Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2772/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən X5 adına verilmiş ölüm haqqında 14.06.2007-ci il tarixli şəhadətnamənin Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda göstərilən X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi hüquqi faktın müəyyən edilməsiinə dair ərizəsini dəyişərək, mərhum anasına məxsus olan AZ-1 №248605 nömrəli ölüm haqqında şəhadətnamənin “adı, atasının adı” qrafasında “Şaşdı” qeydinin düzgün olmaması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O, 1988-ci ildə anası X9 ilə Ermənistan Respublikasından Bakı şəhərinə köçmüşlər və həmin vaxtdan bu günə qədər Bakı şəhəri, Çaykovski küçəsi 4 saylı evin 73 saylı mənzilinə pasport qeydiyyatına götürülərək həmin ünvanda yaşayırlar. Ermənistan Respublikasının Krasnoselsk rayon Büro ZAQS şöbəsindən verilmiş doğum haqqında şəhadətnamədə anası X2 göstərilmiş, Bakı şəhərinə köçən zaman anam Saçlı adı ilə pasport qeydiyyatına götürülmüş, lakin sonradan yeni şəxsiyyət vəsiqəsi verilərkən anasının adı sənədlərdə Şaşdı kimi yazılmışdır. Bu səbəbdən, ölüm haqqında şəhadətnamə veriləndən sonra anası Saçlı Mirzəyevanın pasport qeydiyyatı ləğv edilməmişdir. Hal-hazırda o, yaşadığı mənzili satmaq istəyir, lakin doğum haqqında şəhadətnamədə anasının adı Saçlı, ölüm haqqında şəhadətnamədə anasının adı Şaşdı yazılmışdır. Ölüm haqqında şəhadətnamədə göstərilən anamın adı ilə ona məxsus mənzilin qeydiyyat barədə arayışda anasının adı ilə düz gəlmədiyindən, mənzilin özgəninkiləşdirilməsini həyata keçirə bilmir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X12 tərəfindən verilmiş 03.05.2021-ci il tarixli, 05/Q-554/15 saylı məktubunda qeyd edilir: “Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 2-ci hissəsinin 13cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfinizdən şöbəmizə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənizin təmini mümkün olmamışdır. Bildiririk ki yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22.12.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 73 saylı mənzil Ərizəçi xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi, X10, X21, X22, X17 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-1 № 248605 nömrəli, 14.06.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ürək çatmamazlığı səbəbindən vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 14.06.2007-ci il tarixdə 455 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ЗЖ № 155721 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan SSR-nin, Krasnoselsk rayonunda anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. X3, anası X8r. İş materiallarında olan İ-ЗЖ № 155676 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 07.01.1965-ci ildə Ermənistan SSR-nin, Krasnoselsk rayonunda anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilmişdir. X4, anası X8r. İş materiallarında olan İ-ЗЖ № 155675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05.10.1961-ci ildə Ermənistan SSR-nin, Krasnoselsk rayonunda anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 82 nömrə ilə qeyd edilmişdir. X4, anası X8r. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ərizəçi X10 barəsində tərtib edilmiş AZ-1 № 248605 saylı, 14.06.2007-ci il tarixli ölüm haqqında şəhadətnamədə, onun Adı qrafasında “Saşdı” yazısı qeyd olunmuşdur. Lakin Ərizəçi doğum haqqında akt qeydləri kitabında anasının adı qrafasında və Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda “X19” yazısı qeyd edilmişdir. Ərizəçi ölüm haqqında akt qeydində olan səhvlərin düzəliş edilməsi üçün MPM-in 37-ci fəslinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci maddəsinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, vətəndaş vəziyyəti aktlarının 455 saylı, 14.06.2007-ci il tarixli ölüm haqqında akt qeydində X6 adı qrafasında “Saşdı” qeydinin düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, ölüm haqqında akt qeydində düzəliş edilməli, “soyad, adı və atasının adı” qrafasında “X10” göstərilməklə yeni ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vətəndaş vəziyyəti aktlarının 455 saylı, 14.06.2007-ci il tarixli ölüm haqqında akt qeydində mərhumun adı qrafasındakı “Saşdı” qeydinin düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ölüm haqqında akt qeydində düzəliş edilsin, "soyadı", “adı, atasının adı” qrafasında "X10” göstərilməklə yeni ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2772/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2772/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver