Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-273/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 Ərizəçi, Maraqlı şəxs Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X16 iştirakları ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, o, Ərizəçi xx.xx.1983-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. X8 xx.xx.1984-cü il Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında yaşayır. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komisyasının xx.xx.2004-cü il tarixli qərarına əsasən “Uşaq serebral iflici” diaqnozu ilə 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. O, fiziki, psixi və əqli qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və himayəçilik" komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, Qardaşının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də, o, Nərimanov rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi AR Bakı şəhərində doğulmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X20 AR Bakı şəhərində doğulmuş və ünvan 2 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X11 atası – X21, anası isə – X7r; Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 020404 saylı arayışa əsasən Mirzəyev X17 rayon, Qarabağ küçəsi, ev 17, mənzil 12 ünvanında qeydiyyatdadırlar; Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 020405 saylı arayışa əsasən doğulmuş X4 rayon, Qarabağ küçəsi, ev 17, mənzil 12 ünvanında qeydiyyatdadırlar; Şəhər Uşaq Psixoloji X3 çıxarışa əsasən X2 iflic diaqnozu qoyulmuşdur. 069937 saylı vəsiqəyə əsasən, X8 İİ (ikinci) qrup əlillik statusu verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komisyasının xx.xx.2004-cü il tarixli qərarına əsasən “Uşaq serebral iflici” diaqnozu ilə 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan Xidmət X15 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1261 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən X12 Uşaq serebral iflici nəticəsində əqli gerilik aşkar olunur. Bunu təqdim olunmuş tibbi sənədlər (X5 komissiyadan keçməsi və onda “Debillik nitq pozuntusu ilə” aşkar edilməsi, X6 xx.xx.1986-cı il tarixli 219 saylı arayışına əsasən komissiyadan keçməsi və onda “Mərkəzi sinir sisteminin üzvi zədələnməsi zehni inkişafın ləngiməsi ilə Uşaq Serebral iflici” müəyyən edilməsi, qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komisyasının 2 saylı arayışına əsasən “Uşaq Serebral iflici nəticəsində sağ hərtərəfli hemiparez, nitq qüsuru ilə” diaqnozu ilə İİ qrup əlil olması) sübut edilir. İİ Yekun hissəsi : Mülki iş materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: X20 hər hansı bir psixi xəstəlikdən əzab çəkimmi? Cavab: X12 uşaq serebral iflici nəticəsində əqli gerilik müəyyən edilir. 2-ci sual: X11 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X20 psixi vəziyyətinə görə hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1984-cü il təvəllüdlü X11 qardaşıdır. Ərizəçi qardaşı ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984-cü il Azərbaycan, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X20 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il Azərbaycan, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla X20 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-273/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-273/2023
21.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver