Məhkəmə qərarları › İş №2(005)-2579/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2579/2023

18.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2579/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X21 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması, X8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 293 saylı sahəyə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdehna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, qardaşı X10 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mübariz Mirzəyev heç vaxt nikahda olmamışdır və uşağı yoxdur. Mərhumun mülkiyyətində Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi Əzizbəyov rayon X16 İcraiyyə Komitəsinin 19 aprel 1991-ci il tarixli qərarı ilə Mübariz Vəliyevə verilmişdir. Torpağın ümumi sahəsi 700 kv.metr olmuşdur və fərdi ev tikmək üçün verilmişdir. Mübariz Vəliyev həmin torpaq sahəsini 2001-ci ildə satmışdır. Lakin torpaq sahəsinin çıxarışı olmamışdır, ona görə də notarial qaydada alqısatqı etmək mümkün olmamışdır. Beləliklə, əmlakın özəlləşdirilməsi və gələcəkdə alıcı ilə alqı-satqı müqaviləsinin bağlanması üçün Mübariz Vəliyev tərəfindən X15 adlı şəxsə etibarnamə verilmişdir. Etibarnaməyə əsasən cavabdeh Y.Qədirova özəllıəşdirmə, qeydiyyat vəsiqəsi almaq və alqı-satqını həyata keçirmək səlahiyyətləri verilmişdir. Oxşar məzmunlu etibarnamə xx.xx.2009-cu ildə də Y.Qədrirova verilmişdir. İddiaçının miras əmlakın mövcudluğundan xəbəri olmamışdır. Hazırda isə alıcılar torpaq sahəsini özəlləşdirmək istədikdə, Mübariz Vəliyevin öldüyünü və yalnız vərəsələrinin müraciəti əsasında özəlləşdirmənin mümkün olduğunu öyrənmişlər. Ona görə də, İddiaçı müraciət etmişlər. Lakin, vərəsəlik şəhadətnasinin alınması və mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçı vərəsəlik işinin açılması üçün cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinə müraciət etmişdir. Nəticə etibarilə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müddətin ötürülməsi ilə bağlı mümkün olmamışdır. Bu barədə Notariat ofisi xx.xx.2023-cü il tarixli yazılı imtina məktubu vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında şahid X15 oğlu bildirmişdir ki, mirasqoyanı ondan torpaq sahəsi aldığı üçün sağlığında tanıyırdı. O vaxt torpaq rəsmi reyestrdə qeydiyyatdan keçmədiyi üçün mərhum X10 torpağı ona etibarnamə əsasında satmışdı. Uzun illərdir ki torpaq sahəsi onun sahibliyi və istifadəsindədir. Hətta həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiqləyən qazın alqı-satqısı, telefon çəkilişi, işığa dair abunə haqqında müqavilə və saldonu məhkəməyə təqdim edir. Göründüyü kimi, daşınmaz əmlaka dair müvafiq sənədləşmələr aparmaq istədikdə, ona notariusda bildirilmişdir ki, etibarnaməni verən şəxs ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 21 saylı notariat ofisinin notariusu D.Kərimovun xx.xx.2023-cü il tarixli, 1045 saylı məktubundan görünür ki, ərizəçi qardaşının adına açılmış vərəsəliyin qəbulu müddətini ötürdüyü, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı məhkəməyə müraciət edə bilməsi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izah edilmişdir; - AZ-İİ seriyalı, 234293 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 962 nömrə ilə qeyd edilmişdir; - Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 mart 2022-ci i il tarixdə verilmiş 05/69-371 saylı arayışın surətindən görünür ki, X10 18 may 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur, bu barədə 14 sentyabr 1961-ci il tarixdə Xəzər rayon Türkan qəsəbə İN-yində 109 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X3r. - AZ-İİ seriyalı, 289281 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 444 nömrə ilə qeyd edilmişdir; - AZ-İİ seriyalı, 289280 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1989-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 203 nömrə ilə qeyd edilmişdir; - AZ-T seriyalı, 190390 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1964-cü il tarixdə 614 nömrə ilə qeyd edilmişdir. X2, anası X4r. - X10 tərəfindən xx.xx.2009-cu il tarixdə X12 verilmiş AR-İ seriyalı 079337 saylı etibarnamənin surətindən görünür ki, X10 Bakı şəhəri Əzizbəyov rayon İDS İK-nın xx.xx.1991-ci il tarixli 6 nömrəli qərarına əsasən ona verilmiş Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi 293 sylı sahədə 700 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpaq sahəsini və tikililəri özəlləşdirməyi və s.ni etibar etmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin DT və XK Torpaq sahəsinin planı və ölçüsünə dair A seriyalı 497799 saylı şəhadətnamənin surətindən görünür ki, X8 Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi 293 sylı sahədə 700 kv.m olan fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2006-cı il tarixində dünyasını dəyişmiş X6 mülkiyyətində olan Göygöl rayonu ərazisində JN - 075H saylı şəhadətnamə əsasında verilmiş 0.25 ha torpaq sahəsi miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsəsi hazırkı iddiaçı Cavabdehna müraciət edərək mərhum qardaşından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Mübariz Vəliyev həmin torpaq sahəsini 2001-ci ildə satmışdır. Lakin torpaq sahəsinin çıxarışı olmamışdır, ona görə də notarial qaydada alqı-satqı etmək mümkün olmamışdır. Bu səbəbdən də X10 tərəfindən xx.xx.2009-cu il tarixdə X12 AR-İ seriyalı 079337 saylı etibarnamə verilmiş, həmin etibarnamə ilə sonuncuya torpaq sahəsi ilə bağlı sərəncam verməyi və s.ni etibar etmişdir. Hazırda isə alıcı X15 torpaq sahəsini özəlləşdirmək istədikdə, Mübariz Vəliyevin öldüyünü və yalnız vərəsələrinin müraciəti əsasında özəlləşdirmənin mümkün olduğunu öyrənmişlər. Beləliklə də, iddiaçının müraciəti notariusda araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum qardaşının xx.xx.2015-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, hazırda torpaq sahəsinin üçüncü şəxsin istifadə və sahibliyində olması səbəbindən iddiaçının mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdə vəfat etmiş qardaşı X5 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar