Məhkəmə qərarları › İş №2(005)-2733/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2733/2020

04.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2733/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi ilə, X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh istifadəsində olan Bakı şəhəri Nizami rayonu Q.Qarayev pros.106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 rv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) xx xxxx 2020-ci il tarixli, 2(007)-1276/2020 saylı qərardadı ilə X2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair həmin mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Mülki iş xx xxxx 2020-cı il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən mülki işin Bakı şəhər Nərimanov rayon məhkəməsinə ərazi aidiyyəti üzrə göndərilməsi aşağıdakılara əsasən düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən-aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi qeyd olunan aidiyyatla bağlı qərardadı qəbul edərkən Azərbaycan Respubliksı MPM-nin 35.1-ci maddəsinin tələblərinə istinad etmişdir. Həmin normada göstərilir ki,qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş üzrə Cavabdeh Bakı şəhəri Nərimanov Rayon ərazisində qeydiyyatdadır. Hazırki iddiadan görünür ki, iddiaçının iddiası “Bakı şəhəri Nizami rayonu Q.Qarayev pros.106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 rv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən -Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbləri baxımından iddiaçının iddiası qanunsuz tikilinin sökülməsi oldugundan bu tələb MPM-nin 39.1 maddəsinin təsiri altına düşdüyündən işin Nərimanov rayon məhkəməsinə ərazi aidiyyatına görə baxılmağa göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, iddiaçının tələbi qanunsuz tikilinin sökülməsi oldugundan, həmin tikili Nizami rayonu Q.Qarayev pros.106 ünvanında yerləşdiyindən hazırki iddiaya Nərimanov rayon məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən -Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsinə dair fikir ayrılığı yarandığından 2(005)-2733/2020 №-li mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)- 2733/2020 №-li mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar