Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2687/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə “ hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Ermənistan SSR-nin Şaumyan rayonunun Hrazdan qəsəbəsində doğulmuş, babası X6 ilo orada nikaha daxil olmuş, lakin nikah haqqında şəhadətnamədə atasının adı naməlum səbəbdən “Cəfər” kimi yazılmışdır. Xalası Cəfərova (qızlıq soyadı Atayeva) İrida Əlixan qızının doğum haqqında şəhadətnaməsində isə ana qrafasında X3 ata adı düzgün olaraq “Cabar” kimi yazılmışdır. X1 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə Bakı şəhəri Nərimanov rayon WAQ Şöbəsi tərəfindən 31 yanvar 2001-ci il tarixdə AZ № 077529 saylı ölüm haqqında şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə onun atasının adı “Cəbrayıl” kimi yazılmışdır.Halbuki, yuxarıda qeyd edilən kimi, X1nın atasının adı “Cəbrayıl" deyil, Cabardır və bunu təsdiq edə biləcək şahidi vardır. Lakin onun doğulduğu və uzun müddət yaşadığı Ermənistan SSR-nin Şaumyan rayonunda adları çəkilən sənədləri tərtib edənlər nənəsinin atasının adını Cabar əvəzinə naməlum səbəblərdən “Cəfər” kimi yazmışlar, Bakı şəhəri Nərimanov rayon VVAQ Şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədə isə “Cəbrayıl” kimi yazılmışdır.Bakı şəhəri 9 saylı Notariat kontoruna müraciət edərək miras qoyan X1ndan miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.Onda başqa, xalası Cəfərova (qızlıq soyadı Atayeva) İrida Əlixan qızı da eyni xahişlə Bakı şəhəri 9 saylı Notariat kontoruna müraciət etmişdir.Lakin Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən xx.xx.2000-ci il tarixdə vəfat etmiş X1nın ata adının nikah haqqında şəhadətnamədə “Cəfər" və qızı Cəfərova (qızlıq soyadı Atayeva) İrida Əlixan qızının doğum haqqında şəhadətnaməsində ana qrafasındakı X3 ata adının “Cabar" yazılmasının X3 ölüm haqqında şəhadətnaməsi ilə uyğun olmaması, həmçinin X3 əri X4 ölüm haqqında şəhadətnaməsinin təqdim edilməməsi səbəbindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.Bu isə vərəsəlik məsələlərinin sənədləşdirilməsində onun üçün çətinlik yaratmışdır.Lakin hamıya məlum olan səbəblərdən sözügedən halı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan aydın olur ki, ərizəçi nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamələrin şəxsə məxsus olması faktnın müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı:
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Yuxarıda istinad edilən prosessual normaların və Ali Məhkəməsi Plenumunun Qərarının tələblərindən görünür ki, hazırki ərizənin icraata götürülərək xüsusi icraat qaydasında baxılması mümkün deyil. Məhkəmə onu da qeyd edir ki, ərizəçi müvaqfiq qeydiyyat şöbəsinə müraciət edərək, ərizədə götərilən sənədlərdəki dəyişikliklərin aparılmasını tələb etməmiş, notariat orqanının imtina məktubunu ərizəsinə əlavə etmklə kifayətlənmişdir. Halbuki istinad edilən normanın məzmunundan görünr ki, bu qəbildən olan tələblərdə birmənalı qaydada qeydiyyat orqanına müraciət edilməli, imtina aldığı təqdirdə həmin orqanın qərarından, hərəkət və hərəkətsizliyindən məhkəmə qaydasında şikayət etmək hüququ yaranıdr. Məhkəmə onu da qeyd edir ki, notariat orqanı öz imtina məktubunda müvafiq faktların təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsini deyil, notariat hərəkətlərinin aparılmasından imtina edən notariusun qərarından şikayət vermək hüququ izah edilmişdir. Məhkəmə onu da qeyd edir ki, mülki qaydada məhkəməyə müraciət etməzdən əvvəl də qeydiyyat orqanına müraciətin zəruri olduğu halda, ərizəçi tərəfindən bu tələbə də riayət edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu (qəbz tarixi:xx.xx.2025; no: **********28) ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mehriban Əfəndizadə