Məhkəmə qərarları › İş №2(005)-2571/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2571/2023

22.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2571/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 saylı Notariat Ofisin xüsusi notariusu X2 tərəfindən 18 fevral 2015-ci il tarixdə təsdiq edilmiş "İlkin müqavilə"nin və Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0,19 hektar torpaq sahəsində olan 429 nömrəli bağ sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində İddiaçı adına qeydə alınması bərədə ********** qeydiyyat nömrəsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmiş, göstərmişdir ki, Bakı şəhəri 35 saylı Notariat Ofisin xüsusi notariusu X2 tərəfindən 18 fevral 2015-ci il tarixdə təsdiq edilmiş "İlkin müqavilə" ilə bağlı məhkəmədə barışıq sazişi bağlanmışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış və iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin müqavilə əsasında əsas müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olan zaman tərəflər barışıq sazişi bağlamışlar və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2054/2021 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən tərəflər arasında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərdən yaranan münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin hazırda mübahisələndirilən 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə barışıq sazişi bağlanması və bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi səbəbindən hazırki iddia ərizəsi üzrə mülki icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2571/2023 saylı mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar