Məhkəmə qərarları › İş №2(005)-2620/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2620/2025

05.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2620/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 QSC BOKT-a qarşı (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 QSC BOKT-a qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 QSC BOKT-a qarşı “protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərracı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu. Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,21 saylı mənzilin açıq hərracda satılması barədə 19 mart 2015-cu il tarixli 26/07 saylı İpoteka saxlayana X18 edilməsi üçün Hərracın yekunları barədə Protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 19 mart 2015ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xüsusi mülkiyyət əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,21 saylı mənzillər girov qoyularaq Azərbaycan Beynəlxalq Bankı ASC-dən xx.xx.2008-ci il tarixli 030 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə onun həyat yoldaşı X12 255 000 manat, xx.xx.2008-ci il tarixli 031 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X9 270 000 manat, xx.xx.2008-ci il tarixli 032 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X15 210 000 manat, xx.xx.2008-ci il tarixli 033 saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X8 265 000 manat kredit rəsmləşdirdilər. Kreditlər Naxçıvan Muxtar Respublikası prokuroru Səbuhi Şahverdiyevin hədə qorxusu və Azərbaycan Beynəlxalq Bakının öz təşəbbüsü ilə verilmişdir (Banka kreditin verilməsini Naxçıvan MR rəhbərliyi tapşırmışdır). Həmin kredit bankda ABŞ dollarına konvertasiya edildi və Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşı İlqar Əsgərova verildi. Bizim adımıza rəsmləşdirilən kredit tam olaraq onlara verildi. Bu haqda mənim şikayət ərizəmə əsasən hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində ********* nömrəli cinayət işlərinin istintaqı aparılır. Cinayət işlərinin yekununda cinayətkarlar tərəfindən hədə qorxu ilə alınan həmin pullar bankın hesabına ödənilməlidir. Azərbaycan Beynəlxalq Bankı ASC 2010-cu ilin may ayında Nizami rayon məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2010-cu il tarixli 2(0071-648/10 saylı qətnaməsi ilə yuxarıda adları qeyd edilən kreditalanlardan cəmi 1 304 000.00 manat pulun tutulması və tutmanın vuxarıda qeyd edilən girov əmlaka yönəldilməsi göstərilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və hazırda Səbail rayonu icra şöbəsinin 2(0Q7)-648/2010 saylı icra işi icra olunmaqdadır. 26 avqust 2015-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC ilə aramızda olan razılaşmaya əsasən həmin kredit müqavilələrində dəyişiklik edilməsi haqda kredit müqaviləsinə əlavə imzalararq 1000 000.00 manat kreditin kreditalanlar tərəfindən 26 fevral 2017-ci il tarixədək ödənilməsi üçün yeni qrafik müyyən edilmişdir. Bu hal nəzərə alınaraq is üzrə icraat icra şöbəsi tərəfindən dayandırılmışdır. Əgər həqiqətən də Azərbaycan Beynəlxalq Bakı ASC tərəfindən 2015-ci ilin 19 mart tarixində girov əmlakı cavabdehin protokolu əsasında almışdırsa, nədən kredit müqaviləsinə əlavə imzalayaraq kredit ödənişinin müddətini xx.xx.2017-ci il tarixədək uzatmışdır. Göründüyü kimi ikinci cavabdehlə Azərbaycan Beynəlxalq Bankı ASC arasında baölanan müqavilədən sonra kredit vaxtının uzadılması barədə kredit müqaviləsinə əlavə imzalandığına görə bizim kredit öhdəliklərimiz üzrə hüquqlar ona güzəşt edilə bilməz, çünki həmin müqavilə üzrə güzəşt edilən hüquqlar ancaq xx.xx.2015-ci il tarixdən əvvəlki problemli müqavilələrə aid edilir. xx.xx.2015-ci il tarixli əlavə imzalanmaqla bizimlə tələbkar arasında olan problem aradan qalxmış hesab edilir. 2020-ci ilin oktyabr avında “X20 Edilməsi Agentliyi” MMCdən mənim və digər borcluların ünvanlarına xx.xx.2020-ci il tarixli 561,562.563 və 564 saylı bildirişlər daxil olaraq borclulardan tam kredit borcu 1000 000.00 manatın, faiz və cərimələr 521 000.00 manatın 10 gün müddətində ödənilməsi tələb edilmiş və əks halda borc tələbinin məcburi qaydada davam etdirilməsi üçün müraciət olunacağı bildirilmişdir.Sual yaranır 2015-ci ildə girov əmlakı Azərbaycan Beynəlxalq Bakı ASC cavabdehin protokolu əsasında almışdırsa mənə qirovqovan kimi nədən bildiriş göndərilmiş və borclulardan nədən tam kredit məbləği və faiz cərimələr tələb edilmişdir. Elə bir hal var idisə, ümumi borcun məbləği girov əmlakın dəyəri həcmində azaldılmalı devildirmi? Yuxarıda qevd edilən bildirişlər daxil olduqdan sonra biz dəfələrlə “X20 Edilməsi Agentliyi” MMC-nin rəhbərliyi ilə görüşmüşük və görüşlər zamanı onlar mənə girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə bir kəlmə də olsun söz deməmişlərdi. Əksinə AR DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə və AR Baş Prokurorluğu Korrupsiyaya Qarsı Mübarizə idarəsinə vazdıöları şikayət ərizələrində də əsas borc və faiz və cərimələri tam səkildə də tələb etmişdirlər. Hətta AR DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş idarəsinə məni məcbur edirdilər ki evi iddiaçıya verim borc bağlansın, mən də bütün borcların tam bağlanması şərti ilə evi iddiaçının balansına verməyə razılıq verdikdə agentliyin direktoru Bəkirov Süleyman müəllim etiraz edərək bildirdi ki, məhkəmə qərarı mövcuddur əmlakı biz tələb etmişik, icra şöbəsi hərraca çıxarmalıdır və ancaq hərrac vasitəsi ilə alıb balansımıza keçirə bilərik. "Bakı Hərrac Mərkəzi” MMC-nın ünvanımıza daxil olan xx.xx.2021-ci il tarixli 354/21 saylı hərrac bildirişi ilə öyrəndik ki, xx.xx.2021-ci il tarixə hərrac təvin edilib və 1 100 000.00 manata əmlak hərraca çıxarılıb. Mən əmlakın qiymətləndirməsindən narazı qaldığım üçün iddia ilə Səbail ravon Məhkəməsinə müraciət etdim və müvəqqəti təminat tədbiri olaraq hərracın keçirilməsinin qadağan edilməsini xahiş etdim. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2428/2021 saylı qərardadı ilə hərracın keçirilməsi qadağan edilərək girov əmlakın yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin etdi. Həmin məhkəmə prosesində cavabdehin nümayəndəsi X16 da bütün məhkəmə iclaslarında etibarnamə əsasında iştirak etsə girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə məhkəməyə məlumat verməyərək iddia ərizəmizə öz münasibətini bildirmiş və ekspertizanın təvin edilməsinə razılığını bildirmişdir. Həmin məhkəmə isi üzrə ekpert tərəfindən verilən qiymətləndirmə rəyi ilə mən razılaşmadım və özüm müstəqil qiymətləndirmə şirkətləri ilə müqavilə bağlayaraq girov əmlakı qiymətləndirilməsini xahiş etdim və hər iki qiymətləndirmə şirkəti girov əmlakı 2 500 000.00 manat civarında qiymətləndirdilər. Və həmin hesabatları mən məhkəməyə təqdim etdim. Məhkəmə özünün xx.xx.2022-ci il tarixli 2(00xx-xx/2022 saylı qəraradadı ilə işin icraatına xitam verdi işə ümimi iddia qaydasında deyil icra icraatı qaydasında baxılmalı olduğunu bizə izah etdi. "xxxx" MMC -nin xx.xx.2023-cü il tarixli 354/21 tarixli hərrac bildirişi aldıdım zaman mənə məlum oldu ki, girov əmlak 935000.00 manata yenidən hərraca çıxarılıb. Mən icraa icraatı qaydasında isə baxılması ücün qətnamə qəbul edən Nizami rayon Məhkəməsinə ərizə ilə müraciət edərək girov əmlakın yenidən qiymətləndirmə öhdəliyinin Səbail Rayon İcra Şöbəsinin üzərinə qovulmasını məhkəmədən xahiş etdim. Məhkəmə özünün xx.xx.2024-cü il tarixli 8(007)-38/2024 saylı qərardadı ilə girov əmlakın yenidən qiymətləndirilməsi öhdəliyini Səbail Rayon İcra Şöbəsinin üzərinə qoydu. Səbail Ravon icra Şöbəsinin yenidən qiymətləndirməsindən narazı qaldığım üçün qiymətləndirmə rəyinin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsində iddia qaldırdım və hazırda həmin iş Salyan Ravon Məhkəməsinin icraatındadır. Və bütün bu proseslərdən də həm ikinci cavabdehin, həm də Səbail Ravon İcra Şöbəsinin tam məlumatları oldudu halda necə ola bilər ki. 2015-ci ildə hərracda satılmış əmlakı yenidən hərraca çıxarırlar. Səbail ravon İcra Şöbəsinə xx.xx.2025 -c il tarixdə müraciət edərək əldə etdiyim sənədlərdən də görünür ki, 2021-ci ilin avqust ayında keçirilən hərrac məhz ikinci cavabdehin xx.xx.2021-ci il tarixli 2932 saylı məktubu ilə girov əmlakın hərracda satışının sifariş verilməsi xahişi əsasında həyata keçirilmişdir. Sonradan ikinci cavabdehin xx.xx.2021-ci il tarixli 4233 saylı məktubundan görünür ki. İcra şöbəsindən özünün xx.xx.2021-ci il tarixli 4139 saylı məktubla hərracın dayandırılmasını xahiş etmiş, lakin 5 gün sonra yenidən cavabdehin xx.xx.2015-ci il tarixli 26/07 saylı protokolu və xx.xx.2015-ci il tarixli əklakın alqı satqısı üzrə müqaviləyə əsasən girov əmlakın alqı-satqısına dair nəzərdə tutulmis sənədləşdirmə müvafiq qaydada tam olaraq basa çatdırlmadıöından xx.xx.2021 - ci il tarixli 4139 saylı məktubunun etibarsız hesab edilərək sifaris edilmiş hərracın davam etdirilməsini xahiş etmişdir. Həmin hərrac üzrə qiymətləndirmə rəyinin ləğv edilməsindən sonra ikinci cavabdeh yenidən özünün xx.xx.2022-ci il tarixli məktubu ilə Səbail Ravon İcra Şöbəsinə müraciət edərək tam səkildə kredit borcları və ona hesablanmış cərimə və faizlərin 1 524 000.00 manatın girov əmlaka yönəldilməsini və yenidən hərrac sifarişi verilməsini xahiş etmişdir. İcra şöbəsi Nizami raon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(007)-186/2023 saylı qərardadı ilə “Bakı Hərrac Mərkəziu MMC tərəfindən keçirilən hərracın davandılrmışdır. İkinci cavabdeh özünün xx.xx.2025-ci il tarixli 996 savlı məktubu ilə yenidən Səbail ravon İcra Şöbəsinə müraciət edərək girov əmlakın “açıq hərracda satılmadıdı üçün tələbkara təklif olunmuş və kredit borcu əmlakın dəyəri məbləğində borcdan azaldılmışdır” yazaraq icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü üçün ikinci cavabdeh 2015-ci ildə keçirilmiş hərracın bas tutmamasını (tam sənədləsdirilmədiyi səbəbindən) əsas gətirərək daha sonra iki dəfə hərrac kecirilməsini sifaris vermiş və hazırda da üçüncü hərracın keçirilməsi ilə bağlı qiymətləndirmə rəyi Səlvan rayon məhkəməsində mübahisələndirilmisdir. Üçüncü hərracın davam etdiyi müddətdə ikinci cavabdeh birinci hərracın keçirilməsini güya qanuni hesab edərək həmin hərrac üzrə sənədləşmənin tam səkildə həyata keçirilməməsinə baxmayaraq girov əmlakın öz balansına keçirilməsi haqda qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, birinci cavabdeh hərracı keçirən zaman “İpoteka haqqında" qanunun tələblərini pozaraq ipoteka qoyana hərracın keçirilməsi barədə bildiriş göndərməyərək və qanunda nəzərdə tutulmuş qaydada hərracın nəticələrini düzgün rəsmləsdirməyərək (bunu ikinci cavabdeh də rəsmi şəkildə öz məktubunda etiraf etmişdir) mənim hüquqlarımı kobud səkildə pozmuşdur. Plenum qərarından göründüyü kimi ikinci cavabdeh ikinci, üçüncü hərracların keçirilməsini sifais etməklə birinci hərracın nəticələrini bas tutmamış hesab etmiş və bununla da “İpoteka haqqında" qnunun 43-cü maddəsinin tələblərini pozmuşdur. İkinci cavabdeh 2024-cü ilin noyabr ayında borclulara qarsı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7. maddəsinə əsasın iddia qaldıraraq 2010-cu ilin may avından 2024-cü ilin oktyabr ayınadək olan müddət üçün borclulardan aldıqları kreditin tam məbləönə ilə 5 % olmaqla cərimə tələb etmişdir. Lakin ikinci cavadeh Nizami Rayon məhkəməsinin 2(007)-72/2015 və Bakı Apellvasiva Məhkəməsinin 3(103)- 4792/2015 saylı qətnamələri ilə borclulardan krediti vaxtında ödəmədiklərinə görə 2010-cu ilin may avından 2015-ci ilin aprel avınadəm cərimənin ödənilməsi qət edilmişdir. İkinci cavabdeh bu məhkəmə proseslərində "xxxx" QSC Bank Olmayan Kredit X3 10 mart 2025ci il tarixli 83 saylı qərarını təqdim edərək bildirmişdir ki, mənə məxsus Bakı səhəri Səbail rayonu. Məmməd Əfəndiyev küçəsi, ev 7. 17,20,21 saylı mənzillər üzərində "xxxx" QSCnin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Eu məlumatı mən aldıqdan sonra İkinci cavabdehə müraciət etdikdə mənə heç bir sənəd təqdim etməyərək bildirdilər ki. 2015-ci ilin mart ayında birinci cavabdehin keçirdiyi hərrac protokoluna əsasən girov əmlakı əldə etmişdirlər. İkinci cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında baölanan xx.xx.2015-ci il tarixli müqaviləyin 2.1.. 2.3, 2.5.1 bəndlərindən də göründüyü kimi ABB ASC tərəfindən açıq və aydın səkildə göstərilir ki." ABB ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə tələb hüququnu əldə edir və həyata keçirir”. Göründüyü kimi ABB ASC hərrac yolu ilə əldə etdiyi girov əmlakların öz balansına keçirmək hüququ verməmişdir. Əgər xx.xx.2015-ci il tarixli 26/07 saylı hərracın yekunlarına dair protokolla girov əmlakı əldə etmişdirsə, belə olan halda ikinci cavabdehə həmin girovla bağlı hüquqlarım güzəşt edərkən girov hərracın protokolda göslərilən 739 500.00 manat dətərində ümumi borcu azaldarag (1 521 000.00-739 500.00=781 500.00) galan 781 500.00 manat tələb hügugunu ötürməli idi. Amma sübutlardan da görünür ki, bu hal baş verməmişdir. Eyni zamanda hərrac tarixindən 5 av sonra xx.xx.2015-ci il tarixdə borc alanlarla Azərbaycan Bevnəlxalg Bankı ASC arasında bağlanan kredit mügaviləsində dəyişikliklərin edilməsinə dair əlavədən də görünür ki, heç bir hərrac tam keçirilməmiş və hərracın yekun protokolu mövcud olmamışdır. Mən dərhal xx.xx.2025-ci il tarixdə birinci cavabdehə ərizə ilə rəsmi şəkildə müraciət edərək həmin hərracın keçirilməsinə aid olan sənədlərin tam şəkildə təsdiq edilmiş surətlərini mənə versinlər. Lakin bir neçə dəfə olan görüşlərimiz zamanı sənədləri tapıb verəcəklərini bildirsələr də sonradan dedilər ki, elə sənədlər bizdə yoxdur. Mən israr etdirkdə mənə xx.xx.2022-ci il tarixli bir akt verərək bildirdilər ki, sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil vermişdirlər. Mən Azərbaycan Respublikası Milli Arxiv idarəsinə gedərək aktda imzası olan Rövşən Nəbili ilə görüşərək həmin hərrac sənədlərinin surətlərinin mənə verilməsinə köməklik etməsini xahiş etdim. O mənə bildirdi ki, "xxxx" MMC-dən onlar həmin akt üzrə arxivə sənəd gəbul etməyiblər, əgər etsə idilər akta təhvil alınan sənədlərin siyahısı əlavə edilməli idi. Eyni zamanda bildirdi ki. hərrac sənədlərinin yox cavabdehin öz fəalivətini dair bir sıra sənədlərin məhv edilməsində iştirak edib. Hərrac sənədləri mülkiyyət və əmlak hügugları ilə bağlı olduğu üçün məhv edilə bilməz. Eyni zamnda ipoteka müqaviləsi üzrə girov əmlak xx.xx.2008- ci ildə bank tərəfindən EKSPERTSERVİS”MMC tərəfindən 1 344 000.00 manata Qiymətləndirilərək girov kimi gəbul edilmişdir. Hamıya da açıg-askar məlumdur ki 2008- ci ildən 2015-ci ilədək Bakı səhərində daşınmaz əmlakların Qiymətləri bir neçə dəfə artmışdır. Nə səbəbdənsə girov əmlak əksinə olarag 1 160 000.00 manata hərraca çıxarılmışdır. Əgər hərracın keçirilməsi bizə bildirilsə idi, mən Qiymətləndirmə rəyini indiki kimi məhkəmədə mübahisələndirə bilərdim. Bildiriş verilmədiyindən mənim hüquqlarımı cavabdeh kobud surətdə pozmuşdur. Mən həmin cavabla yenidən cavabdehə müraciət edərək israrla sənədlərin surətlərinin mənə verilməsini tələb etdim. Cavabdeh xx.xx.2025-ci il tarixli 01/419 saylı məktubu ilə 4 sənəd təpdim etdi (xx.xx.2015-ci il tarixli 01/513 saylı hərrac bildirişinin surətini. xx.xx.2015-ci il taixli məlumatın surətini, qəzet elanının surətini və xx.xx.2015- ci il tarixli 26/07 saylı imzasız, möhürsüz protokolun surətini). Digər sənədləri məhv edildiyi səbəbindən tapa bilmədiklərini bildirdilər. Eyni zamanda şifahi olarag bildirdilər ki, birinci hərrac xx.xx.2015-ci il tarixdə keçirilib və ona aid sənədlərin vaxtı keçdiyi üçün məhv edilib. Mən tələb etsəm də xx.xx.2015-ci il tarixli hərrac bildirişinin və xx.xx.2015-ci il taixli məlumatın mənə göndərilməsini təsdig edən poçt gəbzlərinin surətlərini də mənə verməkdən imtina edərək həmin qəbzlərin də nəhv edildiyini bildirdilər. Hesab edirəm ki, mənə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,21 saylı mənzillərin satılması barədə hərracın nəticələri haqqında 19 mart 2015-ci il tarixli 26/07 saylı yekun protokolu etibarsız hesab etməklə ləğv edilməlidir. Cavabdehin mənə təqdim etdiyi xx.xx.2015-ci il tarixli 26/07 savlı imzasız, möhürsüz protokolun surətindən də görünür ki, bu protokol tərtib edilən zaman da protokolu imzalayacaq sifarişçi, hərrac təşkilatının nümayəndəsi və girovsaxlavanın nümayəndələri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli idi. Lakin biz təqdim edilən protokolda bunu görə bilmirik. Hesab edirəm ki, keçirilən hərrac şəffaf, düzgün və qanuna müvafiq şəraitdə keçirilməmiş, heç ümumiyyətlə hərrac olmamışdır.” İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,21 saylı mənzilin açıq hərracda satılması barədə 19 mart 2015-cu il tarixli 26/07 saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh1 QSC BOKT xx.xx.2025-ci il tarixdə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Məlumat üçün bildiririk ki, Cəmiyyətin idarəetməsində olan S-FK-615 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən ötürülmüş X17, S-FK-616 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən ötürülmüş X21, S-FK-617 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən ötürülmüş X19, S-FK-618 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən ötürülmüş X4 ümumilikdə 1 524 001,00 manat ödənilməmiş kredit borcu ötürülmüşdür. Nəzərinizə çatdırmaq istərdik ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2-(007)- 648/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Səbail rayon İcra şöbəsinin icraatında olan borclular X21, X17, X19 və X1 cəmi 1.304 001 (bir milyon üç yüz dörd min bir) manat məbləğində kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin verilmiş kreditin təminatı kimi ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsində yerləşən 7 saylı binanın 17/20/21 saylı mənzillərə yönəldilməsi və ipoteka qoyulmuş əmlakın hərraca çıxarılaraq satılması hesabına borcun ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində 26/07 №-li xx.xx.2015-ci il tarixli Hərracın yekunları barədə Protokol protokolu imzalayacaq sifarişçi,hərrac təşkilatının nümayəndəsi və girovsaxlayanın nümayəndələri tərəfindən imzalanmadığını qeyd etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-1.ci maddəsinə əsasən: Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qeyd edilən ipoteka predmetinə dair Səbail rayon İcra şöbəsi tərəfindən 2015-ci ildə ipoteka predmetinin ilkin satış qiyməti 1 160 000,00 manat olmaqla hərrac sifariş verilmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmetinə dair təşkil edilmiş hərraclarda qalib alıcı olmadığı üçün ipoteka predmeti tələbkara 739 500,00 manata təklif edilmişdir. Tələbkar "xxxx" ASC tərəfindən təklifə müsbət cavab verilmiş və "xxxx" MMC ilə tələbkar "xxxx" ASC arasında 26/07 №-li xx.xx.2015-ci il tarixli Hərracın yekunları barədə Protokol, o cümlədən xx.xx.2015-cil tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə Müqavilə imzalanmışdır. Bu barədə Səbail rayon İcra şöbəsinə tələbkar olaraq 11 mart 2025-ci il tarixli məktubla rəsmi məlumatda verilmişdir. Bildiyiniz kimi ipoteka qoyan İddiaçı hüquqdan sui istifadə edərək ipoteka predmeti olan əmlakına qoyulmuş ilkin satış qiymətindən, o cümlədən keçirilmiş hərracdan narazı qalaraq müxtəlif vaxtlarda Səbail rayon məhkəməsinə şikayətlər verməklə məhkəmə qətnaməsinin icrasına süni şəkildə maneələr yaratmaqdadır. Məlumat üçün bildiririk ki, sonuncu dəfə belə bir şikayətlə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək Səbail rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə hərracın keçrilməsi sifarişinin qeyri-qanuni hesab edilməsini və ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsində yerləşən 7 saylı binanın 17/20/21 saylı mənzillərin yenidən qiymətləndirilməsi öhdəliyini Səbail rayon İcra şöbəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 8(007)-38/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsində yerləşən 7 saylı binanın 17/20/21 saylı mənzillərin yenidən qiymətləndirilməsi öhdəliyini Səbail rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 8(007)- 38/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsində yerləşən 7 saylı binanın 17/20/21 saylı mənzillərin yenidən qiymətləndirilməsinə dair icra sənədinin icrasının dayandırılması və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2-(007)-648/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Səbail rayon İcra şöbəsinin icraatında olan icra sənədi üzrə qalıq borun ödətdirilməsi istiqamətində icra tədbirlərinin davam etdirilməsi məqsədilə Səbail rayon İcra şöbəsinə tələbkar tərəfindən məktub ünvanlanmışdır. Belə ki, Cavabdeh1 QSC tərəfindən AR ƏMDKY DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə "xxxx" MMC ilə tələbkar "xxxx" ASC arasında 26/07 №-li xx.xx.2015-ci il tarixli Hərracın yekunları barədə Protokol, o cümlədən xx.xx.2015-cil tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka dair Cavabdeh1 QSC-nin adına mülkiyyət sənədinin verilməsi məqsədi ilə müraciət edilmiş və AR ƏMDKY DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi ipoteka predmeti olan daşınmaz əmlaka dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyət sənədinə dair çıxarış verilmişdir. Hesab edirik ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi yuxarıda qeyd olunan əsaslara görə rədd edilməlidir. Cavabdeh1 QSC BOKT xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı, Səbail rayonu, Məmməd Əfəndiyev küç, ev 7,17,20,21 saylı mənzilin açıq hərracda satılması barədə 19 mart 2015-ci il tarixli, 26/07 saylı Hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısına dair 19 mart 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-2620/2025 saylı iş üzrə iddia müddətini tətbiq edilməklə iddiaçı tərəfindən iddia müddəti ötürdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 19 mart 2015-ci il tarixli, 26/07 saylı Hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısına dair 19 mart 2015-ci il tarixli müqavilələrdən 10 il keçdikdən sonra İddiaçı tərəfindən həmin müqavilələrin etibarsızlığı ilə bağlı Nərimanov rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2010-cu il tarixli 2(007)-648/2010 saylı icra vərəqəsinin surəti ilə müəyyən olunur ki, "xxxx" ASC-nin xeyrinə X1 347.758 (üç yüz qırx yeddi min yeddi yüz əlli səkkiz) manat, X2 352.758 (üç yüz əlli iki min yeddi yüz əlli səkkiz) manat, X10 271.090 (iki yüz yetmiş bir min çoxsan) manat, X6 332.395 (üç yüz otuz iki min üç yüz doxsan beş) manat, ümumilikdə 1.304.001 (bir milyon üç yüz dörd min bir) manat borc məbləği və 19,30 manat (on doqquz manat otuz qəpik) dövlət rüsumu tutulmalı, tutma ipotekanın predmeti olan İddiaçı məxsus Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi 7 saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,21 saylı 9 otaqlı mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pui vəsaitindən həmin borc məbləği "xxxx" ASC-nə ödənilməli, həmin mənzillər satıldıqdan sonra ən geci bir əy ərzində boşaldılmalıdır. -"xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. -"xxxx" MMC tərəfindən icra şöbəsinə, borclulara və tələbkara ünvanlanmış xx.xx.2015-ci il tarixli, 02/2 saylı bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi ev 7, 17,20 və 21 saylı mənzilinin hərracda 986000 (1160000-15%) manat ilkin satış qiyməti ilə satılması və hərracın 13 mart 2015-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. -"xxxx" MMC tərəfindən icra şöbəsinə, borclulara və tələbkara ünvanlanmış X18 olunmasına dair xx.xx.2015-ci il tarixli təklif məktubundan görünür ki, ipoteka predmeti “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 739500 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. -19 mart 2015-ci il tarixli hərracın yekunları barədə protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi ev 7, 17,20 və 21 saylı mənzili 739500 manata ipoteka saxlayan tərəfindən əldə olunmuşdur. -“X20 Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli məktubla müəyyən olunur ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev küçəsində yerləşən 7 saylı binanın 17/20/21 saylı mənzillərin yenidən ixtisaslaşdırılmış müəssələrə hərrac sifarişi verilməsini təkrarən xahiş etmişdir. - "xxxx" MMC tərəfindən borclulara, tələbkara və Səbail rayon icra şöbəsinə göndərilmiş 06 avqust 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi 7 saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,21 saylı mənzillərin hərracının ilkin satış qiyməti ******* manat olmaqla 01 sentyabr 2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. - "xxxx" MMC tərəfindən borclulara, tələbkara və Səbail rayon icra şöbəsinə göndərilmiş 03 sentyabr 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi 7 saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,21 saylı mənzillərin hərracının ilkin satış qiyməti 935000 manat olmaqla 20 sentyabr 2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. -Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2428/2021 saylı qərardadından görünür ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanlarında yerləşən əmlaklarla bağlı hərracın keçirilməsi qadağan edilmişdir. -Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi ev 7, 17,20 və 21 saylı orta təmirli, ümumi sahəsi 527.3 kv.metr olan mənzilin hazırkı Respublikadaxili orta bazar qiyməti 2531000,00 manat müəyyən edilir. - "xxxx" MMC-nin 11 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, əmlakın 11 noyabr 2022-ci il tarixinə bazar qiyməti ******* manat müəyyən olunur. -“X20 Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Azərbaycan Beynəlxalq Bankı" ASC dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra Cavabdeh1 QSC) keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci yarımbəndə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X20 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Məlumat üçün bildirilmişdir ki, Cəmiyyət tərəfindon Səbail rayon İcra Şöbəsinə ünvanlanmış İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 7 saylı evin ümumi sahəsi 527,3 kv.m. yaşayış sahəsi 245,8 kv.m. olan 17,20,21 saylı 9 otaqlı mənzillərin qiymətləndirilərək hərrac sifariş verilməsinə dair xx.xx.2021-ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin yəni sifariş verilmiş hərracın dayandırılması zərurəti ilə bağlı ünvanlanmış 4139 saylı xx.xx.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2015-ci il tarixli 26/07 saylı “İpoteka saxlayana X18 edilməsi üçün Hərracın Yekunları barədə” Protokola, həmçinin, xx.xx.2015-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqaviləyə əsasən İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 7 saylı evin ümumi sahəsi 527,3 kv.m. yaşayış sahəsi 245,8 kv.m. olan 17,20,21 saylı 9 otaqlı mənzillərin alqısatqısına dair nəzərdə tutulmuş sənədləşdirilmə müvafiq qaydada tam olaraq başa çatdırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cəmiyyət tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 7 saylı evin ümumi sahəsi 527,3 kv.m. yaşayış sahəsi 245,8 kv.m. olan 17,20,21 saylı 9 otaqlı mənzillərin qiymətləndirilərək hərrac sifariş verilməsinə dair xx.xx.2021-ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin, yəni sifariş verilmiş hərracın dayandırılmasına dair 4139 saylı xx.xx.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsi və sifariş verilmiş hərracın davam etdirilməsi xahiş olunmuşdur. - "xxxx" MMC tərəfindən borclulara, tələbkara və Səbail rayon icra şöbəsinə göndərilmiş 15 sentyabr 2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi 7 saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,21 saylı mənzillərin hərracının ilkin satış qiyməti 935000 manat olmaqla xx.xx.2023-cü il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. -“X20 Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla müəyyən olunur ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev küçəsində yerləşən 7 saylı binanın 17/20/21 saylı mənzilləri barədə ixtisaslaşdırılmış müəssisələrə hərrac sifarişi verilməsini xahiş etmişdir. - Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 16(007)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsəsən borcluya məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, mənzil 17, 20, 21 üzrə “X14 Azerbaijan” MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli, A-/0657 saylı rəyi əsasmda Bakı şəhər Səbail rayon İcra şöbəsinin sifarişinə əsasən “Bakı Hərrac Mərkəzi“ MMC tətrəfindən keçirilcək hərracın dayandırılması qərara alınmışdır. Göstərilənləri nəzərə alaraq, Nizami rayon məhkəməsinin 2(007)-648/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus əmlakla bağlı açıq hərracın keçirilməsi dayandırılması xahiş olunur. -Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(007)-38/2024 saylı qərardadından görünür ki, şikayət təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, mənzil 17,20,21-in yenidən qiymətləndirilməsi öhdəliyi Səbail Rayon İcra Şöbəsinin üzərinə qoyulmuşdur. - Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 7 saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245,8 kv.m olan 17,20, 21 saylı 9 otaqlı mənzillərin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndıncı dəvət edilməsi qərara alınmışdır. -Cavabdeh1 QSC BOKT-un 10 mart 2025-ci il tarixli 83 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizamı rayon Məhkəməsinin 03 05.2010-cı il tarixli Qətnaməsinin icrası ilə bağlı X13, X7, X11 və X4 borcunun girov təminatı kimi İddiaçı məxsus olmuş, üzərində "Aqrarkredif QSC-nın mülkiyyət hüququ rəsmiləşdirilmiş ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 527.3 kv.m olan 17.20 və 21 saylı mənzillər hərracdan əldə edilmiş 739.500.00 manat dəyərlə Aqrarkredif QSC-nin Maliyyə departamentinin Əməliyyat şöbəsinin balansına götürülsün, bunun müqabilində "Azərbaycan Beynəlxalq Bankı” ASCdən təhvil alınmış problemli aktivlər üzrə X13 Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aoarıian 209 600,12 manat əsas borcundan 122 276.32 manat, 107290 manat faiz borcundan 62.598.68 manat, X7 Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aparılan 269.654,55 manat əsas borcundan 121.056.15 manat, 142158,00 manat faiz borcundan 53 818,85 manat, X11 "Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aparılan 255.000,00 manat əsas borcundan 121.351 95 manat, 133495,00 manat faiz borcundan 63523.05 manat və X4 "Aqrarkredif QSC-yə olan və Bakı filialında uçotu aparılan 249926,88 manat əsas borcundan 118.172,10 manat, 141.058.00 manat faiz borcundan 66 702.90 manat azaldılmasına yönəldilməsi qərara alınmışdır. -“X20 Edilməsi Agentliyi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 996 №-li məktubla müəyyən olunur ki, qətnamənin icra tədbirləri nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 7 saylı evin 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245,8 kv.m olan 17,20,21 saylı 9 otaqlı mənzillər açıq hərracda satılmadığı üçün tələbkara təklif olunmuş və borcu əmlakın dəyəri məbləğində borcdan azaldılmışdır. xx.xx.2025-ci il tarixdə qətnamə üzrə X7 167883 manat, X13 icra olunmamış qalıq borcu 86 215.00 manat, X11 icra olunmamış qalıq borcu 147 520.00 (bir yüz qırx yeddi min beş yüz iyirmi manat, 00 qəpik) manat, X4 icra olunmamış qalıq borcu 162 883.00 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-648/10 saylı, xx.xx.2010-cu tarixli qətnaməsi üzrə icra tədbirlərinin davam etdirilməsi xahiş olunmuşdur. -Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri, Səbail rayonu, Əfəndiyev Məmməd küçəsində yerləşən 7 nömrəli binanın 17/20/21 nömrəli mənzillərinin yenidən qiymətləndirilməsi üçün qiymətləndirici dəvət etməsi öhdəliyi icra məmurunun üzərinə qoyulması və qiymətləndirilmə zamanı ilkin satış qiyməti kimi əmlakların likvid dəyəri deyil, bazar dəyəri müəyyən edilməsi qərara alınmışdır. -Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC, Cavabdeh1 QSC BOKT-a qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 2620/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, məhkəmənin icraatında olan hazırkı 8(009)-204/2025 saylı mülki iş üzrə icraat dayandırılmışdır. -"xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, hərracla bağlı tələb olunan sənədlərin təqdim olunması, uzun müddət keçdiyindən mümkünsüzdür. -"xxxx" MMC-niin 13 sentyabr 2022-ci il tarixli aktı ilə müəyyən olunur ki, 2003-2015ci illərə aid 193 iş məhv etmək üçün ayrılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 60630/2025 saylı məktubla müəyyən olunut ki, ünvan 10 ünvanında yerləşən mənzil hazırda Cavabdeh1 QSC BOKT-un mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixdən tam payla Cavabdeh1 QSC BOKT-un adına qeydiyyata alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2010-cu il tarixli 2(007)-648/2010 saylı iqətnaməsinə əsasən, "xxxx" ASC-nin xeyrinə X1 347.758 (üç yüz qırx yeddi min yeddi yüz əlli səkkiz) manat, X2 352.758 (üç yüz əlli iki min yeddi yüz əlli səkkiz) manat, X10 271.090 (iki yüz yetmiş bir min çoxsan) manat, X6 332.395 (üç yüz otuz iki min üç yüz doxsan beş) manat, ümumilikdə 1.304.001 (bir milyon üç yüz dörd min bir) manat borc məbləği və 19,30 manat (on doqquz manat otuz qəpik) dövlət rüsumu tutulmalı, tutma ipotekanın predmeti olan İddiaçı məxsus Bakı şəhəri Səbail rayonu M Əfəndiyev küçəsi 7 saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17,20,21 saylı 9 otaqlı mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pui vəsaitindən həmin borc məbləği "xxxx" ASC-nə ödənilməli, həmin mənzillər satıldıqdan sonra ən geci bir əy ərzində boşaldılmalıdır. Həmin qətnamənin icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən, "xxxx" MMC tərəfindən mənzilə dair ilkin və təkrar hərraclar keçirilmiş, 13 mart 2015-ci il tarixdə keçirilmiş təkrar hərrac baş tutmadıqdan sonra bu barədə 16 mart 2015-ci il tarixdə qəzetdə elan dərc etdirilmişdir. Bundan sonra mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından 17 mart 2015-ci il tarixdə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 739500 manat olmaqla Banka təklif edilmiş və mənzil üzərində Bankın (tələb hüququ keçmiş Cavabdeh1 QSC BOKT) mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Bununla razılaşmayan İddiaçı protokolun etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 QSC BOKT-a qarşı “protokolun etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ünvan 11 ünvanında yerləşən mənzilə dair keçirilmiş hərracın yekunları barədə 19 mart 2015-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi iddiaçı 2015-ci ildə "xxxx" MMC tərəfindən keçirilmiş hərracı mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan (habelə digər borclulardan) kredit borcunun tutulması və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh hərrac təşkilatına müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan əmlaka dair ilkin və təkrar hərraclar təşkil olunmuşdur. Hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən xx.xx.2015-ci il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq, 739500 manat məbləğinə tələbkara təklif olunmuşdur. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar Cavabdeh1 QSC BOKT ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, məhkəmə qətnaməsinə əsasən, tələbkar "xxxx" ASC olsa da, "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin – habelə hazırki icra sənədi üzrə tələb hüququ Cavabdeh1 QSC-yə keçmiş, bu səbəbdən keçirilmiş hərracın nəticəsi olaraq əmlak Cavabdeh1 QSC-nin adına rəsmiləşdirilmiş, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Əksinə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 11 ünvanında yerləşən mənzilin 2015-ci ildə açıq hərracda satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan mənzilə dair hərrac təşkilatı tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə hərrac təşkilatı və ipoteka saxlayan arasında bağlanmış müqaviləyə əsasən, ipoteka saxlayan Cavabdeh1 QSC BOKT-un mənzilə dair hüquqları xx.xx.2025-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Həmçinin Cavabdeh1 QSC BOKT-un 10 mart 2025-ci il tarixli 83 nömrəli qərarı ilə Bakı şəhəri Nizamı rayon Məhkəməsinin 03 05.2010-cı il tarixli Qətnaməsinin icrası ilə bağlı X13, X7, X11 və X4 borcunun girov təminatı kimi İddiaçı məxsus olmuş, üzərində "Aqrarkredif QSC-nın mülkiyyət hüququ rəsmiləşdirilmiş ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 527.3 kv.m olan 17.20 və 21 saylı mənzillər hərracdan əldə edilmiş 739.500.00 manat dəyərlə "xxxx" QSC-nin Maliyyə departamentinin Əməliyyat şöbəsinin balansına götürülmüş, bunun müqabilində "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən təhvil alınmış problemli aktivlər üzrə borcluların borcu müvafiq olaraq azaldılmışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan ünvan 11 ünvanında yerləşən mənzilə dair keçirilmiş hərracın nəticəsi olan protokolun etibarsızlığına dəlalət edən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac nəticəsi olan protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 QSC BOKT-a qarşı “Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,21 saylı mənzilin açıq hərracda satılması barədə 19 mart 2015-cu il tarixli 26/07 saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 QSC BOKT-a qarşı “Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,21 saylı mənzilin açıq hərracda satılması barədə 19 mart 2015-cu il tarixli 26/07 saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar