Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2642/2019 20.08.2019 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X9, X1, İddiaçı Qaziyevnanın, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Qaziyevnanın cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı "vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qaziyevna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli 2V-38 və 2V-39 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi, ev 134 ünvanında yerləşən 37 saylı mənzilə dair göstərilən paylara uyğun olaraq ona 2/5 (1/2+1/3=2/5), Cavabdeh3 1/3, Cavabdeh2 1/3 payları müəyyən olunmaqla, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (depozit) hesabında olan 83.000 manat əmanətdən və onlara hesablanmış faizlərə pul vəsaitinə dair göstərilən paylara uyğun olaraq ona 2/5 (1/2+1/3=2/5), Cavabdeh3 1/3, Cavabdeh2 1/3 payları müəyyən olunmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh1 xüsusi notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qaziyevna iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, o, xx xxxxxx 1992-ci il tarixdə X17 ilə rəsmi nikaha daxil olmuşdur. Ümumi nikahdan bir övladı anadan olmuşdur - xx xxx 1993-cü il təvəllüdlü Cavabdeh3. Birgə nikahda yaşadığı müddət ərzində onlar Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanında yerləşən 37 saylı mənzili əldə etmişdilər. Bundan əlavə də həmin müddətdə birlikdə ərinin adına "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-də 83.000 manat məbləğində pul vəsaiti ayırmışdılar. X10 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra o miras əmlakı qəbul etmək üçün qanun tələblərinə uyğun olaraq Cavabdeh1nə müraciət etmişdir. Bundan başqa da ərinin birinci nikahdan iki övladı var: Cavabdeh2 və X13. Eyni zamanda da mərhum ərinin birinci nikahdan olan övladları da miras əmlakı qəbul etmək üçün Cavabdeh1nə müraciət etmişdirlər. X6 miras əmlakdan düşən payından qardaşı X7 xeyrinə imtina etmişdir. Lakin, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verdiyi zaman, tərəfindən verdiyi miras əmlakdan qanun üzrə düşən paydan qızının xeyrinə imtina ərizəsini əsas götürərək, mərhum əri ilə birgə mülkiyyətdə ona çatan əmlak hissəni nəzərə almamış və bölünmüyən payı da miras əmlaka daxil etmişdir. Nəticədə, miras əmlakın payları vərəsələrin arasında düzgün bölünməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Daha sonra İddiaçı Qaziyevna iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli 2V-36, 2V-37, 2V-38 və 2V-39 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə dair və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin depozit hesabında saxlanılan 83.000 manat məbləğində olan əmanətə dair İddiaçı Qaziyevanın 2/4 hissədə payının müəyyən edilməsi və bu paya müvafiq olaraq yeni qanun üzrə vərəslik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qaziyevna və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisə predmetini təşkil edən mənzil və bank hesabında olan pul məbləği cavabdehin mərhum atası Albert Şahbazovla arvadı İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə vəsait hesabına əldə edilməmişdir. Belə ki, cavabdehin anası Larisa Şahbazova jurnalist işləyib, işlədiyi təşkilatdan ona Bakı şəhəri, Nərimanov rayonu, 50 let VLKSM 5, mənzil 4 (indiki Ə.Rəcəbli küçəsi, ev 5, mənzil 3) ünvanda yerləşən mənzil verilmişdir. Larisa Şahbazova xx.xx.1990-cı ildə vəfat etmiş, qeyd olunan mənzil isə vərəsəlik qaydasında Albert Şahbazovun mülkiyyətinə keçmişdir. xx.xx.1992-ci il tarixdə qeyd edilən mənzil Albert Şahbazov tərəfindən 136.500 manat məbləğinə satılaraq hazırda mübahisə predmeti təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzil alınmış, qalan pul isə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-də yerləşdirilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1nə və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1992-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı, 331587 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X17 ilə X15 arasında xx xxxxxx 1992-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 761 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şahbazov, arvada Şahbazova soyadı verilmişdir; 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 975077 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1987 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx xxxx 1993-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı, 396130 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx xxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh3 atası X17, anası İddiaçı Qaziyevna; xx.xx.2019-cu il tarixli, 2V-36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi – oğlu Cavabdeh2dir və o miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilindən ibarətdir; xx.xx.2019-cu il tarixli, 2V-37 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi – oğlu Cavabdeh2dir və o miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 16/218 saylı arayışa əsasən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (depozit) hesabında olan 83.000 manat əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir; xx.xx.2019-cu il tarixli, 2V-38 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi – qızı Cavabdeh3ddır və o miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilindən ibarətdir; xx.xx.2019-cu il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi – qızı Cavabdeh3ddır və o miras əmlakdan 2/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 16/218 saylı arayışa əsasən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (depozit) hesabında olan 83.000 manat əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir; İddiaçı Qaziyevna tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin surətinə əsasən İddiaçı Qaziyevna xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10nun adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan qızı Cavabdeh3 xeyrinə imtina etmişdir; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 383872 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh2 atası X17, anası X5; xx xxxx 1964-cü il tarixdə verilmiş AZ seriyalı, 498455 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş X8 atası X17, anası X5; "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən Cavabdeh1nə ünvanlanmış 16/218 nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubunun surətinə əsasən X12 adına "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (depozit) hesabında əsas vəsaitlərin məbləği 83.000 manat təşkil edir; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X12 adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 7516 nömrəli vərəqində qeydiyyata alınmışdır; xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Qaziyevna Bakı şəhəti Nərimanov rayon məhkəməsində idia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ilə X12 birgə nikahından xx xxxx 1972-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1963-cü il təvəllüdlü X13 anadan olmuşdur. X5 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Sonradan X3 (Qaziyeva) Zeynəb Qaziyevna ilə xx xxxxxx 1992-ci il tarixdə nikaha daxil olmuşdur. X12 Şahbazova (Qaziyeva) Zeynəb Qaziyevna ilə birgə nikahdan xx xxx 1993-cü il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə X17 vəfat etmişdir. X12 vəfatəndan sonra miras qalan əmlak "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Nərimanov filialında 20624L********** saylı əmanət (depozit) hesabında olan 83.000 manat əmanətdən və ona hesablanmış faizlərdən, habelə Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilindən ibarətdir. İddiaçı Qaziyevna mübahisə predmeti təşkil edən əmlakın onunla mərhum X12 birgə nikah dövründə və birgə vəsait hesabına əldə edildiyini iddia edir və bununla da həmin əmlakın 1/2 hissəsinin ona məxsus olduğunu və qeyd edilən əmlaka dair onun vərəsəlik hüququ ona çatası əmlakın 1/2 hissəsinə aid olmadığını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ daha çox ailə münasibətləri ilə əlaqəlidir. Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 32-ci maddəsində nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Beləliklə, ümumi mülkiyyətə dair ər-arvad bərabər hüquqlara malikdirlər.Ümumi birgə mülkiyyətə sərəncam verilməsi mülkiyyətin bölünməsi, payların müəyyən edilməsi yolu ilə həyata keçirilə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi əsasları və qaydaları isə Ailə Məcəlləsinin 36-cı maddəsində təsbit olunmuşdur. İddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, mübahisəli əmlak İddiaçı Qaziyevna ilə mərhum X12 birgə nikahda olduqları müddətdə əldə edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən əmlak onların birgə nikahları müddətində əldə edildiyindən onların birgə ümumi mülkiyyətidir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaklara dair İddiaçı Qaziyevna ilə X17 arasında hər hansı razılaşma olmadığından, onların birgə nikah müddətində əldə etdikləri hazırki mülki iş üzrə mübahisə predmetini təşkil edən əmlakda hər birinin payı bərabər hesab edilməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, mübahisəli mənzilin və əmanət hesabında yerləşdirilən pul vəsaitinin İddiaçı Qaziyevna ilə X12 ailə büdcəsindən maliyyələşdirilməklə deyil, cavabdehin anasına məxsus mənzilin satılması hesabına alınması məhkəmə iclasında işin hər hansı bir mötəbər sübutu ilə təsdiq olunmadığından, cavabdehin dəlilləri əsassızdır. Göründüyü kimi, mübahisəli əmlaklar İddiaçı Qaziyevna ilə X12 birgə nikah dövründə əldə edilib, həmin əmlakların nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmaması halı müəyyən edilməmişdir. Bu səbəbdən həmin əmlaklar onların ümumi birgə mülkiyyəti sayılmalı və İddiaçı Qaziyevnanın əmlaklara dair payı (əmlakların ½ (ikidə bir) hissəsinə) müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli 2V-36, 2V-37, 2V-38 və 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr rəsmiləşdirilərkən İddiaçı Qaziyevnanın miras qalan əmlaklardan birgə mülkiyyət kimi ona çatası əmlak hissəsi nəzərə alınmamış və İddiaçı X2 yalnız qanun üzrə vərəsəsi kimi qiymətləndirilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxx 2019-cu il tarixli 2V-36, 2V-37, 2V-38 və 2V-39 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə dair və xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin depozit hesabında saxlanılan 83000 manat məbləğində olan əmanətinə dair İddiaçı Qaziyevnanın 2/4 hissədə payı müəyyən olunmalı, həmin paya müvafiq olaraq yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxx 2019-cu il tarixli 2V-36, 2V-37, 2V-38 və 2V-39 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 134 ünvanda yerləşən 37 saylı mənzilə dair və xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin depozit hesabında saxlanılan 83000 manat məbləğində olan əmanətinə dair İddiaçı Qaziyevnanın 2/4 hissədə payı müəyyən olunsun. Həmin paya müvafiq olaraq yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2642/2019
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2642/2019
20.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver