Məhkəmə qərarları › İş №2(005)-279/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-279/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-279/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı1, Cavabdeh-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-ya qarşı “müqavilənin dəyişdirilib əlavə alınmış məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-ya qarşı “müqavilənin dəyişdirilib əlavə alınmış məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 yanvar 2019-cu il tarixdə Cavabdeh ilə onun arasaında bağlanmış ünvan 1 ünvana sahəsi 111,29 kv.m olan 2 otaqdan ibarət mənzilə ödədiyi 187.000 manat olmaqla 26/03 saylı müqavilə dəyişdirilib və hazırda çıxarışda göstərilən 90.10 kv.m sahəni düzgün hesab edərək iddiaçılardan 21.19 kv.m sahəyə əlavə alınmış məbləğin hesablanıb iddiaçılara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən 21.19 kv.m əlavə sahəyə görə ödənilmiş 35600 manat alınıb iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 10 yanvar 2019-cu il tarixdə Cavabdeh-nin sədri X2 ilə 26/03 N-li müqavilə imzalayaraq Bakı şəhəri Xətai rayonu Yeryomenko küçəsi, 1143 məhəllədə yerləşən yaşayış sahəsinin A bloku, 1-ci girişin 9-cu mərtəbəsində sahəsi 111,29 kv.metr olan 2 otaqdan ibarət 26 saylı mənzili ailələrinin yaşaması üçün almışdı və həmin mənzilin dəyəri olan 1 10.000 (yüz on min) ABŞ dolları kassa mədaxil orderinə əsasən Cavabdeh-nin xəzinəsinə ödəmişdi və buna əsasən dolların manata olan ekvivalentinə uyğun qəbul edərək ona 187.000 (yüz səksən yeddi min) manatın tam ödənilməsinə dair kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Hazırda həmin mənzili təmir edib ailə üzvləri ilə orada yaşayırlar. Təxminən 2020-ci ilin fevral ayında yuxarıda qeyd etdiyi mənzilin özəlləşməsi ilə əlaqədar o razılıq verərək mənzili həyat yoldaşı İddiaçı2 adına keçirərək Cavabdeh-nin rəhbərliyi paket sənədləri hazırlayaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir və 11 mart 2020-ci il tarixdə **********4 qeydiyyat nömrəli Çıxarış verilərək İddiaçı2 mülkiyyət hüququ tanınmışdır. Məhkəmənin nəzərinə bir məsələni çatdırmaq istəyir ki, ilkin müqavilədə mübahisəsi gedən mənzilin sahəsi Cavabdeh tərəfindəm 111.29 kv.metr göstərilmişdir və onlardan mənzilin dəyəri bu sahəyə görə alındığı halda Çıxarışda mənzilin sahəsi Texniki Pasportda tərtib olunmuş cizgilərə əsasən 90.10 kv.metr təşkil edir. Bunun hamısı çəkilmiş cizgilər əsasında tam təyinatı üzrə kvadratlara əsasən öz əksini sənədlərdə tapır. Onlar bu barədə 15 may 2020-ci il tarixdə rəsmi ərizə ilə Cavabdeh-nın rəhbərliyinə müraciət etsələr də, bu günə kimi onların yazılı müraciətlərinə heç bir məhəl qoymadan cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh-nın nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 10.01.2019-cu il tarixli, 26/03 saylı müqavilənin 1-ci maddəsinə əsasən “Sifarişçi” ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Xətai rayonu, Yermolenko küçəsi, 1143-cü məhəllədə yerləşən yaşayış sahəsinin A blok 1-ci giriş, 09 mərtəbəsində, ümumi sahəsi 111.29 kv.m olan, 2 otaqlı, 26 saylı mənzilə ehtiyac olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri öz öhdəsinə götürür. Müqavilənin 2-ci maddəsinə əsasən ”İcraçı” “Sifarişçinin” istəyinə uyğun mənzilin ayrılmasını, tikilib təhvil verilməsini öz öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdehna məxsusdur. Bu binanın A blok, 1-ci giriş, 09-cu mərtəbəsində ümumi sahəsi 111.29 kv.m, 2 otaqlı, 26 saylı mənzilin pay dəyəri payçı İddiaçı1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan 10.01.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı1 187000 manat məbləğində vəsaiti kassaya mədaxil etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 11.03.2020ci il tarixli çıxarışa əsasən, ünvan 2, 29C, 26 saylı mənzil İddiaçı2 tam mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.03.2020-ci il tarixli texniki pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1143-cü məhəllə, Yeryomenko küçəsi, ev 29C, giriş-1, mənzil 26 İddiaçı2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 10/3356 saylı rəyindən görünür ki, 1 saylı dəhlizin sahəsi 15,45 kv.m, 2 saylı yaşayış otağının sahəsi 39,48 kv.m, 3 saylı balkonun sahəsi 1,6 kv.m, 4 saylı balkonun sahəsi 1,6 kv.m, 5 saylı yaşayış otağının sahəsi 18,47 kv.m, 6 saylı yaşayış otağının sahəsi 16,37 kv.m, 7 saylı sanitar qovşağının sahəsi 1,7 kv.m, 8 saylı sanitar qovşağının sahəsi 4,2 kv.m. cəmi 98,9 kv.m. Mənzildə yerləşən arakəsmə divarların və şaxtaların yerləşdiyi sahə 11.28 m2 təşkil edir. Balkonlar sahəsi azalma əmsalları tətbiq olunmadıqda hesablanarkən 10.5 m2 təşkil edir. Mənzilin sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə, eyni zamanda balkonların sahəsi hesablanarkən azalma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin sahəsi 111,8 m2 təşkil edir. Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi. 1143-cü məhəllədə yerləşən yaşayış sahəsinin A blok. 1-ci giriş. 9-cu mərtəbəsində yerləşən 29 C saylı evin, 26 saylı mənzilinin ümumi sahəsinin 98.9 kv.m olduğu müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri. Xətai rayonu, Yeryomenko küçəsi,1143-cü məhəllədə yerləşən yaşayış sahəsinin A blok, 1-ci giriş. 9-cu mərtəbəsində yerləşən 29C saylı evin, 26 saylı mənzilin sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə, eyni zamanda balkonların sahəsi hesablanarkən azalma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin sahəsi 111,8 m2 təşkil edir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, 10.01.2019-cu il tarixli, 26/03 saylı müqaviləyə əsasən, “Sifarişçi” ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Xətai rayonu, Yermolenko küçəsi, 1143-cü məhəllədə yerləşən yaşayış sahəsinin A blok 1-ci giriş, 09 mərtəbəsində, ümumi sahəsi 111.29 kv.m olan, 2 otaqlı, 26 saylı mənzilə ehtiyac olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri, habelə ”İcraçı” “Sifarişçinin” istəyinə uyğun mənzilin ayrılmasını, tikilib təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh-na məxsusdur. Bu binanın A blok, 1-ci giriş, 09-cu mərtəbəsində ümumi sahəsi 111.29 kv.m, 2 otaqlı, 26 saylı mənzilin pay dəyəri payçı İddiaçı1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. 10.01.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı1 187000 manat məbləğində vəsaiti kassaya mədaxil etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 11.03.2020-ci il tarixli çıxarışa əsasən, ünvan 2, 29C, 26 saylı mənzil İddiaçı2 tam mülkiyyətindədir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 10/3356 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi. 1143-cü məhəllədə yerləşən yaşayış sahəsinin A blok. 1-ci giriş. 9-cu mərtəbəsində yerləşən 29 C saylı evin, 26 saylı mənzilinin ümumi sahəsinin 98.9 kv.m olduğu müəyyən edildi. Bakı şəhəri. Xətai rayonu, Yeryomenko küçəsi,1143-cü məhəllədə yerləşən yaşayış sahəsinin A blok, 1-ci giriş. 9-cu mərtəbəsində yerləşən 29C saylı evin, 26 saylı mənzilin sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə, eyni zamanda balkonların sahəsi hesablanarkən azalma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin sahəsi 111,8 m2 təşkil edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-ya qarşı “müqavilənin dəyişdirilib əlavə alınmış məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə ödədiyi 187.000 manat olmaqla 26/03 saylı müqavilə dəyişdirilib və hazırda çıxarışda göstərilən 90.10 kv.m sahəni düzgün hesab edərək iddiaçılardan 21.19 kv.m sahəyə əlavə alınmış 35600 manat pulun iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, mübahisə müqavilənin dəyişdirilməsi tələbi ilə bağlı olduğundan, məhkəmə mülki qanunvericiliyin bu münasibətləri tənzimləyən normalarına istinad etməyi zəruri sayır. Mülki Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfi təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Odur ki, müqavilənin dəyişdirilməsi barədə tələb irəli sürmüş iddiaçı qeyd olunan maddələrin dispozisiya şərtlərini, yəni qarşı tərəfin müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmasını, yaxud şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini sübuta yetirməlidir. Əks təqdirdə həmin tələb haqlı sayıla və təmin oluna bilməz. Baxılan işdə iddiaçı hüquqlarının pozulması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “təxminən 2020-ci ilin fevral ayında yuxarıda qeyd etdiyi mənzilin özəlləşməsi ilə əlaqədar o razılıq verərək mənzili həyat yoldaşı İddiaçı2 adına keçirərək Cavabdeh-nin rəhbərliyi paket sənədləri hazırlayaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir və 11 mart 2020-ci il tarixdə **********4 qeydiyyat nömrəli Çıxarış verilərək İddiaçı2 mülkiyyət hüququ tanınmışdır. Məhkəmənin nəzərinə bir məsələni çatdırmaq istəyir ki, ilkin müqavilədə mübahisəsi gedən mənzilin sahəsi Cavabdeh tərəfindən 111.29 kv.metr göstərilmişdir və onlardan mənzilin dəyəri bu sahəyə görə alındığı halda Çıxarışda mənzilin sahəsi Texniki Pasportda tərtib olunmuş cizgilərə əsasən 90.10 kv.metr təşkil edir. Bunun hamısı çəkilmiş cizgilər əsasında tam təyinatı üzrə kvadratlara əsasən öz əksini sənədlərdə tapır.” Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçının istinad etdiyi dəlillər əsassızdır. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 111,29 kv.m.-dir (1-ci bənd). Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 10/3356 saylı rəyi ilə müəyyən edilir ki, mənzilin sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə, eyni zamanda balkonların sahəsi hesablanarkən azalma əmsalları tətbiq olunmadıqda sözügedən mənzilin sahəsi 111,8 m2 təşkil edir. Məhkəmə işin həlli üçün mühüm əhəmiyyət kəsb edən müqavilənin 1-ci bəndini nəzərə aldıqda, hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmamış, əksinə tam icra etmişdir. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Göstərilənlərə əsasən, məhkəmə bu nəticəyə gəlir ki, baxılan işdə Mülki Məcəllənin 421- 422-ci maddələrinin dispozisiya şərtləri aşkar edilmədiyindən müqavilənin dəyişdirilməsi tələbi əsassızdır. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 111,8 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddiası əsassızdır, bu səbəbdən də iddia tələbinin digər hissələrinə prosessual qənaət prinsipi baxımından qiymət verməyə lüzum görməyərək, iddia tələbini təmin etməməyi əsaslı və qanuni hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Habelə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçılardan tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-ya qarşı “müqavilənin dəyişdirilib əlavə alınmış məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı1 və İddiaçı2 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar