Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2557/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Hacığa oğlundan 29.11.2017-ci il tarixli kredit müqaviləsi əsasında 3400 (üç min dörd yüz) manat məbləğində kredit borcunu, kredit müqaviləsinin təsdiq edilməsi üçün 100 (bir yüz) manat məbləğində notariat xərcini, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi və iddiaçıya dəymiş 1000 (bir min) manat məbləğində vurulmuş maddi ziyan olmaqla ümumilikdə, cəm olaraq 4530 (dörd min beş yüz otuz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəldən tanıdığı, Cavabdeh ilə, 2017 ci ilin noyabr ayında görüşərkən iddiaçıya bildirdi ki, tezliklə qaytarmaq şərti ilə, özünə və müəyyən ailə məişət problemlərinin həlli üçün 3 400 (üç min dörd yüz) manat məbləğində pul lazımdır. X. Hacıyev iddiaçıya bildirdi ki, borc aldığı pulu 30 aprel 2018-ci il tarixinə kimi qaytaracaqdır. Bir neçə gündən sonra X. Hacıyev ona borc verməyini iddiaçıdan xahiş etdi, iddiaçıda çoxdankı tanışlığı nəzərə alıb, ona borc vermək qərarına gəldi. Həmin borcun təsdiqi üçün 29 noyabr 2017-ci il tarixində, Cavabdehlə 38 saylı Notariat Kontorunda görüşərək, bu borc barədə onun tərəfindən kredit müqaviləsi bağlanaraq, notariat qaydasında təsdiq edildi. Bağlanan kredit müqaviləsinə əsasən X. Hacıyevə 5 (beş) ay müddətinə, 3 400 (üç min dörd yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumunu ödənişi üçün, ümumilikdə 3 500 (üç min beş yüz) manat məbləğində borc pul verilmişdir. Cavabdeh X. Hacıyev müqavilədə göstərilən 30 aprel 2018-ci il tarixədək aldığı borc pulu tam olaraq, qaytarmağı öhdəsinə götürdü. Müqavilə üzrə müəyyən edilmiş müddətdə aldığı borc pulu qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə ona, notarius tərəfindən ətraflı izah edilmişdir. Cavabdeh, kredit müqaviləsinin 2-ci bəndinin tələbini pozaraq, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətdə 30 aprel 2018-ci il tarixində iddiaçıya ödəməli olduğu 3400 (üç min dörd yüz) manat məbləğində borc puldan, bu günə kimi, az da olsa, heç bir ödəniş etməmiş, aldığı borc pulu tam olaraq, geri qaytarmamışdır. Bu səbəbdən cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etmədiyi üçün cavabdehin iddiaçıya 3400 (üç min dörd yüz) manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdeh X. Hacıyevə dəfələrlə iddiaçıya olan borcunun qaytarması barədə müraciət etməyinə baxmayaraq O, bu günə qədər müxtəlif bəhanələr gətirərək aldığı borcu qaytarmaqdan yayınaraq imtina edir. Bu da onu göstərir ki, cavabdeh qərəzli olaraq aldığı borcu ödəməkdən yayınır. Cavabdeh X Hacıyev iddiaçıdan aldığı borcu vaxtında qaytarmadığından iddiaçı, 1000 (bir min) manat məbləğinə qədər zərər çəkərək, ağır maddi vəziyyətə düşmüşdür. Bu səbəbdən iddiaçı da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli oldu. Kredit müqaviləsinin 8ci bəndinə uyğun olaraq, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə, krediti məbləğini qaytarmadıqda və ya ona hesablanmış faiziləri vaxtında, tam olaraq ödəməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı borcluya izah olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 29.11.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh Hacığa oğluna müqavilənin 1-ci bəndinə əsasən 3400 manat 00 qəpik (üç min dörd yüz manat sıfır qəpik) məbləğində pul borc verir. Bu müqavilənin 2-ci bəndinə əsasən “borcalan” krediti 30.04.2018-ci il (otuz aprel iki min on səkkizinci il) tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. ASAN 3 tərəfindən verilmiş 17.08.2015-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X1 xx.xx.1980-ci ildə Füzuli şəhərində anadan olmuş və Bakı şəhəri, Yasamal ray, 1-ci şəhərsalma, ev.6,m.250 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışdan görünür ki, vətəndaş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 16.12.2011-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh xx.xx.1961-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. ünvan 5i kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” “borc alana” 3400 manat 00 qəpik (üç min dörd yüz manat sıfır qəpik) məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti hər 30.04.2018 (otuz aprel iki min on səkkizinici il) tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqailəyə görə xidmə\t haqqı 92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 29.11.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini borc verir. Cavabdeh isə əvəzində 30.04.2018-ci il tarixinədək pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə qeyd edilən şərtləri yerinə yetirməmişdir. Odur ki, Cavabdeh İddiaçı aldığı məbləğin qarşılığında etməli olduğu işi icra etməmiş və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 3400 (üç min dörd yüz) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan 1000 (bir min) manat məbləğində pul pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Müqavilə bağlanarkən xidmət haqqının 92 manat olduğu nəzərə alınmalı, habelə vurulmuş maddi ziyana görə vəsaitinin cavabdehdən tələb edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Xaliq oğlundan 3400 (üç min dörd yüz) manat məbləğində pul, kredit müqaviləsinin təsdiq edilməsi üçün 92 (doxsan iki) manat məbləğində notariat xərcləri və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2557/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2557/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver