Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2739/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 Azur qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı uşağın aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının xx.xx.2023-cü il tarixli, 2-233/219/2023 əmrinin dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü, X8 və X6 hər ay asabit pul məbləğin də hər birinə 235 manat olmaqla ümumilikdə 705 manat alimentin tutulmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh ilə birgə nikahdan 10.01.201 l-ci il X9 xx.xx.2012-ci il təvəllüdlü X11 və X10 adlı övladları doğulmuşdur. İddiaçı və Cavabdeh ilə arasında birgə nikahlarından doğulmuş övladın kimin yanında yaşaması barədə razılıq əldə olunmuşdur. İddiaçı hal- hazırda azyaşlı övladları xx.xx.2011-ci il X9, xx.xx.2012-ci il təvəllüdlü X11 və X10 ünvan 1 ünvanında yaşayırlar. Hesab edir ki, uşaqların anasına daha çox bağlı olduğu və onun tərbiyəsi və təhsili ilə daha çox anası məşğul olduğu üçün, onun üstün mənafeyi naminə uşağın yaşayış yeri anasının yanında müəyyən olunmalıdır. Göstərilən xiisıısatları nəzərə alaraq uşağın saxlanılması üçün İddiaçı qızma hər ay övladlarına 10.01.201 l-ci il X9 xx.xx.2012-ci il təvəllüdlü X11 və X6 görə 235 (iki yüz otuz beş ) manat ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimenti Cavabdeh tutulmalıdır. Qeyd edir ki. məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasıya prosesində iştirak etmiş və Barışıq sazişi əldə olunmamışdır. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Öz izahatında bildirdi ki, tərəflərin birgə nikahının Rusiya Federasiyasında pozulmasına və uşaqlar ananın himayəsində saxlanılaraq aliment təyin edilmısinə baxmayaraq, həmin qərarların Azərbaycan Respublikasının ərazisində tanınması üçün müraciət edilməmişdir. Uzun müddətdir ki uşaqlar ananın himayəsindədir. Cavabdeh uşaqların xərclərində iştirak etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında onkoloji xəstəlikdən əziyyət çəkdiyini, Rusiya Federasiyasında baş tutumuş məhkəmə proseslərindən məlumatı olmadığını bildirdi. Eyni zamanda qeyd etdi ki, iddiaçı azyaşlı uşaqlarını onunla görüşməyə şərait yaratmır. Bununla bağlı artıq mediasiyaya müraciət edib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Azur qızı bildirdi ki, iddia tələbini qəbul etmirlər, belə ki, iddiaçı tərəfindən iddia ərizəsi düzgün tərtib edilməmişdir. Belə ki, cavabdehdən alimentin tutulması barədə Rusiya Federasiyasında qəbul edilmiş məhkəmə əmri lazımi qaydada tanıdılmadığı, Azərbaycan Respublikası ərazisində qanuni qüvvəyə minmədiyi halda, həmin əmrlə tutulan alimentin məbləğinin dəyişdirilməsini tələb edirlər. Bu isə yolverilməzdir. Digər tərəfdən iddiaçı mediasiya təşkilatına uşağın himayəyə verilməsi və aliment tələbi ilə müraciət etdiyi halda, məhkəmədə yalnız aliment tələbi ilə çıxış edir. Cavabdeh uşaqlarını uzun müddətdir görmür. Hətta uşaqlarının harada olmasından xəbərsizdir. Ağır xəstəlikdən əziyyət çəkir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edirlər. Məhkəmə tərəfin izahatlarını dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 927479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 614249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X9 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamədə göürünür ki, xx.xx.2018-ci il təvəllüdlü X10 Rusiya Federasiyasında doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Nikahın pozulması haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 13 aprel 2023-cü il tarixində pozulmuşdur. Bu Rusiya Federasiyası Moskva vilayəti Baş VVAQ idarəsinin Reutov şəhər dairəsi üzrə Vvaq şöbəsi tərəfindən qeydiyyata alınmışdır. - Rusiya Səhiyyə Nazirliyinin "xxxx" X15 X1 görünür ki, Cavabdeh xx.xx.2021-dən xx.xx.2021-dək C81.1 Hockin limfoması, nodulyar skleroz, tip 1, sağda çanaq, retroperitoneal, qasıq-oma limfa düyünlərinin, sümük iliyinin zədələnməsi ilə, İVB mərhələ BEACOPP14 sxeminə uyğun olaraq 6 PKT kursu , 1A sinif qrupu əsası ilə stasionar müalicə olmuşdur. - Rusiya Federasiyasının xx.xx.2023-cü il tarixli, 2-233/219/2023 əmrdən görünür ki, yetkinlik yaşına çatmamış uşaqların xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 saxlanılması üçün xx.xx.2023-cü ildən başlayaraq və X3 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının ½ hissəsində alimentlər tutulmuş, X3 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının 1/3 hissəsi həcmində alimentlər tutulmuşdur. X5 yetkinlik yaşına çatmasına qədər aylıq olmaqla bütün növ gəlirlərinin və digər qazancının 1/4 hissəsi həcmində alimentlər tutulmuşdur. - Rusiya Federasiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Əliyev (nikaha qədər soyadı Qarayeva) İlqar İslam oğlu arasında Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən 19 mart 2010-cu ildə qeydiyyata alınan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə iddia tələbinin Rusiya Federasiyası Reutov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-233/219/2023 əmrində müəyyən edilən alimentin dəyişdirilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə Azərbaycan Respublikasında tanınmadığından onun hüquqi qüvvəsi yoxdur. Bu səbəbdən də iddia tələbinə alimentin artırılması tələbi kimi deyil, alimentin təyin edilməsi kimi baxılması məqsədə müvafiqdir. Məhkəmə cavabdeh tərəfin etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində alimentin artırılması kimi qaldırılsa da, tərəflərin, o cümlədən cavabdehin izahatı, mülki işin materialları ilə təsdiq edilir ki, birgə nikahdan adadan olmuş azyaşlı uşaqlar ananın yanında və himayəsindədirlər və ata uşaqların xərclərində iştirak etmir. Məhkəmə hesab edir ki, iddia tələbinə alimentin təyin edilməsi kimi baxılması iddia tələbindən kənara çıxma kimi qəbul edilməməlidir. Məhkəmə bu qənətə gələrkən onu da nəzərə alır ki, azyaşlı uşaqların mənafeyi ilə əlaqədar iddia tələbinin formal əsaslarla rədd edilməsi ədalət prinsipinə ziddir. Məhkəmə cavabdehin atanın uşaqları ilə görüşə bilməməsi və bu səbəbdən xərclərində iştirak etməməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh öz izahatında etiraf etmişdir ki, uşaqla ünsiyyət tələbi ilə bağlı mediasiya təşkilatına qısa müddət öncə müraciət etmişdir. Halbuki, aliment tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl də cavabdehin uşaqlara ünsiyyət hüququna yaradılan maneələri aradan qaldırılmasını tələb etmək hüququ mövcud idi. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin uşaqlarla ünsiyyətdə olmasına iddiaçı tərəfindən maneələr yaradılması ayrı iddianın predmeti olmaqla, alimentin təyin edilməsi ilə bağlı tələbin rədd edilməsi üçün əsas ola bilməz. MPM-in 458.1-ci maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Təyin ediləcək alimentin məbləği barədə hissədə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəmək imkanın olması barədə sübutlar təqdim edilmədiyindən, cavabdehin xəstəlikdən əziyyət çəkməsi də nəzərə alınmalı, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla) İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla) İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2739/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2739/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver