Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2742/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X9 cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X9 cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən X10 X6 21/03 saylı protokolu etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-472/2015 saylı 26 yanvar 2015-ci il tarixli qətnaməsi ilə ondan iddiaçı X5 xeyrinə 10.000 (on min) manat borc və 30 manat dövlət rüsumu tutularaq ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Nərimanov rayon icra şöbəsinə həvalə edilmişdir. Bundan sonra o, Nərimanov icra şöbəsi vəasitəsi ilə tələbkara müəyyən qədər pul ödəmişdir. İmkanı olmadığı üçün yerdə qalan pulu ödəyə bilmədi. Tələbkara Quba rayonu Əriməki kəndində yerləşən 0,06 sot torpağın üzərində 2 mərtəbəli evini satışa qoyduğunu və satılan kimi onun pulunu ödəyəcəyimi bildirmişdir. Nərimanov İcra şöbəsi adımda olan torpaq sahəsinə görə icra işini Cavabdeh2nə göndərmiş. Cavabdeh2 isə ona heç bir məlumat vermədən mülkiyyətində olan torpaq sahəsini qiymətləndirmə şirkətinə göndərmiş və qiymətləndirmə şirkəti torpağa heç bir baxış keçirmədən torpağa 4200 manat qiymət qoymuşdur. 13.02.2021-ci il tarixdə qiymətləndirmə şirkəti rəy yazmışdır. Bundan sonra 15.02.2021 -ci il tarixdə Cavabdeh2 sifariş məktubu göndərərək mülkiyyətində olan torpağın hərracdan satışını “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə hərrac mərkəzi MMC-yə həvalə etmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə 17.02.2021-ci il tarixdə məktub əlbə-əl daxil olmuş və 23.02.20201-ci ildə tərəflər hərracın 17.03.2021-ci il tarixdə keçrilməsinə dair məktub göndərmişdir. 17 mart 2021 -ci il tarixli X10 X6 21/03 saylı protokola əsasən alıcı qismində İsmayılzadə Ramiz. Hafiz, oğlu olmuşdur. Bunlar ona 26.04.2021 -ci il tarixdə “xxxx MMCyə gedərək oradan sənədləri götürərkən məlum olmuşdur. “xxxx” MMC hərracı keçirərəkən mənə heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan mülkiyətində olan Quba rayonu Əriməki kəndindəki 0.06 ha torpaq sahəmi 4200 manata X2. Bu barədə onlarda mənə göndərilən poçt sənədindən görünür. Çünki poçt sənədində heç bir tarix göstərilməmiş və icra şöbəsində onun faktiki hansı ünvanda yaşadığı və qeydiyyatının dəyişməsi barədə məlumat olmuşdur. Bundan əlavə qiymətləndirmə şirkəti olan “xxxx” MMC ilə “xxxx” MMC eyni ünvanda yerləşir və onların əlbir olaraq qərəzli şəkildə onun mülkiyyətində olan torpaq sahəsinin qanunsuzluğa yol verərək öz tanıdıqları vətəndaşa satmışlar. “xxxx” MMC tərəfindən Protokol tərəflərə göndərilməli olsa belə bu barədə ona məlumat verilməmiş və göndərilməmişdir. Bu da onları mülkiyyətçiyə və əsas borclu olaraq ona qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Yuxanda qeyd etdiyi bütün nöqsanla hərracın qanunsuz keçirildiyin göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavbadehlərin səlahiyyətli nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Hərrac Təşkilatının № 17 mart 2011-ci il tarixli hərracın yekunları barədə protokolun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus olan Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-353/2019 saylı, 08.05.2019-cu il tarixli icra vərəqəsinin, Cavabdeh2 59766/20-07 nömrəli, 15.02.2021-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 4200 manat, əmlakın hərracdakı satış qiyməti 4200 manat qiymətlə alıcı X1. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-472/2015 saylı, 26.01.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən İddiaçı, Quba rayon icra və probasiya şöbəsinə və X8 ünvanlanmış 01/547 saylı, 23.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-472/15 saylı, 26.01.2015-ci il tarixli icra sənədi, Quba Rayon İcra və Probasiya Şöbəsinin № 59766/20-07 saylı, 15.02.2021 ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti 4 200 (dörd min iki yüz) manat olmaqla 23.02.2021 -ci il tarixində “Birja Yenilikləri” qəzetində elanı çıxmış və 17.03.2021 -ci il tarixə, saat 11.00-da hərracı təyin olunmuşdur. İş materiallarında olan Quba rayon icra və probasiya şöbəsinin 15.02.2021-ci il tarixli, 59766/20-07 saylı məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 08.05.2019-cu ıl tarixli, 8(005)-353/2019 saylı qərardadına əsasən borclu İddiaçı məxsus Quba rayonu Ərməki kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Quba rayonu Ərməki kəndində yerləşən 0 06 ha həyətyanı torpaq sahəsinin qiyməti 4200 manat müəyyən olunmuşdur. Borclu İddiaçı məxsus Quba rayonu Ərməki kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi açıq hərraca çıxarılaraq satılmalıdır. İş materiallarında olan Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surrətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci il tarixdə olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün X6 müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, X6 protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-353/2019 saylı, 08.05.2019-cu il tarixli icra vərəqəsinin, Cavabdeh2 59766/20-07 nömrəli, 15.02.2021-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlak ilkin hərrac qiyməti olan 4200 manat ilə X1. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə sözgedən torpaq sahəsi hərrac vasitəsilə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus olan Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X9 cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2742/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2742/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver