Məhkəmə qərarları › İş №2(005)-2793/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2793/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2793/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC və Abşeron rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sifarişçi Abşeron rayon İcra və Probasiya Şöbəsinin, Abşeron rayon Məhkəməsinin 27 09.2018-ci il tarixli və 2(012)-51572018 saylı icra vərəqəsi əsasında “X8” MMC tərəfindən 19 fevral 2020-ci il tarixdə tərtib edilmiş və Bakı şəhər, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzilin 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manata "xxxx" BOKT ASC-nin mülkiyyətinə verilməsinə dair № 13/01 saylı yekun protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəcəsinə əsasən, Abşeron rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X8“ MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, "xxxx" BOKT ASC-yə təklif edilmişdir. “X8” MMC ilə "xxxx" BOKT ASC arasında № 13/01 saylı 19 fevral 2020-ci il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka "xxxx" BOKT ASC -nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: 21.12.2020). Keçirilmiş hərrac qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla həyata keçirilmiş və nəticədə iddiaçının həm mülki qanunvericilik ilə həm də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Belə ki, əmlakın ilkin satış qiyməti 90 000 (doxsan min) manat müəyyən edilmiş, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti sonradan 75.000 (yetmiş beş min) manat təşkil etmiş, yekun olaraq isə 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manata ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Yekun hərracın keçirildiyi tarixdə, banka olan borcu 40.772.06 (qırx min yeddi yüz yetmiş ıkı dollar altı sent) ABŞ dolları təşkil etmiş, əmlakın ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən edilməsinə baxmayaraq, yekun olaraq 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manata ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Beləliklə də, “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrində nəzərdə tutulan şərtlər kobud şəkildə pozulmuşdur. Belə ki, 90.000 (doxsan min) manat məblğındə ilkin satış qiyməti qoyulmuş əmlaka biçilən 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manat məbləğində pul, əmlakın ilkin dəyərindən %63.75 faiz aşağı məbləğ təşkil etmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" BOKT ASC məhkəmənin dəftərxana vasitəsi ilə 12.08.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 34818,59 ABŞ dolları borcun tutulması və tutmanın Hüseynov Əyyub Fərhad oğlunun mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 90.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Hüseynov Əyyub Fərhad oğlu apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(105)-1001/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Qeyd olunan qətnamədən cavabdeh Hüseynov Əyyub Fərhad oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.08.2019-cu il tarixli 2(102)- 5231/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X8” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 57 375 manata "xxxx" BOKT ASC-yə təklif edilmişdir. “X8” MMC ilə "xxxx" BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlann Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka "xxxx" BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: 21.12.2020). Hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı üçün ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə, yəni 76.500 manata təkrar hərraca çıxarılmışdır. Təkrar hərrac baş tutmadığı üçün ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 57 375 manata ipoteka saxlayana təklif edilmişdir. Bundan başqa, İddiaçı ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxsdir. AR Konstitusiya Məhkəməsinin də mövqeyinə görə, onun ipoteka predmeti olan mənzilə dair heç bir əmlak hüquqları yoxdur. Belə olan halda, İddiaçı həmin əmlakla bağlı iddia qaldırmaq hüququna malik deyildir. İddiaçı iddia ərizəsində göstərilənləri sübut etmək vəzifəsi daşıyır. İddiaçı hərracın qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla keçirildiyini bildirsə də, buna dair heç bir sübut təqdim edə bilməmişdir. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 20.08.2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən iddiaçı “Finoko" BOKT ASC-nin cavabdeh Hüseynov Əyyub Fərhad oğluna qarşı pulun tutulmasına ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Hüseynov-Əyyub-Fərhad-oğlundan 2015/00131-01 saylı, 12.08.2015-ci il tarixli kredit müqaviləsi 27329,38 ABŞ dolları əsas borc, faiz borcu üzrə 7.389,21 ABŞ dolları dolları, 100 ABŞ dolları cərimə borc olmaqla, cəmi 34818,59 ABŞ dolları, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin əvəzi tutularaq, iddiaçı "xxxx"xxxx" ASC-yə verilməsi, tələb Hüseynov Əyyub Fərhad oğluna məxsus ünvan 1 ünvanında yerləşən 62.5 kv.metr ümumi, 45.2 kv.m yaşayış və 17.3 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, mənzil açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməsi qət edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(105)-1001/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh Hüseynov Əyyub Fərhad oğluna qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Hüseynov Əyyub Fərhad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5231/2019 saylı, 20.08.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-1001 /2019 saylı qətnaməsindən cavabdeh Hüseynov Əyyub Fərhad oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(105)-1001/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin “Finoko" BOKT ASC-yə və Hüseynov Əyyub Fərhad oğluna və məlumat üçün Abşeron rayon İcra və Probasiya Şöbəsi ünvanlanmış 14.02.2020-ci il tarixli, 01/374 saylı təklifin surətinə əsasən Abşeron rayon İcra və probasiya Şöbəsinin № 17/75-124-7H saylı, 20.12.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu Hüseynov Əyyub Fərhad oğluna məxsus ipoteka yüklü Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, ev 16, 38 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 14.02.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur; Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin 27.12.2019-cu tarixli, 01/4804 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzilin ilkin satış qiyməti 90.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4500 manat olmaqla hərraca çıxarılması və hərracın 27 yanvar 2020-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Hüseynov Əyyub Fərhad oğluna və məlumat üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" BOKT ASC-yə məlumat verilmişdir; Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin 10.01.2020-ci tarixli, 01/18 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən eron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzilin ilkin satış qiyməti 90.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4500 manat olmaqla hərraca çıxarılması və hərracın 27 yanvar 2020-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Hüseynov Əyyub Fərhad oğluna və məlumat üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" BOKT ASC-yə məlumat verilmişdir; Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-nin 31.01.2020-ci tarixli, 01/242 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən eron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzilin ilkin satış qiyməti 90.000-15%=76500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3825 manat olmaqla hərraca çıxarılması və hərracın 12 fevral 2020-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Hüseynov Əyyub Fərhad oğluna və məlumat üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" BOKT ASCyə məlumat verilmişdir; “Birja Yenilikləri” Qəzetinin 2019-cu ilə aid olan 199 saylı və 2020-ci ilə aid olan 205, 200 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən Hüseynov Əyyub Fərhad oğluna məxsus ipoteka yüklü Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzilin 13.01.2020ci il və 27.01.2020-ci il tarixlərdə hərraca çıxarılması barədə məlumatlar dərc edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 62.50 kv.m olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 saylı mənzili xüsusi mülkiyyət hüququ kimi «"xxxx" BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 21.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 19.02.2020-ci il tarixli müqavilənin surətinə əsasən Hüseynov Əyyub Fərhad oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, 38 mənzili Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: «Respublika Xammal və X6 Mərkəzi "xxxx"» MMC tərəfindən "xxxx" BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 57375,00 manata satılmışdır; Hərracın yekunları barədə 19.02.2020-ci il tarixli, 13/01 nömrəli protokolunun surətinə əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-515/2018 savlı. 20.08.2019-cu il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-127-7H saylı, 20.12.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" BOKT ASC-nin 249-022020 saylı, 17.02.2020-ci il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 90.000 (doxsan min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 76500,00 (yetmiş altı min beş yüz) manat olan Hüseynov Əyyub Fərhad oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 nömrəli evin, 38 nömrəli mənzili 57375,00 manata ipoteka saxlayan "xxxx" BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 əldə etmişdir; 03.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-515/2018 savlı. 20.08.2019-cu il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-127-7H saylı, 20.12.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" BOKT ASC-nin 249-022020 saylı, 17.02.2020-ci il tarixli məktubunun icrasına əsasən Hüseynov Əyyub Fərhad oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 nömrəli evin, 38 saylı mənzilə dair açıq hərrac keçirilmiş və bu barədə iddiaçıya bildirişlər göndərilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 nömrəli evin, 38 saylı mənzilin ilkin satış qiyməti 90.000 manat olmaqla müəyyən edilmiş, ipoteka predmeti olan mənzili tələbkar "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki yaşayış yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə mənzilin qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracla bağlı sənədləri məhkəməyə təqdim etmiş, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını, evin qiymətinin bazar dəyərindən aşağı olmasını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmiş və həmin ünvandan qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC və Abşeron rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT ASC və Abşeron rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar