Məhkəmə qərarları › İş №2(005)-2683/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2683/2020

28.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2683/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Zülfiqar qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Zülfiqar qızının maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Zülfiqar qızı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il təvəllüdlü X5 qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X9 xx xxxxxx 1997-ci il tarixdə anadan olmuşdur. Anadan olduğu tarixdən qüsurlu olan İmanova Fəridə yaş artdıqca qüsurlar daha da artmışdır. Onu müalicə məqsədi ilə həkimə apardıqda məlum olmuşdur ki, İmanova Fəridə psixi qüsurludur. Artıq 23 yaşı olan İmanova Fəridə demək olar ki, öz hərəkətlərinin mənasını dərk etmir, bəzən isə ona edilənlərə qeyri-adekvat cavab verir. Belə ki, xx.xx.1997-ci il doğum tarixli X15 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertizası tərəfindən, paranoid şizofreniyi, şizofreniya paranoid forma, epizodik gedişli, artan qüsurla xx.xx.2020-ci il tarixindən İİ-ci qrup təyin edilərək ümumi əlillik dərəcəsi ilə, müddətsiz əlili hesab edilmişdir. Arayışlardan da görünür ki, İmanova Fəridə müddətsiz 2-ci qrup əlildir və yalnız nəzarətdə hansısa iş görə bilər. Hazırda isə o, demək olar ki, heç bir iş görmək iqtidarında deyildir. Ona görə də ərizəçi, Nərimanov rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov RPİ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE seriyalı № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistanın, Qafan rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Nərimanov RPİ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE seriyalı № 14238122 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkməyə müraciət etmək üçün 10 manat 40 (on manat qırx) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında X10, X7, X8 qeydiyyatdadırlar. Belə ki, iş materiallarında olan AZ-İ № 522794 saylı xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2009-cu ildə 687 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında 201159 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X14 qızının atası X7, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissyasının 0100003AACUD nömrəli göndərişdən görünür ki, X1 şizofreniyaya bənzər pisxotik pozunutu, uzun müddətli (2-ildən çox) təzahür edən şizofreniyabənzər pisxoz, davranış pozuntularının olduğu qeyd edilmişdir. İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyətinin M-106-099 nömrəli xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Komissiya, sözügedən məsələ ilə bağlı məhkəmyə müraciət etməyi məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatda X3 ikinci dərəcəli əlillik dərəcəsinin olduğu, ona paranoid şizofreniyi, şizofreniya paranoid forma, epizodik gedişli, artan qüsurla diaqnozu qoyulduğu qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2683/2020 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1832 nömrəli rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı, şəxsin tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə rəy verilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin üzərində qəyyum təyin edilməsi yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanın vəzifəsi olduğundan həmin hissədə ərizə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1832 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin qismən təmin edilməsi üçün əsas verir. Belə ki, X4 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməlidir. Azbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X10 (şəxsiyyət vəsiqəsi nomrəsi: AZE 14238122) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar