Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2659/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün üzrlü səbəbdən ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün üzrlü səbəbdən ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki iş ilə əlaqədar sənədlərin əsillərini ünvan 1 ünvanında yerləşən ünvan 2andırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: -150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); -150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; - 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilir. Göründüyü kimi, iddia ərizəsi, o cümlədən qiymətləndirilməyən iddia ərizəsi verildikdə qanunla müəyyən edilmiş məbləğdə (100 manat) dövlət rüsumu ödənilməlidir. Bununla belə, hazırki iddia ərizəsinin verilməsi üçün iddiaçı (və ya onun səlahiyyətli nümayəndəsi və ya vəkili) tərəfindən qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş Vəkil tərəfindən 100 manat dövlət rüsumu ödənilməsinə dair xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə münasibətdə isə qeyd edir ki, məhkəmə tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə qəbz məlumatlarının elektron yoxlanılması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan qəbz xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatına daxil olmuş e-2(005)-2234/2025 saylı iş üzrə artıq istifadə olunmuşdur, ondan imtina olunmamışdır (mülki iş hazırda məhkəmənin icraatındadır). Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzi başqa - e-2(005)-2234/2025 saylı iş üzrə artıq istifadə olunduğundan hazırki iş üzrə nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. -152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün üzrlü səbəbdən ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün üzrlü səbəbdən ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2659/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2659/2025
05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver