Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2775/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 saylı BTK-nın tərkibində olan, sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli 525 saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 31 №li Orderin, mərhum həyat yoldaşı X7 (Nəsimi rayon VVAQ şöbəsi 59l№li ölüm haqqında akt qeydi, akt qeydinin tarixi: 14 iyul 1999) məxsus olması haqda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 525 № li Sərəncamına əsasən, Nardaran bağ massivində yerləşən 878 saylı bağ sahəsi 205 saylı Bağ Tikinti Kooperativinin tərkibində mərhum həyat yoldaşı X5 adına keçirilmişdir. Bu barədə onlara 205 saylı BTK-nın 31 №-li Orderi verilmişdir. Həmin vaxtdan bəhs edilən bağ sahəsi ailələrinin sahiblik və istifadəsindədir. 04 yanvar 1999-cu il tarixdə həyat yoldaşı vəfat etdi. 2011-ci ildə o, bağ sahəsinə dair hüquqlarını rəsmiləşdirmək qərarına gəlmişdir. O zaman mövcud olan qaydalara əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək, ilk növbədə mərhum həyat yoldaşının adına “Torpaq sahəsinin planı" adlı sənədi almışdır. Bundan sonra yenə də o zaman mövcud olan qaydalara əsasən,hal-hazırda ləğv edilmiş olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, “Torpaq sahəsinin planı və ölçüsü' adlı sənədi də aldım. Prosedura əsasən, yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək, toplanmış sənədləri ora təhvil verərək mərhum həyat yoldaşına dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalı idi. Lakin, bu zaman, həmin vaxtadək əhəmiyyət vermədiyi bir maneə ilə rastlaşmışdır. Sənədləri verərkən ona bildirilmişdir ki, bu formada sənədlər qəbul edilə bilməz. Çünki, hüquqmüəyyənedici sənədlərdə adlar fərqli formada qeyd edilmişdir. 205 saylı BTK-nin BTX-nın 31 №-li orderində mərhumun adı X10, ölüm haqqında şəhadətnamədə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vermiş olduğu “Torpaq sahəsinin planı və ölçüsü" sənədində X4 göstərilmişdir. Bu səbəbdən sənədlər qəbul edilməmiş, ona bildirilmişdir ki, “Əyyub" və “Eyyub" adları mövcud olan iki fərqli ad olduğundan sənədlərdəki uyğunsuzluq hərf səhvi kimi qiymətləndirilmir. Belə olan halda yalnız məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsindən sonra sənədləri qəbul edilə bilər. Bundan sonra sənədləşmə ilə bağlı uzun müddət heç bir hərəkət etməmişdi. 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdə, bağ sahələri sənədləşməsin prosedurun sadələşdirildikdə, maraqlı şəxsə yenidən müraciət etmək istəmişdir. Yenə də sənədləri qəbul etməyərək sənədlərdəki ad uyğunsuzluğunu səbəb gətirərək, məhkəməyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün müraciət etməli olduğunu bildirmişlər. Belə olanda xüsusi icraat qaydasında hal-hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum həyat yoldaşının qanuni istifadəsinə ayrılmış olan torpaq sahəsinə hüquqlarını müəyyən edən 205 saylı BTK-nın 31 №-li Orderində mərhumun ata adı “Əyyub" kimi, ölüm haqqında Şəhadətnamədə isə “Eyyub" kimi qeyd edilmişdir. Bu səbəbdən yuxarıda istinad etdiyi maddənin tələbləri şamil edilməlidir. Bundan əlavə, həmin Sərəncamla ləğv edilən bağ təsərrüfatı idarələrinin hüquqi varisi müəyyən edilməmiş, yalnız arxiv sənədlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi nəzərdə tutulmuş, bundan sonra digər normativ qanunvericilik aktlarında (Torpaq islahatı haqqında Qanun, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun və s.) müvafiq əlavələr edilməklə həmin arxiv sənədləri əsasında daşınma/ əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyat aparılması qaydaları müəyyən edilmişdir. Beləliklə, həmin sənədlərin yalnız arxiv saxlayıcısı olan ərizə üzrə maraqlı şəxsə bağ sahələrinin istismarı ilə bağlı hər hansı hərəkətlərin edilməsinə dair səlahiyyət verilməmiş olduğundan və hal-hazırda heç bir təşkilatın ümumiyyətlə belə bir səlahiyyətinin olmadığını nəzərə alaraq, hesab edirik ki, hal-hazırki ərizə ilə məhkəməyə müraciət etməklə MPMnin 308-ci maddəsinin tələblərinə riayət edilmişdir. Eyni zamanda yuxarıda bildirdiklərimiz 310.1-ci maddədə nəzərdə tutulduğu kimi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar hesab oluna bilər. Bu qərarin istinad etdiyi bəndlərində göstərilənlərin tətbiqi ilə bağlı mövqeyi belədir. Hal-hazırki ərizə ilə məhkəmə ilə müəyyən etmək istədiyi hüquqi əhəmiyyəti olan fakt hüquqi nəticələr doğurmaqla mərhum həyat yoldaşımın əmlak hüquqlarının, daha dəqiq desək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinə səbəb olur, mən həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmayıb, çünki, yuxarıda qeyd etdiyi kimi, sənədi verən təşkilat ləğv edilib və ləğv edilən təşkilatın belə səlahiyyətlərə malik olan hüquqi varisi yoxdur, eyni zamanda da hüquq haqqında mübahisə də mövcud deyil. Deməli, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı qoyulan tələblərə cavab veririk. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün Qərarda sadalanan tələblər də mövcuddur: 1. şəxsin sənəddə göstərilən atasının adı onun şəxsiyyətini təsdiq edən sənəddəki. yəni bizim halda ölüm haqqında şəhadətnamədəki atasının adı ilə düz gəlmir tüst-üstə düşmür); 2.həmin sənəd - 205 saylı BTK-nın 31 saylı Orderi - hüquqmüəyyənedici sənəddir: 3.hüquqmüəyyənedici sənədləri verən təşkilat ümumiyyətlə mövcud deyil və hüquqi varisi də yoxdur, bu səbəbdən sənədin düzəldilməsi üçün müraciət edilməsi mümkünsüzdür. Eyni zamanda, Qərarın 6.1-ci bəndinin tələblərinə də uyğun olaraq, məhz 205 saylı BTK-nın 31 saylı Orderinin mərhum həyat yoldaşıma məxsus olması faktının müəyyən edilməsi məqsədilə halhazırki ərizə ilə məhkəməyə müraciət edilir. Məhkəmənin diqqətinə bir məqamı da çatdırmağı zəruri hesab edir. Belə ki, sənədlərdə mərhumun ata adının “Əyyub” və “Eyyub” olaraq fərqli göstərilməsinin səbəbi onlara məlumdur. Məsələ burasındadır ki, mərhuma məxsusolan müxtəlif sənədlərdə oxşar səhvlər var. Bu da, sovet dönəmində sənədləşmənin rus dilində aparılması ilə əlaqədardır. Məlumdur ki, rus dilində “ə” hərfi yoxdur, bu səbəbdən həm “e”. həm də “ə” hərfləri rus dilində “e” kimi yazılırdı. Azərbaycan dilində sənəd tərtib edildikdə əvvləki sənəd olaraq rus dilində olan sənədə istinad edildikdə, belə vəziyyət yaranırdı, çünki, sənədi tərtib edən şəxs rus dilində “E106" kimi yazılmış olan adın məhz “Eyyub”, yaxud “Əyyub” olduğunu dəqiq müəyyən etməkdə çətinlik çəkirdi. Dediklərinin təsdiqi olaraq, mərhuma aid olan bir sıra sənədlərin (pasportun, xidməti pasportun, diplomatik pasportun, doğum haqqında şəhadətnamənin, orta ixtisas və ali təhsil müəssisələri və elmi dərəcə diplomlarının, nikah haqqında şəhadətnamənin və s.) notarial qaydada təsdiq edilmiş surətləri ərizəyə əlavə edilir. Göstərilənlərə əsasən, hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsində yerləşən 878 nömrəli bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi Nardaran bağlar sahəsindəki 205 № kooperativ tərəfindən verilmiş 31 saylı Orderin, 04 yanvar 1999-cu ildə vəfat etmiş mərhum həyat yoldaşı X7 (ölüm haqqında akt qeydi 591, 14 iyul 1999) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ 012070 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X11 14 yanvar 1999-cu il tarixdə Bakı şəhərində anadan ölmüşdur. Azərbaycan Resöublikası Bakı şəhər icra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ idarəsinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar təsərrüfatı idarəsinin Nardaran bağlar sahəsindəki 205 nömrəli kooperativ tərəfindən verilmiş 31 nömrəli orderin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 müvafiq kooperativ tərəfindən Nardaran bağ massivində yerləşən 878 saylı bağ sahəsi ayrılmışdır. Quba rayonu Zaks İdarəsi tərəfindən 1939-cu il tarixdə verilmiş ******* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 08 oktyabr 1939-cu il tarixdə Quba rayonunda anadan olmuşdur. X3, anası X2r. Bakı şəhəri Oktyabr rayon ZAQS şöbəsinin 06 yanvar 1996-cı il tarixdə verilmiş AZ 056152 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 arasında 06 yanvar 1967-ci il tarixdə nikah bağlanmış və 10 nömrə ilə qeydə alınmışdır. Arvada Tagıyeva soyadı verilmişdir. İş materiallarında olan 07.09.1994-cü il tarixdə verilmiş ******* nömrəli Azərbaycan SSR ümumvətəndaş pasportunun surətindən görünür ki, X11 08.10.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən 09.09.1998-ci il tarixdə verilmiş PP seriyalı P0525370 nömrəli ümumvətəndaş pasportunun surətindən görünür ki, X12 08.10.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 saylı BTK-nın tərkibində olan, sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli 525 saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 31 №li Orderin, mərhum həyat yoldaşı X7 (Nəsimi rayon VVAQ şöbəsi 591 №li ölüm haqqında akt qeydi, akt qeydinin tarixi: 14 iyul 1999) məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 saylı BTK-nın tərkibində olan, sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli 525 saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 31 №li Orderin, mərhum həyat yoldaşı X7 (Nəsimi rayon VVAQ şöbəsi 591 №li ölüm haqqında akt qeydi, akt qeydinin tarixi: 14 iyul 1999) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2775/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2775/2021
03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver