Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2747/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac təşkilatı olan "xxxx" MMC-nin İpoteka saxlayana X7 X9 yekunları barədə 03 noyabr 2020-ci il tarixli protokolunun etibarsız hesab edilməsi və ipoteka predmeti olan Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddiası Cəlilabad rayon Məhkəməsinin 07.01. 2016-cı il tarixli, 2 (073)- 169/ 2016 saylı qətnaməsi ilə qismən təmin edilərək, 30 000 ABŞ dolları əsas borc, 4 271, 67 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 35 271, 67 ABŞ dollarının ödəniləcək gün Azərbaycan manatına olan məzənnəsinin, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilən 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehlər İddiaçı və digərlərindən, müştərək qaydada tutulması, tələbin digər cavabdeh X2 mülkiyyətində olan, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsində yerləşən 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların hərracdan satılması və əldə edilən vəsaitdən bu qətnamə ilə müəyyən edilən borc məbləğinin tutularaq, iddiaçıya ödənilməsi, həmin əmlakların ilkin satış qiymətinin 24 000 ABŞ dollarının hərracın keçiriləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə müəyyən edilməsi, hərracdan əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehlər İddiaçı və digərlərindən ümumi qaydada tutulması, cavabdeh X2 mülkiyyətində olan Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsində yerləşən 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə tutma yönəldikdə, həmin əmlaklar satıldıqdan 1 ay sonra X2 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və yaşayış evinin boşaldılaraq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi qət edilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir. Qətnamə ilə ipoteka predmetləri olan əmlakların ilkin satış qiyməti ümumilikdə 24 000 ABŞ dolları məbləğdə müəyyən edilmişdir. İş üzrə cavabdehlərdən biri olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsi hərracın keçirilməsini digər cavabdeh, "xxxx" MMC-və sifariş vermişdir. "xxxx" MMC güya bir neçə dəfə herrac keçirmiş və sonda həmin mənzili "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 24730.92 (iyirmi dörd min yeddi yüz otuz manat, 92 qəpik) manata satmışdır. Halbuki, "xxxx" MMC real olaraq heç bir hərrac keçirməmiş və mənzilin mülkiyyətçisinə hərrac barədə heç bir məlumat vermədən 03 noyabr 2020-ci il tarixli 44/02 nömrəli protokol tərtib etmiş və ipoteka predmeti olan əmlakı çox ucuz qiymətə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vermişdir. Lakin hərracların keçirilməsi yeri və vaxtı ilə bağlı ümumiyyətlə mülkiyyətçiyə bildiriş göndərilməmiş və onun hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi 09.06.2021-ci il tarixdə məhkəməyə etirazla müraciət edərək etirazında bildirmişdir ki ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)-2747/2021 saylı məktubuna cavab olaraq, İddiaçı mülki işi üzrə çıxarılmış Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)-2747/2021 saylı qərardadı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən qanunamüvafiq qaydada icra olunmuşdur. X5ra məxsus ünvan 1 ünvanda 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilərək Cavabdeh2 QSC-nin Cəlilabad filialının adına 19 fevral 2015-ci il tarixdə **********55-10301 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. “AccessBank" QSC-nin 02 noyabr 2015-ci il tarixli, 5886/08 nömrəli məktubu əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi Xidmətin 8 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-ci maddəsini rəhbər tutaraq, Məhkəmədə sözü gedən mülki işlə bağlı Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı olan hissədə iddia tələbinin təmin edilməməsini xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və digər cavabdehlərə məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 03.11.2020-ci il tarixli hərracın yekunları barədə 44/02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, X4 məxsus olan Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinin ilkin satış qiyməti 38793,60 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 32974,56 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-24730,92 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC tərəfindən əldə edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 ilə "xxxx" QSC arasında 03.11.2020-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi 24730,92 manata "xxxx" QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 02 dekabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır; “Birja yenilikləri” qəzetinin 02-08 sentyabr 2016-cı il tarixli 27 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi birinci hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 10 oktyabr 2020-ci il tarixli 217 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi ikinci hərracı barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 21.09.2020-ci il tarixli 01/1544 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi açıq auksion formasında hərracın keçirilməsi 05 oktyabr 2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 19.08.2016-cı il tarixli 02/2869 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi açıq auksion formasında hərracın keçirilməsi 19 sentyabr 2016-cı il tarixə saat 12:00-da təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 02.09.2016-cı il tarixli 01/3080 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi açıq auksion formasında hərracın keçirilməsi 19 sentyabr 2016-cı il tarixə saat 12:00-da təyin edilmişdir; Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, iddia ərizəsində Cəlilabad şəhəri, Fərid Əhmədov küçəsindəki, 6 "A" saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsi evi ilə bağlı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələb olunsa da, məhkəmə araşdırması zamanı həmin əmlakın mülkiyyətçisinin X2 olması müəyyən edilmişdir. Beləliklə, İddiaçı qeyd olunan əmlakın mülkiyyətçisi olmadığından, hazırki iddia tələbi ilə müraciət etmək hüququna malik olmamış, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2747/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2747/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver