Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-264/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (X26, X33, X10, Əzimova Sevər, Əzimova Aynurə, X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras əmlaka daxil olan mənzillərin təhvil verilməsi və s. tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər:miras əmlak; sübutetmə) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X26, X33, X10, Əzimova Sevər, Əzimova Aynurə, X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras əmlaka daxil olan mənzillərin təhvil verilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı (X26, X33, X10, Əzimova Sevər, Əzimova Aynurə, X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras əmlaka daxil olan mənzillərin təhvil verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vərəsə olmağını nəzərə alaraq, mərhum atası X27 ilə Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əldə edilən, yəni – Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı, eləcə də həmin binanın 1-ci mərtəbəsində ümumlikdə 117 kv.m. ibarət olan 3 otaqlı 10 saylı mənzillərin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində vəfat etmiş miras qoyan X16 övladıdır. O, qanuna görə birinci növbəli vərəsə hesab edilir. Qeyd edir ki, cavabdeh Abbas Əzimov “Sahil-S İnşaat" MTK ilə bağladığı xx.xx.2020-ci il tarixli Müqaviləyə əsasən Bakı şəhəri,Yeni Günəşli qəsəbəsi, “A-B" massivində inşa edilmiş yaşayış binasının 12-ci mənbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı mənzil əldə etmişdir. Həmin əmlak tərəflərin birgə nikah dövründə əldə olduğundan iddiaçının da əmlaka dair pay hüququ vardır. Məlumdur ki, həmin mənzil müqaviləyə əsasən ümumlikdə 71.2 kv.m və 1 otaqdan ibarətdir və müvafiq maliyyə arayışına əsasən cavabdeh A.Əzimov tərəfindən mənzilin pay-dəyəri tam həcmdə cavabdeh "xxxx" MTK-ya ödənilmişdir. Bildirilir ki, mərhum atası A.Əzimovun rəsmi nikahda olduğu şəxs Ulduz Əzimova hələ 2022-ci ildə ona və digər cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi Nərimanov Rayon Məhkəməsində irəli sürərək “cavabdeh X16 birgə nikah dövründə “Sahil-S İnşaat " MTK-nın bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi, yəni-Bakı şəhəri,Yeni Günəşli qəsəbəsi "A-B massivindi inşa edilmiş yaşayış binasının 12ci mərtəbəsində ümumlikdə 71 kv.m ibarət olan 1 otaqlı 122 saylı mənzil üzrə paylarının müəyyənləşdirilməsi, eləcə də ödənilmiş 100 manat (yəni, həm mediasiya xərci, həm də dövlət rüsumu) rusum xərci cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş icraatda olarkən atası A.Əzimov 2022-ci ilin dekabr ayında vəfat etmişdir. Buna görə icraat dayandırılmışdır. İddiaçı və digər vərəsələrin hamısı (yəni. Ulduz Əzimova, nənəsi Sevər Əzimova və atasının övladı Aynur Əzimova) Sumqayıt "Regional ASAN Xidmət”inin notariat ofisində qanuna müvafiq qaydada vərəsəlik işi açılmış və iddiaçıya, o cümlədən digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlər X21 və "xxxx" MTKya qarşı iddia tələbi irəli sürərək birgə nikah dövründə "xxxx" MTK ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi, yəni Bakı şəhəri. Yeni Günəşli qəsəbəsi. "A-B" massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı mənzil üzrə paylarının müəyyənləşdirilməsi, eləcə də ödənilmiş 100 manat (yəni, həm mcdiasiya xərci, həm də dövlət rüsumu) rüsum xərci cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin 2022-ci ilin dekabr ayında vəfat etdiyindən iş üzrə məhkəmə icraatı dayandırılmışdır. Cavabdeh Abbas Əzimovun adına Sumqayıt "Regional ASAN Xidmət”inin notariat ofisində vərəsəlik işi açılmış və nəticədə, 6 ay keçdikdən sonra qanuna müvafiq qaydada həm İddiaçı və onun azyaşlı övladı Abdullah Əzimov, həm də A.Əzimovun anası Sevər Əzimova, əvvəlki nikahlardan olan övladları İddiaçı və Aynur Əzimova qanun üzrə vərəsələri hesab olunmuşdurlar. Nəticədə,A.Əzimovdan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli qərardad qəbul olunaraq iş üzrə icraat təzələnmişdir. İş təzələndikdən sonra yaranmış zərurətlə əlaqədar məhkəmənin təşəbbüsü ilə iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X26 cəlb olunmuşdur. İddiaçıda olan məlumata əsasən Rəşad Çıraqovun nümayəndəsi və vəkili məhkəmədə izahat verərək, mübahisə predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi,"A-B" massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi cavabdehlə bağlayaraq həmin mənzili əldə etdiyini bildirmişdir. Belə olduğu halda, iş üzrə müstəqil tələblər irəli sürməyən şəxs R.Çıraqovun cəlb olunduğunu, eləcə də cavabdehlərin biri A.Əzimovun vəfat edərək onun hüquqi varisliyinə prosessual cəhətdən əvəz olunması mümkün olmadığını nəzərə alaraq hazırki iddia tələbinin dəyişdirilməsinə zərurət yaranıbdır. Ona görə də hazırki iddia tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1125-2024 nömrəli məhkəmə işi üzrə müstəqil tələblər irəli sürən 3-cü şəxs qismində qoşulmağı zəruridir və prosessual cəhətdən də mümkündür. Cavabdeh olmalı olan şəxs məhz "xxxx" MTK-dır. Nəzərə alınsa ki, həmin hüquqi əsaslar bu yaxınlarda yaranıbdır. Çünki. cavabadeh "Sahil-S İnşaat” MTK qanuna zidd olaraq, artıq satılmış və sahibliyində olan (mənzil) əmlakı heç bir qanuni əsas olmadan təkrarən satışa çıxarmışdır. Bu da gələcəkdə müəyyən problemlər yarada bilər. Birmənalı olaraq mərhum atası A.Əzimovun 2020-ci ildə cavabdeh Sahil-S İnşaat" MTK-dan pay almış və həmin pay mənzilə də atasına çatan hissəsinə iddiaçının da hüququ çatır. Belə olduğu halda, əvvəlki alqı-satqı müqaviləsi qüvvədə olaraq, təkrarən mənzilin satışı qanunsuzdur və bu müqavilə bağlandığı andan etibarsızdır. Hazırda yaranmış zərurətlə əlaqədar hazırki iddia tələbinin dəyişdirilməsinə zərurət yarandığından və bunun üçün hüquqi əsaslar tam olaraq iddiaçıya indi aydın olunduğundan iddia tələbini dəyişdirərək müvafiq qətnamə qəbul etməsini məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd edir ki, iddiaçı Ulduz Əzimovanın iddiası üzrə aparılmış 2(005)-1125/2024 saylı məhkəmə işi üzrə Səlim Əzimova özünün mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürən şəxs qismində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək hazırki tələblərlə əlaqədar müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin işə baxan Məhkəmə 2(005)-1125/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsini və ona əlavə edilmiş bütün sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilsə də, şikayət təmin edilməmiş və şikayətə baxılması üyün apellyasiya instansiyasına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmiş və bu haqda qərardad da çıxarılmışdır. Hazırda həmin qərardad qanuni qüvvəsini almışdır. Məhz bu səbəbdən də, hazırki iddia tələblərinin irəli sürülməsinə zərurət yaranıbdır. Ona görə də hesab edilir ki, iddia tələbləri qanuni və əsaslıdı və ona görə də təmin olunmalıdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, mülki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi vardır, həmin cinayət işi hazırki mülki iş ilə birbaşa bağlıdır. Cavabdeh MTK ilə iddiaçının mərhum atası Əzimov Abbas arasında mənzilin alqı-satqı ilə əlaqədar olmayan münasibətlər olub. Abbas Əzimov vəfat etməmişdən öncə istintaq orqanında verdiyi izahatda da bu halları təsdiq edib. Əvvəlki məhkəmə iclasında iştirak edən iddia İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahatında qeyd etmişdir ki, İddiaçı mərhum X16 qızıdır. Üçüncü şəxs Əzimova Ulduz mərhumun həyat yoldaşı, Əzimov Abdulla mərhumun sonuncu ilə birgə nikahdan olan oğlu, Əzimova Sevər anası, Əzimova Aynurə qızıdır. Əvvəl məhkəməyə iddiaçı qismində Əzimova Ulduz müraciət etmiş, lakin mülki iş baxılmamış saxlanılmışdır. Hesab edir ki, iddiaçının varisi olaraq iddianı qaldırmağa subyektiv hüququ vardır. Mərhumun ölümündən əvvəl istintaq orqanında verdiyi ifadəni mötəbər hesab etmirlər. Üçotaqlı mənzil Əzimova Ulduzun sahibliyi və istifadəsindədir. Digər məzil heç kimin istifadə və sahibliyində deyil. Həmin mənzil üzrə istintaq orqanında və cinyət işinə baxılan Bakı Ağır Cinayətlər Məhkəməsində də heç kim zərərçəkmiş şəxs qismində tanınmamışdır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları iştirak etməmişdir. Eyni zamanda Əzimova Sevər və Əzimova Aynurə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə mülki işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materialları - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X36 X29 Şəxsi tərəfindən təqdim edilmiş çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0.06 ha torpaq sahəsi X11 xüsusi mülkiyyətində olmuş 6/10 hissə və həmin mülkiyyətdən 1/10 hissə Azımova Aınura,1/10 hissə Əzimova Sevər,1/10 hissə X17, 1/10 hissə İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - 11 aprel 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, “Kooperativ“-"xxxx" MTK “Payçı”dan–X12 qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləsə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.m 700 (yeddi yüz) AZN olmaqla,“Kooperativ“ tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B" yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın (bundan sonra "Bina" adlandırılacaq) 12-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin daxili tərəfi hesablanmaqla) 71.2 kv.m. olan,1 otaqlı yaşayış mənzilini (bundan sonra "Mənzil” adlandırılacaq) “Payçı”nın- X16 mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür."Payçı”nın pay şəkilində qoyacağı pul vəsaiti 49840.00 (Qırx doqquz min səkkiz yüz qırx) manat,00 qəpik təşkil edir və tam şəkildə ödənilmişdir. - 27 aprel 2020-ci il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yerləşən yaşayış binası Cavabdehnə məxsudur. Bu binanın 12-ci mərtəbəsində ümumi sahəsi 71.2 kv.m olan 1 otaqlı 122 saylı mənzilin pay dəyəri “Payçı” X27 tərəfindən 49840.00 manat, 00 qəpik məbləğində alınmışdır. MTK-ya hal-hazırda borcu qalmamışdır. - 11 may 2021-ci il tarixli,179 nömrəli Cavabdeh tərəfindən tərtib edilən maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri,Suraxanı rayonu,Yeni Günəşli “A-B” massivində yerləşən yaşayış binası Cavabdehnə məxsudur. Bu binanın 1-ci mərtəbəsində ümumi sahəsi 117 kv.m olan 3 otaqlı 10 saylı mənzilin pay dəyəri “Payçı” X27 tərəfindən 93600.00 manat məbləğində alınmışdır. MTK-ya borcu qalmamışdır. - xx.xx.2021-ci il tarixli,73 saylı müqavilənin surətindən görünür ki, “Kooperativ“- "xxxx" MTK “Payçı”dan–X12 qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləsə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən,1 kv.m 800.00 (səkkiz yüz) AZN olmaqla,“Kooperativ“ tərəfindən Bakı şəhəri,Suraxanı rayonu,Yeni Günəşli “A-B" yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın (bundan sonra "Bina" adlandırılacaq) 1-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin daxili tərəfi hesablanmaqla) 117 kv.m olan,3 otaqlı,10 saylı yaşayış mənzilini (bundan sonra "Mənzil” adlandırılacaq) “Payçı”nın-X16 mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür."Payçı”nın pay şəkilində qoyacağı pul vəsaiti 93600.00 (doxsan üç min altı yüz) manat,00 qəpik təşkil edir. - xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Kooperativ“-"xxxx" MTK “Payçı”dan–X12 qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləsə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən,1 kv.m 800 (səkkiz yüz) AZN olmaqla,“Kooperativ“ tərəfindən Bakı şəhəri,Suraxanı rayonu,Yeni Günəşli “A-B" yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın (bundan sonra "Bina" adlandırılacaq) 12-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici mühəccərinin daxili tərəfi hesablanmaqla) 71.2 kv.m. olan,1 otaqlı 122 saylı mənzilini (bundan sonra "Mənzil” adlandırılacaq) “Payçı”nın- X16 razılığını nəzərə alaraq,alıcı- X15 mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. "Payçı”nın pay şəkilində qoyacağı pul vəsaiti 56.960,00 (əll altı min doqquz yüz altmış) manat, 00 qəpik təşkil edir. - 12 iyul 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli “A-B” massivində yerləşən yaşayış binası Cavabdehnə məxsudur. Bu binanın 12-ci mərtəbəsində ümumi sahəsi 71,2 kv.m olan 1 otaqlı 12 saylı mənzilin 56,960,00 manat dəyəri “Payçı” X26 tərəfindən ödənilərək borcu qalmamışdır. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən tərtib edilən 27 aprel 2022-ci il tarixli “şahidi dindirmə”protokolunun surətindən görünür ki, X27 şahid qismində dindirilmişdir.İzahatında göstərilir ki, “...Həmin ərəfələrdə Taleyin mənə və Ceyhuna olan 96000 manat borcuna görə Taley mənim adıma 1-ci mərtəbədə 117 kv.metr sahəli mənzili rəsmiləşdirdi, həmin zaman mənzilin Şükufə adlı şəxsin adına rəsmiləşdirildiyini, ancaq onun mənzilin dəyərini tam ödəmədiyini, Şükufənin ödədiyi məbləği sonuncuya qaytaracağını dedi və mənim razılığımı alaraq mənzili mənim adıma rəsmiləşdirdi. Həmçinin Taley həmin zaman tikintini dayandırmamağı məndən xahiş etdi, mən də 12-ci mərtəbənin fasadının tikintisini görsəm də, Taley onun dəyəri olan 10000 manatı mənə ödəmədi...Bildirirəm ki, qeyd edilmiş mənzil (71,2 kv.metr sahəli 122 nömrəli) X13 sonuncunun evinin barterinə görə verilmiş, ümumilikdə Şəhriyara 3 mənzil və 100000 manat verilmişdir. Həmin mənzillərdən 71,2 kv.metr sahəli mənzil Şəhriyarla Ceyhunun razılaşmalarına əsasən sonuncuya düşən poay olmuş, bu səbəbdən Ceyhunun xahişi əsasında mənzil mənim adıma rəsmiləşdirilmişdir. Sonradan mən mənzili əslən Qubadlı rayonundan olan Nuralı adlı şəxs vasitəsilə Rəşad Çıraqova satdım, mənzilin dəyəri 56000 manat olduğu üçün mən həmin məbləği Nuralıdan istədim, sonuncu da ilkin ödəniş kimi 12000 manat ödəyəcəyini, qalan məbləği də aylıq 5000 manat məbləğlərlə ödəyəcəyini dedi, mən də ona inanaraq dediyi Rəşad Çıraqovun adına mənzili Taley vasitəsilə rəsmiləşdirdim, tam ödəniş barədə maliyyə arayışı da verdim. Sonradan Nuralı mənə əlavə olaraq 2000 manatı kart vasitəsilə ödədi, qalan məbləği sə ödəmədi. Həmin zaman mən Rəşaddan öyrəndim ki, sonuncu mənzili 33000 manata almışdır”. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən tərtib edilən 20 may 2022-ci il tarixli “şahidi dindirmə” protokolunun surətindən görünür ki, X26 şahid qismində dindirilmişdir. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən tərtib edilən 09 avqust 2022-ci il tarixli “şahidi dindirmə ”protokolunun surətindən görünür ki, X27 şahid qismində dindirilmişdir. - Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 27 oktyabr 2022-ci il tarixdə Vəkil1 ünvanlanmış məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəs,”A- B” massivində inşa etdiyi binada həmin kooperativin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktları üzrə 24 fevral 2022-ci il tarixdə Baş İdarədə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmış, istintaq zamanı Cavabdeh sədri X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respulikası CM-nin 178.3.2,308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhərində Binəqədi rayon məhkəməsinin müvafiq tarixli qərarı ilə həbs qətiimkan tədbiri seçilmişdir. İstintaq aparıldığı hazırki dövrə qədər Cavabdehn sədri vəzifəsində hər hansı dəyişiklik baş verməmiş, müvafiq vəzifənin icrası Taley Alaverdiyevin üzərində qalmışdır. - Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 06 fevral 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Baş İdarədə Cavabdeh MTK-nın sədri X8 və "xxxx" MMC-nin direktoru X22 barəsində istintaq olunmuş 22226041 nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, həmin MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa olunmuş binada 1-ci mərtəbədə 3 otaqlı 117 kv.metr sahəli 10 nömrəli mənzil xx.xx.2020-ci il tarixli müqavilə ilə X7, xx.xx.2021-ci il tarixli müqavilə əsasında X16 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən istintaq zamanı X10 və X27 zərər çəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyindən qeyd edilmiş mənzil üzrə müqavilə və maliyyə arayışlarının surətlərinin sizə təqdim edilməsi mümkün deyildir. Qeyd edilmiş cinayət işi üzrə aparılmış istintaq zamanı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa olunmuş binada 12-ci mərtəbədə 1 otaqlı 71.2 kv.metr sahəli 122 nömrəli mənzilin ilkin olaraq X21 məxsus olduğu, 2021-ci ilin iyul ayında həmin mənzilin Abbas Əzimov tərəfindən Nuralı adlı şəxs vasitəsilə X23 (ünvan 4 ünvanda qeydiyyatda olmaqla ünvan 5lefon: ***-***-**-**) satıldığı və mənzilin xx.xx.2021-ci il tarixli müqavilə əsasında Rəşad Çıraqovun adına rəsmiləşirildiyi müəyyən edilmişdir. İstintaq zamanı həmin mənzil üzrə xx.xx.2020-ci il tarixli müqavilə, o cümlədən müvafiq mənzil üzrə hər hansı təkrar satış halı müəyyən edilməmişdir. - 25 avqust 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki,xx.xx.2022-ci il tarixdə vəfat etmiş–X16 vərəsələri Azımova Aınura, Əzimova Sevər, İddiaçı,X20, X18r və onların hər biri miras əmlakdanünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən 1/5 irs almalıdır. - 25 avqust 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki,xx.xx.2022-ci il tarixdə vəfat etmiş–X16 vərəsələri Azımova Aınura, Əzimova Sevər, İddiaçı, X20, X18r və onların hər biri miras əmlakdan- “Toyota Land-Cruıser”minik markalı 90hd173 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən 1/5 irs almalıdır. - 25 avqust 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş–X16 vərəsələri Azımova Aınura,Əzimova Sevər,İddiaçı,X20,X18r və onların hər biri miras əmlakdan- “Toyota Land-Cruıser-Prado”minik markalı 90ms339 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən 1/5 irs almalıdır. - 25 avqust 2023-cü il tarixli “Miras payın bağışlanması” müqaviləsindən görünür ki, İddiaçı, Azımova Aınura, Əzimova Sevər 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-1018 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras payını X19 bağışlamışdırlar. - 25 avqust 2023-cü il tarixli “Miras payın bağışlanması” müqaviləsindən görünür ki, İddiaçı, Azımova Aınura, Əzimova Sevər 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-1017 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras payını X19 bağışlamışdırlar. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1125/2024 saylı qətnaməsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş səndələrin geri qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 3328/2024 saylı qərardadına əsasən,İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1125/2024 saylı 19 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - 25 avqust 2025-ci il tarixli “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 qalmış arvadı X24 onların birgə nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın - ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququ vardır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli Vəkil1 ünvanlanmış məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında X8 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi vardır və məhkəmə istintaqı hazırda davam edir. X1 Taley Şamil oğlu və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-163/2024 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 28 noyabr 2024-cü il tarixli məktubundan görünür ki,Bakı şəhəri,Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi,”AB” yaşayış sahəsində inşa edilmiş yaşayış binası Cavabdehnə məxsus olduğundan orada yerləşən 122 saylı mənzilə dair müvafiq məlumatın verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, 27 dekabr 2024-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin icraatında olan X4 və X9 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1 (101)-56/2025 saylı cinayət işi üzrə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumilikdə 117 kv.rr. ibarət olan 3 otaqlı 10 saylı mənzilə dair X10 və X27 zərər çəkmiş şəxs qismində tanınmış, lakin Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı mənzil dair zərər çəkmiş şəxs qismində tanınmış hər hansı şəxs cinayət işinin materiallarından müəyyən edilməmişdir. - “Yerli baxış”a dair CD disk materiallarında görünür ki,12 fevral 2025-ci il tarixdə saat 14:30-da İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və icra məmuru Emil Zeynalov baxışına gəlmişdir. Digər tərəflərə isə yerli baxışın yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən yerli baxışa gəlməmişdir. Baxış – Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı və həmin binanın 1-ci mərtəbəsində ümumlikdə 117 kv.m. ibarət olan 3 otaqlı 10 saylı mənzillərdə aparılmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)- 264/2025 saylı qərardadına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-56/2025 nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)- 264/2025 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli 2(103)- 3487/2025 saylı qərardaddan görünür ki,İddiaçı şikayəti təmin olunmuşdur. - Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999- İİ). "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir". Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). İşə baxan məhkəmənin mövqeyi: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X27 ilə Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əldə edilən, yəni – Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı, eləcə də həmin binanın 1-ci mərtəbəsində ümumlikdə 117 kv.m. ibarət olan 3 otaqlı 10 saylı mənzillərini əldə etmişdir. Hazırki iş üzrə İddiaçı mərhum X16 övladıdır. X27 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra Sumqayıt "Regional ASAN Xidmət”inin notariat ofisində qanuna müvafiq qaydada vərəsəlik işi açılmış və iddiaçıya, o cümlədən digər vərəsələrə (yəni, arvadı Ulduz Əzimova, nənəsi Sevər Əzimova və övladı Aynur Əzimova) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İşin materiallarından görünür ki, X2 arvadı Ulduz Əzimova 2022-ci ildə cavabdehlər X21 və "xxxx" MTK-ya qarşı iddia tələbi irəli sürərək birgə nikah dövründə "xxxx" MTK ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi, yəni Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi. "A-B" massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı mənzil üzrə paylarının müəyyənləşdirilməsi, eləcə də ödənilmiş 100 manat (yəni, həm mediasiya xərci, həm də dövlət rüsumu) rüsum xərci cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin 2022-ci ilin dekabr ayında vəfat etdiyindən iş üzrə məhkəmə icraatı dayandırılmış, icraat təzələndikdən sonra baxılmamış saxlanılmışdır. İşin materiallarından görünür ki, hazırki iddianın predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumlikdə 117 kv.m. ibarət olan 3 otaqlı 10 saylı mənzil 2022-ci ildə qaldırılmış iddianın predmeti olmamışdır. Hazırda iddiaçı qeyd edilən 1 və 3 otaqlı mənzillərin atasından qalmış miras əmlakı olmasına istinad edərək həmin mənzillərin cavabdeh MTK tərəfindən ona təhvil verilməli olmasını iddia edir. Məhkəmə idda tələblərinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı özüözlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə ilk növbədə qeyd edir ki, müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində vəfat etmiş mərhum X16 İ növbə vərəsələr sırasına aid olsa da, Bakı şəhəri,Yeni Günəşli qəsəbəsi, “A-B" massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı mənzil miras qoyan X12 miras qalmış əmlaklara aid olmamışdır. Belə ki, işin materiallarından görünür ki, sözügedən 1 otaqlı mənzil Abbas Əzimovun “Sahil-S İnşaat" MTK ilə bağladığı xx.xx.2020-ci il tarixli Müqaviləyə əsasən onun adına rəsmiləşdirilsə də, xx.xx.2021-ci il tarixdən həmin mənzil “Sahil-S İnşaat" MTK ilə bağlanmış müqavilə əsasında X15 adınadır. Mübahisəli 1 otaqlı mənzilin X15 adına rəsmiləşdirilməsi ilə bağlı xüsusatlar X27 şahid qismində dindirilməsinə dair Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən tərtib edilən 27 aprel 2022-ci il tarixli “şahidi dindirmə”protokolunda ətraflı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, X2 ikən şahid qismində verdiyi ifadəsində mübahisəli 1 otaqlı mənzilin X15 adına rəsmiləşdirilməsi ilə bağlı göstərilənlər onlar arasında baş vermiş hadisələri olduğu kimi əks etdirməklə bu halları şübhə altına alınmasına əsaslar müəyyən edilməmişdir. Başqa sözlə, X15 adına rəsmiləşdirilməsi X2 iradə ifadəsi əsasında baş vermişdir ki, bu da iddiaçının atasının həmin əmlak üzrə 1\2 pay hissədə özünün vərəsəlik hüquqlarının pozulması kimi qiymətləndirilmir. X27 həmin əmlak üzərində istifadə və sahiblik hüquqlarına malik olmaqla gözlənilən mülkiyyət hüququ da olmuşdur. Buna görə də həmin əmlakla bağlı öz mülahizəsinə görə hərəkət etməkdə sərbəst idi. Atasının sağlığında birgə nikah dövründə əldə etdiyi əmlakı özgəninkiləşdirilməsi ilə bağlı əqdin qanuniliyini onun ölümündən sonra mübahisələndrmək üçün iddiaçı subyektiv hüquqa malik olmamışdır. Bu hüquq X19 aiddir ki, onun da bu əqdi mübahisələndirməsinə dair tələbinin olması işin materiallarından görünmür. Məhkəmə həmçinin X2 arvadı Ulduz Əzimovanın hələ 2022-ci ildə ona və digər cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, belə bir iddianın qaldırılması da həmin vaxt 1 otaqlı mənzilin X16 əmlakının mövcud olmasını təsdiq etmir. Yuxarıda qeyd edildiyi kimi həmin iddia üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir. İddiaçı iddia ərizəsində “Sahil-S İnşaat" MTK ilə X15 arasında bağlanmış müqavilənin qanunsuzluğunu (etibarsızlığını) vurğulasa da, tələbində bu əqdin qanuniliyini mübahisələndirməmiş, yalnız müqavilə predmeti olan 1 otaqlı mənzilin ona verilməli olmasını iddia etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, hazırda digər şəxsin sahibliyində və istifadəsində olan əmlaka, yəni Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B" massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı mənzilə münasibətdə iddia əsaslı olmadığı üçün rədd edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsi olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumlikdə 117 kv.m. ibarət olan 3 otaqlı 10 saylı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına qiymət verərək qeyd edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi, bu 3 otaqlı mənzil də X27 ilə Ulduz Əzimovanın birgə nikah dövründə əldə edilmiş əmlakı olmaqla hər birinin həmin əmlakda bərabər payları vardır. Atası öldüyündən o atasının payına münasibətdə qanun üzrə vərəsəsidir. Başqa sözlə, iddiaçı Ulduz Əzimovanın həmin mənzildə 1/2 hissədə payının olmasını qəbul edir. Lakin qeyd edilən əmlak dövlət reyestrində qeydiyyata alınmamış və verilən qanun üzrə şəhadətnamələrdə miras əmlak kimi vərəsələrin pay hüquqları tanınmamışdır. İddiaçının Ulduz Əzimovanın 3 otaqlı mənzildə 1/2 hissədə payının olmasını təsdiq edərək hazırki tələbində vərəsəlik hüququ üzrə ona düşən payının müəyyən edilməsini deyil, mənzilin ona bütünlüklə təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması tələbi məhkəmənin qənaətinə görə əsaslı sayıla bilməz. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı həm də öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdehnə qarşı (X26, X33, X10, Əzimova Sevər, Əzimova Aynurə, X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-264/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-264/2025
17.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver