Məhkəmə qərarları › İş №2(102)-2254/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2254/2025

10.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2254/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətin bölünməsi, payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının Cavabdeh qarşı “əmlakın naturada bölünərək mülkiyyət hüququnun tanınması, bu müm kün olmadıqda əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-322/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə ümumi sahəsi 47,38 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilin 15,99 kv.m hissəsi İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının ümumi bir gə mülkiyyətində, 12,77 kv.m hissəsi Cavabdeh paylı mülkiyyətində, 18,62 kv.m köməkçi sahəsi isə ümumi istifadədə olmaqla tərəflərin paylı mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin (bundan sonra mübahisəli mənzil) naturada bölünərək iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızına aid hissədə onların mülkiyyət hüquqlarının tanınması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin 61000 manat müəyyən edilərək on un açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçılar İddiaçı2 ilə Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı və Cavabdeh arasında onların paylarına mütənasib bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçılar İddiaçı2 və onun arvadı Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı ilə İddiaçı2 keçmiş arvadı X1 paylı mülkiyyətində olmuşdur. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bundan sonra mənzildəki ona məxsus pay mərhumun qardaşı Cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir. İddiaçılar cavabdehə müraciət edərək sözügedən əmlakın ya naturada bölünməsini, ya da onların əmlakdakı payının dəyəri olaraq kompensasiyanın iddiaçılara ödənilməklə həmin payın cavabdeh tərəf indən əldə edilməsini Cavabdeh təklif etmiş, lakin təklif qəbul edilməmişdir. Hal-hazırda mübahisələndirilən əmlakın tərəflərin paylı mülkiyyətində olması iddiaçıların mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradır. Ona görə də İddiaçı2 və İddiaçı1 belə bir tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh iddianı tələbinə qarşı etirazını qəbul etməyərək belə əsaslandırmışdır ki, mübahisəli mənzili daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı ilə öz adına rəsmiləşdirmiş, həmin evi heç kimə satmayacaq və ömrünün axırına qədər həmin mənzildə yaşayacaqdır. Həmçinin iddiaçılara kompensasiya verməklə onların paylarının əldə edilməsi təklifini qəbul etmək və onu həyata keçirmək üçün onun maddi imkanı mövcud deyil.

5. Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7940-9/8166 saylı ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin planlı yerləşməsini, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir girişçıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı və Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 61000 manat məbləğində olduğu müəyyən edilmişdir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-165/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilmiş, mübahisəli mənzilin açıq hərracda satılması və mənzilin açıq hərracdan satılmasından əldə olunmuş pul vəsaitinin iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızı ilə Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, mənzilin ilkin satış qiymətinin 61000 manat müəyyən olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşi də Mirzalı qızından 50 manat və Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üzərində iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının paylarının naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, həmçinin bölünməsi nəzərdə tutulan payın pul kompensasiyası ilə əvəz edilməsi barədə razılıq əldə olunmadığından, mübahisə predmeti olan mənzil açıq hərracda satılmalı və satışdan əldə olunmuş pul vəsaiti tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

8. B irinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə onun mərhum bacısı yaşayıb, İddiaçı2 onun keçmiş əri, İddiaçı1 isə hazırda İddiaçı2 arvadıdır. Bacısı vəfat edəndən ev vərəsəlik qaydasında onun mülkiyyətinə keçib və həmin mənzildə onun 50 faiz mülkiyyət hüququ vardır. Onun hazırda mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. Bir müddət Kürdəmir rayonunda qa rdaşının ailəsinin yanında qalmışdır. Özü Ukraynada yaşamış və baş vermiş müharibədə orada olan evi dağıldığında məcbur olub Azərbaycana gəlmişdir. Onun sözü gedən mənzildən başqa yaşayış yeri yoxdur, həmin mənzilin satışından ona veriləcək pulla da yeni mənzil almaq olmayacaq. Məhkəmə iclasında iştirak edərkən məhkəmə onun izahatlarına heç bir əhəmiyyət verilməmiş, yalnız formal mülahizələrə əsaslanaraq qətnamə qəbul olunmuşdur. Göründüyü kimi onun hüquqları məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə hüquqlarının bərpası əvəzinə əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədən məlumatı olmamış, qətnamədən ona heç bir çıxarış təqdim olunmamış, nəticədə əsası olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edərkən məhkəməyə telefon nömrəsini və hazırda Kürdə mir rayonu, Atakişili kəndində yaşadığını bildirmiş və məhkəməyə aid bütün məlumatların Atakişili kəndinə göndərilməsini xahiş etmişdir. Qətnamədən xəbəri icra və probasiya şöbəsinin əməkdaşları ona müraciət etdikdən sonra məlumatı olub. Həmin qətnamə uzun yazışmalardan sonra poçt vasitəsi ilə rəsmi qaydada ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Belə ki, qətnamədə müstəqil ekspert rəyinə və iddiaçıların göstərdiklərinə istinad olunmuşdur.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(105)-322/2025 nömrəli qətnaməsi ilə (hakim Fuad Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Lalə Rəhimli və Almaz Süleymanovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-c ü il tarixli, e-2(012)-165/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzil üzərində iddiaçılar İddiaçı2 və Vahidova (Abbasova) Rəşidə Mirzalı qızının paylarının naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, həmçinin bölünməsi nəzərdə tutulan payın pul kompensasiyası ilə əvəz edilməsi barədə razılıq əldə olunmadığından, mübahisə predmeti olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

13. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud olmamışdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşaraq və hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 220.1,22 0.2,220.3,220.4, 220.5, 220.6-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-322/2025 saylı qətnaməsi tamamilə ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gönderilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiyası məhkəməsinin gəldiyi qənaət tamamilə yanlışdır. Belə ki, mülki işə baxılarkən, mübahisəli paylı mülkiyyətdə olan mübahisəli mənzildən başqa yaşayış yerinin olmadığını bildi rilsədə əks tərəf mənzili heç kimə satmayacağını, həmçinin, tələbkarlara kompensasiya verməklə, onların paylarının əldə edilməsi təklifini qəbul etmədiyinə və onu həyata keçirmək üçün maddi imkanının olmadığını bildirilməyinə baxmayaraq, hər iki instansiyası Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinin tələblərini və mənim qanunla qorunan hüquqlarımı kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehin hazırki kassasiya şikayəti sadəcə proseslərin yubadılmasına yönəlmiş hərəkətlərdir. Belə ki, apellyasiya mərhələsinin sonlarında cavabdeh kassasiya şikayəti verməklə, başqa formada iddialar qaldırmaqla əmlakın açıq hərracdan satışına maneə yaradacağını təkrar-təkrar vurğulamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə

220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması.

21. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

22. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

23. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

24. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühü m mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

25. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

26. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

27. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bi r və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadı:

28. Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır.

29. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

42. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası m əhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin lə ğvinə əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-322/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməs dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar