Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2666/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı Gürbüz Korayın nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil3 iştirakları ilə, İddiaçı Gürbüz Korayın Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Gürbüz Koray Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 103 saylı mənzili ilə bağlı cavabdeh X7 ilə üçüncü şəxs X19 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycana 2009-cu ilində gəlmiş, atası X23 ilə "xxxx" MMC-ni yaratmış, orda da çalışmışdır. Həmin şirkətin direktoru kimi isə atasının tanışı X3 təyin etmişlər. Sonradan iddiaçı və onun ailəsi Cavabdeh ilə də yaxınlaşmış, onunla bir işçi kimi deyil, ailənin bir fərdi olaraq münasibət bəsləmişlər. Azərbaycanda işlədiyi vaxt tanışı X19, ona dizayn işində köməklik göstərməsini xahiş etmiş, o da imtina etməmişdir. X19 isə göstərdiyi bu hörmətin qarşılığında ona mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 saylı evin 103 saylı mənzilini təklif etmiş, uzun isrardan sonra Raminlə razılaşaraq və mənzilin verilməsini alqı-satqı yolu ilə sənədləşdirmək qərarına gəlmişlər. İddiaçı işləri ilə bağlı tez-tez Türkiyəyə gedib-gəldiyi üçün və Raminin ona verdiyi mənzili onsuzda gələcəkdə satmaq fikrində olduğu üçün alqı-satqı müqaviləsinə imza etməyi, etibar olunacağını həmin vaxt zənn etdiyi onların bütün sənədləşdirməsini aparan Cavabdeh xahiş etmiş, o da, bununla razılaşmışdır. Əvvəlcədən razılaşdıqları kimi, o, Tereza və Ramin 11 oktyabr 2019-cu il tarixdə 51 saylı Notariat Kontorunda olmuş, X19 və Cavabdeh əvvəllər tanış deyildirlər. Onlar ilk dəfə elə həmin Notariat Kontorunda bir-birlərini görmüş, iddiaçı onları tanış etmişdir. Alqı-satqı müqaviləsi formal bağlandığına görə, mənzilin dəyərini təxmini 200.000 göstərmişlər, notariusun depozit hesabına qoyulacaq pulu Ramin özü ilə gətirmişdir. Sənədləşdirmə zamanı da mənzilin dəyəri kimi göstərilmiş 200.000 manat və həmin məbləğə hesablanmış 4.808.1 manatı X19 özü ödəmişdir. Bütün bu faktları, yəni mənzilə dair müqaviləni Terezanın formal olaraq imzalamasını, Terezanı əvvəllər tanımadığını, onunla mənzilin alqı-satqısı ilə bağlı hər hansı danışıqlarının olmadığını və iş üçün digər önəmli halları X19 özü təsdiq edə bilər. Bundan başqa, Terezanın iddiaçının adına verdiyi baş etibarnamə də mövcud olmuşdur. İddiaçı heç bir haldan şübhələnmədən mənzili satışa qoymuş və nə vaxt satılacağını və pulunu əldə edəcəyi günü gözləyirdi. Cavabdeh onun adına xx.xx.2021-ci il tarixdə əmlaka sərəncam verilməsi barədə etibarnamə vermiş, nəhayət o da evə alıcı tapmış, onunla notariusa getmişdir. Mənzili satmaq istədiyində notariusdan ona verilən etibarnamənin Tereza tərəfindən ləğv edildiyini öyrənmişdir. Daha sonra cavabdehlə telefon əlaqəsi saxlamış, səbəbini öyrənmiş, cavabdeh ona əsəbləşdiyini və belə lazım olduğunu bildirmişdir. İddiaçı və onun ailəsi Terezaya çox inanmış, ona maddi və mənəvi dəstək göstərmələrinə baxmayaraq o, onların etibarından sui-istifadə edərək alın təri ilə qazandığı pulu ələ keçirmişdir, ona məxsus olan evi öz adına keçirtmişdir. İddiaçı bundan başqa yoldaşı İmren Gurbuza, özünə aldıqları maşınları cavabdehin adına rəsmiləşdirmiş, cavabdeh iddiaçıya və onun yoldaşına avtomobilləri idarə etmək üçün etibarnamələr vermişdir. Həmin etibarnamələr əsasında da əmlakları satıb, pulunu almışdılar. İddiaçı Terezza Musayevanın ona qarşı etdiyi dələduzluqla bağlı Nəsimi rayon polis İdarəsinə şikayət ərizəsi ünvanlamış, Terezza və Ramin Nəsimi rayon polis bölməsinə çağırıldılar. Terezza polis İdarəsində bildirmişdir ki, “Delos" MMC-də direktor olaraq çalışır, guya Ramin Rüstəmovu şirkətdə müştəri və sifarişçi olaraq tanımışdır. Raminlə guya yaranmış münasibət zamanı ona mənzilinin olduğunu deyib və 19 oktyabr 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108 de 103 saylı mənzili Ramindən 200.000 manata almış, Koraya isə mənzili satmaq üçün etibarnamə vermişdir. Halbuki, bunların hamısının yalan olduğu Raminin öz izahatında təsdiqini tapmışdır. Belə ki, polis bölməsində mənzili satan X20, Şinasi adlı birini və "xxxx" adlı şirkəti tanımadığı barədə izahat vermişdir. Korayın ona yüklü pul borclu olduğu üçün öz mülkiyyətində olan mənzili pulun əvəzi olaraq Koraya vermişdir. X2, faktiki ona aid Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 saylı evin 103 saylı mənzili onun etibarından sui-istifadə edərək, aldadaraq ələ keçirmişdir. Əgər ev Terezzanın olsaydı nə üçün mənzilin bütün kommunal ödənişlərini hər ay iddiaçı ödəyir. Binanın qapıçısı belə cavabdehi tanımır. Çünki mənzil ona aid bütün sığorta, kommunal ödənişlər iddiaçı tərəfindən ödənilmişdir, hələdə ödənilməkdədir. Mənzil Terezanın olsaydı nə üçün alqı-satqı müqaviləsinin ədli iddiaçıdadır. Terezza o mənzilin qapısını belə tanımır. İnternet saytlarında mənzili satmak üçün iddiaçı elan yerləşdirmiş, ev alqı-satqısı ilə məşğul olan adamlarla danışmışdır. Göründüyü kimi cavabdeh Terezza Musayeva qanunla iddiaçıya aid olan mənzili qanunsuz olaraq əldə etmiş, razılaşmanı pozmuş, ona heç bir aidiyyəti olmayan, dəyəri onun tərəfindən ödənilməyən əmlakı mənimsəmişdir. Məhkəmə iclasında iddiaçı Gürbüz Korayın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil3 yazılı etiraz və etiraza əlavə təqdim edərək bildirmişdirlər ki, iddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, guya X15 dizayn işində yardım göstərmiş Ramində yardım qarşılığında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 103 saylı mənzilini ona vermək istəmiş və formal olaraq ev alqı-satqı müqaviləsi əsasında 9 saylı notariusda onun adına rəsmiləşdirilmişdir. Halbuki, onunla X19 arasında bağlanılmış 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 9 saylı notariat ofisində yox 51 saylı notariat ofsində bağlanmışdır. 51 saylı notariat ofisində bağlanılan xx.xx.2019-cu il tarixli, 4-Ə-1042 reyestr nömrəli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki tərəfin iradə ifadəsi əsasında bağlanılmışdır. Belə ki, 18 avqust 2022-ci il tarixində 51 saylı notariat ofisinə xx.xx.2019-cu il tarixli, 4-Ə-1042 reyestr nömrəli alqısatqı müqaviləsinə aid sənədlərin surətlərinin tərəflərə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmışdır. ünvan 3ömrəli məktubu ilə xx.xx.2019-cu il tarixli, 4-Ə-1042 reyestr nömrəli alqısatqı müqaviləsinə aid sənədlərin surətləri tərəflərə təqdim edilmişdir. Təqdim edilmiş AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən də müəyyən olunur ki, X4 qismində Cavabdeh isə alıcı qismində iştirak etmişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən evin qiyməti 200000 manat razılaşdırılmışdır. Təqdim edilmiş xəzinə mədaxil orderinin surətindən müəyyən edilir ki, 09 oktyabr 2019-cu ildə X8 (alqı-satqı mədaxil (B-1381 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən) tərəfindən X15 verilməsi üçün Muğanbank Azadlıq filialında yerləşən 51 saylı notariat ofisinin depozit hesabına ödəmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MA ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 103 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X15 məxsus olmuşdur. Təqdim edilmiş Daşımaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2029-cu il tarixli arayışdan da görünür ki, həmin mənzil dair məhdudiyyət və yüklülük qeydə alınmayıb. Təqdim edilmiş “Elektron notariat” X1 çıxarışa əsasən qeyd edilən ünvanda qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. Təqdim edilmiş ünvan 4at ofisi tərəfindən ünvan 5 ünvanlanmış 09 oktyabr 2029-cu il tarixli məktubun surətindən də görünür ki, X8 tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilməsi olan 200000 (iki yüz min) manat məbləğində pulu qəbul edib müvafiq müqavilə təsdiq edildikdən sonra 4808,10 manat vergi öhdəliyini satış dəyərindən çıxaraq depozit hesabına da qalan 195191,90 (bir yüz doxsan beş min bir yüz doxsan bir) manat məbləği ünvan 6 ünvanında qeydiyyatda olan X15 verilməsini xahiş etmişdir. Təqdim edilmiş X19, Cavabdeh 51 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizələrinin surətindən müəyyən edilir ki, X15 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 103 saylı mənzili 200000 manat 00 qəpik (iki yüz min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini alıcı Cavabdeh öz üzərinə götürmüşdür. Təqdim edilmiş X5 AQİS-dən alınmış çıxarışın surətindən müəyyən olunur ki, X12 həyat yoldaşı X13r. Təqdim edilmiş X9 51 saylı notariat ofisinə ünvanlanmış ərizəsinin surətindən müəyyən olunur ki, Aytən Məhərrəmli Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 103 saylı mənzilin özgəninkiləşdirilməsinə (satılmasına) etiraz etmir. Təqdim edilmiş alıcı Cavabdeh tərəfindən 51 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2019-cu ıl tarixli ərizəsindən müəyyən edilir ki, 4Ə-1042 reyestr nömrəsi ilə qeydə alınaraq, xx.xx.2019-cu ildə, ünvan 4at ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 10 (on) gün müddətində adına elektron çıxarışın qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. Hal-hazırda da həmin mənzil onun mülkiyyətində, sahibliyində və istifadəsindədir. İddiaçı ilə X12 arasında olan hər hansı bir münasibətin onun mülkiyyətində olan mənzillə nə bağlılığı ola bilər. Yuxarıda göstərilənlər bir daha iddiaçının iddia tələbinin cəfəngiyyatdan başqa bir şey olmadığını təsdiq edir. Alqı-satqı sənədlərinin də təsdiq olunmuş surətlərini etirazına əlavə edərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Mülkiyyət toxunulmazdır. Nəsimi rayon Polis şöbəsinə aparılan araşdırma ilə bağlı izahatı alınmış X12 bildirdikləri tamamilə yalan olmaqla Korav Gurbuzla əvvəlcədən planlaşdırılmış bir izahatdır. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, Ramin özü ilə natariusa 200000 manat gətirmişdir. Əgər Ramin elə 200000 manatı olsaydı Korav Gurbuza olmayan borcunu elə özü ödəyərdi. Eyni zamanda Ramin Rüstəmov izahatında da mənzilini 200.000 manata Cavabdeh adına alqı-satqı apardığını etiraf etmişdir. İzahatında göstərmisdir ki, guya notariusda mühasibi onun əvəzində alqı-satqı əməliyyatlarını aparıb. Lakin alqı-satqı sənədlərində özü iştirak etdiyini də unutmuşdur. Bütün sənədləri özü imza etmiş və mənzilin pulu da onun adına bank hesabı vasitəsilə Cavabdeh tərəfindən oun hesabına ödənilmişdir. X28 notariusa 200000 manat pulla gəlsəydi izahatında qeyd edərdi. Əgər 200000 manat borcu var idisə həmin pulu borcuna vermiş olardı. Bundan əlavə Korav Gurbuz bildirmişdir ki, o tez-tez ölkə xaricində olduğundan evi Cavabdeh adına almışdır. Halbuki, Korav Gurbuz həmin vaxt notariusda olduğunu bildirmişdir. Eyni zamanda Cavabdeh tərəfindən Korav Gurbuza verilmiş MH oktyabr 2021-ci il tarixli etibarnamə verilmişdir. Həmin etibarnaməyə əsasən İddiaçı qeyd olunan Cavabdeh aid evi iş görülməsi üçün girov qoymaqla bankdan götürməli idi. Cavabdeh xəbər tutanda ki, onun mənzilini satmaq istəyir. O zaman etibarnaməni ləğv etdirmişdir. Əgər ev İddiaçı aid olsaydı nəyə sörə evlə bağlı alqı-satqı 2019-cu il tarixində aparılsa da etibarnamə 2021-ci ildə verilmişdir. Bu da öz növbəsində bir daha sübut edir ki, Korav Gurubuzun iddiası əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş MYİ seriyalı, 0****** Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən xx.xx.1973-cü il tarixdə Türkiyə Respublikasında anadan olmuş İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır; ünvan 8 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin (mənzil) surətinə əsasən X19 özünə məxsus ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 145.7 kv.m, yaşayış sahəsi 71 kv.m, yardımçı sahəsi 74.7 kv.m olan 3 otaqlı mənzili 200.000 manata alıcı Cavabdeh satmışdır; xx.xx.2019-cu il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X19 tərəfindən B-1381 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 200.000 manat ödəniş olunmuşdur, Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, “Sığortaçı”- "xxxx" ASC tərəfindən “sığortalı” X14 məxsus ünvan 9 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Şəhadətnamə üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25000 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 145.7 kv.m, yaşayış sahəsi 71 kv.m, yardımçı sahəsi 74.7 kv.m olan 3 otaqlı mənzil mülkiyyət hüququ kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 1614 nömrəli reyestr kitabının 147864 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 145.7 kv.m olan mənzil mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; AR-İİ saylı, 473795 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh İddiaçı etibarnamə vermiş, etibarnamə üzrə verilən səlahiyyətlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş, reyestr nömrəsi **********49-05301-093036, qeydiyyat nömrəsi ********** “Çıxarış”a əsasən ünvan 9 ünvanında yerləşən mənzilə dair forma 1 almaqla üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı buna dair müqavilələri imzalamağı, lazım olduqda müqaviləni ləğv etməyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRXnin müvafiq ərazi idarəsində, ASAN Xidmət Mərkəzlərində, ASAN Kommunalda, notariat ofislərində, banklarda, Vergi İdarələrində, MKİS-də, o cümlədən digər idarə və təşkilatlarda nümayəndəm olmağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmiş, xx.xx.2021-ci ildə ona xitam verilmişdir; ƏN-Vİ seriyalı 009138 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh tərəfindən İddiaçı “X27 4” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyə dair 1 il müddətinə, yəni xx.xx.2018-ci il tarixədək etibarnamə üzrə səlahiyyətlər verilmişdir. ƏN-Vİ seriyalı 476871 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh tərəfindən Gürbüz İmrene “X27 4” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyə dair 1 il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək etibarnamə üzrə səlahiyyətlər verilmişdir. ƏN-Vİ seriyalı 967580 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh tərəfindən Gürbüz İmrene “X27 4” minik markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyə dair 1 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Notariat işinə əlavə edilmiş X17 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizənin surətinə əsasən o, əri - X15 məxsus ünvan 9 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir; Nəsimi RPİ-nin İŞ-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən Gürbüz Korayın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Nəsimi RPİ-nin İŞ-də toplanmış materiallar əsasında X12 izahatında “təxminən 10 ildir ki, türk vətəndaşı olan İddiaçı adlı şəxsi tanıyır. Korayla aralarında uzun müddət mebel alqı-satqısı işləri görmüşdür. 2019-cu ildə Korayın sonuncu üçün gördüyü müəyyən işlərin qarşılığında ona külli miqdarda pul verməli imiş. Verəcəyi pulun qarşılığında İddiaçı ona ev verməyini təklif etmişdir. 19 oktyabr 2019-cu il tarixdə etibarnamə əsasında sonuncunun adından çıxış edən mühasibim Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108 mənzil 103 saylı evi alqı-satqı edib müəyyən məbləğdə pul almaqla evi Korayın razılığı ilə onun etibar etdiyi Terezza Musayeva adlı qadının adına keçirmişdir. Belə ki həmin ev barəsində razılaşma sonuncu ilə Korayın arasında olmuşdur. Terezza sadəcə Korayın etibar etdiyi şəxsdir. Bu işlərlə bağlı hər hansı digər şəxslərlə eyni zamanda Korayın atası Şinasi Gurbuzla hər hansı razılığı olmamışdır. Həmin mənzilin Koraya məxsus olmalı olduğunu bilir” göstərilmişdir; Nəsimi RPİ-nin İŞ-də toplanmış materiallar əsasında Cavabdeh izahatında “2003-cü ilin ildən bu günədək Şinasi Gurbuz adlı şəxsə məxsus müxtəlif şirkətlərdə, son illərdə İsə "xxxx" MMC-də işləmişdir. Hazırda həmin şirkətdə icraçı direktor vəzifəsində çalışır. 2009-cu ildə X11 Gurbuz Türkiyədən atasının yanına gəlmişdir və uzun müddət birlikdə atasının yanında işləmişdir. Şirkətin işi mebel istehsalı və restovrasiyadan ibarətdir. İşlədiyi müddətdə X19 adlı şəxsi sifarişçi və müştəri kimi tanımışdır. Raminlə yaranmış münasibət zamanı sonuncuya mənzilinin olduğunu demişdir və 19 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108 də 103 saylı mənzili Ramindən 200.000 manat qarşılığında almışdır. İddiaçı həmin ərəfədə etibarnamə vermişdir ki, həmin mənzili satsın. Lakin sonradan həmin etibarnaməni ləğv etmişdir ki, həmin mənzili özü satsın. Belə ki, həmin şəxsin bildirdikləri şər və böhtandır” göstərilmişdir; Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 103 saylı mənzilə dair Cavabdeh ilə X19 arasında arasında 51 saylı notariat ofisində bağlanılan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, hazırda mənzilin mülkiyyətçisi Cavabdehdır. İddiaçı üçüncü şəxs X19 ilə aralarında borc münasibətinin olduğunu və bunun müqabilində həmin əmlakın ona verildiyini, lakin Cavabdeh ilə alqı-satqı müqaviləsinin formal bağlandığını iddia etməklə müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə alqı-satqı müqavilələrinin etibarsızlığına dair mübahisəyə ilkin olaraq münasibət bildirməyi zəruri hesab edərək, tərəfindən mülki işin halları və toplanmış sübutlar nəzərdən keçirilərkən alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı Gürbüz Koray Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin, 103 saylı mənzilə dair Cavabdeh ilə X19 arasında arasında 51 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlandığı zaman iddiaçı özü də Notariat ofisində olmuş, onun iddia etdiyi kimi X19 ilə aralarında borc müqabilində həmin mənzilin Gürbüz Korayın adına rəsmiləşdirilməsinə mane olan hallar olmamışdır. Bağlanmış alqı-satqı müqaviləsinə tərəflər imza etmiş, müvafiq əqdlərə (əməliyyatlara) dair hüquqi proseslər barəsində onların hər üçünün iradə ifadələri (iradə azadlığı) olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı məhz alqısatqı müqaviləsinin özünün adına bağlanmasına mane olan halları göstərə bilməmiş, müqavilənin Cavabdeh adına bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Nəsimi RPİ-nin İŞ-də ifadə verən iş üzrə 3-cü şəxs X12 izahatına münasibətdə qeyd edir ki, onun mübahisəli əmlakı Gürbuz Koraya məxsus olmasını bildirməsi iddianın təmin olunması üçün əsas yaratmır. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, iddiaçının təqdim etdiyi video görüntülər, «whatsapp»sosial şəbəkəsində olan yazışmalar iddianın təmin olunması üçün mötəbər sübut kimi qəbul edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Qərarda həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Normanın məzmunu bu əqdlərin mübahisələndirilə bilən əqd olduğu fikrini yaradır. Lakin müraciətedən hüquq ədəbiyyatına istinad edərək fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqdin bağlandığı andan etibarsız əqdlər sırasına aid edildiyini və yalnız bəyənildiyi təqdirdə düzələ bilən etibarsızlıq halı kimi təsnif edilməli olduğunu göstərir. …Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345-ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Bununla yanaşı, mənzilin mülkiyyətçisi olaraq Cavabdeh xx.xx.2021-ci il tarixli etibarnamə əsasında İddiaçı etibarnamə verməsi iddiaçının Cavabdeh mülkiyyətçi kimi tanımaqla əqdi bəyənməsi deməkdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Nəzərə alınmalıdır ki, iddiaçı alqı-satqı müqaviləsi bağlandığı vaxt 11 oktyabr 2019-cu il tarixdə 51 saylı Notariat Kontorunda olmuş, həmin vaxtdan bugünədək əqdi mübahisələndirməmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf həm də qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, iddiaçı Gürbüz Korayın Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Gürbüz Korayın Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2666/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2666/2022
07.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver