Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3194/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında bölüşdürülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 3 iyun tarixli 2(105)-554/2025 nömrəli qətnaməsində n Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - ad, soyad və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin ümumi birgə mülkiyyətlərində olan mübahisəli mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2023cü il 18 sentyabr tarixli e-2(060)-4546/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflərin mübahisə etdikləri ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin açıq hərracda satılması və satıldıqdan sonra satışdan əldə e dilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməklə 1/3 hissədə iddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 olmaqla müəyyən edilməsi, cavabdehlərdən müştərək qaydada 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2024-cü il 11 yanvar tarixli 2(105)-209/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh1 (Vəkil2) kassa siya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 22 yanvar tarixli 2(102)-7/2025 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 3 iyun tarixli 2(105)554/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ilkin satış qiyməti 109.000 manat müəyyən edi lmişdir. Bundan sonra qətnamədən Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 7 oktyabr tarixli 2(102)-3194/2025 nömrəli qərardadı ilə Cavabdeh1 kassasiya şikayəti icraata qəbul edilmişdir. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh1 kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, kassasiya şikayəti Cavabdeh1 vəkili Vəkil2 tərəfindən 2025-ci il 28 iyul tarixdə elektron qaydada imzalansa da, Cavabdeh1 özü tərəfindən elektron qaydada imzalanmamış, kassasiya şikayətini i mzalamış Vəkil2 isə həmin tarixdə kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, qeyd olunan tarixə aid etibarnamə işə əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş (iş v. 258) 297317 nömrəli etibarnamənin müddəti isə 2025-ci il 18 fevral tarixində bitmişdir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata q əbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 7 oktyabr tarixli 2(102)-3194/2025 nömrəli qərardadı ləğv edilməli, kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ca vabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 3 iyun tarixli 2(105)-554/2025 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 7 oktyabr tarixli 2(102)-3194/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3194/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-3194/2025
23.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver