Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2676/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 32 saylı mənzilə dair hərracın qanunsuz keçirilməsi və qiymətləndirilməsinə dair cavabdeh Azərbaycan Respubikası Xammal və Əmtəə Birjası “Külək MMC" Hərrac Mərkəzinin 04 aprel 2023-cü il tarixli hərracının yekunları barədə 16/01 saylı protokolunu etibarsız sayılaraq ləğv edilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021ci il tarixli, 2(060)- 5144/2021 saylı qətnaməsi ilə, iddiaçı "xxxx" ASC- nin cavabdehlər X4 və qeyrilərinə qarşı borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 84.810 ABŞ dolları (ödəniş günü manat nəzənnəsi ilə) borc tutulması qət edilmiş, tutma İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-ci mkr., 2 saylı evin 32 saylı mənzilinə yönəldilmiş, həmin evin açıq hərracdan satılması, ipoteka predmentinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, hərrac üzrə xərclərinin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlakın hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmentinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ X3 alınaraq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra bir ay müddətində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 14/06 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus ünvan 1 satılması üçün hərraca çıxarılmışdır. Sumqayıt şəhəri üzrə icra idarəsinin sifariş məktubuna əsasən əmlakının qiymətləndirilməsini həyata keçirən “Külək" MMC hərrac mərkəzi tərəfindən evinin ilkin satış qiyməti 100000 manat, son satış qiyməti isə 63750 manat müəyyən edilmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinin tələbinə görə İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona sonrakı ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Evinə tutmanın yönəldilməsinə dair İddiaçı heç bir məlumat və bildiriş verilməmişdir, eyni zamanda əmlakın son dərəcə ucuz, qiymətə 63750 manata satılması rəsmiləşdirilmişdir və bununla bağlı açıq hərracın nəticələri haqqında protokol tərtib edilmişdir. Dəfələrlə Sumqayıt şəhər Məhkəmə İcraçıları idarəsinə və hərracı keçirən Külək MMC-nə mürcaiət edərək sonuncu hərracın nəticələri barədə protokol digər sənədləri tələb etsə də bu günə kimi həmin sənədlər İddiaçı verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, keçirilmiş hərraclar barədə ona heç bir məlumat verilmədiyini, həmçinin əmlakın həqiqi dəyərində daha aşağı qiymətlə hərraca çıxarıldığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək keçirilmiş hərracın qanuni olmasına dair yetərli sübutların olduğunu bildirdi. Cavabdehə və digər 3-cü şəxslərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)-5144/2021 saylı qətnaməsi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və qeyrilərinə qarşı borc tələbi və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 37.213,81 ABŞ dolları əsas, 47.296,43 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 84.810 ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) borc tutulması qət edilmiş, tutma İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-ci mkr., 2 saylı evin 32 saylı mənzilinə yönəldilmiş, həmin evin açıq hərracdan satılması, ipoteka predmentinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, hərrac üzrə xərclərinin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlakın hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmentinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ X3 alınaraq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra bir ay müddətində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" ASC-yə, o cümlədən ünvan 1 ünvanı üzrə X4, İddiaçı, X8, X5, X6, X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli 01 saylı bildirişdən və bildirişə dair xəbərnamələrdən aydın olur ki, bildirişin ünvanlandığı şəxslərə xx.xx.2023-cü il saat 11:00-17:00dək (növbəlilik əsasında) Bakı şəhəri, ünvan 2 ünvanında hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. Fiziki şəxslərə ünvanlanmış xəbərnamələrdən 330553, 330554, 330555, 330540, 330551, 330552 nömrəli xəbərnamələrdə “alıcı/imza T/olunan sənəd” sözlərinin qarşısında “imtina” sözü qeyd olunmuşdur. 330269, 330270, 330271, 330266, 330267, 330268 nömrəli xəbərnamələr isə “Ağayev” adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə imza atılmaqla təhvil alınmışdır. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" ASC-yə, o cümlədən ünvan 1 ünvanı üzrə X4, İddiaçı, X8, X5, X6, X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli 02 saylı bildirişdən və bildirişə dair xəbərnamələrdən aydın olur ki, bildirişin ünvanlandığı şəxslərə xx.xx.2023-cü il saat 11:00-17:00dək (növbəlilik əsasında) Bakı şəhəri, ünvan 2 ünvanında hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. "xxxx" MMC tərəfindən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" ASC-yə, o cümlədən surətinin ünvan 1 ünvanı üzrə X4, İddiaçı, X8, X5, X6, X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Sumqayıt Şəhəri üzrə İcra Şöbəsinin sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 32 saylı mənzilə dair təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 63750 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli çıxarışlarından görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 32 saylı mənzilə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 16/01 nömrəli protokolundan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 32 saylı mənzil "xxxx" ASC tərəfindən 63750 manata əldə olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 32 saylı mənzil "xxxx" ASC-nin tam payda xüsusi mülkiyyəti kimi müvafiq olaraq xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 32 saylı mənzili alıcı X10 76000 manata satmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X9 və "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)-5144/2021 saylı qətnaməsi ilə kredit müqaviləsi üzrə yaranmış borcun X3 tutulması, tutma İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-ci mkr., 2 saylı evin 32 saylı mənzilinə yönəldilmiş, həmin evin açıq hərracdan satılması, ipoteka predmentinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi və s. qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Əmlak ilkin satış qiyməti 100000 maanat olmaqla xx.xx.2023-cü il tarixdə, ilkin satış qiymətindən 15% aşağı qiymətlə - 85000 manata xx.xx.2023-cü il tarixdə hərraca çıxarılmış, alıcı olmadığından əmlak ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə - 64750 manata ipoteka saxlayana - "xxxx" ASC-yə təklif olunmuşdur. "xxxx" ASC təklifi qəbul etmiş və alqısatqı müqaviləsi bağlanaraq əmlak "xxxx" ASC-nin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan sonra əmlak "xxxx" ASC tərəfindən alqı-satqı müqaviləsi əsasında X1. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3 və 43.4-cü maddələrə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, 32 saylı mənzil ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Digər tərəfdən, hərraca çıxarılmış əmlakın bazar dəyərinin aşağı olması ilə bağlı məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" ASC, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi, X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2676/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2676/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver