Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2616/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilməsi, mənzilin hərrac qaydasında satılması və paylar üzrə bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilməsi, mənzilin hərrac qaydasında satılması və paylar üzrə bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzildən iddiaçının istifadə etməsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilinin hərrac qaydasında satılaraq məhkəmə qərarı ilə müəyyənləşdirilmiş paylar üzrə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş 2(102)-736/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçı X1 şikayəti qismən təmin edilmişdir. Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli 2(İ03)-7570/20İ9 saylı qətnaməsi mənzilə payların müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A 10 saylı mənzilə iddiaçı X5 3/5 hissədə, Cavabdeh 2/5 hissədə payları tanınaraq, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A,10 saylı mənzil hərracdan satılaraq, əldə olunmuş vəsait paylar üzrə bölünməlidir. Birincisi, tərəflər arasında olan nikah pozulmuş və onların birgə yaşayışı mümkün deyil. İkincisi, mübahisə edilən mənzilin 3/5 hissəsinə iddiaçının hüququ tanınmasına baxmayaraq cavabdeh iddiaçını və onunla yaşayan 3 (üç) övladını həmin mənzilə buraxmır. Bu səbəbdən də iddiaçı 3 (üç) övladları ilə birlikdə kirayədə yaşamaq məcbur olmuşlar. Üçüncüsü, mübahisə edilən mənzil coxmənzilli binada yerləşdiyindən və həmin binanın lahiyəsində mənzilin iki ayrı giriş-çıxışı nəzərdə tutulmadığından mənzili məhkəmə qərarı ilə müəyyənləşdirilmiş paylar üzrə naturada bölgüsü mümkün deyil. Dördüncüsü, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzili hərrac qaydasında satıldıqda mənzilin satışından əldə olunan vəsait tərəflərin paylarına uyğun olaraq bölünəcək, nəticə etibarilə tərəflər əldə etdikləri paya uyğun olaraq yeni yaşayış yeri əldə edə biləcəklər. Buna görə də həmin mənzilin hərrac qaydasında satılması zərurət kəsb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının hazırkı iddiasının əsas məqsədi 2/5 hissəsi cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsində yerləşən 8 A saylı evin, 10 saylı mənzilinə olan payını dəyər-dəyməzinə (ucuz qiymətə) cavabdehdən almaqdan ibarətdir. Ona görə ki, hazırki iddiada iddiaçı formal olaraq 4 məsələyə istinad etsə də, heç bir halda öz iddia tələblərini əsaslandıra bilməmiş, tələblərini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddiasında əsas kimi qeyd etmişdir ki: birincisi, tərəflər-arasında olan nikah pozulmuş və onların birgə yaşayışı mümkün deyil. İkincisi, mübahisə edilən mənzilin 3/5 hissəsinə iddiaçının hüququ tanınmasına baxmayaraq cavabdeh iddiaçını və onunla yaşayan 3 (üç) övladını həmin mənzilə buraxmır. Bu səbəbdən də iddiaçı 3 (üç) övladları ilə birlikdə kirayədə yaşamaq məcbur olmuşlar. Üçüncüsü, mübahisə edilən mənzil coxmənzilli binada yerləşdiyindən və həmin binanın lahiyəsində mənzilin iki ayrı girişçıxışı nəzərdə tutulmadığından mənzili məhkəmə qərarı ilə müəyyənləşdirilmiş paylar üzrə naturada bölgüsü mümkün deyil. Dördüncüsü, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzili hərrac qaydasında satıldıqda mənzilin satışından əldə olunan vəsait tərəflərin paylarına uyğun olaraq bölünəcək, nəticə etibarilə tərəflər əldə etdikləri paya uyğun olaraq yeni yaşayış yeri əldə edə biləcəklər. Buna görə də həmin mənzilin hərrac qaydasında satılması zərurət kəsb edir. Cavabdeh olaraq iddiaçının yuxarıda istinad olunan dəlillərini rədd edir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 24.09.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında təsbit olunan iddiaçının ifadəsində iddiaçı özü könüllü olaraq mənzili uşaqlarla birlikdə tərk etməsini və gedərkən iddiaçıya məxsus pul vəsaitini və qızıl-ziynət əşyalarını aparmasını etiraf etmişdir. Bundan əlavə İddiaçı məhkəməyə müraciət edərək 04.12.2001 -ci il tarixli nikahın pozulması, onların birgə nikahdan olan 12.08.2001-ci il təvəllüdlü X9, 12.06.2005-ci il təvəllüdlü X13 və 27.12.2012-ci il təvəllüdlü X14 anaları ilə qalmalarına, onların birgə nikahdan olan 12.08.2001-ci il təvəllüdlü X9, 12.06.2005- ci il təvəllüdlü X13 və 27.12.2012-ci il təvəllüdlü X19 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay sabit olaraq hər bir uşaq üçün 300 (üç yüz) manat, ümumilikdə 900 (doqquz yüz) manat məbləğində aliment tutulması, yetkinlik yaşına çatmayan 3 (üç) uşaqlarının mənafeyini nəzərə alıb nikah dövründə əldə olunmuş Bakı şəhəri Nərimanov rayonu Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilin, “Mercedes Benz” markalı avtomobilin, “Prado” markalı avtomobilin, “Kia” markalı avtomobilin, Masallı rayonu Təzə Alvadı kəndində torpaq sahəsində fərdi yaşayış evinin, “Mercedes Benz” markalı avtomobilin, Masallı rayonu Təzə Alvadı kəndində qaynatasının həyətində 3 mərtəbəli fərdi yaşayış evinin 3/2 hissəsinə iddiaçının pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərarı qəbul edilməmişdən 2-3 gün əvvəl qarşı tərəfin vəkilinin dəvəti ilə sabiq qaynı X10 və vəkillə görüşmüşdür. Görüş zamanı sabiq qayın cavabdehin birgə nikah dövründə öz şəxsi əməyi hesabına aldığı ünvan 1 ünvanında yerləşən mənzilin 2/3 hissəsini, o cümlədən cavabdehin guya qızına məxsus cehiz əşyalarının olmasını və həmin əşyaları onlara verməyini, əks təqdirdə məhkəmələrə təsir edəcəyini və işi öz xeyirlərinə həll edəcəyini, yuxarı instansiya məhkəmələrinin də onun mövqeyini dəstəkləyəcəyini bildirmişdir. Bu görüşdən təxminən 2-3 gün sonra 28.02.2019cu il tarixində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi qəbul olundu. Həmin qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilməklə, sabiq yoldaşı X5 birgə nikah dövründə əldə etdiyi mənzilə 2/3 hissədə payı tanınmış, nikah dövründə sataraq ailənin maddi ehtiyaclarına sərf etdiyi 10LG404 dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobilə dair üçüncü şəxslə bağladığı müqavilə etibarsız hesab edilmiş, avtomobillər üzrə bərabər paylar tanınmış, evə aid olan əşyalara tərəflərin bərabər hissələrdə payları tanınmış, guya qızına hədiyyə edilmiş əmlakların cavabdehdən alınaraq sabiq həyat yoldaşına verilməsi, cavabdehin qarşılıqlı iddianın isə qismən təmin edilməklə sabiq yoldaşından 500 ABŞ dolları pulun, 1 ədəd qızıl kişi qol saatının, 1 ədəd qızıl kişi üzüyünün, olmadığı təqdirdə isə onların pul ekvivalentinin cavabdehə verilməsi qət olunmuşdur. Cavabdeh tamamilə qanunsuz və əsassız olan həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ilkin iddiaya dair “KİA Sportage” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdeh ilə X4 arasında 03.08.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Mercedes 250D” markalı 10-XO- 383 dövlət qeydiyyat nişanlı və “KİA Sportage” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə cavabdeh və X5 bərabər hissələrdə paylarının tanınması, tərəflərin qızına hədiyyə edilmiş əmlakların cavabdehdən alınaraq X8 verilməsi hissələrində ləğv edilməsi və bu hissələrdə rədd edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilə 2/3 hissədə X5, 1/3 hissədə cavabdehin paylarınının tanınması” hissəsinin dəyişdirilərək, “Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilin bərabər hissələrdə bölünməsi və tərəflərin 1/2 hissədə paylarının tanınması, qarşılıqlı iddianın isə tam təmin olunması barədə yeni qətnamə qəbul ediliməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7570/2019 saylı, 16.08.2019-cu il tarixli qətnaməsinə əsasən haqq-ədalət qismən də olsa bərqərar olunmaqla, tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1726/2019 saylı mülki iş üzrə qəbul etdiyi 28 fevral 2019-cu il tarixli qətnamənin qismən, yəni “KİA Sportage” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə tərəflərin bərabər hissələrdə paylarının tanınması və tərəflərin qızına hədiyyə edilmiş əmlakların cavabdehdən alınaraq, Yasəmən Əhədovaya verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilk iddia tələblərinin təmin edilməməsi, Qətnamənin Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilə tərəflərin paylarının müəyyən edilməsi və cavabdeh Yasəmən Əhədovadan 500 ABŞ dolları pul, 1 ədəd qızıl kişi qol saatı, 1 ədəd qızıl kişi üzüyünün, olmadığı təqdirdə isə onların pul ekvivalentinin cavabdehin xeyrinə tutulması hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilə tərəflərin bərabər hissələrdə paylarının (hər birinin payı 1/2 hissədə) tanınması, cavabdeh Yasəmən Əhədovadan 950 ABŞ dolları pul vəsaitinin, 1 ədəd dəyəri 7000 manat olan qızıl kişi qol saatının və 1 ədəd dəyəri 1000 manat olan qızıl kişi üzüyünün, olmadığı təqdirdə isə onların dəyərinin cavabdehin xeyrinə tutulması, Qətnamənin “MercedesBenz 259D” minik markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra cavabdeh şikayətimin (iddia tələbimin) təmin olunmayan hissəsindən, qarşı tərəf isə iddiasının rədd olunan hissələrindən kassasiya şikayəti vermişlər. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7570/2019 saylı, 16.08.2019-cu il tarixli qətnaməsinin mənzilə dair payların müəyyən edilməsi hissəsində dəyişdirilməsi, mübahisəli mənzilə iddiaçının 3/5 hissədə, cavabdehin isə 2/5 hissədə paylarının tanınması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra iddiaçı istinad olunan qətnamə və qərarların tələblərini yerinə yetirmək və icra etmək əvəzinə, cavabdehə qarşı yenidən Nərimanov rayon Məhkəməsinə müraciət edərək, nikah dövründə əldə olunmuş 2009-cu il istehsallı “KİA SPORTAGE” mütəxəsis (və ya ekspert) rəyinə əsaslanmır. İddiaçı sözgedən mənzilin naturada bölgüsünün qeyri-mümkün olmasını quru sözlə yox, tutarlı subutla təsdiq edə bilərdi. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi iddiaçı və onun ailə üzvləri həmin mənzili (mənzilə olan payını) cavabdehdən demək olar ki, müftə əldə etmək niyyətində olsalar da, cavabdeh şəxsən iddiaçının bu qanunsuz cəhdinin qarşısını almaq üçün həmin əmlakla bağlı müstəqil qiymətləndirmə şirkətindən rəy əldə etmişdir. Həmin rəydən də görünür ki, sözügedən əmlakın dəyəri bazar qiyməti 183.300 manat müəyyən olunmuşdur. Cavabdeh isə həmin rəydə əmlakın dəyərinin az qiymətləndirilməsini, əslində onun dəyərinin 200.000 manat olması fikrindədir. Bütün göstərilənlərlə yanaşı məhkəmə əvvəlcə əmlakın naturada bölgüsünün mümkünlüyünü müəyyən etməli, mümkün olduğu halda iddiaçının hazırki iddiası rədd edilməli, mümkün olmaması müəyyən olunacağı halda isə əmlakın real və həqiqi bazar dəyəri müəyyən edilməli və hərraca çıxarılacağı halda qiymət bəlli şəkildə çıxarılmalı və əldə ediləcək vəsait paylara mütənasib qaydada bölünməlidir. Dəfələrlə sözügedən əmlakın məhkəmədən kənar könüllü olaraq açıq bazarda satışa qoymağı və real dəyərinə satılmasını, payalar uyğun vəsaitin bölünməsini təklif etsə də, iddiaçı heç bir səbəb olmadan bundan imtina etmişdir. Cavabında isə guya həmin əmlakın dəyərinin 100.000 manat təşkil etməsini və buna görə də cavabdehə düşən paya görə 40.000 manat verməyi təkil etmişdir. Təbii ki, cavabdeh bu halla razılaşa bilməzdi. Çünki mütəxəsislərin bildirdiyinə görə təmirsiz (podmayak) vəziyyətdə binada mənzilin kvadratı 1.700 manat, super təmirli vəziyyətdə 2.200 manat təşkil edir. Mənzilin orta təmirli olmasını və ümumi sahəsinin 100 kv təşkil etməsini nəzərə alsaq, birmənalı şəkildə qiymətinin 200.000 manat olması qənaətinə gəmək olar. Yuxarıda göstərilənlərə əsasən cavabdeh məhkəmədən xahiş edir ki, İddiaçı cavabdehə qarşı olan iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 22.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 16.09.2020-ci il tarixli AZ-İ№360825 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 278 nömrə ilə qeyd edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə doğulmuşdur. Nərimanov RPİ tərəfindən verilmiş 03.06.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh xx.xx.1974-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2020-ci il tarixli 2(102)-736/2020 nömrəli qərarı ilə iddiaçı X2 şikayəti qismən təmin edilərək Cavabdeh kasassiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)-7570/2019 saylı qətnaməsi mənzilə payların müəyyən edilməsi hissəsində dəyişdirlərək Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilə iddiaçı X6 3/5 hissədə, Cavabdeh 2/5 hissədə payları tanınmaqla, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin dindirilməsi və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında nikah 06.02.2019-cu il tarixdə pozulmuşdur. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-736/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçı X1 şikayəti qismən təmin edilmişdir. Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli 2(İ03)-7570/20İ9 saylı qətnaməsi mənzilə payların müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A 10 saylı mənzilə iddiaçı X5 3/5 hissədə, Cavabdeh 2/5 hissədə payları tanınaraq, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçının əmlak üzərində pay hüququ olsa da, həmin əmlakın naturada bölgüsünün mümkünlüyü ilə bağlı müraciət etmədən bilavasitə əmlakın hərraca çıxarılması ilə bağlı müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. İşin hallarından göründüyü kimi iddiaçının əmlak üərində pay hüququ olsa da, həmin əmlakın naturada bölgüsünün mümkünlüyü ilə bağlı müraciət etmədən bilavasitə əmlakın hərraca çıxarılması ilə bağlı müraciət etmişdir. Eləcə də tərəflərin birinin digərinə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsilə bağlı təklifləri də mövcud deyildir. Digər tərəfdən iddiaçının mənzildən istifadə etməsilə bağlı qanunsuz hərəkətlərin nədən ibarıt olduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilməsi, mənzilin hərrac qaydasında satılması və paylar üzrə bölünməsi tələbi”nə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2616/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2616/2021
26.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver