Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2569/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 QSC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu rayon İcra vəı probasiya şöbəsi göstərilməklə) “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekun 03.09.2019-cu il tarixli 58/03 nömrəli protokolu etibarsız hesab edilməli, Bakı şəhəri, Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə, 3-cü döngə olan 0,08ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 QSC-nin mülkiyyət hüququ ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)-471/2018 saylı qətnaməsi ilə "AccessBank” QSC-nin iddiası qismən təmin edilərək cavabdchlər İddiaçı, X9, X6 və X5 müştərək qaydada QSC-nin xeyrinə 93055.15 ABŞ dolları əsas borcun, 26605.74 ABŞ dolları faiz borcunun və 200 ABŞ dolları dəbbə, cəmi 119860.89 ABŞ dollan məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manat məzənnəsi ilə olmaqla 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanının yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manata xidmət haqqının tutularaq “AccessBank" QSC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu İ -ci küçə, 3-cü döngə olan 0:08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindi yerləşən 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin hesablna banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinə 329606 manat məbləğində müəyyən edilməsi, İddiaçı mülkkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh1 QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12034/2018 saylı. 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(008)-471/2018 saylı qılnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(102)-2464/20l9 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi evin hərracda satıldıqdan sonra “AccessBank" QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2464 saylı, 11.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən Sabunçu İcra və Probasiya Şöbəsi hərrac cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X14" MMC tərəfindən keçirilməsi sifariş edilmişdir. Lakin bundan sonra tələbkarın tələbi əsasında arxa tarixli hərracın keçirilməsi baş tutuması barədə 03 sentyabr 2019-cu il tarixli 58/03 №-li protokol tərtib olunaraq əmlak Cavabdeh1 QSC tərəfindən alınması baş tutmuş hesab olunmuş və həmin protokola əsasən müqavilə bağlanmış, nəticədə isə əmlak Borclunun mülkiyyətinə keçmişdir. Qeyd edir ki, onun Sabunçu İPŞ-nin qanun pozuntusu ilə "keçirilmiş" hərracdan məlumatı olmamışdır. Sabunçu İPŞ hərracın keçirilməsi haqqında 03 sentyabr 2019-cu il tarixli 58/03 nömrli saxta protokolu imzalamqdan imtina etmişdir. Həmin tarixdə hərracın keçirilməsini və 03 sentyabr 2019-cu il tarixli 58/03 №-li protokolun mövcudluğunu o aprel ayının əvvəllərində bilmişdir. Protokolun surətini cavabdehdən ala bilməməmiş, həmin protokolun əvəzinə isə ona kompyüterdən protokolu elektron çap etmişlər. Hesab edir ki, kobud qanun pozulması nəticəsində 03 sentyabr 2019-cu il tarixli 58/03 №-li protokolu etibarsız hesab edilməli, Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu l-ci küçə. 3-cü döngə olan 0:08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindi yerləşən 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 QSC-nin mülkiyyət hüquq ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Qəhrəmanova Rəsmiyyə Cəmşid qızı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 QSC-nin nümayəndəsi X8 iddianı qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş "xxxx" MMC-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəfin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Cavabdeh1 QSC-nin "xxxx" MMC-yə ünvanladığı 21.08.2019cu il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən 09.08.2019-cu il tarixli təklif edilən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə olan 0,06 ha torpaq sahəsində yerləşən 21 saylı fərdi yaşayış evini məhkəmə qərarı ilə tanınmış borcun əvəzində qəbul etməyə razılıq vermişlər və Cavabdeh1 QSC-nin məktubu "xxxx" MMC-yə 23.08.2019-cu ildə çatmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 58/02 nömrəli 03.09.2019cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 saylı fərdi yaşayış evini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2464 saylı, 11.04.2019-cu il tarixli icra vərəqəsinə, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 5328-77593/17 saylı 23.05.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" QSC-nin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 329606 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 280165,10 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 210123,83 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İş materiallarında olan Sabunçu rayon İcra və Probasiya Şöbəsinin rəisi Füzuli Hüseynovun Azərbaycan Respublikası Ali Məhkəməsinə və Cavabdeh1 QSC-yə ünvanladığı məktubdab görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2464 saylı, 11.04.2019-cu il tarixli icra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən geri qaytarılmışdır. İş materiallarında olan Sabunçu rayon icra şöbəsinin rəis müavini X3 Xatirə Əkbər qızına ünvanladığı 15.04.2021-ci il tarixli, 77593/17 saylı məktubundan görünür ki, Daşınar daşınmaz əmlakların hərrac mərkəzinin 09.08.2019-cu il tarixli təklif məktubuna əsasən fərdi yaşayış evi tələbkara təklif edilmişdir. İş materiallarında olan hərracın keçirilməsinə dair 21.06.2019-cu il tarixli 01, 05.07.2019-cu il tarixli 01/2 və 05.07.2019-cu il tarixli 02 nömrəli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı və digərlərinə Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə 0,06 ha torpaq sahəsində 21 saylı fərdi yaşayış evinə tutma yönəldiyini və hərracda satılmalı olduğuna dair, həmçinin hərracın keçiriləcəyi tarix, saat və yer barədə məlumat göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 09.08.2019-cu il tarixdə Cavabdeh1 ASC-yə, həmçinin, məlumat üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və digərlərinə göndərilmiş İpoteka predmetinin əldə olunmasına dair Təklif məktubunun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə 0,06 ha torpaq sahəsində 21 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 210123,83 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan 09-15 avqust 2019-cu il tarixli, 26 iyul-01 avqust 2019-cu il tarixli və 21-27 iyun 2019-cu il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə 0,06 ha torpaq sahəsində 21 saylı fərdi yaşayış evi açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Qanunun və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə 0,06 ha torpaq sahəsində 21 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2019-cu il tarixli icra vərəqəsi əsasında Sabunçu rayon İcra və probasiya şöbəsi qeyd olunan mənzilin satılması üçün hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. Həmin mənzilin satışı üçün hərrac keçirilmiş, lakin hərracda satılmadığından qanunvericiliyə uyğun olaraq 09.08.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh1 QSC-yə 210123,83 manat dəyərində təklif olunmuş və sonuncu təklifi 21.08.2019-cu il tarixli 9316 saylı məktubla qəbul etdiyini bildirmiş, həmin məktub 23.08.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Belə olan halda Cavabdeh1 QSC təklifi qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulan bir ay müddəti keçirtməmişdir və razılıq məktubunu vaxtında göndərmişdir. Həmin razılıq əsasında 03.09.2019-cu il tarixdə hərraca dair prtokol imzalanmışdır. Bununla belə Sabunçu rayon İcra və probasiya şöbəsi 30 avqust 2019-cu il tarixli məktubla İcra vərəqsini İcra haqqında Qanunun 53-cü maddəsinə əsaslanaraq geri qaytarmşdır. İddiaçı tərəf məhkəmə iclasında "xxxx" QSC-nin ipoteka predmetinin əldə olunmasına dair təklif məktubuna qanunvericilikdə nəzərdə tutulan bir aylıq müddəti ötürməklə razılıq verməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu rayon İcra vəı probasiya şöbəsi göstərilməklə) “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2569/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2569/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver