Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2612/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc sənədinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc sənədinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh 12000 manat borcunun olmasına dair xx.xx.2019-cu il tarixli borc sənədinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin ortalarında icra məmuru tərəfindən Yasamal rayon icra və Probasiya şöbəsinə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh ona qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və onun xeyirinə 12.000 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə müraciət edərkən guya ona 12.000 manat məbləğində borcunun olması barədə iddiaçının əlyazmamdan ibarət kağıza istinad etmişdir (iddia ərizəsinə əlavə edilmişdir). Həmin mülki işə 2019-cu il tarixdə məhkəmədə baxılmış və iddia tələbinin tam təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və işə həmin məhkəmədə yenidən baxılsa da, yenə də Cavabdeh iddiası təmin edilmişdir. Daha sonra bu qətnaməni iddiaçı apelyasiya qaydasında mübahisələndirmək məcburiyyətində qalmışdı və həmin iş hazırda baxılması üçün Bakı Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəyal Sarıyevin icraatındadır. Bildirir ki, iddiaçı heç vaxt Cavabdeh Zətər qızından borc və ya hər hansı məqsədlərlə pul almamışdır. Bankdan öz adına kredit götürə bilmədiyinə görə Cavabdeh adına kredit götürülməsini ondan xahiş etmiş və krediti götürdükdən sonra onun pulunu qaytacağımı bildirmişdi. O əvvəl bu təklifi qəbul etmiş, lakin sonradan öz adına bankdan kredit götürməyini mümkün olmadığını bildirmişdir. Beləliklə Cavabdeh ilə olan şifahi sövdələşməsi baş tutmadığından, yəni iddiaçı üçün öz adına bankdan pul götürə bilmədiyindən cavabdeh qarşısında hər hansı borc öhdəliyi yaranmamışdı. Ona görə də hesab edir ki, iddiaçı tərəfindən tərtib olunduğu iddia edilən xx.xx.2019-cu il tarixli borc sənədi etibarsız sənəddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirmişdir ki, İddiaçı cavabdehdən pul almamışdır, adına bankdan pul götürə bilmədiyi üçün Cavabdeh öz adına kredit götürərək ona verilməsini xahiş etmişdir, o isə əvvəl bu təklifi qəbul etmiş, lakin sonradan kredit götürməyinin mümkün olmadığını bildirərək imtina etmişdir. Beləliklə, aralarında olan sövdələşmə nəticəsiz qalmışdır, yəni cavabdeh öz adma bankdan pul götürüb İddiaçı verməmişdir. Lakin sonradan Yasamal rayon icra və Probasiya şöbəsinə dəvət olunanda, İddiaçı məlum olmuşdur ki, Cavabdeh ona qarşı iddia qaldıraraq guya ona 12.000 manat borclu olduğumu bildirmiş və hətta bunu təsdiq edən sənəd kimi xx.xx.2019-cu il tarixli borc sənədinə istinad etmişdir. Belə bir sənəd imzalamadığımı zənn edərək Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti İddiaçı tərəfindən verilmişdir. Lakin apellyasiya instansiya məhkəməsində keçirilən xəttşünaslıq ekspertizasının nəticəsində məlum oldu ki, xx.xx.2019-cu il tarixli borc sənədi İddiaçı tərəfindən imzalanmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsində o da məlum oldu ki, 2019-cu ilin əvvəllərində öz adına kredit pul götürüb İddiaçı verəcəyini vəd verərkən Cavabdeh əsl niyyəti belə bir sənəd ələ keçirmək olmuşdur. Belə ki, Cavabdeh əvvəl bu sənədi bankın yanında İddiaçı imzalatmış və pulu bankdan alıb verəcəyini vəd etmişdir. Lakin sonradan bankdan kredit götürə bilmədiyini bildirərək pulu İddiaçı verməmişdir. Hətta həmin vaxt bankdan kredit götürə bilmədiyini deyəndə Cavabdeh səmimiyyətinə İddiaçı inanmışdır. Ona görə də İddiaçı sənədi İlahədən geri götürməyi belə unutmuş və sənəd İlahədə qalmışdır. Əgər belə olacağını bilsə idi, bu sənədi imzalamazdı. Bütün bu qeyd olunanlar cavabdehin mülki iş üzrə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatlarla öz təsdiqini tapır. Belə ki, Cavabdeh bunu izahatlarında göstərmişdir. Göründüyü kimi cavabdeh özü də izahatında təsdiq edir ki, xx.xx.2019-cu il tarixli borc sənədini İddiaçı borc pul verəcəyini vəd verərək imzalatmış, lakin sonradan pulu verməmiş və beləliklə, onu aldatmışdır. Göründüyü kimi, tərəflərin arasında olan münasibətlər Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilən dispozisiva şərtləri ilə tam üst-üstə düşür. Belə ki, cavabdehin vəd etdiyi pulu verməyəcəyini iddiaçı bilmiş olsaydı, bu sənədi imzalamazdı. Açıq-aydın görünür ki, cavabdeh bankdan pul götürüb iddiaçıya verəcəyi vədi ilə onu aldatmışdır. Ona görə də xx.xx.2019-cu il tarixli borc sənədi aldatma yolu ilə bağlanmış əqd hesab edilməlidir. Bundan başqa cavabdehin izahatları, həmçinin suallara verdiyi cavablar arasındakı ziddiyyətlər həqiqətən də cavabdeh tərəfindən iddiaçıya verilmədiyini bir daha təsdiq edir. Belə ki, cavabdeh izahatında 2015-ci ilin sentyabr ayında iddiaçıya 18.000 manat pul borc verdiyini, həmin pulun 6.000 manat hissəsinin çox çətinlikdə də olsa , geri ala bildiyini 12.000 manatın isə bu günədək ödənilmədiyini, bunun üçün də dəfələrlə iddiaçının qapısına gəldiyini, iddiaçı və onun həyat yoldaşının onu qapıdan qovduğunu, bütün bunlardan sonra isə iddiaçının ailəsi ilə, hətta bacısı ilə olan rəfiqə münasibətlərinin tamamilə pisləşdiyini bildirmişdir. Eyni zamanda Cavabdeh həmin 12.000 manat pulla bağlı bu günədək niyə heç bir quruma müraciət etməməsi ilə bağlı vəkilin sualına cavab olaraq bildirmişdir ki: “Çünki Rəvan məni şantaj edirdi ki, səni hamının içində biabır edəcəm, deyəcəm sən hansı işlərlə məşğulsan”. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, bu səbəbdən də rədd edilməsini xahiş etmiş, eyni zamanda məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, R. Hacıyev onun rəfiqəsinin qardaşıdır. O, hər dəfə ondan pul istəyirdi, o da o, istədiyi qədər pulu verirdi. Yəni belə hallar tez-tez olurdu ki, o ondan borca pul istəsin. Cavabdeh də hər dəfə ona deyirdi ki, istədiyin qədər pul borc verə bilər, problem yoxdur. Hətta elə olurdu ki, həmin gün axşam aldığı borc pulu üstündə də 10-15 manat əlavə pulla qaytarırdı. Onun belə tələbi olmurdu, özü deyirdi ki, al bu pul da sənin şirinliyin olsun. Hacıyev şirkət işi ilə məşğul olurdu, həmin müddətdə aldığı pulunu qaytarırdı. Lakin işləri düz getməməyə başlayandan borcunu qaytarmaqda çətinlik çəkməyə başladı. Bundan sonra dedi ki, “Gürcüstandan maşın gətirəcəm satıb sənin pulunu verəcəm odur ki, mənə pul lazımdı”. 2015-ci iln sentyabr ayında 18000 manat vermiş, lakin bir müddət keçməsinə baxmayaraq pulunu qaytarmadı. İddiaçı onun evinə getmiş və ondan pulunu istəmiş, İddiaçı ona 6000 min manatı hissə hissə olmaqla qaytarmış, qalan 12000 manat isə hələ də ödəməmişdir. Dəfələrlə pulun qaytarılması üçün evinə qapısına getmiş, nə arvadı nə də özü onu evə buraxdı, hamilə vəziyyətində bir stəkan su da vermədilər, həmin vaxt böyük oğlu da yanındaydı, hətta onun indiyədək yadına gəlir bu hadisə. Sonra 2018-ci ilin sonunda ondan 5000 manat pul istədi. O da dedi ki, “verərəm heç bir problem yoxdur, amma sən əvvəlki pulunun olması ilə bağlı mənə bir sənəd ver”. İddiaçı də razılaşdı. Vəkili ona öyrətmişdi ki, ondan belə bir sənəd alarsan. Notarius müqaviləni imzalamadı, dedi real olaraq 12000 manat notariusda verilməlidir. Sonra bankın yanında ona belə bir ərizə yazıb verdi. Sonra soruşdu ki, nə üçün lazımdır, o da gömrüyə verməli olduğunu dedi. Ondan sonra qorxdu həmin 5 000 manatı ona vermədi. Onlar artıq banka gələndə dedi ki, bu pulu Gömrüyə vermək üçün alır, Cavabdeh də həmin zaman ehtiyat eləmiş, araşdırma olar üstü açılar. O da pulu verməyəndə dedi ki, “deməli sənin məqsədin mənə bu kağızı yazdırmaq idi”. Qayıdıb ona dedi ki, get nə istəyirsən elə, ona heç nə edə bilməz. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bir illik iddia müddətinin ötürüldüyünə görə iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, onun iddiaçıya qarşı pul tələbinə dair iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-395/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin iş üzrə ilkin olaraq qiyabi qətnamə, daha sonra isə məhkəmənin qeyd olunan qətnaməsi qəbul edilmişdir. Bununla əlaqədar əlavə olaraq qeyd edir ki, iddiaçının yeganə məqsədi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsini qəbul edilməsini mümkün qədər gecikdirməkdir. Belə ki, Yasamal Rayon Məhkəməsində işə baxılarkən iclas katibi iddiaçı ilə onun istifadəsində olan mobil telefonla əlaqə saxlamış, lakin telefona cavab verən şəxs nömrənin başqa şəxsə aid olduğunu bildirmiş, daha sonra adını bilmədiyi vəkillik fəaliyyəti ilə məşğul olan şəxs məhkəmə iclasına gəlmiş və özünün iddiaçının vəkili kimi məhkəmə iclasında iştirak edəcəyini, lakin hazırda müqavilə bağlamadığı üçün order təqdim edə bilməyəcəyini, amma növbəti məhkəmə iclasında iştirak etməmiş, sonda qiyabi məhkəmə qətnaməsi qəbul edilmişdir. İş üzrə qiyabi qətnamə qəbul edildikdən sonra icra məmuru icra vərəqəsinin icrası ilə əlaqədar iddiaçını icra şöbəsinə dəvət etdikdən sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək həmin qiyabi qətnaməni ləğv etdirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, icra məmurunun iddiaçı ilə əlaqə saxladığı mobil nömrə, Yasamal Rayon Məhkəməsində işə baxılarkən iclas katibinin əlaqə saxladığı nömrə olmuşdur. Bir sözlə iddiaçı məhkəmə işçisinə yalandan demişdir ki, bu nömrə başqa adama aiddir. Qiyabi qətnamə ləğv edildikdən sonra təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etmiş, hakim növbəti məhkəmə prosesində xəttşünaslıq ekspertizası təyin ediləcəyini bildirmiş, borc sənədindəki yazının ona aid olduğunu lakin imzanın aid olmadığını qeyd etmişdir. İddiaçı bundan sonra təyin edilmiş məhkəmə iclaslarında iştirak etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Yekunda iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən də iddiaçının vəkili bir neçə məhkəmə iclası keçdikdən sonra ekspertiza ilə bağlı vəsatət vermiş, hətta vəsatət verdiyi zaman iddiaçı məhkəmə iclaslarında iştirak etmədiyi üçün məhkəmə kollegiyasının haqlı iradı olmuşdur. Nəhayət ki, təyin edilmiş məhkəmə ekspertizası nəticəsində əldə olunmuş ekspert rəyində də təsdiq olunmuşdur ki, iddiaçının hazırda mübahisələndirdiyi borc sənədindəki mətn və imza iddiaçıya məxsusdur. Hazırda iddiaçı borc sənədini hansı tarixdə imzalamağını xatırlamadığını bildirmişdir. Bu məhz iddia müddətini ötürdüklərini bildikləri üçün iddiaçı tərəfin istifadə etdiyi özünü müdafiə xarakterli ifadələrdir. Mubahisə predmeti olan borc sənədindəki tarixdən də göründüyü kimi iddiaçı həmin borc sənədini xx.xx.2019-cu il tarixdə yazıb imza etmişdir. Bu səbəbdən də iddiaçının ona qarşı “borc sənədinin etibarsız hesab edilməsinə” dair tələbi üzrə iddia ərizəsi üzrə 1 illik iddia müddətinin keçməsini nəzərə alaraq iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2019cu il tarixliborc qəbzinə əsasən R.M.X1 12000 manat borclu olduğunu bildirmiş, bu məbləği ona qısa zaman müddətində qaytarmağı söz vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3095/2019 saylı qətnaməsinə əsasən İddiaçı 12000 manat məbləğində borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun X2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Hazırda həmin iş apelyasiya məhkəməsində baxılır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən keçirilmiş xəttşünaslıq ekspertizasının xx.xx.2020ci il tarixli, 4/198 saylı rəyinə əsasən İddiaçı adından olan x xxxxxx 2019-cu il tarixli borc qəbzinin əlyazma mətni və imza - İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı tərəf iddianın əsasənı belə müəyyən edir ki, 2019-cu ilin əvvəllərində öz adına kredit pul götürüb İddiaçı verəcəyini vəd verərkən Cavabdeh əsl niyyəti belə bir sənəd ələ keçirmək olmuş, Cavabdeh əvvəl bu sənədi bankın yanında İddiaçı imzalatmış və pulu bankdan alıb verəcəyini vəd etmiş, lakin sonradan bankdan kredit götürə bilmədiyini bildirərək pulu İddiaçı verməmiş, hətta həmin vaxt bankdan kredit götürə bilmədiyini deyəndə Cavabdeh səmimiyyətinə İddiaçı inanmışdır. Ona görə də İddiaçı sənədi İlahədən geri götürməyi belə unutmuş və sənəd İlahədə qalmışdır. Əgər belə olacağını bilsə idi, bu sənədi imzalamazdı. xx.xx.2019-cu il tarixli borc sənədini İddiaçı borc pul verəcəyini vəd verərək imzalatmış, lakin sonradan pulu verməmiş və beləliklə, onu aldatmışdır. İddiaçı hesab edir ki, tərəflərin arasında olan münasibətlər Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilən dispozisiva şərtləri ilə tam üst-üstə düşür. Cavabdehin vəd etdiyi pulu verməyəcəyini iddiaçı bilmiş olsaydı, bu sənədi imzalamazdı. Cavabdeh bankdan pul götürüb iddiaçıya verəcəyi vədi ilə onu aldatmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü İddiaçı üzərinə düşür. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı qəbzə imza edən zaman iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona Cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması və.s halların olması, bununla da iddiaçıya yalan vəd verilməsi, bu səbəbdən də xx.xx.2019-ci il tarixli borc sənədinin aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barəsində ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi borc sənədi zaman ehtimal olunan hüquqlarının pozulmasından, yəni xx.xx.2019-cu il tarixdən məlumatlı olmuş (iddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, ona həmin vaxt bankdan 12000 manat götürülüb veriləcəkdi, lakin sonradan cavabdeh bundan imtina etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin öz verdiyi ifadələrə istinad edilməklə onu müəyyən etmək olur ki, pulun cavabdeh tərəfindən ona verilmədiyi an, iddiaçı aldadıldığını dərk etmiş olur və hüquqlarının pozulmasını bilməli olduğu vaxt həmin tarixdir), o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarı) Məhkəmə, iddiaçının məlumatlı olması məsələsinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2019-ci il tarixdə tərtib edilmiş mübahisələndirilən borc qəbzi İddiaçı imzaladığı vaxtdan ona pulu verilməməsini gördüyü və məlumatlı olduğu halda məhkəməyə isə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı, Cavabdeh qarşı “borc sənədinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı, Cavabdeh qarşı “borc sənədinin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2612/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2612/2020
23.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver