşadığı evin ümumi sahəsi 194,5 kv metr kimi qeyd olunmuşdur. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11847/2017 saylı, 13 12.2017-ci il tarixli qətnaməsi ilə köçürüldüyü ünvanın (ünvan 3li) əvəzində cavabdehə İddiaçı MMC tərəfindən 46-31/18 saylı 12.03.2018-cı ıl tarixli müqaviləyə əsasən 2 ədəd 63,4 kv metrdən ibarət 2 otaqlı mənzil təqdim olunmuşdur. Həmin müqavilədən də bunu açıq-aşkar görmək mümkündür. Belə ki, müqavilədə mülkiyyətində olan 2 otaqlı 58 kv metr mənzilin əvəzində cavabdehə 2 ədəd mənzilin verilməsi göstərilib. Halbuki, X5 mülkiyyətində olan evin ümumi sahəsi isə 30 kv metr, otaqlarının sayı 3-dür. Bundan başqa, sual oluna bilər ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11847/2017 saylı 13.12.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin bacısı X4 ünvan 3liyə köçürüldüyü halda, nəyə görə İddiaçı MMC ilə mənzillərin təhvil-təslimi və alğısatqısına dair müqavilələr cavabdehlə, yəni Cavabdeh ilə bağlanılmışdır. Hesab edir ki, bu iş üçün əhəmiyyətli bir hal deyildir. Çünki həmin dövrdə müqavilə tərtib edilərkən '‘Qaranti- İnşaat-2012” MMC tərəfindən bacılardan hər hansı birinin adına müqavilə bağlanıla biləcəyi bildirilmişdi. Cavabdeh və digər bacıları İlhamə Mustafayeva, Zivər Mustafayeva və Xavər Mustafayeva ünvan 4 ünvanda yerləşən 2 otaqlı tikilidə birlikdə yaşadıqlarından, yeni tikilən binada hər iki mənzilin cavabdehin adına rəsmiləşdirilməsini aralarında razılaşdırmışlar. Ona görə də müqavilələr cavabdehlə İddiaçı MMC arasında bağlanmışdır. Qeyd olunanlardan əlavə, iddiaçı “Qaranti-İnşaat-2012" MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi 31 saylı ünvanda yerləşən evin əvəzləşdirilməsi məqsədilə Cavabdeh ilə bağlanmış 12.03.2018-ci il tarixli müqavilənin etibarsızlığını tələb etsə də, iddia ərizəsində qeyd etdikləri əsaslı olsa da belə onun tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürülmüşdür. İddiaçı MTK-nın Cavabdeh qarşı 12.03.2018-ci il tarixli müqavilənin etibarsız sayılması və mənzildən çıxarılma barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.07.2006-cı il tarixli, 347 №-li Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının Sərəncamından görünür ki, Nərimanov rayon İcra hakimiyyətinin Mənzil məsələləri üzrə ictimai komissiyasının M.Sənani küçəsindəki 31 X?li evin 1 № -li mənzilinə dair 10.07.2006-cı il tarixli aktı təsdiq edilmiş (akt işə əlavə olunur).M.Sənani küçəsindəki 31 №-li evin 1 jYo-li mənzilinin ümumi sahəsi 194,5 kv.m, yaşayış sahəsi 91,5 kv.m, köməkçi sahəsi isə 103,0 kv.m olmaqla 5 otaqlı hesab edilsin. Sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılması 53 saylı MKİS-nə tapşırılmış, Sərəncamın 2-ci bəndinə uyğun olaraq, vət. N.MMustafayevanın adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi idarəsinə tövsiyə olunmuş, Sərəncamın surətlərinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinə, 53 saylı MKİS-nə və vət. Cavabdeh göndərilməsi aparatın ümumi şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan 46-31/2018 saylı, 12 mart 2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı MMC Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 mənzil 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 58 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə “E” girişində 14-cü mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli bir ədəd 63,4 kv metr olan 2 otaqlı və 15-ci mərtəbədə 63,4 kv metr olan 2 otaqdan ibarət mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində istifadədə olan 0,9448 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi,- kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı- nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət rüyüstrində 137 nömrəli reyestr kitabının 12874 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 31 mənzil - X5 adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(005)1307/2019 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idcıa üzrə cavabdeh X5 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMCyə qarşı "vurulmuş ziyana görə kompensasiyanın verilməsi" tələbinə dair ilk iddiası təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X6 və Cavabdeh qarşı "müqavilənin etibarsız sayılması vo həmir müqavilənin yeni mülkiyyətçi ilə bağlanaraq ona mənzil və aylıq kirayə haqqı verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, ünvan 5 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə "Qarantı İnşaat-2012' MMC ilə Cavabdeh arasında bağlanmış 12.03.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməsi ünvan 6 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə "xxxx" MMC ilə X7 arasında yeni müqavilə bağlanılması,Həmin müqavilə əsasında X6 ünvan 7 ünvanında yerləşən mənzilin əvəzində “Qaranti İnşaat- 2012 MMCnin maddi vəsaiti hesabına həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında sahəsi 72 kv.m olan tam təmırli mənzilin verilməsi və həmin mənzilə köçürülənədək X6 350 manat kirayə haqqının ödənilməsi “Qaranti İnşaat-2012" MMC-yə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(03)- 67/2020 saylı 21 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 apelyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(005)- 307/2019 nömrəli qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və iddia qismən təmin edilməsi, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 154.675(yüz əlli dörd min, altı yüz yetmiş beş) manat tutularaq X6 verilməsi,iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(03)- 667/2020 saylı 21 fevral 2020-ci il tarixli qərarından görünür ki,qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Həmid oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(005)-1307/2019 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollekiyasının 23 noyabr 2020-ci il tarixli 2(102)-5756/2020 saylı qərarından görünür ki, İddiaçı X7 və cavabdeh “Qaranti lnşaat-2012" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-667/2020 nömrəli iş üzrə 21 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollekiyasının 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.07.2017-ci il tarixli qətnaməsi qismən – ünvan 8 ünvanında yerləşən 2 otaqlı tikilinin boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi və əşyaların qaytarılması hissəsində ləğv edilməsi və əşyaların qaytarılması barədə tələbinin rədd edilməsi, həmin qətnamənin X2 ünvan 6 ünvanında yerləşən 2 otaqlı tikiliyə köçürülməsinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı MMC arasında 46-31/2018 saylı, 12 mart 2018-ci il tarixli nömrəli mənzillərin əvəzləşdirilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə İddiaçı MMC Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 mənzil 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 58 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə “E” girişində 14-cü mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli bir ədəd 63,4 kv metr olan 2 otaqlı və 15-ci mərtəbədə 63,4 kv metr olan 2 otaqdan ibarət mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində istifadədə olan 0,9448 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı - nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 12874 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 31 mənzil tam mülkiyyət hüququ ilə X5 adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı MTK bildirir ki, cavabdeh sökülməli olan mənzilin ona məxsusluğu barədə çıxarış təqdim etməklə iddiaçını aldatmış və müqavilənin onunla bağlanmasına nail olmuşdur. Cavabdeh tərəf etirazında istinad etdiyi hallara əsaslanmaqla, iddiaçının tələbinin əsassız olduğunu, eyni zamanda iddia müddətinin tətbiq edilməsini xahiş edir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsində müəyyən edilmiş hallardan görünür ki, ipoteka predmeti 31 №-li fərdi yaşayış evidir, həmin ev 3 otaqlıdır. 2 otaqlı tikili 31 №- li evin tərkib hissəsi deyil, ondan kənarda yerləşir...Cavabdeh “Nikoyl” İKB apellyasiya şikayətində 2 otaqlı tikilini “qanunsuz tikili” adlandırıb, bununla da etiraf edib ki, 2 otaqlı tikili 31 №-li evin tərkib hissəsi deyil....1-ci instansiya məhkəməsində yerində müayinə zamanı müəyyən olunmuşdur ki, 31 №-li 3 otaqlı fərdi yaşayış evi ilə 2 otaqlı tikili eyni həyətdə yerləşir, həyətə giriş ümumi olmaqla bir yerdəndir. Onların eyni həyətdə yerləşməsi 2 otaqlı tikilinin 31 №-li fərdi yaşayış evinə aid olan torpaq sahəsində yerləşməsi mənasını vermir. Hər hansı tikilinin yerləşdiyi yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi həmin tikilinin texniki pasportu və digər bu kimi sənədlərlə müəyyən olunur. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Beləliklə məhkəmə yekun olaraq qeyd edir ki, mülki işin faktiki hallarından göründüyü kimi iddiaçı MTK cavabdeh tərəfindən aldadıldığını iddia etsə də, iddia tələbində istinad etdiyi dəlillər əsassız olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 1.1-ci bəndində söküntüsü nəzərdə tutulmuş əmlakın 2 otaqdan ibarət olduğu, habelə, mübahisəli fərdi yaşayış evinin ünvanı ünvan 9 ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsi ilə mübahisəli tikili ilə bağlı məsələyə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlakdan əlavə cavabdehin yaşadığı qanunsuz tikili də mövcud olmuşdur, yəni mübahisəli müqavilədəki əmlakla X6 məxsus ünvan 10 ünvanında yerləşən mənzil eyni deyildir. Qeyd olunan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə bildirir ki,Cavabdeh nümayəndəsi və və vəkili Vəkil2 09 iyul 2021-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK Cavabdeh Movlan qızına qarşı iddia ile məhkəməyə müraciət edərək 12.03.2018-ci il tarixli müqavilenin etibarsız sayılması və mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC Cavabdeh Movlan qızı ile bağlanmış 12.03.2018-ci il tarixli müqavilənin etibarsızlığını tələb etsə də, iddia ərizəsində qeyd etdikleri əsaslı olsa da belə onun tərəfinden bu əqdin etibarsızlığını mübahisləndirmə müddəti ötürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" MMC mövcud iddia tələbi ilə məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etdiyindən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin 2018-ci ildə bağlandığını nəzərə aldıqda görünür ki, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTKnın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma” dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar